Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə66/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   62   63   64   65   66   67   68   69   ...   77

199
Toxunma  üzvi  maddələrin  ən  ilkin  yaranan  duyğu  üzvüdür. 
Toxunmanın  nüfuz  dairəsi  varlığın  fiziki  kütləsinin  səthi  boyun-
cadır. Hər hansı bir tamamlanmış sistemli varlıq hökmən müəyyən 
quruluşa, ruha, dərrakəyə və idraka malik olmalıdır. Hər hansı bir 
tamamlanmış varlıq heç vaxt özündən üstün quruluşa, ruha, dər-
rakəyə  və  idraka  malik  ikinci  bir  varlıq  yarada  bilməz.  Hazırkı 
şəraitdə insan ən inkişaf etmiş varlıq kimi nəzərə alınsa və qeyd 
olunsa ki, insan özünə daha yaxın, hətta özündən daha aşağı dərkə 
malik olan varlıqların heç birisini yaratmayıb, onda hökmlə qeyd 
etmək olar ki, insanın özünü və ondan daha sadələrini yaradan daha 
böyük bir idrak mövcuddur. Həm də hökmən bu böyük idrak bütün 
yerdə qalanları yaratdığı üçün daha ilkindir. 
İbtidaidən aliyə doğru keçilən təkamül yolu isə daha ilkin və 
daha böyük idrakın özünə daha yaxın dərkə malik idrak yaratması 
yolunda keçiləsi zəruri pillələrdir. 
İbtidaidən aliyə, sadədən mürəkkəbə doğru keçilən yol qanuna-
uyğundur. Lakin bu ibtidai varlıqların yaranmasını yaradan səbəb 
ən böyük səbəbdir. Ən böyük səbəb isə ən ali idrak, ən ali ruh, ən 
sistemli quruluş və ən böyük dərrakədir. 
Biz insanı ondan ibtidai canlıların fərqinə görə üstün hesab edi-
rik. lakin qeyri-üzvi maddələrdən üzvi maddələrin yaranması daha 
böyük səbəbdən yaranan daha böyük nəticədir, nəinki daha ibtidai 
canlıların təkamüllə keçdiyi yol. 
İnsanın ruhu və idrakı ən böyük yaradanın ruhu və idrakının bir 
zərrəsidir.  İnsan  öz  tamamlanmış  fiziki  quruluşunun  fəaliyyətini 
itirəndə onun aktivlik dərəcəsindən doğan qüvvə, yəni ruh da bədə-
ni tərk edir. Lakin insan öz sağlığında fəaliyyəti ilə bağlı, doğumla 
ölüm arasındakı sərhəddə fəaliyyətdə olan ruhunu öz əməllərində 
yaşadır. 
Hər  bir  varlığın  şüurluluğu,  birinci  növbədə,  onun  şüurlu  ol-
maq imkanından asılıdır, yəni hər hansı bir varlığın fiziki qurulu-
şunun imkanları onun dərrakəlilik həddini tamamlayır. Hər hansı 
bir varlığın fiziki quruluşunun imkanlılığı onun potensialındadır. 
Potensialda  dəyişiklik  sıçrayışla  ola  bilməz.  Döl  dəyişikliyi  növ 


200
dəyişikliyi  deyil.  Hər  bir  varlığın  ruhu  onun  potensialından  for-
malaşır. Potensialda qərarlaşan ruhun mayası inkişaf edən varlığın 
fiziki imkanlarına uyğun topladığı həyat təcrübələri ilə zənginləşir. 
Ruhun mayası müəyyən həyat təcrübəsinin toplanmasında qabiliy-
yəti olan xüsusi növ enerjidir – idrakdır. Bədən qeyri-ruh xassəli 
xüsusi növ enerjilərin birləşməsidir. Ruhun mayası bədənin içəri-
sində mövqe tutub onun halını yaşayır və bədəni mümkün olduqca 
yaşadır. 
Ağıl – həyat təcrübəsi və biliklərin mənimsənilməsindən yara-
nan bir topludur ki, ruhun mayasını bürüyür və bədənlə onun ara-
sında onların (bədənlə ruhun mayasının) birgə yaşadıqları müddət 
ərzində  aralarında  tədrici  bir  qat  əmələ  gətirir.  Bədən  nə  vaxtsa 
məhv olanda bu qat ruhun mayası üçün onun yeni həyatının təzə 
mənası olur. Ölümdən sonrakı həyat bizim əməllərimizin bu həyat-
da necə olmasından asılıdır. 
Varlıq  potensial  quruluşda  –  inkişaf  etməmiş  vəziyyətdə, 
toxumluq  şəkildə  ideal  şəraitində  uzunmüddətli  həyata  malikdir. 
Elə ki varlıq müəyyən mühitdə inkişaf etməyə başladı nəhayətdə 
müəyyən zaman kəsiyində öz ömrünü yaşayır. Varlığın ölümü – iti-
rilmiş fiziki örtük və sərbəstləşən müəyyən həyat təcrübəsinə ma-
lik enerjidən, yəni ruhdan ibarət olur. Varlığın ölümü – yeni döldə 
formalaşmadır. 
Hər hansı bir varlıq yaşayırsa, o öz varlığını qoruyub saxlamaq 
üçün kənardan gələn fiziki təsirlərə müqavimət göstərir və həm də, 
öz növbəsində, kənar obyektlərə təsir edir. Müqavimətin uzunmüd-
dətliliyi varlığın dözümlülüyündən, yəni onu təşkil edən mövcud-
luqların daha möhkəm birləşməsindən asılıdır. Kənar obyektə təsi-
rinin gücü isə varlıqların təbii durumlarından, yəni onların ac və ya 
doymuş olmalarının hansı dərəcədə olmasından asılıdır. 
Hər hansı bir varlıq öz mövcud quruluşunda müəyyən imkanla-
ra malikdir. Qeyri-üzvi maddələrdən təşkil olunmuş varlıqlarda bu 
imkanın ən başlıcası dözümlülük həddidir. Qeyri-üzvi maddələr-
dən üzvi maddələrə keçiddən sonra yaranan varlıqlar isə başqa bir 
keyfiyyətə  malikdirlər.  Onlar  qeyri-üzvi  maddələrlə  müqayisədə 


201
daha inkişaf etmişdirlər və nəsil artırırlar. Bu inkişaf onlarda daha 
sürətli forma və məzmun dəyişiklikləri ilə nəticələnir. Üzvi mad-
dələrdə yaşam, mühitə uyğunlaşma, həyat təcrübəsi ilə mühafizə 
olunur. Bu da, öz növbəsində, xarakterin formalaşması ilə nəticələ-
nir. Qeyri-üzvi maddələrdə potensiallıq təşkil edən ruhun mayası, 
bu yaşamda həyat təcrübəsi əldə etmək imkanı olmadığından, ol-
duğu vəziyyətdə də qalır. 
Üzvi maddələrdə yaşantı və mühitə uyğunlaşma nəticəsində xa-
rakterdə formalaşma getdiyindən artıq xüsusi bir varlığın ayrıca bir 
ruhu yaranır. Varlığın ruhunu ayrıca göz ilə görmək mümkün deyil. 
Şüurlu olmaq üçün, birinci növbədə, şüurlu olmaq imkanına malik 
olmaq lazım gəldiyindən, ruhun varlığını da dərk etmək üçün, bi-
rinci növbədə, ruhun varlığını dərk etmək imkanına malik olmaq 
lazımdır. 
İdrak – hər hansı bir varlığın tamamlanmış quruluşdakı xarakte-
rindən formalaşan dərrakəlilikdir, yəni məqsədli fəaliyyətdir. 
Hər hansı bir andakı nəticə özündən əvvəlki səbəblərin məhsulu 
olduğundan, kainatdakı səbəb-nəticə ardıcıllığı daha geniş dairə-
dən mərkəzə doğru səbəb-nəticə ardıcıllıqları axınında, ilk başlan-
ğıcla, yəni dairənin mərkəzindəki ilkinliklə tamamlanır. 
Ruh – hər hansı bir varlığın müəyyən tamamlanmış quruluşdakı 
aktivlik dərəcəsindən doğan və həmin varlığı onun imkanı daxi-
lində həyati fəallığa təhrik edən qüvvədir. Həyat hadisələri ruhun 
aktivliyinə  təsir  edir.  Ruhun  aktivliyi  bədənin  fəaliyyətinə  təsir 
göstərir.  Bütün kainat  tamamlanmış bir quruluş  kimi  qəbul edil-
sə, bu quruluşun aktivlik dərəcəsindən doğan qüvvə ən ali ruhdur. 
Ən ali ruh bütün kainatın halını, yəni ayrı-ayrılıqda kainatı təşkil 
edən tamamlanmış müəyyən quruluşların halını yaşayır. Ən ali ruh 
tamamlanmış ən böyük və ən mükəmməl quruluşa malik olduğun-
dan, o həm də ən böyük idraka malikdir. Ən böyük idraksa kaina-
tın məqsədli, nizamlı və təkamülə doğru hərəkətini təşkil edir. Hər 
hansı bir varlığın xarakteri ilk bünövrəsini yaradıcısından alır və 
düşdüyü  mühitdə  formalaşır.  Qeyri-üzvi  maddələrdən  üzvi  mad-
dələrin fərqlərindən biri də ondan ibarətdir ki, üzvi maddələr öz in-


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə