Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə44/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   40   41   42   43   44   45   46   47   ...   77

133
bir tədbirdir ki, yeri gələndə ən yaxın adamını belə bu yolda qur-
ban vermək zəruriləşir. Hiylə elə amansız bir vasitədir ki, onun iki 
başı var, qarşıya qoyulmuş məqsəd baş tutmayanda ikinci baş sənə 
qarşı çevrilir. Hiylə elə bir toxumdur ki, onun içərisində şübhənin 
təzahürləri yaşayır. Şübhə ilə yaşanan ömür vahiməli bir röyadır, 
ayıq həyatında. Ən ali varlıq hiyləylə qurulan işlərə gülümsəyir, 
çünki onun ədalətli həqiqətlərindən kənar görülən işlər faydasız bir 
canfəşanlıqdır və ən ali varlıq sonda hiyləgər şəxsləri öz qurduğu 
tora salır. Həm də hiyləsi baş tutmayan şəxsin iç üzü də açılır və 
onun əməlləri hər kəsə bəlli olur. Odur ki, bütün bunları nəzərə alıb 
belə nəticə çıxarmaq olar ki, dünyada ən doğru yol həqiqət yoludur. 
Çünki bu yol ən ali varlığın ədalət qanununun hökmü ilə yaranıb. 
Dünyada ən yaxşı əməl təmiz əməldir, çünki təmiz əməl sahiblə-
rinə ən ali varlıq həmişə yardımçı olur. Ey insan, bilməyərəkdən 
görülən iş kimlərəsə ziyan gətirə bilər, ona görə də görəcəyin hər 
bir işin nəticəsini əvvəlcədən düşün. Düşüncəsiz görülən işdə öz 
uğursuzluğun bir yana, axı nə üçün başqalarına ziyan gətirəsən? 
Düşüncəsiz görülən işdə hissiyyatın tələbləri üstünlük təşkil edər. 
Hissiyyatla  bağlı  olan  işlərdə  isə  haradasa  maddiliyə  meyil  var. 
Ağılla  qərarlaşdırılmayan  işlər  taleyin  gözübağlı  getdiyi  yoldur. 
Bu yolda maneələr, təhlükələr ola bilər. Ey insan, görəcəyin hər bir 
işi ağılla qərarlaşdır. Ağılla qərarlaşdırılmış iş özün üçün də, xalq 
üçün də faydalı olar. İnsan Yer kürəsində yaşayan canlılar içərisin-
də ona görə üstün mövqe tutur ki, o öz görəcəyi işin nəticəsi ilə 
maraqlıdır. Hissiyyatla bağlı görülən işlərdə nəticə maraqlı deyil, 
yalnız o anın bədəndə yaranan daxili tələbatı ödəməsinə səy göstə-
rilir. Lakin ağılla görülən işlərdə məqsəd başqadır. Ağılla görülən 
işlərdə bəzən son məqsəd üçün kiçik uğursuzluqlarla da razılaşılır. 
Hissiyyatın  tələbinin  ödənilməsində  ilk  uğursuzluq  çox  hallarda 
ilk arzunu dəf edir. Hissiyyatla bağlı görülən işlərdə bunun üçün 
də  çox  vaxt  ilk  başlanğıc  uğurlu  olur,  lakin  son  nəticə  uğursuz-
luqdur.  Hər  hansı  bir  işin  görülməsində  yeganə  doğru  yol  ağılla 
hərəkət etməkdir. Ağılla bağlı görülən işlərdə haradasa məqsədli 
bir həyati fəaliyyət yaşayır. Ən ali varlıq ağılla görülən işləri hər 


134
vaxt xoşlayır. Hörmət et, minnət qoyma. Kiminsə sənin qayğına 
hər hansı bir sahədə ehtiyacı varsa, görünür, hansı bir işinsə həya-
ta keçməsində kiminsə köməyinə möhtaclığı var. Ola bilsin həmin 
şəxs kömək üçün sənə müraciət etməzdi. Ancaq müraciət edibsə, 
deməli başqa müraciət etməli kəslərdən səndə haradasa özünə daha 
dəyərli bir üstünlük görüb. Sən öz imkanlarını nəzərə al. Gör sənə 
edilən müraciəti yerinə yetirmək iqtidarına maliksənmi? Bəlkə sə-
nin imkanlarında elə məhdudluq var ki, sonra özün pis vəziyyətdə 
qalarsan. Bəlkə müraciət edən kəs bilməməzlikdən səni özünə daha 
çox köməyi dəyən şəxs hesab edib, sən ona ən doğru yol göstər. 
Bütün bunlardan başqa, əgər doğurdan da kömək etməyə imkanın 
varsa, söz verdin kömək et. Ən ali varlıq öz yaratdığı bəndələri-
ni doğru yol yolçusu olarlarsa, heç vaxt naümid qoymaz. Çətinə 
düşmüş haqq tərəfdarlarına kömək edənləri isə ən ali varlıq özünə 
yaxınlardan hesab edər. Ancaq bir şərtlə, sənə ehtiyacı olub mü-
raciət  edənlərə  hörmət  et,  minnət  qoyma.  Çətinə  düşüb  səndən 
kömək umanlardan istifadə etmə. Köməyə ehtiyacı olanların qü-
ruruna toxunma. Ən ali varlıq gizlində də, aşkarda da hər şeyə nə-
zarət edəndir. Həyat çox ciddi bir sınaq meydanıdır. Bir vaxt sən 
də belə bir sınağa çəkilə bilərsən. Kimsəyə kömək əlini uzadanda 
özünü o şəxsin yerində düşün. Gör yardımı nə cür etmək lazımdır 
ki, yardım alan daha çox qəlb sıxıntısı keçirməsin. İstər maddi yar-
dım, istərsə də mənəvi yardım – hər ikisi az ya çox ehtiyacı olana 
ən böyük köməklikdir. Ən ali varlıq başqalarına yardım edənə özü 
yardımçı olar. Ona görə də kimsələrin müraciətinə diqqətlə yanaş. 
Bəlkə  sənə  müraciət  edənlər  müəyyən  məqsəd  güdür,  sən  ən 
təmiz adam olmalısan. Xüsusilə ekstrasenslər ona müraciət edən-
lərin məqsədi arxasında nələr dayandığına xüsusi diqqət etməlidir-
lər. Əks təqdirdə onlar öz təmizliklərinə xələl gətirə bilən işlərin 
gedişinə rəvac verərlər. Ekstrasens ona müraciət edənin hansı əx-
laq sahibi olur olsun, məqsədini müəyyənləşdirib öz bacara bildiyi 
və ona müraciət edənin şəxsiyyətinə xələl gətirməyən üsullardan 
istifadə etməklə onu düzgün yola istiqamətləndirməyi bacarmalı-
dır. Həm də ekstrasens özü belə bir işi həyata keçirərkən heç bir 


135
təmənna və maddiliklə bağlı məqsəd güdməməlidir. Ən ali varlıq 
ekstrasenslərə etimad göstəribsə, deməli, onun maddi cəhətcə ya-
şayışı üçün hər şey nəzərə alınıb. Ona görə də hər bir ekstrasens 
yalnız və yalnız ədalətli olmalı, haqqın qorunmasına çalışmalıdır. 
İnsan sınaq meydanında olduğu üçün onda hissiyyat və ağıl təx-
minən nisbi bərabərlik təşkil edir. Ona görə də hər hansı bir kəsə 
bir başqasının müəyyən məsləhəti öz təsirini göstərir. Ekstrasenslər 
isə qayğılarını kiminləsə bölüşdürmək istəyənlərin, bir növ məs-
ləhət  yeridir.  Demək  ekstrasenslərin  fikri  haradasa  cəmiyyətdə 
müəyyən rola malikdir. Ona görə də hər bir ekstrasens bacardığı 
qədər ən ideal şəxs olmalıdır, əks təqdirdə o öz nüfuz və hörmə-
tini itirə bilər. Əsl insanın həyatda sözü ilə əməli düz gəlməlidir. 
Əgər  sənin  əməllərin  dediyin  sözlərə  uyğun  deyilsə,  kimsələrin 
sənə qarşı inam hissi tədricən itmiş olar. Əgər sən dediyin sözlərlə 
öz-özünü aldadırsansa, bir vaxt qəflət yuxusundan ayılanda özünü 
mənəviyyatca  ən  aşağı  simada  görəcəksən.  İnsan  elə  məxluqdur 
ki,  onun  hərəkətləri  yalnız  öz  marağını  təmin  etməməlidir.  Əks 
təqdirdə  o  öz  hissiyyatının  əsiri  olan  insan  formasında  heyvana 
çevrilər. Nitq insanın fikirlərinin ifadəsi üçün bir vasitədir. Lakin 
əməlin  nəticəsi  bir  çox  hallarda  insanın  fikirlərinin  ifadəsindən 
uzaq məqsədlərə xidmət edir. Çünki insanın fikirləri – çox vaxt ha-
radasa onun hissiyyatı ilə ağlının müvazinət sabitliyində yaranan, 
iradəsinin məhsulu olan düşüncəsinin cəmiyyətin əxlaq normaları-
na uyğunlaşdırılmış ifadəsidir. Demək insanın əməlləri – çox vaxt 
fikirlərinin həyata keçməsinin nəticəsindən yaranan bir hal olsa da, 
ancaq bu əməllərin yaratdığı nəticələr haradasa insanların fikiraltı 
düşüncələrinin məqsədinə xidmət edir. Lakin yaxşı əməl sahiblə-
rinin  düşündükləri  ilə  söylədikləri  fikir  eyni  olduğundan  onların 
fikirləri də əməllərində öz əksini tapır. Yəni əməllərinin nəticəsi 
elə  bir  növ  fikirlərinə  xidmət  edir. Ancaq  bəd  əməl  sahiblərində 
bütün bunlar əksinədir. Bəd əməl sahiblərinin düşüncələri ifadə et-
dikləri fikirlərlə eyni olmadığı kimi, əməllərinin nəticəsi də son nə-
hayətdə özlərinə xidmət etmək üçün yönəldilir. Ancaq ən yaxşısı, 
sözü ilə əməli düz gələn təmiz qəlb sahibi olmaqdır. Onsuz da ən 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə