Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə53/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   49   50   51   52   53   54   55   56   ...   77

160
çox yerlərdə tək-tək və ya qrup halında insanların söylədiklərinə 
görə bizə məlum olmayan ən müxtəlif aparatlarda insana oxşar və 
ya oxşar olmayan formalarda ağıllı varlıqların müşahidə olunması 
qeyd olunub. Belə fikirlərə əsasən söyləmək olar ki, insandan daha 
ağıllı varlıqların olması da mümkündür. Bir maraqlı fakt var ki, tə-
kamül prosesinin daha yüksək mərhələlərinə qalxdıqca, varlıqların 
quruluşu mükəmməlləşir və buna müqabil də öz düşündüklərini hə-
yata keçirmək imkanı genişlənir. Deməli, buradan belə nəticə çıxır 
ki, haradasa daha ağıllı olmaq üçün daha mükəmməl quruluşa ma-
lik olmaq ən əsas şərtdir. Bu isə o deməkdir ki, daha mükəmməl qu-
ruluşla daha çox həyat təcrübəsi əldə etmək mümkündür. Daha çox 
həyat təcrübəsi əldə edən varlıq isə təbiidir ki, daha ağıllı olacaq-
dır. Daha ağıllı varlıq kimi həyat sürmək isə irsən, adətin xarakterə 
çevrilməsi  nəticəsində  daha  ağıllı  nəsil  yaratmaqla  bərabər,  daha 
yeni mükəmməl forma yaratmaq deməkdir. Öz növbəsində, daha 
mükəmməl quruluşun imkanları genişlənir və təkamülə doğru bö-
yük bir proses gedir. Hər hansı bir varlığın mövcudluğunda harada-
sa bir xüsusilik var. Bu xüsusilik ümumilikdən fərdiliyə keçdikcə, 
daha çox fərqlilikdən daha az fərqliliyə keçən bir hal şəklində olur. 
Məsələn, heyvanla insan arasında daha çox fərq var, lakin insanla 
insan arasında artıq fərq kiçilib. Heyvanla insan arasında xarakterik 
xüsusiyyətlər nə qədər kəskin fərqlənirsə, insanla insan arasındakı 
fərq o səviyyəni heç vaxt ötüb keçə bilməz. Çünki insanların ya-
ranmasında  iştirakçı  olan  səbəblərin  daha  çox  ümumiliyi  onların 
bir-birindən seçilməsinin daha az xüsusiliyinə zəmindir. Lakin hey-
vanla insanın yaranmasında iştirakçı olan səbəblərin birlikdə daha 
az ümumiliyi onların yaranmasında və heyvanla insanın bir-birin-
dən fərqlənməsində daha çox xüsusiliyin olmasına zəmindir. Bu ar-
tıq qruplara bölünmək deməkdir. Lakin zaman daim dəyişdiyindən 
hər an üçün bütün kainat yalnız xüsusi bir hal yaşayır. Yəni əslində 
bütün kainat varlıq kimi mövcud olduğu üçün yaşayır. Yaşayan hər 
bir varlığın da hər bir an üçün xüsusi bir hal yaşantısı olur. 
Bütün varlıqlar kainatın ayrı-ayrı kiçik mövcudluğu olduğun-
dan, deməli, kainatın ümumi hal yaşantısı haradasa ayrı-ayrı möv-


161
cud varlıqların da müəyyən hal yaşantısına öz səbəblər qrupu ilə tə-
sir edir. Haradasa müxtəlif səbəblər qrupunun yaratdığı ən müxtəlif 
səbəblərdən təsirlənmiş hər hansı bir mövcud varlıq da hər an üçün 
bu ümumi səbəblər qrupunun təsirindən yaranan bir hal yaşaya-ya-
şaya  özü  də  ən  müxtəlif  səbəblər  yaradaraq  ümumi  kainatın  ha-
lına təsir edir. Deməli, haradasa ümumi kainatın vahid halı onun 
ayrı-ayrı üzvlərinin birlikdə yaşanan hal yaşantısının birliyidir və 
haradasa kainatın ayrı-ayrı üzvlərinin hal yaşantısı kainatın ümumi 
hal yaşantısının məhsuludur. Bunlar bir-biri ilə qırılmaz vəhdət təş-
kil edən iki qoşa prosesdir. Deməli, haradasa kainatın vahid bir hal 
yaşantısı varsa, bu, ən böyük səbəb olmalıdır və bu vahid hal yaşan-
tısı həm də çoxlu sayda kiçik varlıqların hal yaşantılarının yaratdığı 
ümumi hal yaşantılarının cəmi ilə vahidləşirsə, deməli, haradasa 
mövcudluğun müəyyən əhatə dairəsinə malik sonu var. Buradan 
belə bir nəticə də çıxır ki, kainatın ümumi hal yaşantısı haradasa 
materiyanın bizə məlum olan və olmayan hal yaşantılarının ümumi 
cəmini təşkil edir. Burası da bizə məlumdur ki, ümumi kainatda 
gedən proseslər nizamlı, məqsədli və təkamülə doğrudur və kai-
natın təkamülə doğru inkişafındakı kiçik səbəblər qrupunun hər an 
üçün yaşanan halı haradasa kainatın ən böyük səbəbinin yaşanan 
halıdır və bu səbəbin məhsuludur. Ən böyük səbəb ən ali varlıq ol-
duğundan deməli, ən ali varlıq bütün kainatın halını yaşayır və onu 
bu yaşantıdan alınan hala uyğun daha rahatlıq vəziyyətinə uyğun-
laşdırır. Daha rahat hal yaşantısına doğru gediş isə təkamülə doğ-
ru gediş deməkdir. Deməli, ən ali varlıq ümumi kainatı təkamülə 
doğru aparan ən böyük səbəbdir, yəni ən ali varlıq ən ali idarəe-
dicidir. Bir şeyi də qeyd etmək lazımdır ki, həyatda hər bir varlıq 
öz düşdüyü şəraitdə özü üçün ən əlverişli rahatlıq halına can atır. 
Lakin burada bir şeyi də nəzərdən qaçırmaq olmaz, təkamül prose-
sinə doğru hərəkət etdikcə hər bir canlı öz daha rahat halını təmin 
etməklə yanaşı, daha uzunmüddətli yaşamağını da təmin etməyə 
çalışır. Bu ayrı-ayrı fərdlər arasında baş verən və varlığın həyatı 
boyu apardığı mübarizədən doğan bir haldır. Lakin ümumiyyətlə 
götürdükdə, təkamül prosesində daha böyük səbəbdən digər daha 


162
böyük  səbəbə  keçdikcə  varlığın  öz  varlığını  daha  uzun  müddətə 
qorumaq məsələsi də təmin olunur. İnsan şüurlu varlıqlar içərisində 
ən çox sınağa çəkilənlərdən biridir ki, bu da onun gələcək müqəd-
dəratını təyin edir. Həm də insan öz səviyyəsinə görə şüurlu varlıq-
lar içərisində özünəməxsus yer tutur. Ey insan, öz yaxşı əməllərinlə 
bu sınaq meydanından üzü ağ çıx. Ən ali idarəedənə ancaq yaxşı 
əməl sahibləri qovuşmağa müyəssər olar. Ən ali varlığın ədalət qa-
nunları bu qovuşuğa aparan ən doğru yoldur. Ey insan, ən ali varlı 
varlığın ədalət qanunlarına riayət et. Şüur insanın insanlığını yerinə 
yetirmək üçün verilən yeganə vasitədir. Şüur elə bir vasitədir ki, o, 
yalnız müəyyən quruluşa malik varlıqda olur. Varlıqlarda düşüncəli 
fəaliyyəti müəyyən nisbətlərdə hiss etmək olar, lakin normal insan 
düşüncəsindəki həddi işlətdiyimiz şüur ifadəsinə aid etmək daha 
münasibdir. Konkret söyləmək olmaz ki, şüur yalnız insana məx-
sus bir vasitədir. Belə demək mümkündür ki, insandan bir qədər 
sadə və insandan son dərəcə mürəkkəb varlıqların da şüura malik 
olmaq imkanı var. Lakin şüurun ilk başlanğıcını insanda ona görə 
görürük  ki,  insanda  öz  hərəkətlərinə  cavabdehlik  hissi  hər  halda 
daha çox hiss olunur, bu, həm də məsuliyyətdir. Bu da insanın qu-
ruluşunun  şüurlu  olmaq  imkanlılığındadır.  İnsan  təkamülün  elə 
bir mərhələsindədir ki, hissiyyatla ağıl onun varlığında təxminən 
bərabər imkanlarla qarşılaşır və ilkin olaraq insanın hissiyyatı ilə 
ağlı arasındakı mübarizənin məhsulu olan iradə yaranır. İnsan daha 
böyük səbəbdən digər daha böyük səbəbə keçidin son pillələrin-
dədir. Bir maraqlı fakt var ki, bunu bütün insanlar bilməlidir, in-
san təkamülün elə mərhələsindədir ki, o materiyanın bir növündən 
digərinə keçmək imkanına malikdir. Daha böyük səbəbdən digər 
daha böyük səbəbə gedən yolda insan və təkamülün insandan üstün 
bir neçə varlığı belə bir imkana malikdir. İnsanda hissiyyatla ağıl 
təxminən bərabərlik təşkil etdiyindən, təkamülün bu prosesindəki 
sınaq insan üçün xüsusilə çətindir. İnsan bütün ömrü boyu gördüyü 
işlərdə öz ağlından yaxşı məqsədlər üçün istifadə edib hissiyyatı 
bir qədər üstələyə bilsə, o, materiyanın təkamül prosesində onun 
digər üstün növünə keçmək imkanını özündə saxlayar. Yaxşı əməl-


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə