DOQQUZUNCU FƏSİL
QADINLARI MARAQLANDIRAN MƏSƏLƏLƏR
İslam şəriətində qadınlarla bağlı fiqh ədəbiyyatında öz əksini tapan və
müxtəlif mövzular zəminində müfəssəl surətdə şərh edilən bir sıra özünəməxsus
hökmlər vardır. Onların da hal-hazırda Amerika və Avropa ölkələrində müşahidə
edildiyi kimi İslam dəyərləri, adət-ənənələri ilə uzlaşmayan cəmiyyətlərdə
yaşamasının nəticəsi olaraq qarşıya cavabını gözləyən yeni-yeni suallar, şəriətin
münasibət bildirməsi gərəkən məqamlar çıxmaqdadır. Məhz həmin ehtiyacı nəzərə
alaraq bu fəsildə əziz qadın oxucularımızın problemlərinin bir qismini həll etmək
üçün onları maraqlandıran bir sıra şəriət hökmlərinə yer veririk:
|