Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə45/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   41   42   43   44   45   46   47   48   ...   77

136
ali varlıq gizlində və aşkarda olan bütün işlərdən xəbərdardır. Bir 
şeyi də xüsusi hal kimi qeyd etmək olar, ola bilsin ki, düşüncələrin 
cəmiyyətin əxlaq normasına zidd bir şey haqqında kodlaşır. Əgər 
insan cəmiyyətinin ümumi əxlaq normalarına zidd olan düşüncələ-
rini fikirlərindən nitqinə keçirməmiş daxilində boğursa və heç bir 
zahiri əlaməti ilə bu düşüncələrinin varlığını bildirmirsə, belə hal 
ən ali varlıq tərəfindən çox yüksək qiymətləndirilir. Çünki bura-
da ağılın fəallıq göstərib hissiyyatın müqavimətini qırması təkzi-
bedilməz faktdır. İnsan qəlbi yaranışından təmiz olur. Təmiz şey 
isə tez ləkə götürər. Ey insan, ləkəli qəlb sahibi olmaqdan qorun. 
Haradasa qəlbinə düşən ləkə kiminsə rahat həyatına etdiyin təca-
vüzün nişanəsidir. İnsan insanın rahatlığını pozmamalıdır. Çünki 
insanların hamısı ən ali varlığın eyni hüquqlara malik bəndələridir. 
Başqalarının rahatlığını pozan kəs, unutma ki, belə bir hərəkətinlə 
öz rahatlığına xələl gətirmiş olarsan. Həm də hər kəsin şəxsiyyəti 
onun əməllərində özünü göstərir. Ey insan, öz yaxşı əməllərinlə öz 
şəxsiyyətinin nüfuzunu qoru. Hər kəs bir yaşamlıq ömür payında 
yalnız bir şəxsiyyət yaradır və yaddaşlarda da yaratdığı o şəxsiyyət 
kimi qalır. Əsil insan ol, qoy səni bir vaxt xatirələrdə yaxşı əməl 
sahibi kimi yad etsinlər. Sənin əməllərin cəmiyyət içərisində sənin 
şəxsiyyətin deməkdir. İnsan öz mənəvi simasını hər şeydən üstün 
tutmalıdır. Çünki insanın mənəviyyatı arxasında onun bir vaxt hə-
yata keçirdiyi və həyata keçirəcəyi əməlləri dayanır. Bəşəriyyətin 
fərdi  üzvlərinin  birlikdə  mənəviyyatı  bəşəriyyətin  o  dövr  üçün 
birlikdə mənəvi siması deməkdir. Ey insan, sən yalnız özün üçün 
yaşamırsan,  sənin  əməllərin  haradasa  bəşəriyyətin  ümumi  şüur 
səviyyəsinin qərarlaşmasında müəyyən təsirə malikdir. Ey insan, 
yalnız özün üçün yaşama. Ən ali varlıq yalnız özü üçün yaşayanları 
elə  öz  səviyyəsində  də  qərarlaşdırır. Yalnız  özü  üçün  yaşayanlar 
öz rahatlıqlarını hissiyyatın tələbatında tapanlardır ki, onlar insana 
xas mənəvi keyfiyyətlərdən çox-çox uzaq olarlar. İnsan hələ ana 
bətnində olarkən artıq şəxsiyyətdir. 
Ana bətnindəki uşaq ananın hiss və həyəcanlarını hiss edir və 
ona uyğun hal yaşayır və hər bir uşağın şəxsiyyəti elə ana bətnin-


137
dən formalaşmağa başlayır. Deməli, şəxsiyyətin formalaşmasında 
ən ilkin hal ailə mühitidir. Çünki ananın hiss və həyəcanları ən çox 
ailə mühiti ilə bağlıdır. Şəxsiyyətin formalaşmasında qoyulan ilk 
təməl  isə  inkişaf  etməkdə  olan  şəxsiyyətin  sonrakı  taleyini  is-
tiqamətləndirir. Düzdür, müəyyən yaş dövründə get-gedə müstəqil-
ləşən şəxsiyyətə şəraitin də çox təsiri var. Lakin bir çox hallarda 
ailə mühitinin ilk tərbiyəsi şəxsiyyətə müəyyən şəraiti seçmək is-
tiqaməti  verir.  Deməli,  şəxsiyyətin  formalaşmasında  ilkin  səbəb 
kimi ailə mühitinin böyük rolu var. Bütün bunlar öz yerində, lakin 
ey  insan,  dünyaya  insan  kimi  gəlmisənsə,  öz  təmizliyini  qoruya 
bilməsən, xalq içərisində hörmətdən düşərsən. Həm də hər bir in-
san  bilməlidir  ki,  həyatda  xalqın  hörmətini  qazanmaqdan  yaxşı, 
xalq içərisində nüfuzdan düşməkdən pis şey yoxdur. Xüsusilə eks-
trasenslər öz şəxsiyyətlərinin təmizliyini hər vaxt qorumağa çalış-
malıdırlar. Ekstrasens hər bir kəsə əxlaqı nümunə olmalıdır. Eks-
trasens elə əxlaq nümunəsi göstərməlidir ki, ekstrasens şəxsiyyətini 
hər kəs üçün ideallaşdırmalıdır. Bunun üçün yeganə yol ən ali var-
lığın ədalət qanunlarına həmişə riayət etməkdir. Ən ali varlıq isə 
onun qanunlarına əməl edənə qarşı diqqətli olur. Bəzən insan öz 
şəxsiyyətinin  qiymətini  özü  düzgün  qiymətləndirə  bilmir.  Lakin 
kənardan baxan hər hansı bir diqqətli şəxs hər hansı bir əməl sahi-
binin qiymətini asanlıqla verir. Kənardan verilən qiymət sənin şəx-
siyyətin haqqında bir ölçüdür. Ey insan çalış kənardan baxan səni 
öz əməllərinin müqabilində yüksək qiymətləndirsin. Xalqın insan-
lara verdiyi qiymət, tədricən formalaşan şəxsiyyətin səviyyəsinin 
ümumi ölçüsüdür. Hər bir insan öz səviyyəsini bilməlidir. Əks təq-
dirdə faydasız bir ümidlə arzu edilən hal yaşantısına qovuşa bil-
məz. El gözü tərəzidir. Sən yaxşı əməl sahibi olsan, xalq səni öz 
səviyyənə uyğun hörmətlə qəbul edəcək. Ən ali varlıq hər şeyə nə-
zarət edəndir. Ən ali varlıq kainatın nizamlı, məqsədli və təkamülə 
doğru  inkişafının  təkanvericisidir.  Ən  ali  varlıq  hər  şeyə  nüfuz 
edərək öz zərrəcikləri ilə bütün kainatın halını yaşayır və bu yaşa-
nan halla kainatın halını nizamlayır. İnsan ən ali varlığın yaratdıq-
ları içərisində ən mühüm mövqe tutur. Hər bir insan bədəni müəy-


138
yən  nisbətdə  ruhla  vahidləşir.  Bədənlə  ruh  bir-birinin  əksi  olan 
şeylərdir. Bədəni qüvvətləndirən şeylər ruhu sıxır, ruhu qüvvətlən-
dirən şeylər bədəni öz tabeliyində saxlayır. Lakin bunların bir yer-
də yaşaması insan həyatını təşkil etdiyi üçün, onlar bir yerdə yaşa-
mağa məcburdurlar. Ancaq daha uzun müddət bir yerdə yaşamaq 
üçün orta hədd gözlənilməlidir. Bədən daim öz tələbatını ödəməyə 
çalışsan da ruh o qədər sıxılar ki, əks hal yaranır, ruhi iztirablar 
bədənin hədsiz zəifləməsinə və xəstələnməsinə səbəb olur. Ruhun 
qüvvətlənməsi isə o nisbətə qədər davam edər ki, yalnız bədənin 
yaşaması üçün onun zəruri ehtiyacları ödənsin. Ruhun qüvvətlən-
məsi daha bundan o yana aparmaz, bu isə dünya malına zərurətdən 
artıq meyil etməyən ən ideal sağlam insan bədəni deməkdir. Lakin 
belə bir halla da yaşayış alınmır. Çünki insan cəmiyyətin ümumi 
əxlaq  normalarından  çox  uzaqlaşır  və  onun  hərəkətləri  daha  az 
adamlar tərəfindən başa düşülür. Əslində təkamülə aparan yol bu-
dur, qüvvətli ruh, sağlam bədən, artıq dünya malı sənin nəyinə la-
zımdır. Lakin cəmiyyətin ümumi səviyyəsi gərək o həddə çata ki, 
belələrini  haradasa  qəbul  edə  bilsinlər.  Qüvvətlənən  ruh  həm  də 
ağılla edilən hərəkətlər deməkdir. Ruhun rahatlığı ilk başlanğıcda 
iki üsulla yaradılır. Lakin bunlardan biri müvəqqəti rahatlıqdır ki, 
sonu sıxıntıya aparır. Digəri yenə rahatlıqdır, lakin sonu daimi ra-
hatlığa aparır. Birincisi, bədənin tələbatını ümumi əxlaq normala-
rından aşağı səviyyədə ödəməkdir ki, tələbat ödənilənə qədər ləz-
zət,  lakin  tələbat  ödənildikdən  sonra,  etdiyi  hərəkətlərə  görə, 
cəmiyyətdən üstünə axan mənfi emosiyalar qismətin olar. Bu hər 
iki halı yaşayan ruh bu yaşantını nə cür hiss edir və hansı cavab 
reaksiyası ilə fəaliyyət göstərir? Biz bilirik ki, ruh bədənə nüfuz 
edərək onun halını yaşayır. Bəs bu hal nədir? Hal – hər hansı fiziki 
və mənəvi təsirin bədənin ümumi tutumunda yaratdığı yerdəyişmə-
sinin məhsuludur. Fiziki və mənəvi vasitələrin insan bədəninə etdi-
yi təsirlər orada qərarlaşır və öz tutumları qədər insan bədənindən 
öz cinslərinə uyğun hal çıxarırlar. Ruh insan bədəninin içərisində 
olduğu üçün bu hal onu hər tərəfdən sıxır, ancaq onunla birləşmək 
imkanından  məhrumdur.  Əgər  bu  yaxşı  haldırsa,  bu  toxunuşdan 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə