Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə56/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   52   53   54   55   56   57   58   59   ...   77

169
sərt üzündə öz taleyini yazır. Doğulub ölümə doğru hərəkətdə olan 
hər bir insan öz təkamülünə can atır. Ey insan, sənə bir parça ve-
rilən ömür payından bacardığın qədər səmərəli istifadə et. İnsanın 
şəxsiyyətini formalaşdıran əsas cəhət mükəmməl bilik sahibi olma-
sıdır. Ey insan, ağlın kəsəndən son nəfəsinə qədər öyrən. Yalnız ən 
çox biliklə ən ali varlığın dərkindən daha çox aydınlıq hiss edərsən. 
Yalnız özü üçün öyrənənlər səhrada varlığı aşkarlanmayan su yata-
ğıdır. Bir insanın bir insana həyatı daha dolğun dərk etdirməsi, bir 
insanın ən ali varlığa yalnız özü üçün ibadət etməsindən üstündür. 
Şəxsiyyət şəxsiyyəti formalaşdırmalıdır. Şəxsiyyət həm də özün-
dən asılı olmayaraq şəxsiyyəti formalaşdırır. Ona görə də hər bir 
insanın öz şəxsiyyətinin saflığına xidmət etməsi əsas şərtdir. Çünki 
hər  bir  kəsin  şəxsiyyəti,  həyatda  bir  çoxlarının  şəxsiyyətində  öz 
əksini tapır. Doğumdan ölümə doğru gedən yol, hər bir insanın şəx-
siyyətinin formalaşmasında bir yaşantıdır. Kim ki bu yolda öz tə-
mizliyini, paklığını qoruya bilmədi, sanki qarşısına çıxan uçurumu 
gözü bağlı keçməyə cəhd edir. Ey insan, öz məqsədinə dərin ağılla, 
düşünülmüş surətdə yaxınlaş. Əks təqdirdə qaytarılması mümkün 
olmayan bir itkiyə məruz qalarsan. Xüsusilə ekstrasenslər yaşantısı 
ağılla qidalanan bir hala malik olmalıdırlar. 
Əks təqdirdə həyat öz amansız hökmü ilə sərt qanunlarını yazar. 
Ekstrasens birinci növbədə insandır, insan öz şəxsiyyətini qoruma-
lıdır. Ekstrasensin üzərinə isə ikiqat məsuliyyət düşür. Ekstrasens 
həm də ona müraciət edənlərə düzgün istiqamət verməklə yanaşı, 
hər  hansı  bir  tərəfin  şəxsiyyətinin  mühafizəçisi  olmalıdır.  Haqq, 
ədalət yolçuları olan ekstrasenslər ən ali varlığın onlara lütf etdiyi 
qabiliyyətdən istifadə edərək cəmiyyətdə və onun hər hansı bir üzvi 
olan şəxsiyyətdə ilkin təzahürləri görünən qüsurlara və nöqsanlara 
qarşı mübarizə aparmalıdırlar. Ekstrasenslər həyatın hər bir üzündə 
öz taleyindən küskünləri, qarşılarına çıxan çətinliklərə dözməyib 
daha asan yol tutmaq ümidi ilə mənliklərinə ləkə salanları və bu 
qəbildən  olan  digər  rahat  həyat  üçün  ümidini  itirmişləri  mənəvi 
cəhətdən möhkəmləndirməyə, əxlaqi cəhətdən saflaşdırmağa çalış-
malıdırlar. Ən ali varlıq onsuz da hər şeyə nəzarət edəndir. Yəqin 


170
ki, belə xüsusiyyətləri daha səylə və ürəkdən yerinə yetirən eks-
trasenslərin taleyini yeni-yeni uğurlar gözləyir. Ən ali varlıq onun 
yolunu əziz tutanları həmişə əzizləyir. Ey insan övladı, ən ali var-
lığın nüfuz və hörmətini qazanmağa cəhd et, bu sənin həyatda ən 
böyük müvəffəqiyyətin olar. İnsanın fiziki və mənəvi keyfiyyətləri 
həyatdakı  mövqeyindən  çox  asılıdır.  İnsanın  insanlar  arasındakı 
mövqeyi onun şəxsiyyəti ilə çox bağlıdır. Öz şəxsiyyətini qiymət-
ləndirən  hər  bir  kəsə  onun  insanlar  arasında  necə  mövqeyə  ma-
lik olmasının çox böyük mənəvi və fiziki təsiri vardır. Düzdür, öz 
şəxsiyyətini qoruyan kəs əksər hallarda cəmiyyətin içərisində yax-
şı mövqeyə malik olur. Ancaq ümumiyyətlə götürdükdə, insanın 
həyatdakı mövqeyi elə bir növ onun həyatdakı yaşayışı deməkdir. 
İnsanın şəxsiyyəti ilə onun cəmiyyət içərisindəki mövqeyi bir-biri 
ilə əlaqəlidir. Burada dövlətdə tutulan müəyyən vəzifəyə görə şəxsi 
münasibətləri yox, ictimai rəyi nəzərə almaq lazımdır. Cəmiyyətin 
hər bir fərdi üzvi o səviyyəli dövlət işləri ilə məşğul olmur ki, on-
ların haqqında geniş ictimai rəy yaransın və bu ictimai rəyə görə 
də onların şəxsiyyətinə qiymət verilsin. Lakin hər bir kəs haradasa 
müəyyən kollektiv içərisində fəaliyyət göstərir və bu kollektivin 
rəyi, o cümlədən müəyyən dost tanış münasibəti, lap elə ailə üzv-
ləri arasındakı nüfuzu həmin şəxsin şəxsiyyəti deməkdir. Şəxsiyyət 
hər bir kəsin əxlaq göstəricisi olduğu kimi, hər bir kəsin şəxsiyyə-
tinə toxunmamaq da cəmiyyətin bütün üzvlərinin borcudur. Dövlət 
özü də şəxsiyyətin toxunulmazlığı barədə qanunlar verib . Atala-
rın  gözəl  bir  misalı  var  “mərdi  qova-qova  namərd  edərlər.  Əgər 
cəmiyyətin hər bir üzvi bir birinə dostluq, yoldaşlıq və qardaşlıq 
münasibəti göstərsə, hər bir insan həyatda öz yerini tapar və bəzən 
cəmiyyətdə qarşılaşdığı haqsızlıqlarla, eybəcərliklərlə mübarizədə 
iradəsizlik edib öz şəxsiyyətlərini ucuz tutmazlar. İnsan gərək sev-
sin öz sənətini, işini. Əks təqdirdə onun hər gün məcburi icra etdiyi 
iş bir əzab yükünə çevrilər. Sevdiyin sənət həyatda sənin üçün çox 
şey deməkdir. Sən öz sənətinə ürəkdən bağlanmısansa, sənin ürək 
yanğın icra etdiyin hər bir işdə özün göstərəcək və bu iş çoxlarının 
xoşuna gəlib sənin həyatdakı mövqeyini bir qədər də möhkəmlən-


171
dirəcək. Öz sənətini təbii bir istəklə sevən kəs həyatda xoşbəxtdir. 
Xoşbəxtlik nisbi məfhum olsa da təbiiliklə əldə olunan könül ra-
hatlığı elə əsil xoşbəxtliyin özüdür. Ey insan, öz məşğul olduğun 
sənəti sev və başqalarına da sevgi ilə öyrət. Ən ali varlıq öz sənəti-
ni sevənlərdən öz sevgisini əsirgəməz. Çünki öz sənətini sevənlər 
gözəllik yaradıcılarıdır. Gözəllik isə təmiz qəlb sahiblərinin daxili 
duyğularının mücəssəməsidir. Ən ali varlıq öz qəlbinin odu ilə ət-
rafa nur yayanları özünə yaxın sanar. Sənət – insan təfəkkürünün 
ölməyən şah əsəridir. Sənət insanlığın həyat simvoludur. Dünyaya 
gələn hər bir insan haradasa müəyyən sənət və peşəyə malik ol-
malıdır. Əks təqdirdə bir insan kimi cəmiyyət içərisində mövqeyi 
olmaz və haradasa, kimin üçünsə əlavə bir yükə çevrilər. İşsizli-
yin, ailədəki mövqeyinə də zərbə vura bilər. Ey insan hər yerdə 
xüsusilə ailə içərisində öz nüfuzunu və hörmətini qoru. Ailə kiçik 
bir dövlətdir. Ailənin başçısı ailəni idarə etməyə borcludur. Hər bir 
ailə üzvi isə ailənin qanunlarına riayət etməli, ailənin şərəf və na-
musunu qorumalıdır. Ailə üzvlərinin hər birinin ailədə öz mövqeyi 
və yeri var. Ailənin başçısı isə ailənin idarə olunmasında əsas işti-
rakçıdır. Əgər ailə başçısı və ya ailənin işə qadir hər hansı bir üzvi 
özünə aid olan funksiyanı ləyaqətlə yerinə yetirmirsə haradasa ailə 
içərisində gec-tez öz nüfuzunu itirməlidir. Ən zəruri maddi təminat 
ailə idarəçiliyində əsas şərtdir. Bu hökmdür. Əks təqdirdə ailənin 
sabitliyindən  söhbət  gedə  bilməz.  Maddi  təminata  malik  olmaq 
üçün ailə büdcəsinə mədaxilin gəlməsi ən vacib şərtdir. Deməli, 
haradasa ailəni maddi cəhətcə təmin etmək üçün hökmən hər hansı 
bir fəaliyyət növü ilə məşğul olmaq lazımdır. 
Lakin bəzən ailə maddi cəhətcən təmin olunsa da onun sabitli-
yi təmin olunmur. Bu ailə başçısının şəxsiyyəti və məşğul olduğu 
fəaliyyət növü ilə çox bağlıdır. Əslində elə hər bir kəsin fəaliyyəti 
onun şəxsiyyətini təmin edən şərtlərdən biridir. Deməli, haradasa 
insanın görəcəyi iş təmiz və ləkəsiz bir əməlin duyğulanmasından 
yaranmalıdır. Həm də cəmiyyət üçün faydalı olan hər hansı bir işlə 
məşğul  olmaq  ailə  içərisində  də  nüfuz  və  hörmətə  malik  olmaq 
deməkdir. Həyatda hər hansı bir peşə və sənət sahibi deyilsənsə, 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə