Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə43/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   39   40   41   42   43   44   45   46   ...   77

130
ekstrasenslər üçün açmazlar... Onsuz da əsil ekstrasens üçün insan 
daxilinə  nüfuz  etmək  çətin  deyil,  üstəlik  əsl  ekstrasenslər  insan-
larda özlərinə qarşı rəğbət hissi oyatmağı bacarırlar. Lakin bütün 
bunlarla bərabər, hər halda ekstrasens belə bir şərtin olduğunu da 
nəzərdən qaçırmamalıdır. İnsanlar ən müxtəlif xarakterli olduqları 
kimi, ekstrasenslər də ən müxtəlif xarakterli ola bilərlər. Lakin hər 
bir ekstrasens bilməlidir ki, qabiliyyəti dünya malına satmaq olmaz. 
Əks təqdirdə ən ali varlıq belə bir halı sənə bağışlamaz. Ekstrasens-
lər insan sərraflarıdır. İnsanın sərrafı olan kəs isə birinci növbədə öz 
qəlbinin təmizliyinə əmin olmalıdır. Yalnız qəlbi təmiz şəxslər qəl-
bində ən ali varlığın parlaq nurunu yaşatmaq imkanını əldə edərlər 
ki, həyatda bundan da böyük səadət və xoşbəxtlik yoxdur. 
Hər  bir  insan  əxlaqlı  olmalıdır.  Əxlaq  –  bəşəriyyətin  ümumi 
dərk səviyyəsinin qəbul etdiyi insana xas həyat normasıdır. Lakin 
ən müxtəlif insanların dərk səviyyəsi ən müxtəlif olduğu kimi, hər 
fərdin də öz düşüncəsinə görə əxlaq səviyyəsi var. Buna görə də 
bəşəriyyətin ümumi şüur səviyyəsinə uyğun, daha kiçik mənada 
götürüldükdə isə hər ölkənin öz adət-ənənələrinə uyğun qanunlar 
toplusu müəyyənləşdirilməlidir ki, bu da daha aşağı səviyyəli əx-
laqa  malik  olanları  məcburi  şəkildə,  qanun  çərçivəsində  ümumi 
əxlaq normalarına riayət etməyə məcbur etsin. Ancaq ən böyük 
əxlaq  sahibi  ən  ali  varlıqdır  və  onun  ədalət  prinsipləri  üzərində 
qurduğu təkamül yolu ən ədalətli əxlaq normasına hökmdür. İn-
sanların öz dərk səviyyəsinə uyğun yaratdığı qanunlar müəyyən 
əxlaq pozuntularının qarşısını alır və insanları qanunla qoyulmuş 
qaydalara əməl etməyə məcbur edir. Beləliklə də ən ali varlığın 
qoyduğu  qanunlar  hökmdür  və  bu  ədalət  qaydalarına  əməl  et-
məyənləri amansız bəlalar gözləyir. Lakin insanların qoyduğu qa-
nunları haradasa ən müxtəlif üsullarla pozmaq mümkündür və yeri 
gələndə bu qanunlara gizlində əməl etməmək də olur. Ancaq ən ali 
varlığın qanunlarını onun özündən başqa heç kəs dəyişə bilməz 
və ən ali varlıq hər kəsin gizlində etdiyi əməllərdən aşkar surətdə 
xəbərdardır. Ona görə də ən ali varlıq ən əxlaqlı insanları özünə 
daha yaxın sanır. 


131
Tutduğun yol doğru deyilsə, hər vaxt düzgün yola qayıtmağın 
təqdirəlayiqdir. Ən ali varlıq ən səbirli, ən rəhmli və ən adildir. Ən 
ali varlıq hər vaxt, özünün yanlış bir yol tutduğunu anlayıb doğru 
yola  qayıdanları  və  haqqa  tapınıb  bir  daha  səhv  etməməyə  çalı-
şanları bağışlayır. Çünki hər bir kəs haradasa ola bilsin ki, nöq-
sanlara yol verər və hər bir kəs bilməyərəkdən və ya bilərəkdən 
bir vaxt yanlış yolun yolçusu olar. Lakin nizamlı, məqsədli təka-
mül yolu hər bir varlığın dərk səviyyəsini artırdığı kimi, insan da 
həyatda yaşadığı müddət ərzində müəyyən bir inkişaf yolu keçir. 
Əgər bir vaxt yanlış yola düşmüş hər hansı bir şəxs tutduğu yolun 
düzgün olmadığını anlayırsa və doğru yola qayıdırsa, ən ali varlıq 
onu bağışlayacaq. Ancaq bir şərtlə ki, bilməyərəkdən yanlışlığa yol 
verənlər haradasa kimdən və nədənsə vaxtında öyrənmək imkanını 
əldən verdikləri üçün doğurdan da əgər öyrənmək imkanı olub və 
bu imkan əldən verilibsə, müəyyən cəzaya məruz qalırlar, bilərək-
dən yanlışlığa yol verənlər isə öz layiq olduqları qədər cəzaya mə-
ruz qalacaqlar. Belə nəzərdə tutulmasın ki. Ən ali varlıq insanları 
tutduqları əməllərə görə bağışlayacaq deyəndə onların gördükləri 
pis əməlləri, ədalətsizlikləri bağışlayacaq. Xeyr. Ən ali varlıq insan 
övladı üçün onun ömür çərçivəsi daxilində müəyyən ədalət prin-
siplərinə əməl etmək şərtləri qoyub, haradasa insanlar yaşadıqları 
müddət ərzində bu intervalda qoyulmuş qaydaları pozurlar. Yəni 
əslində pis, yaxşı əməllərə görə cəza öz yerində, axı insan ən ali 
varlığın qoyduğu doğru yolun yolçusu olmalıdır. Bu qaydanın po-
zulması, yəni insanın daimi doğru yolun yolçusu olması qaydasının 
pozulmasına görə, yəni əgər hər hansı bir kəs düzgün yola qayı-
darsa, nəzərdə tutulan cəza bağışlanar. Lakin qoyulmuş qaydanın 
pozulduğu müddət ərzində insanın bilərəkdən və ya bilməyərəkdən 
etdiyi səhvlər üçün müəyyən olunmuş cəza tədbirləri görülür. Ona 
görə də hər vaxt doğru yola qayıtmaq zərərin yarısından qayıtmaq 
kimi bir şeydir və ən ali varlıq tərəfindən həmişə tərifəlayiq qarşı-
lanır. Heç olmasa bir şəxsi əyri yoldan çəkindirmisənsə, xeyirxah-
lığın  ən  ali  varlıq  tərəfindən  mükafatlandırılacaq.  Bir  şəxsi  əyri 
yoldan çəkindirmək, neçə bəd əməlin qarşısını almaq, neçə-neçə 


132
şər işi meydandan uzaqlaşdırmaq deməkdir. Bəlkə də həyatda yüz 
yoxsula  yardım  etməkdən,  yüz  il  ibadətlə  məşğul  olmaqdan,  bir 
bəd əməl sahibini doğru yola qaytarmaq daha üstündür. Çünki bü-
tün şər işlərin başlanğıcı bəd əməl sahiblərinin fikirlərindən doğur. 
Ən ali varlıq hər vaxt onun qanunlarına əməl edənləri bəlalardan 
qoruyar. Ən ali varlıq hər vaxt bəd əməl sahiblərini öz bəlaları ilə 
izləyir. Ona görə də bütün insanlar ən ali varlığın ədalət qanun-
larına  riayət  etməli,  yəni  əxlaqlı  olmalıdırlar.  Ekstrasenslər  isə 
hökmən ekstrasens əxlaq kodeksinə riayət etməlidirlər. Ona görə 
ekstrasenslərin üzərinə böyük məsuliyyət qoyulur ki, ekstrasenslər 
haradasa  məsul  şəxsdirlər.  Çünki  onlara  müraciət  edənlər  yalnız 
müəyyən xəstəliklər üçün müalicə kursları keçmirlər, həm də hə-
yat  qayğılarını  ödəyəcək  məsləhətlər  almaq  ümidi  ilə  yanaşırlar. 
Deməli, ekstrasenslərin insanların həyatında rolu çox böyükdür və 
haradasa onların verdiyi qərarlar hər hansı bir insanın həyatında 
ən müxtəlif cəhətlərdə iz qoya bilər. Ekstrasenslər, hökmən ən ali 
varlığın ədalət prinsipinə, yəni ekstrasens əxlaq kodeksinə riayət 
edin. Əks təqdirdə taleyin ən kinayəli gülüşü nəsibiniz olar və ən 
ali varlıq da sizi bağışlamaz. 
Bəşəriyyətin  gələcək  inkişaf  tarixində  bütün  insanlarla  bəra-
bər, ekstrasenslərin də xüsusi rolu var. Ekstrasenslər bu rolun ən 
gözəl ifaçıları olmalıdırlar. Onlar bilməlidirlər ki, ən ali varlığın 
etimadı hazırda onlar üçün böyük mükafatdır və bu etimadı doğ-
rultmaq,  bu  mükafat  sahibinin  bir  daha  nüfuzunu  qazanmaqdır. 
Hiyləylə qurulan işin sonu uğurlu olmaz. Çünki hiyləylə qurulan iş 
haradasa ədalətsizliyin törəməsidir. Həm də hiyləylə qurulan işdə 
kiminsə şəxsi mənafeyinə xidmət nəzərdə tutulur. Ən ali varlığın 
ədalət qanunları ən doğru yoldur. Lakin hiyləylə qurulan iş ədalət 
qanunlarından  kənar  bir  yol  olduğu  üçün  heç  vaxt  son  nəticəsi 
yaxşı olmaz. Axı ən ağıllı kəs belə ən ədalətli yoldan daha yaxşı 
yol tapa bilməz. Ona görə də hiyləylə qurulan iş, lap ola bilsin ki, 
ilk zamanlar müəyyən müvəffəqiyyət qazansın, lakin son nəticədə 
uğursuzluq göz qabağında olacaqdır. Ən ali varlığın ədalət yolun-
dan çıxanları isə onun ən böyük bəlaları izləyər. Hiylə elə amansız 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə