Sual-cavab:
Məsələ 470. Bir ata övladının dostundan onun davranışına nəzarət etməsini
istəyir, bir müddətdən sonra isə ondan övladının hərəkətləri bağlı rəyini bildirməyi
xahiş edir. Dostu oğlunun başqalarının bilmək istəmədiyi cəhətlərindən də atasını
xəbərdar edə bilərmi?
Cavab: Yalnız, qarşısının alınması vacib olan pis bir davranış (günah) olarsa
və həmin günahın qarşısının alınması üçün başqa çıxış yolu olmazsa, onu incitmək
hesabına başa gəlsə də, bu addımı atmaq olar. Əks təqdirdə isə yolverilməzdir.
Məsələ 471. Xalq arasında məşhur olan “birinci baxış sənin lehinə, ikinci isə
əleyhinədir” ifadəsi nəyi ehtiva edir? Bəzilərinin iddia etdiyi kimi naməhrəmə ilk
171
baxışın haram olmadığını əldə əsas tutaraq həmin baxışı uzadaraq qadını diqqətlə
nəzərdən keçirmək olarmı?
Cavab: Anlaşılan odur ki, sözügedən məsəl birinci və sonrakı baxışlar
arasındakı fərqi açıqlayır. Belə ki, ilk baxış adətən təsadüfi və ötəri xarakter daşıyır
və ehtiraslanma məqsədi güdülmədiyindən günahsız hesab edilir. İkinci baxış isə
əksinə, məqsədyönlü şəkildə gerçəkləşir və bir növ ehtiraslanma ilə müşayiət
edildiyindən zərərli hesab edilir. Bu mətləbin önəmini vurğulamaq üçün İmam
Sadiq (ə) bir hədisində buyururdu: “İlk baxışdan sonrakı baxış qəlbdə ehtiras
qığılcımlarını oyadır və naməhrəmə baxanın günaha düşməsini təmin edir”.
Beləliklə, aydın olduğu kimi bu məsəl baxışlarının sıra ardıcıllığını nəzərdə
tutmur. Başqa sözlə, birinci baxışın hətta başlanğıcdan məqsədyönlü şəkildə günah
(naməhrəmə baxaraq ehtiraslanmaq) niyyəti ilə olsa da, yaxud sonradan - baxış
əsnasında belə bir baxışa çevrilsə də, halal; ikinci baxışın isə ani və ehtiraslanmaq
niyyəti güdmədən olsa da, haram olduğunu nəzərdə tutmur.
Məsələ 472. Naməhrəm qadına baxmağın haramlığı ilə bağlı danışrakən
insanların əksəriyyəti üçün aydın olmayan bir sıra ifadələrdən istifadə olunur.
Məsələn, ribə (şübhə, tərəddüd), həzzalma və şəhvət ifadələri hansı mənanı ifadə
edir? Bu ifadələin hamısı bir mənanı ifadə edən sinonimlərdimi?
Cavab: Həzzalma və şəhvət deyərkən istənilən gözəlliyə, gözəl mənzərə
baxdıqda alınan həzz (estetik zövq) deyil, cinsi, şəhvani həzzalma (ehtiraslanma)
nəzərdə tutulur. Ribə deyərkən isə məftun olaraq günaha düşmək qorxusu nəzərdə
tutulur.
Məsələ 473. Haram həzzin hüdudları nədən ibarətdir?
Cavab: Haram həzzin ən yüngül dərəcəsi ilkin cinsi istəklərdir (şəhvət
duyğusunun hərəkətə keçməsidir).
Məsələ 474. Britaniya və eləcə də bir sıra digər qərb ölkələrində orta təhsil
müəssisələrində şagirdlər “cinsi tərbiyə” adlı dərs çərçivəsində cinsiyyət orqanının
təsviri və heykəl (maneken) modeli üzərində izahlara qulaq asırlar. Yeniyetmə
müsəlman şagirdlərinə bu dərslərdə iştirak etməyə icazə verilirmi? Bəs onlar özləri
bu bilik və məlumatların gələcəkdə onlar üçün faydalı olacağı düşüncəsi ilə həmin
172
dərslərdə iştirak etməyə rəğbət göstərdikləri halda valideynlərinin onlara qadağa
qoyması vacibdirmi?
Cavab: Həmin dərsdə iştirak etmək şəhvətli baxış kimi hər hansı bir haramla
nəticələnməzsə, yaxud şagirdlər əxlaqi sapıntılara sürüklənməzsə, iştirak
sərbəstdir.
Məsələ 475. Qadınların hüzurunda aşiqanə qəzəllər oxumaq olarmı? Məqsəd
onların sevgisini qazanmaq olduqda və olmadıqda şəriətin münasibəti nədən
ibarətdir? Bəs məclisdə iştirak edən qadınlar evli olmadığı və onların həmin
qəzəllərdən təsirləndiyi halda necə?
Cavab: Yolverilməz hesab ediliir.
Məsələ 476. Qadınlarla həzzalma niyyəti və günaha düşmək qorxusu
olmadan, yaxud hər hansı bir harama sövq etmədən rəğbət qazandıran gözəl
sözlərlə, aşiqanə ifadələrlə danışmaq olarmı?
Cavab: Ehtiyata əsasən, belə hərəkətlərdən çəkinmək lazımdır.
Məsələ 477. Hansısa bir qadına və ya ümumiyyətlə zərif cinsin
nümayəndələrinə ithafən romantik mənzum (şeir) və ya mənsur əsərlər (roman və
s.) yazmaq olarmı?
Cavab: Haram istək və təmənnalardan xali olduğu, habelə digər əxlaqa zidd
nəticələr doğurmadığı təqdirdə əngəl yoxdur.
Məsələ 478. Aralarından biri ilə tanış olaraq daha sonra müvəqqəti evlilik
təklif etmək məqsədilə qadınlarla ünsiyyət qormaq olarmı?
Cavab: Bu ünsiyyət naməhrəm qadınla normal sayılan ünsiyyət çərçivəsi
daxilində olarsa, şəriət tərəfindən əngəl qoyulmur.
Məsələ 479. Avropada son dövrlərdə dəb halını alan adətlərdən biri də budur
ki, kişilər də qadınlar kimi qulaqlarının birinə, yaxud hər ikisinə sırğa taxırlar.
İslamda buna icazə verilirmi?
Cavab: Qızıldan olduğu halda icazə verilmir. Ehtiyata əsasən isə,
ümumiyyətlə, icazə verilmir.
Məsələ 480. Bir şəxs haram iş görərək saqqalını ülgüclə qırxarsa, daha sonra
yenə də üzünü ülgüclə təraş edə bilərmi?
173
Cavab: Vacib ehtiyata əsasən, saqqalı ülgüclə qırxmaqdan çəkinmək
lazımdır.
Məsələ 481. Avropa ölkələrində bəzi müəssisələr işə düzəlmək istəyən
namizədlərin saqqallı olub-olmamasına diqqət yetirərək saqqal saxlamayanları işə
qəbul etməyi tərcih edirlər. Bu ayrıseçkilik və imtiyaz real olduğu halda həmin
müəssisələrdə işə qəbul olunmaq üçün saqqalımızı qırxa bilərikmi?
Cavab: Saqqalı qırxmağın ehtiyata əsaslanan haramlığı nəzərə alınmaqla,
həmin müəssisələrdə işə qəbul olmaq istəyi öz-özlüyündə (zərurət olmadan) buna
əsas vermir.
Məsələ 482. Yanaqlardakı tükləri təraş edərək yalnız çənə nahiyəsində
saqqal saxlamaq olarmı?
Cavab: Saqqalı qırxmağın ehtiyata əsaslanan haramlığı üzün hər iki tərəfində
bitən tüklərin qırxılmasını əhatə edir. Yanaq nahiyələrindəki tüklərin
təmizlənməsinin isə eybi yoxdur.
Məsələ 483. Mərcləşmə ilə və ya mərcləşmə olmadan kompyuter, yaxud
qumar aparatları vasitəsilə qumar oynamaq olarmı?
Cavab: Şəriət buna icazə vermir və həmin oyunlara adi qumar alətləri ilə
oynanılan qumar kimi haram hökmü şamil olunur.
Məsələ 484. Bəzi halal oyunları, o cümlədən zərlə oynanılan oyunları (nərd
kimi) oynamaq olarmı?
Cavab: Zər məhz qumar oyunlarında istifadə olunan bir alət, oyun vasitəsi
hesab olunmazsa, onunla qumar olmayan oyunları oynamaq olar.
Məsələ 485. Müsəlman olmayan qadınların bədənlərinin yay aylarında
adətən açıq qoyduqları hissələrinə baxmaq olarmı?
Cavab: Şəhvani həzz almaq niyyəti, yaxud günaha düşmək qorxusu olmadan
baxılarsa, eybi yoxdur.
Məsələ 486. Hicablı qadının hicabsız halda çəkdirdiyi şəklinə baxmaq
olarmı?
174
Cavab: Ehtiyata əsasən, üz və əllər istisna olmaqla bədənlərinin digər
hissələrinə baxmaqdan çəkinsinlər. Üz və əllərinə isə şəhvani həzz alma və günaha
düşmək qorxusu olmadan baxmaq olar.
Məsələ 487. Tamaşaçı ehtiras hislərinin oyanacağına əmin olmadığı halda
sadəcə informasiyaya olan ehtiyacını ödəmək məqsədilə televiziya ekranında,
internetdə və s. çılpaq, yaxud yarıçılpaq hesab olunan görkəmdə olan qeyri-
müsəlman qadınların görüntülərinə baxa bilərmi? Bəs müsəlman kişi küçələrdə,
ictimai yerlərdə belə görkəmdə olan qadınlara qeyd olunan məqsədlə deyil, öz
həyat yoldaşına qarşı ehtiras hissinin təhrik olunması məqsədilə baxa bilərmi?
Cavab: Çılpaq səhnələrə nə canlı, nə də ekran (yaxud monitor) arxasından
tamaşa etək olmaz. Vacib ehtiyata əsasən, belə səhnələrə heç bir vəchlə baxmaq
olmaz.
Məsələ 488. Tamaşaçı ehtiras hissinin oyanmayacağına arxayın olduğu
halda təhrikedici kadrlara baxa bilərmi?
Cavab: Çılpaq kadr olarsa, ehtiyata əsasən, baxmamalıdır.
Məsələ 489. Həzz almaq niyyəti olmadan pornoqrafiya və erotika
janrlarından olan film və videolara axmaq olarmı?
Cavab: Ehtiyata əsasən, heç bir vəchlə baxmaq olmaz.
Məsələ 490. Bəzi ödənişli telekanallar gündüz saatlarında əxlaq normalarına
zidd olmayan verilişlər və filmlər yayımlasa da, gecə yarısından sonra 18+ film və
verilişlər nümayiş etdirir. Həmin telekanallara ödənişli əsaslarla abunə olmaq
olarmı?
Cavab: Abunəçinin özünün, yaxud başqalarının (həmin telekanalın yayımını
izləmək imkanı olan şəxslərin, o cümlədən ailə üzvlərinin) həmin əxlaqsız
proqramları izləməyəcəyinə arxayın olması istisna edilməklə, icazə verilmir.
Məsələ 491. Bəzi ölkələrdə adətə görə hər hansı yığıncağa, kollektivə, iş
yerinə və s. gələn şəxs bütün şəxslərlə, o cümlədən qadınlarla da ehtiraslanmaq
niyyəti olmadan əllə görüşür. Qadınlarla əllə görüşməkdən imtina etmək isə
təəccüblə qarşılanmaqla qalmayaraq əksər hallarda onlara qarşı nəzakətsizlik və
hətta təhqir kimi qəbul edilir və bundan imtina edən şəxsə qarşı mənfi reaksiyaların
175
təzahürünə səbəb olur. Beləliklə, belə bir vəziyyətdə qadınlarla əllə görüşmək
olarmı?
Cavab: İcazə verilmir. Bu vəziyyətdən heç kəslə əllə görüşməmək, yaxud
əlcəklə görüşmək kimi yollarla çıxmaq olar. Bu da mümkün olmadığı halda isə əllə
görüşməkdən imtina etməyin onu əsasən dözülməz hesab edilən çətinliklərlə üz-
üzə qoyacağını anlayarsa, yalnın bu halda müsəlmana naməhrəm qadınlarla əllə
görüşməyə izin verilir. Eləcə də qeyd etmək lazımdır ki, bu hökm yalnız həmin
yığıncaqda iştirak etməyin, yaxud kollektivə qoşulmağın zərurətdən irəli gəldiyi
hallara şamil olunur. Əks təqdirdə (zərurət olmadığı hallarda) isə haram
hərəkətlərdən imtina edə bilməyəcəyi yığıncaq və kollektivlərdə iştirak
etməməlidir.
Məsələ 492. Qərb ölkələrində əl sıxmaq salamlaşma, görüşmə adətlərindən
biri hesab edilir və bəzən əllə görüşməkdən imtina etmək işdən, yaxud təhsildən
uzaqlaşdırılma və ya iş və təhsil imkanlarından məhrum olmaq kimi nəticələr də
doğura bilir. Beləliklə, zərurət hallarında müsəlman kişi ona naməhrəm olan
qadınla, müsəlman qadın da özünə naməhrəm olan kişi ilə əllə görüşə bilərmi?
Cavab: Əlcək, yaxud başqa bir vasitə ilə də bilavasitə əl təmasının qarşısını
almaq mümkün olmazsa, əllə görüşməkdən imtinanın ciddi zərər, yaxud əsasən
dözülməz hesab edilən problemlərlə nəticələnəcəyi hallarda görüşməyə icazə
verilir.
Məsələ 493. Qərb ölkələrində yaşayan müsəlman kişi evlənmək üçün
müsəlman qadın tapa bilmədiyi halda müsəlman olmayan bir qadınla evlənə
bilərmi? Nəzərə almaq lazımdır ki, bu onların övladlarının gələcəyi baxımından
üzərində düşünülməli olan bir məsələdir. Belə ki, valideynlər arasındakı dil, övlad
tərbiyəsinə baxış, mənəvi dəyərlər və ictimai münasibətlərə yanaşma fərqlilikləri
onlar üçün bir sıra psixoloji problemlər yarada bilər.
Cavab: Ehtiyata əsasən, müsəlman kişilər kitab əhli olan qadınlarla daimi
ailə həyatı qura bilməz. Müvəqqəti evliliyə gəlincə, şəriət tərəfindən buna icazə
verilsə də, həmin qadınlarla müvəqqəti evlilikdən övlad sahibi olmaq məsləhət
görülmür. Həmçinin, qeyd etmək lazımdır ki, buna yalnız həmin şəxsin müsəlman
176
bir həyat yoldaşının olmadığı halda (onunla birgə qalıb-qalmamasından asılı
olmayaraq) icazə verilir. Müsəlman həyat yoldaşı olduğu halda isə həmin
qadınlarla müvəqqəti evliliyə yalnız onun razılığı əsasında izin verilir. Hərçənd,
ehtiyata əsasən, hətta müsəlman həyat yoldaşı razı olsa belə, onlarla müvəqqəti
evlilikdən də çəkinməlidir.
Məsələ 495. Bəzi pornoindustriya müəssisələri vaginaya (qadın cinsiyyət
orqanına) bənzəyən oyuncaqlar istehsal edir və bəzi kişilər həmin oyuncağı
cinsiyyət orqanına keçirirlər ki, yuxuda şəhvani həzz alaraq orqazm olsunlar. Bu
haram istimna əməlinin bir növü hesab olunurmu?
Cavab: Sözügedən oyuncaqdan istifadə edənin məqsədi məni ifraz etmək
olarsa və istifadə nəticəsində sperma ifraz olunarsa, yaxud adətən onun həmin
oyuncaqdan istifa etməsi bununla nəticələnərsə, haramdır. Vacib ehtiyata əsasən
isə hətta məninin ifraz olunmayacağına əmin olduğu hallarda da həmin
oyuncaqların istifadəsindən çəkinməlidir.
Məsələ 495. Kişinin öz həmcinsini şəhvətlə qucaqlaması, oğlanların bir-
birini cinsi həzz almaq niyyəti ilə öpməsi, yaxud da bir qədər də irəli gedərək
anormal qəbul edilən hərəkətlərə yol verməsinə şəriətin münasibəti necədir?
Cavab: Günah dərəcəsinə görə fərqlənsə də, bu qəbildən olan bütün
hərəkətlər haram hesab edilir.
Dostları ilə paylaş: |