151
Məsələ 388. Bir cütlüyün ailə həyatı qurmasına yardım və vasitəçilik etmək,
tərəfləri razı salmağa çalışmaq bəyənilən əməllərdəndir.
Məsələ 389. Kişinin nişandan öncə evlənmək niyyətində olduğu qadının
gözəlliyinə baxmağa və onunla ünsiyyət qurmağa haqqı çatır. Bu məqsədlə ona
ehtiraslanma niyyəti olmadan həmin qadının üzünü, saçını, boynunu, əllərini,
qollarını və ayaqların (budlarını) və bədəninin digər gözəl hissələrini görməyə
icazə verilir.
Məsələ 390. İslam şəriətində iki növ izdivac mövcuddur: daimi və
müvəqqəti.
Daimi evlilik müddətsiz nikah müqaviləsidir və bu evlilikdə qadın daimi
həyat yoldaşı adlanır.
1
Müvəqqəti evlilik isə müddətli (məsələn, tərəflər arasında bir il, yaxud bir
qədər az və ya artıq müddətə razılaşdırılan) evlilikdir və bu evlilik münasibətində
qadın müvəqqəti arvad adlandırılır.
2
Məsələ 391. Daimi evlilik anlaşmasında şəriət şifahi surətdə qadının
evlənməyə hazırlaşdığı şəxsə “... mehriyyə (nöqtələrin yerinə mehriyyənin
3
dəyəri
qeyd edilməlidir) ilə səninlə evliliyə (nikaha) razı oldum”, kişinin isə fasilə
vermədən “bu evliliyə razı oldum” deməsini tələb edir.
Müvəqqəti evlilik anlaşmasında isə qadın “... mehriyyə ilə səninlə ...
müddətə (mehriyyənin dəyəri kimi müvəqqəti evlilikdə müddət də şifahi
anlaşmada dəqiq şəkildə ifadə olunmalıdır) evliliyə razı oldum”, kişi də dərhal “bu
evliliyə razı oldum” deməlidir.
1
Ailə quruculuğu ilə bağlı məsələlər və evliliyin şəriət hökmləri ilə əlaqədar daha ətraflı
məlumat almaq üçün Seyid
İzzəddin Bəhrülulumun
“
əz-Zəvac fil-Quran vəs-sünnə
”
(Quran və sünnədə evlilik) adlı əsərinə müraciət edin.
2
Müvəqqəti evliliyin xüsusiyətləri və onunla bağlı şəriət hökmləri ilə daha ətraflı tanış olmaq üçün Seyid
Məhəmmədtəqi əl-Həkimin
“
əz-Zəvac əl-muəqqət və davruhu fi
həlli muşkilat əl-cins
”
(Müvəqqəti evlilik və onun
cinsi problemlərin həllində rolu) adlı əsərinə müraciət edin.
3
Bir sıra əsər, məqalə və KİV səhifələrində öz əksini tapan və eləcə də cəmiyyətimizdə formalaşan təsəvvürə görə
mehriyyə xalqımızın qədim adət-ənənələrindən olan
“
başlıq pulu
”
və ya
“
süd haqqı
”
kimi anlayışlarla
eyniləşdirilir. Lakin İslam şəriətində vacib hesab edilən mehriyyə ailə həyatı quran qadının valideynlərinə, ya da
başqa bir
şəxsə deyil, bilavasitə onun özünə verilir və şəxsi mülkiyyəti hesab edilir. Mehriyyəni həm də boşandığı və
ya dul qaldığı halda qadının yeni evliliyə qədər özünün və övladlarının maddi ehtiyaclarını
təmin edə bilmək üçün
minimum kompensasiya kimi də qəbul etmək olar.
Dostları ilə paylaş: