Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə47/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   43   44   45   46   47   48   49   50   ...   77

142
qismən varsa da demək olar ki, öz hisslərini boğmağı bacarırlar. 
Əks təqdirdə maddiliklə hər hansı bir yaxınlaşma onun quruluşunu 
mürəkkəbləşdirir ki, bu hal da onların mövcudluq kimi səviyyəsi-
nin enməsi deməkdir. Bizim maddilikdən kənara bizim maddiliyin, 
hər  bir  insan  həyatında  yaxşı  əməl  nəticəsi  olan,  sintezin  –  par-
laq nurun toplanması prosesi gedir. Bu hal bizi əhatə edən mate-
riyanın  nizamlı,  məqsədli  və  təkamülə  doğru  inkişafında,  bizim 
maddilikdən  yaranan  yeni  bir  doğumun  mövcudluq  formasında 
təzahürüdür. Bu ruhun daha mükəmməl quruluşlu yeni bir möv-
cudluqdan əbədi həyat yolunda bir vasitə kimi istifadə etməsidir. 
Ən ali varlığa daha yaxın olan bu varlıq ən ali varlığa qovuşmaq 
mərhələsindədir. Kainatda ümumi bir harmoniya var. Daha böyük 
səbəbdən daha böyük səbəbə doğru təkamüldə olan kiçik səbəblər 
qrupu öz inkişafları nəticəsində əldə etdiyi mürəkkəblikdən daha 
böyük səbəbin ən sadə bir varlığına çevrilir. Bu həyatın ibtidaidən 
aliyə, sadədən mürəkkəbə doğru inkişafında keçdiyi təkamül yolu-
nun inkişaf prosesidir. Daha böyük bir səbəbin ən sadə təzahürləri 
ən ali varlığa yaxınlaşmaq yolunda daha böyük səbəbdən daha bö-
yük səbəbi doğuran daha böyük haqq yoludur. Bu böyük ümumi 
təkamül yolunun yolçuları ən ali varlığa doğru can atan silsilə bir 
hal yaşantıları məcmusudur. Ən ali varlıq kainatda olan bu hal ya-
şantılarının ümumi halını duyur və bu halı yaşayır. Əkslik inkişafı 
doğurur. Əgər kainatda əksliklərin vəhdəti olmasaydı, inkişaf da 
olmazdı. Həyat əksliklərin vəhdəti üzərində qurulmuşdur. Təkamü-
lün son məqsədi ən ali varlığa qovuşmaqdır. Həyat təcrübəsi – hər 
hansı bir varlığın təbii rahatlıq halının təminatçısıdır. Həyat təcrü-
bəsi bizim aləmin maddiliyinin qanunlarına tabe olmayan materi-
yanın təkamülə doğru inkişafında yeni təzahür formasıdır. Həyat 
təcrübəsi bizim maddi aləmdən kənarda ruhun vasitə kimi istifadə 
edə biləcəyi müəyyən materiya növüdür. Həyat təcrübəsi bizi əhatə 
edən aləmin qanunlarına tabe olmayan yeganə mürəkkəb materiya 
növüdür. Həyat təcrübəsi bir növü ruhun yaddaşıdır. Həyat təcrü-
bəsi ruhu bürüyən məcburi bir vasitədirsə, deməli, o həm də ruhla 
birgə vahidlik təşkil etdiyi ruhun xarakteridir. Xarakter – həyat təc-


143
rübəsi vasitəsi ilə ən müxtəlif biliklərin bir obyektdə kodlaşması 
deməkdir  ki,  bu  da  mövcud  varlığın  ümumi  bir  daxili  tələbatını 
yaradır. Bu xarakterin daxili tələbatının hansı istəkdən olmasından 
asılı olaraq yaranan halı ruh yaşayır və bu hala uyğun həyat keçi-
rir. Təkamül prosesinin daha yüksək pillələrində olan varlıqların 
xarakterindən yaranan daxili tələbatı daha ədalətli bir istəklə bağlı 
olduğu üçün mövcud varlığın bu istəyin həyata keçməsi uğrundakı 
fəaliyyətindən yaranan halı ruha rahatlıq gətirən bir yolla yaranır 
və ruh təkamül prosesinin daha yüksək pilləsində dayanan və ən ali 
varlığın ədalət qanunlarını dərk edib ona öz imkanı daxilində əməl 
edən bir varlığın ruha rahatlıq gətirən bir halında ləzzətli bir həyat 
keçirir. Haradasa hər şeydə ümumiliyə meyil var. Düzdür, həyatın 
inkişafı təkamülün ən müxtəlifliyi üzərində qurulmuşdur, lakin bu 
ən müxtəlifliyin son həddi haradasa ümumi bir səbəblə qovuşur. 
Daha böyük bir səbəblə digər daha böyük bir səbəb arasında mil-
yonlarca kiçik səbəblər qrupu əksliklərin vəhdəti kimi bir böyük 
səbəbdən digər böyük səbəbə doğru hərəkətdədirlər. Bu hərəkət isə 
nizamlı, məqsədli, təkamülə doğrudur. 
Həm də daha böyük səbəblə daha böyük səbəb arasındakı pro-
sesin iştirakçıları əsasən eyni bir materiya növünün labüd varlıq 
kimi  mövcudluqlarıdır.  Lakin  daha  böyük  səbəbdən  daha  böyük 
səbəbə keçid bir materiya növündən digər materiya növünə keçidlə 
qərarlaşır. Bu yeni təzahür daha yeni səbəbin aidiyyəti olan mate-
riyada təbii bir hal kimi qarşılanır və yenidən daha böyük səbəbə 
doğru təkamül prosesi başlanır. Nəhayətdə bu təkamül prosesinin 
sonu ən ali varlığa qovuşuqdur. Ən ali varlıq isə yalnız ona tərəf 
can atanlara yardımçı olur. Ən ali varlıq ən yüksək zirvədə dayanan 
ən böyük dərk sahibidir. Onun qanunları ən ədalətli qanunlardır. 
Ən ali varlığın qanunlarına əməl edən bütün varlıqlar ən ali varlı-
ğın sevimliləridir. Ən ali varlıq onu dərk edənlərə qarşı xüsusi rəğ-
bət göstərir. Ey insan, ən ali varlığın nəzarətini hər an öz üzərində 
hiss et. Hər varlıq özü-özünün mövcudluğudur. Həyatda mövcud 
olmayan şey varlıq deyil. Həyatda mövcud olan şeyin varlığı la-
büddür. Mövcudluq mürəkkəb və bəsit quruluşlu ola bilər. Lakin 


144
bizi əhatə edən maddi aləmin yəni 0 (sıfır) kiçikdi 300000 km/san 
hərəkət  sürətinə  malik  olan  aləmin  qanunları  bəsit  və  mürəkkəb 
maddiliyin yalnız müəyyən qisminə aiddir. Deməli, haradasa bizi 
əhatə edən maddi aləmin qanunlarına tabe olmayan materiya növ-
ləri mövcuddur ki, onların mövcud varlıq kimi təbii hal yaşantısın-
da kainat ən əlverişli məkandır. İnsanların öz gündəlik həyatında 
yaxşı əməllərin nəticəsində əldə etdikləri parlaq nur da bizim ma-
teriya qanunlarına tabe olmadığı üçün belə qənaətə gəlməyə əsas 
var ki, təkamülün daha yüksək pillələrinə qədəm qoyan mövcud 
labüd varlıqlar üçün kainat, onların ümumi böyük təkamül prosesi-
nin hansı pilləsində olmağından asılı olaraq, hər hansı varlığın tə-
bii hal yaşantısı üçün məkan kimi müəyyən səviyyədə əlverişliliyə 
malikdir. Kainat yalnız ən ali varlığın ən optimal təbii hal yaşantısı 
üçün ən ideal əlverişli məkandır. Mövcudluğun hal yaşantısının tə-
biilik dərəcəsi isə onun mövcudluq kimi müəyyən zaman daxilin-
də öz forma və məzmununu saxlamaq müddəti deməkdir. Deməli, 
kainat ən ali varlığın təbii hal yaşantısı üçün ən ideal məkan ol-
duğundan, ən ali varlığın hal yaşantısı əbədidir. Yəni ən ali varlıq 
əbədi həyata malikdir. Ey insan, ən ali varlığa yaxınlaşmaq üçün 
yeganə yol yaxşı əməl sahibi olmaqdır. Əksliklərin vəhdəti gələcə-
yin ümumi axını içərisində əriyir. Yəni daha böyük səbəbdən daha 
böyük səbəbə doğru gedən kiçik səbəblər qrupu son nəticədə daha 
böyük səbəbi yaradan vahidlik kimi təzahür edir. Deməli, təkamül 
prosesində daha böyük səbəbdən daha böyük səbəbə aparan yollar 
ən müxtəlif ola bilər, lakin son məqsəd eynidir. Kainatda təkamül 
prosesində baş verən bütün dəyişikliklər ən ali varlığa qovuşmağa 
aparan yollardır. Bu yolların içərisində bir ana xətt keçir ki, o, ən 
ali varlığa qovuşmaq üçün ən qısa yoldur. Bu yol ən ali varlığın 
qoyduğu ədalət yoludur. Ədalət prinsipi nisbi olsa da hər dərk sahi-
bi öz dərk səviyyəsində ədalət qanunlarına əməl edərsə, deməli, ən 
doğru yolu seçmiş olur. Hər dərk sahibi tutduğu yolun ədalətli olub 
olmadığını yoxlamaq üçün sınanmış ən yaxşı üsuldan istifadə edir. 
Bu üsul belədir: özünə rəva görmədiyini başqasına da rəva görmə. 
Əgər hər dərk səviyyəsində olan bu üsula əməl etsə öz dərk səviy-


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə