Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə67/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   63   64   65   66   67   68   69   70   ...   77

202
kişaflarını qidalanma prosesi üzərində qururlar. Qidalanma olmasa, 
onların inkişafı mümkün deyil. Düzdür, toxumları (əlbəttə, ki, bu 
üzvi maddələrə aiddir) öz ideal şəraitində saxlasan, inkişaf etməyə 
potensial imkanlı bir varlıq kimi istənilən zaman müddətləri üçün 
öz  sabitliklərini  saxlayacaqdır.  Həm  də  bu  sabitlikdə  bütün  üzvi 
maddələr  üçün  ümumi  olan,  zəruri  ehtiyacların  ödənilməsi  üçün 
formalaşmış xarakter də vardır. Qeyd etmək lazımdır ki, xarakter 
yalnız üzvi maddələrdən yaranmış varlıqlara aiddir. Xarakter yal-
nız həyat təcrübəsi əldə etmək imkanlı varlıqlarda əldə edilmiş hə-
yat təcrübəsi nəticəsində formalaşa bilər. Deməli, hər hansı bir üzvi 
maddənin ilk yaranışında bütün üzvi maddələrdən yaranmış var-
lıqlara aid olan zəruri ehtiyacların ödənməsi (yəni nəsil mövcud-
luğunun, o cümlədən nəsil davamının təmin olunması) üçün lazım 
olan həyat təcrübələri vardır. Bu həyat təcrübələrinin davamı artıq 
ən  müxtəlif  səpgidə  olan  üzvi  maddələrdən  yaranmış  varlıqların 
quruluşlarından asılı olaraq davam etdirilir və onların hansı dərə-
cədə həyat təcrübəsi əldə etməsi, birinci növbədə, varlığın həyat 
təcrübəsi əldə etmək imkanlılığından, sonra isə düşdüyü mühitdə 
əldə etdiyi həyat təcrübəsindən ibarətdir. 
Həyat təcrübəsi idrak növü olduğundan belə nəticə çıxır ki, hər 
hansı bir üzvi maddənin potensialında (yəni toxumunda) idrak var. 
Qeyri-üzvi maddələrdən müəyyən şəraitdə üzvi maddələr əmələ 
gələndə hərəkət (istər passiv, istər fəal) edə bilmək qabiliyyəti onla-
rı bir-birindən kəskin fərqləndirib. İlk həyat təcrübəsi ilk hərəkətin 
məhsuludur. Demək həyat təcrübəsini ilk canlı yaranışından sonra 
əldə edir. Digər tərəfdən, həyat təcrübəsini hər hansı bir varlıq öz 
yaranışından sonra əldə etdiyindən materiya növü kimi qəbul et-
məliyik. Həyat təcrübəsi materiya növü kimi qəbul olunursa, onda 
müəyyən forma və məzmuna malik kütlədir. Həyat təcrübəsi idrak 
növü olduğundan, deməli, idrak materiyadır. O, həm də müəyyən 
forma və məzmuna malikliyi ilə varlıq məhv olanda öz sabitliyi-
ni saxlayır. Hər hansı bir varlığın idrakı materiyadırsa, müəyyən 
forma və məzmuna malikdirsə, hər hansı bir varlığın yaranışından 
sonra  yalnız  onunla  bağlı  həyat  təcrübələri  hesabına  əldə  etdiyi 


203
spesifikliklə şəxsiləşibsə, təmasda olduğu varlıq məhv olanda öz 
sabitliyini qoruyub saxlayırsa, bu yalnız el arasında deyilən ruh-
dur. Ruh – tərk edilmiş hər hansı bir bədənin məhsuludur. Bu məh-
sul tərk edilmiş bədənin həyat təcrübəsi, xarakteri və yaddaşından 
ibarətdir. Əks təqdirdə ruh kimsəyə aid edilə bilməz. Ruh – ruhun 
mayası və onu bürüyən incə materiya – həyat təcrübələri və onun 
yaddaşından ibarətdir. İncə materiya – həyat təcrübəsi özünü kürə 
şəklində  də  göstərə  bilər.  Həyat  təcrübəsi  ruhun  mayasını  bürü-
dükcə  bir  vaxt  tərk  ediləcək  bədənin  hər  anı  üçün  tədrici  oxşarı 
formalaşır. Həyat təcrübəsi ruhun mayasını bürüdüyü bir vaxt tərk 
edilmiş bədənin birinci oxşarını yaradır. Ruhun mayası, müəyyən 
tərkibə malik olan bədəni, o tərkibin tələbatına uyğun həyata qarşı 
reaksiyalara sövq edir. Beləliklə, hər bir insanın xarakteri, ruhun 
mayasının da tələbatı daxil olmaqla, müəyyən ortaq məxrəcdə for-
malaşır ki, bu da hər bir insanın xarakterinin qanuni yaşantısıdır. 
Ruhun mayasının istifadə etdiyi vasitə, yəni inkişafda olan bədən 
olmasa, həyat təcrübəsi toplana bilməz. Həyat təcrübəsi toplanma-
sa şəxsiləşmiş ruhlar olmaz. Şəxsiləşmiş ruhlar daha təkmilləşmiş 
bədənlə qoşa inkişaf edirlər. Bədənin tərkibinə uyğun şəxsiləşmiş 
ruhlar yaranır. 
Dünyamızda yaşayan hər bir normal insan bir-birini görür. Əs-
lində isə bir-birini görən və dərk edən, insan adlandırdığımız quru-
luşdakı bədəndən istifadə edən ruhlardır. Hər bir insanın içərisin-
də olan ruh bu quruluşun vasitələrindən istifadə edib digər insanı 
görür və hiss edir. Öz əksini güzgüdə görən insan, istifadə etdiyi 
bədənin vasitələrindən istifadə edib yalnız istifadə etdiyi bəbənin 
formasını görür. Bədəndən çıxmış ruh digər bədənin içərisindəki 
ruhları və özü kimi sərbəst ruhları görə bilər. Sərbəst ruhlar digər 
bədəndəki ruhları onları biz gördüyümüz insan formasından deyil, 
o bədən içərisindən ona uyğun aldığı mütləq oxşar formadan, xa-
rakterdən,  həyat  təcrübəsindən  və  yaddaşından  tanıyırlar.  Demə-
li,  hər  bir  insan  əslində,  yalnız  istifadə  etdiyi  bədənin  içərisində 
(yəni ruhun paltarında) başqasının ruhunu görür. Sərbəst ruhları isə 
yalnız sərbəst ruhlar vasitəsilə görmək olar. Bunun üçün də gərək 


204
öz ruhunu müvəqqəti sərbəstləşdirməyi bacarasan. Bunun yeganə 
yolu isə öz bədəninin varlığını müvəqqəti unutmağı bacarmaqdır, 
yəni bir növ bədəni ətraf mühitdən təcrid etmək, onu müvəqqəti də 
olsa həyat hadisələrinə qarşı neytrallaşdırmaqdır. 
Get-gedə kainatın forması təkmilləşir. Bununla bərabər, hazırkı 
materiya növündən (yəni 0 – 300 000 km/san sürət həddi arasında) 
yeni materiya növünə tədrici dəyişiklik baş verir. Get-gedə materi-
yanın hazırkı növü yeni materiya növünə çevrilir. Bu bir prosesdir. 
Yeni materiya növü təmiz idrak şəkillidir – nur formasındadır. 
Beş duyğu üzvündən demək olar ki, beşi də başda yerləşir. Yal-
nız toxunma bütün bədənlə ortaqdır. Əslinə qalanda boğazdan aşa-
ğı  bədən  yalnız  başı  qidalandırmaq,  qorumaq  üçün  bir  vasitədir. 
Bütün informasiyalar beyinə ötürülür və beyin bu informasiyalara 
öz səviyyəsində cavab verir. Yeni yaranan canlının beyni hələ ana 
bətnindəykən həyat təcrübələri toplamağa başlayır. Toplanan həyat 
təcrübələri beyində kodlaşdırılır. 
Müasir  nəzəriyyələrdə  deyilir  ki,  həyat,  yəni  üzvi  maddələr 
qeyri-üzvi  maddələrin  müəyyən  şəraitdəki  halından  yaranmışdır. 
Bu  doğrudur,  lakin  bizim  adlandırdığımız  qeyri-üzvi  maddələrin 
həmin  şəraiti  yaratması  haradasa  müəyyən  bir  tamamlanmış  sis-
temin o zəruriyyəti şərtləndirən labüdlüyünün nəticəsi deyilmi?!
Qeyri-üzvi maddələrdən üzvi maddələrin əmələ gəlməsi daha 
böyük səbəbdən digər daha böyük bir səbəbə keçid kimi qiymətlən-
dirilməlidir. Səbəbsiz nəticə olmadığından belə düşünmək müm-
kündür ki, tamamlanmış quruluşdakı hər hansı bir varlıq müəyyən 
səbəblərin nəticəsidir. Sistemlənmiş müəyyən səbəblərsə hökmən 
müəyyən  idrak  məhsulu  olduğundan,  kainatda  ilk  tamamlanmış 
varlıq ilk idrak məhsuludur. Hər hansı tamamlanmış varlığın ak-
tivlik dərəcəsindən doğan və həmin varlığı həyati fəaliyyətə təh-
rik edən qüvvə, həmin tamamlanmış varlığın imkanı səviyyəsində 
həm də onun idrakıdır. Deməli, hər hansı bir varlığın tamamlanmış 
aktivlik dərəcəsindən doğan qüvvə ruh – ruh isə idrakdır. Quruluş 
– hər hansı bir varlığın müəyyən vəziyyətdə tamamlanmış sistemli 
halıdır. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə