Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə68/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   64   65   66   67   68   69   70   71   ...   77

205
Ruh – hər hansı bir varlığın müəyyən tamamlanmış quruluşdakı 
aktivlik dərəcəsindən doğan və həmin varlığı onun imkanı daxilin-
də məqsədli həyati fəaliyyətə təhrik edən qüvvədir. İdrak – hər han-
sı bir varlığın tamamlanmış quruluşdakı xarakterindən formalaşan 
dərrakəlilikdir. Bədən, ruh və idrak hər hansı bir sistemli quruluş-
da bir-birini tamamlayır. Dərrakə – ibtidai mövcudluqlardan ən ali 
səviyyələrə qədər mövcudluqların bütün mərhələlərini əhatə edən 
və hər mövcudluğun öz səviyyəsində ümumi bir dərk məhsuludur. 
Bütün mövcud varlıqların hamısının ruhu var, lakin hər varlıq ru-
hunun tələbatına öz imkanları səviyyəsində cavab verir. Bütün ka-
inatın ən ümumi halını ən böyük ruh – ən ali varlıq yaşayır. Bütün 
canlı orqanizmlər öz fiziki quruluşlarının imkanı səviyyəsində hə-
yat təcrübəsi toplamaq imkanlıdırlar və bu imkan daxilində idraka, 
yəni dərkə malikdirlər. Həm də bütün canlı orqanizmlər öz imkan-
ları daxilində ideal rahatlıq halına meyillidirlər. Hər hansı bir varlıq 
başqa varlıqla sistemli əlaqədə deyilsə, onlardan hər biri bir-biri 
üçün dağıdıcı qüvvədir. Hər hansı bir canlı orqanizm təşkil edən 
hüceyrələr arasında normal əlaqə həmin canlı orqanizmin ümumi 
sabitliyinin qarantıdır. 
Canlı orqanizmin sabitliyi ən müxtəlif səbəblərdən pozula bilər. 
Daha tez-tez rast gəlinən və diqqəti cəlb edib qeydə alınanı orqaniz-
min bir və ya bir necə üzvünün qismən fəaliyyətdən düşməsi olur. 
Bu da ən müxtəlif səbəblərdən ola bilər. Çox vaxt səbəb aradan 
qaldırılır və orqanizmin fəaliyyəti bərpa olunur. Bəzən isə orqaniz-
min, ayrılıqda götürdükdə, bütün üzvləri demək olar ki, qaydasında 
olur, lakin orqanizmin ümumi sabitliyi pozulur. Belə hal üçün diaq-
noz orqanizmin ümumi sabitliyini pozan müxtəlif səbəblərlə izah 
olunsa  da,  əsasən,  çox  vaxt  diqqətdən  yayınan  bir  səbəb  də  var. 
Bu canlı orqanizmi təşkil edən hüceyrələr arasında normal əlaqəni 
pozan müxtəlif enerjilərdir (xüsusilə qara). 
Canlı  orqanizmin  hüceyrələri  arasında  normal  əlaqə  vahidlik 
prinsipinin  şərtidir.  Canlı  orqanizmə  təsir  edərkən  həmin  orqa-
nizmdə təsir etdiyin enerjinin növündən asılı olaraq müəyyən hal 
yaşantısı yaranır. 


206
Hər hansı bir orqanizmin həmin an üçün yaşantısı hüceyrələri 
arasındakı əlaqələrin hansı səviyyədə olmasından asılıdır. Bitkilər-
də  inkişaf  dözümlülük  həddi  üzərində  qurulub.  Bitkilərdə  beyin 
olmadığından zərbədən geri çəkilmə komandası da yoxdur. Hey-
vanlarda beyin zərbədən geri çəkilmə komandasını verir. Beyin qu-
ruluşu mükəmməlləşdikcə, zərbəyə tuş gəlməmək imkanlılığı artır, 
yəni varlıq ideal rahatlıq halına doğru daha bir addım yaxınlaşır. 
İnsan Yer kürəsində öz rahatlığını daha üstün quran ən ali var-
lıqdır. Hər bir insanın topladığı həyat təcrübəsinə uyğun öz dünyası 
var.  Hər  bir  insanın  ruhi  aləmi  ruhi  dünyasının  rəngarəngliyi  ilə 
ölçülür. Hər bir insanın ruhu ruhi dünyasının məcmusunun cəmidir. 
İnsan həm də heyvandan onunla fərqlənir ki, bəşəriyyətin qoyub 
getdiyi biliklər toplusundan istifadə etmək imkanına sahibdir. İn-
san  həyat  hadisələrinə  qarşı  laqeyd,  diqqətsiz  olduqda,  yəni  onu 
düzgün qiymətləndirmədikdə səhv edir. Laqeydlik və diqqətsizlik 
yanlış təcrübənin əsasıdır. Hər hansı bir canlı hər hansı bir həyat 
hadisəsinə imkanı daxilində cavab verir. Nitqin əhatəliliyi hər han-
sı bir varlığın fiziki quruluşunun inkişaf səviyyəsi ilə bağlıdır. 
Kainatda zamanın axını səbəblər qrupunun təbii istəkləri ilə is-
tiqamətləndiyi üçün varlıqların daha mükəmməlinin daha mükəm-
məli ilə əvəz olunması prosesində forma və məzmun dəyişikliyi 
ardıcıllığının gəlişini labüdləşdirir. Enerji ilk baxışda təbii bir du-
rumdur. O, ilk başlanğıcda ən sadə formasındadır, bu potensiallıq-
dır, biz onu sıfır həddi kimi qəbul edirik. Lakin enerjinin sonrakı, 
onun son həddi ruh şəklində formalaşır, bu həm də parlaq nur is-
tehsalıdır. 
Ruh haqqında iki variant var. Birincisi ruh var. İkincisi ruh yox-
dur.  Birinci  variant  əsas  götürülsə,  görək  ruhun  varlığı  haqqında 
nələri bilirik. Əvvəlcədən qeyd edək ki, elm hələ ruhun varlığını sü-
but etməyib. Lakin bəzi müqəddəs kitablarda yazılanlara əsasən, bir 
çox dini mütəxəssislərin və müxtəlif şəxslərin fikirlərinə görə ruh 
var. Əgər belədirsə onlar ruhu hansı formada səciyyələndirirlər? 
1. Ruh insanın bu həyatda yaşadığı formasında, ancaq materiya-
nın daha incə növündə, özü də dərkə və hərəkətə malikdir. 


207
2. Ruh öz əməllərinə görə sorğu-sual edilir və buna uyğun da ya 
mükafatlandırlır, ya da cəzalandırılır. 
3. Uşaqların və dəlilərin ruhu sorğu-sual olunmur. 
4. Ruhlar bizi görür və bizdən üstün nüfuz dairəsinə malikdirlər. 
Əsasən,  ruh  haqqında  söylənilən  fikirlər  belədir.  Əvvəlcə  bu 
göstəricilərə əsasən müəyyən fikir söyləyək. Ruh öz əməlinə görə 
sorğu-sual edilirsə, deməli, insanın yaşadığı müddət ərzində əldə 
etdiyi həyat təcrübələri yaddaş şəklində ruhda var və o, dərkə ma-
likdir. Deməli, ruh insanın bədənində yaşadığı müddət ərzində şəx-
siləşir.  Şəxsiləşmiş  ruhlar  öz  əməllərinə  görə  qiymətləndirilirlər. 
Onda belə çıxır ki, ruhlar insan bədəninə daxil olana qədər təmiz 
enerji şəklində olurlar, insan bədəninə daxil olandan sonra müəy-
yən  təcrübə  toplayırlar.  Deməli,  yuxarıdakı  dörd  sıranın  hamısı 
şəxsiləşmiş ruhlar haqqında gedən söhbətlərdir. 
Ruhlar ilkin olaraq təmiz enerji şəklində standartdırlarsa, onda 
onları  yaxşı  və  pis  əməllərə  təhrik  edən  nədir?  İstifadə  etdikləri 
bədənin quruluşumu, düşdükləri mühitmi?! Ruhlar insanın yaşadı-
ğı müddət ərzində əldə etdiyi həyat təcrübəsi nəticəsində beyində 
yaranan daha incə materiya növlü idrak məhsulu ilə formalaşır. Bu 
idrak məhsulu bir zaman itiriləcək bədəndən ayrılıb öz mövcudlu-
ğunu davam etdirir və öz tərkibinə uyğun öz mühitində qərarlaşır. 
Uşaq ana bətnində atadan, anadan gəlmə ən müxtəlif tərkiblərdən 
qərarlaşdığı  kimi,  ruh  da  insan  bədənində  tədricən  ən  müxtəlif 
həyat təcrübələrindən formalaşır. Uşaq ana bətnindən çıxıb daha 
əhatəli dünyaya düşdüyü kimi, ruh da insan bədənindən çıxıb daha 
əhatəli dünyaya düşür. Bu parlaq nur, idrak məhsuludur – ruhdur. 
Deməli, ruhşəkilli yaşantı həyatın müəyyən mərhələsində can-
lı varlıqların keçəcəyi müəyyən pillədir. Bütün bunlar isə paralel 
dünya varlıqlarıdır. İnsanlar bu dünyanın, ruh başqa dünyanın. An-
caq o dünya bu həyatın məhsuludur. Sanki o paralel dünya bu həya-
tın astar üzüdür, güzgü əksidir, ancaq dərkə malik və hərəkətlidir. 
Ruh bədəni o vaxt tərk edir ki, bədən artıq xarici mühitin təsir-
lərinə müqavimət göstərə bilmir. Deməli, ruh sağlam bədəni heç 
vaxt tərk edib getmir. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə