Sual-cavablar:
Məsələ 510. Qadının şəhvət hissi ilə, cinsi həzz almaq məqsədilə başqa bir
qadını qucaqlaması, öpməsi və onunla oynaşması (mazaqlaşması) ilə bağlı şəriətin
hökmü nədir? Bəs bir qədər də irəli gedərək daha anormal davranışlara yol
verilməsinə necə?
Cavab: Deyilən hərəkətlərin hamısı haramlıq dərəcəsinə (intim əxlaqa zidd
olma səviyyəsindən asılı olaraq günahının böyüklüyünə) görə fərqlənsələr də,
şəriət tərəfindən yasaq edilmişdir.
Məsələ 511. Çox zaman qadınlar onları maraqlandıran şəriət hökmləri ilə
bağlı dinşünas alimlərə bəzi suallar ünvanlamalı olurlar. Bəzi şəriət məsələlərinin
intim həyat kimi haqqında danışılması tabu (qeyri-etik) hesab edilən mövzuları
əhatə etdiyi nəzərə alınmaqla onların suallarını həmin alimlərə bilavasitə və açıq
şəkildə ünvanlamasına icazə verilirmi? Bəs müraciət edilən şəxslər həmin suallara
eynilə açıq şəkildə cavab verə bilərlərmi?
Cavab: Bəli, hər iki tərəfə şəriət hökmlərini öyrənmək və öyrətmək
məqsədilə açıq şəkildə danışmağa izin verilir. Lakin onların hər ikisi də öz
növbəsində düzgün niyyətdə olmalı, əxlaq qaydalarına riayət etməli və açıq şəkildə
1
Bax: öncəki mənbə.
2
Bax: öncəki mənbə.
180
müzakirə olunması qəbahətli hesab edilən xüsusları gərəksiz yerə qabartmaqdan
çəkinməlidirlər.
Məsələ 512. Qadın cinsiyyət orqanı ilə oynadıqda (masturbasiya və ya
mazaqlaşma nəticəsində) vaginadan yapışqan halında olan maye ifraz olunur. Bu
işə davam etdikdə isə qadın “orqazm” adlanan cinsi həzzin zirvəsinə çata və boşala
bilər. Beləliklə, qüsl (cənabət qüslü) mayenin ifraz olduğu ilk ehtiraslanmadan
sonra vacib olur, yoxsa yalnız orqazma çataraq boşaldıqdan (eyakulyasiyadan)
sonra? Bəs bu qüsl dəstəmaz üçün də kifayət edirmi?
Cavab: Qadın orqazma çatmayınca qüsl alması vacib hesab olunmur.
Orqazma çataraq boşaldıqdan sonra isə cənabətdən paklanmalı olduğu hallarda
qüsl alması vacib olur və bu qüsl dəstəmaz üçün də kifayət edir.
Məsələ 513. Həcc mərasiminin icrası əsnasında bəzi qadınlar aybaşı
(menstruasiya) adətini gecikdirmək məqsədilə müəyyən həblər qəbul edirlər. Lakin
adət günləri çatdıqda onlardan yenə də arada bir qan ifraz olunur. Həmin qana heyz
hökmləri şamil olunurmu?
Cavab: Əgər qanaxma arada bir az miqdarda baş verərsə və daxildə (ifraz
olunmadan) da olsa üç gündən az davam edərsə, heyz hökmləri şamil olunmur.
Məsələ 514. Hicablı müsəlman qadınların bir qismi adətən, boğazlarını
örtdükləri halda çənələrini və çənəaltı nahiyəsini açıq qoyurlar. Şəriətdə buna icazə
verilirmi? Ümumiyyətlə, üzün örtülməsi vacib olmayan hissələri hansılardır?
Qulaqlar da buna daxildirmi?
Cavab: Qulaqlar üz nahiyəsi hesab olunmur və onları ortmək vacibdir.
Normal baş örtüklərindən çöldə qalan çənə və onun alt nahiyəsi isə üzdən hesab
olunur.
Məsələ 515. Evlənmək ümidini itirən yaşlı naməhrəm qadınlarla əllə
görüşmək olarmı? Şəriətdə bu xüsusda nəzərdə tutulan təqribi yaşı da
açıqlamağınızı xahiş edirik.
Cavab: Zərurət halları istisna olmaqla, naməhrəm qadının bədəninə heç bir
vəchlə toxunmaq olmaz. Şəriətdə sözügedən məsələ ilə bağlı olaraq təqribi bir yaş
həddi müəyyən edilməmişdir və bu dövr müxtəlif qadınlarda fərqli yaşlardan
181
başlaya bilər. Sözügedən yaşlılıq meyarı isə ayədə də öz əksini tapdığı kimi
qadının yaşının çox olması (ömrünün qocalıq, ahıllıq çağında olması) nəticəsində
evlənməkdən ümidini üzməsidir.
Məsələ 516. Bu və ya digər bir ölkədə üzü niqabla örtmək insanlarda
təəccüb doğurarsa və addımbaşı səbəbi soruşularsa, “şöhrət libası” (burada: diqqəti
cəlb edən, məsələn insanın barmaqla göstərilməsinə səbəb olan geyim) hesab
olunaraq niqab bağlamaqdan imtina etmək vacibdirmi?
Cavab: Göstərilən halda vacib deyil. Lakin yaşadığı ölkənin əhalisinin
əksəriyyəti tərəfindən normal qəbul edilməyərək, bayağı, xoşagəlməz hesab
edildiyi halda niqab həmin ölkədə “şöhrət libası” sayılır və onunla üzü bağlamaq
olmaz.
Məsələ 517. Hicablı qadınlar naməhrəm təlimçilərin rəhbərlik etdiyi
sürücülük kurslarında günaha yol vermək üçün zəmin olmadığı halda fərdi
qaydada sürücülük təlimi ala bilərlərmi?
Cavab: Fəsaddan (günahdan) uzaq olduqları halda icazə verilir.
Məsələ 518. Qadın gözəllik salonları qadın işçi axtarırlar. İnanclı müsəlman
qadını həmin salonlarda işləyərək naməhrəmlərin qarşısında gözəl görünmək
istəyən qeyri-müsəlman və hicabsız müsəlman qadınlarına xidmət göstərə bilərmi?
Cavab: Bu iş onların şəriətin yasaqlarının (günahın) rəvac tapmasına,
yayılmasına şərik olması sayılarsa, həmin salonlarda işləməməlidirlər. Lakin bu
ehtimalın özünü doğrultması həqiqətdən kifayət qədər uzaq görünür.
Məsələ 519. Üzünü örtməyən (niqab və s. ilə) qadın üzündəki tükləri və
qaşlarını ala, sadə təbii pudralarla makyaj edə bilərmi?
Cavab: Üzdəki tüklərin və qaşların alınması günaha düşmək təhlükəsinin
mövcud olmaması və haram baxışlara sövq etmək niyyəti daşımaması şərti ilə
üzün açıq qalmasına əngəl hesab olunmur. Makyaj edildiyi halda isə üz
örtülməlidir.
Məsələ 520. Elçi tapmaq niyyəti ilə qadın məclislərində qızlar saçını
tamamilə və ya bir hissəsini boyayaraq iştirak edə bilərmi?
182
Cavab: Bu və ya digər bir eybi gizlətmək, yaxud yaşını olduğundan az
göstərmək kimi fırıldaqçılıq hallarına yol vermədən sadəcə bəzənmək, gözəl
görünmək niyyəti daşıyarsa, eybi yoxdur.
Məsələ 521. Qadınlar süni saçlardan (pariklərdən) istifadə edərkən təbii
saçlarını gizlətmiş olurlar. Bəs onlar həm örtünmək, həm də gözəl görünmək
məqsədilə özlərini fərqli imicdə göstərə bilərlərmi?
Cavab: Süni saçlardan istifadə etmək olar, lakin süni saç naməhrəm kişilərin
yanında örtlülməsi vacib olan zinətlərdəndir.
Məsələ 522. Gənc qadınlar ayaqlarının baldır hissəsini gözəl göstərən dəri
rəngli neylon corablar geyinə bilərmi?
Cavab: Geyinə bilərlər, lakin həmin corablar geyimdə zinət hesab olunduğu
halda naməhrəmlərin yanında onları gizlətməlidirlər.
Məsələ 523. Ayaqların formasını göstərən corabları geyinmək olarmı?
Cavab: Geyinmək olar.
Məsələ 524. Bu və ya digər tibb müəssisəsində çalışan müsəlman tibb bacısı
peşə fəaliyyəti çərçivəsində müsəlman və ya qeyri-müsəlman işilərin bədəninə
toxunmalı olur. İş tapmaq şansı az olduğundan bu işdən ayrılması onu ciddi
çətinliklərl üzləşdirəcəyi halda işinə davam edə bilərmi? Digər tərəfdən, bu
xüsusda müsəlman kişi ilə müsəlman olmayanın bədəninə toxunmaq arasında bir
fərq qoyulurmu?
Cavab: Müsəlman qadına müsəlman olub-olmamasından asılı olmayaraq
naməhrəm kişinin bədəninə toxunmağa icazə verilmir. Yalnız haram hökmünü
qüvvədən düşürən zərurət halları istisna təşkil edir.
Məsələ 525. Müsəlman qadın yerə toxunduqda diqqəti cəlb edən səslər
çıxaran hündürdaban ayaqqabı geyinə bilərmi?
Cavab: Naməhrəm kişilərin diqqətini özünə cəlb etmək niyyəti daşıdığı,
yaxud bir növ əxlaqi fəsada səbəb olduğu halda geyinə bilməz.
Məsələ 526. Qadının gözəl görünmək məqsədilə üzük, qolbaq və boyunbağı
kimi zinət əşyalarından istifadə etməsi halaldır, yoxsa haram?
183
Cavab: Hala hesab olunur, lakin boyunbağını mütləq naməhrəmlərin yanında
gizlətmək lazımdır. Üzük və qolbaqlar isə harama düşmək təhlükəsi olmadığı və
haram baxışları cəlb etmək məqsədi daşımadığı hallarda istisna təşkil edir.
Məsələ 527. Qərb ölkələrində müxtəlif rəngli kontakt linzalarının istifadəsi
illərdir ki, dəbdədir. Müsəlman qadın estetik məqsədlərlə həmin linzalardan
istifadə edərək naməhrəm kişilərin qarşısına çıxa bilərmi?
Cavab: Zinət hesab olunduğu hallarda icazə verilmir.
Məsələ 528. Qadın yumurta hüceyrəsi donorluğuna, yumurta hüceyrələrinin
alqı-satqısına şəriətin münasibəti necədir?
Cavab: İcazə verilir.
Məsələ 529. Bəzi qadınlar müəyyən xəstəliklərlə əlaqədar olaraq saç
tökülməsi problemi ilə qarşılaşırlar. Saç tökülməsinin onlar üçün ciddi problemlər
doğurduğu hallarda müalicə məqsədilə, yaxud sadəcə estetik məqsədlərlə saçlarını
kişi həkim-kosmetoloqa göstərə bilərlərmi?
Cavab: Yalnız dözülməz dərəcədə ciddi bir problem yarandıqda icazə verilir.
Məsələ 530. Müsəlman qızlar qərb ölkələrində fəaliyyət göstərən və tələbə
qız və oğlanların qaynayıb-qarışdığı, səmimi ünsiyyətdə olduğu ali təhsil
müəssisələrində təhsil ala bilərmi?
Cavab: İmanını qoruya biləcəyinə, dini vəzifələrini yerinə yetirə biləcəyinə,
o cümlədən hicab geyinə biləcəyinə və haram baxış və toxunuşlardan qoruna
biləcəyinə, habelə həmin “səmimi münasibətlər” və haqq yoldan sapma mühitinin
təsiri altına düşməyəcəyinə arxayın olarsa, orada təhsil almasına məhdudiyyət
qoyulmur. Əks təqdirdə isə, icazə verilmir.
Məsələ 531. Bəzi qərb ölkələrində bir sıra rəssamlar küçələrdə, meydanlarda
müəyyən məbləğdə ödəniş müqabilində şəklini çəkdirmək istəyən şəxsləri üzlərini
təsvir etmək üçün qarşılarında oturdaraq diqqətlə izləyirlər. Müsəlman qadın
həmin rəssamlardan şəklinin çəkilməsini xahiş edə bilərmi?
Cavab: Müsəlman qadına yaraşmaz.
Məsələ 532. Qadınların güləşin müxtəlif növləri ilə məşğul olmasına şəriət
tərəfindən icazə verilirmi? Bəs onların şəhvət hissi olmadan kişi güləşçilərin
184
yarıçılpaq bədənlərinə canlı surətdə (idman meydançalarında), yaxud ekran
arxasında baxmasına necə?
Cavab: İnsanın özünə və ya başqasına haram hesab olunan dərəcədə zərər
(burada: fiziki xəsarət) yetirməsi şəriət tərəfindən yolverilməz hesab olunur. Vacib
ehtiyata əsasən, qadınlar kişilərin baş, əl, ayaq və adətən örtülməyən (qollar kimi)
digər bədən üzvləri istisna olmaqla, onların bədənlərinin digər hissələrinə şəhvət
hissi olmadan belə, hətta ekran arxasından da tamaşa etməməlidirlər.
Məsələ 533. Qadınlar əzadarlıq, sinəzənlik məclislərində köynəklərini
çıxaran kişilərin bədəninə baxa bilərlərmi?
Cavab: Vacib ehtiyata əsasən, baxmamalıdırlar.
Məsələ 534. Övladlığa götürülən, yaxud Allah rızası üçün böyüdülən qız
uşağı həddi-buluğa çatdıqda onu böyüdən şəxsin (kişinin) yanında hicab
bağlamalıdırmı? Həmçinin, həmin şəxsin öz övladı kimi böyütdüyü qızın saçına
baxmaqdan, ona toxunmaqdan çəkinməsi vacibdirmi?
Cavab: Bəli, hər iki halda vacibdir və onlar arasında münasibətlərə digər
bütün naməhrəmlər üçün qüvvədə olan hökmlər şamil olunur.
Məsələ 535. Nikahdankənar cinsi əlaqənin nəticəsi olan hamiləlik qadın
üçün ciddi problemlər yaradarsa və ailəsinin heysiyyətinə xələl gətirərsə, kurtaj
(abort) etdirə bilərmi?
Cavab: Normal hallarda dözülməz hesab edilən ciddi problemlərlə üzləşdiyi
və kurtajdan başqa çıxış yolu olmadığı halda ana bətnindəki rüşeymə ruhun daxil
olmasından öncə bu əməliyyatı həyata keçirə bilər.
Məsələ 536. Qadının şalvar geyinərək bu halda küçəyə çıxmasına, alış-veriş
mərkəzlərinə getməsinə şəriətin münasibəti necədir?
Cavab: Şalvar onun bədən quruluşunu, cəzbediciliyini gözlər önünə sərərsə,
yaxud bir qayda olaraq bu cür geyimlər əxlaqdankənar hisslərin, günaha meylin
yaranmasına səbəb olarsa, geyinə bilməz.
Məsələ 537. Qadın məclislərində diqqət cəlb etmək və daha gözəl görünmək
məqsədilə süni saç (parik) taxmağa icazə verilirmi və bu nöqsanları gizlətmək
hesab olunurmu?
185
Cavab: Elçilərdən eyiblərini gizlətmək kimi fırıldaqçılıq hallarına yol
vermədən sadəcə gözəl görünmək məqsədi daşıyarsa, heç bir məhdudiyyət
qoyulmur.
Məsələ 538. Heyzli (aybaşı, menstruasiya günlərini keçirən) qadın Qurani-
Kərimdən yeddi ayədən artıq oxuya bilərmi (səcdə ayələri istisna olmaqla)? Bəs
icazə verildiyi halda məkruh (bəyənilməz) hesab olunurmu? Məkruh hesab
olunduğu halda bu kərahət (bəyənilməzlik) qadının qiraətinə görə daha az savab
qazanması anlamını daşıyır?
Cavab: Həmin günlərdə qadın vacib səcdə ayələri istisna olmaqla Qurani-
Kərimin bütün ayələrini oxuya bilər. Yeddi ayədən artıq oxumağın məkruhluğuna
gəlincə, bu sualda da deyildiyi kimi başqa günlərlə müqayisədə daha az savab
qazanılması deməkdir.
Dostları ilə paylaş: |