Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə58/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   54   55   56   57   58   59   60   61   ...   77

175
ümidsizləşir. Həyat hər bir insana öz əməlinə görə öz payını verir. 
Sən yalnız yaxşı əməl sahibi ol, xeyirxahlıq et. Belə olan təqdirdə 
unutma ki, qarşılaşdığın çətinliklər müvəqqəti olacaq. Ən ali var-
lıq hər kəsin qismətini ədalətlə verir. Kamil şəxsiyyət olmaq üçün 
gərək kamil insan olasan. Çünki kamil şəxsiyyət olmaq üçün kamil 
insanın  imkanları  daha  çoxdur.  Kamillik  insan  həyatının  normal 
mənəvi və fiziki imkanlara malik hal yaşantısıdır. Kamil şəxsiyyət 
– daha çox həyat təcrübəsi və daha çox biliklər toplusu öyrənib 
özününküləşdirmək nəticəsində daha yetkin ağıla malik olmaqdır. 
Kamillik həm də təmizlik, paklıq, saflıq yəni gözəllik deməkdir. 
Həyatda kamil nə varsa hamısı gözəldir. Kamillik – tamamlanmış 
gözəllik  deməkdir.  Gözəllik  haradasa  kamil  olmaya  bilər,  çünki 
gözəllik ümumən tamamlanmalıdır ki, kamil olsun. Kamillik isə 
həmişə gözəl olmaq deməkdir. Ey insan, sənin kamil şəxsiyyət ol-
maq imkanın həmişə var. Çalış öz həyatını elə qurasan ki, kamil bir 
şəxsiyyət olasan. Şəxsiyyəti var-dövlətlə almaq mümkün deyildir. 
Şəxsiyyəti insan haradasa qətrə-qətrə qazanır. Şəxsiyyət insanlar 
içərisində formalaşır. Şəxsiyyət insanın insana münasibətindən irə-
li gəlir. Kamil şəxsiyyət sahibi olmaq isə hər adama qismət olan hal 
deyil. Kamil şəxsiyyət olmaq üçün kamil biliyə malik olmaq lazım-
dır. Bilik isə zəhmət, bir də həyata qarşı tükənməz sevgi və maraq 
hissi ilə qazanılır. Güclü iradəyə malik olub zəhməti sevən hər bir 
kəs yəqin ki, elm əldə etmək imkanına da malik olacaqdır. Bilik it-
məyən xəzinədir. Ey insan, ağılın kəsəndən ömrünün sonuna qədər 
ən müxtəlif biliklər əldə etməyə çalış. Yalnız elmli və bilikli insan 
kamillik zirvəsinə yüksələ bilər. Elm və bilik cəhətdən kamil insan 
həyatda kamil şəxsiyyət ola bilər. Müəyyən dairələrdə belə bir hal 
özünə yer tapmışdır ki, şəxsiyyətlər tarixin yetişdirmələridir. Bu fi-
kirdə müəyyən qədər əsas var. Çünki tarix boyu ən müxtəlif sahələr 
üzrə insanlar üçün əlçatmaz görünən zirvələri haradasa hər hansı 
bir və ya bir neçə sahədə daha inkişaf etmiş şəxslər fəth etmişlər ki, 
bu da tarixin gedişində şəxsiyyətin yetişməsidir. Lakin bu heç də 
tam yəqinliklə belə demək deyildir ki, tarix şəxsiyyətləri yetişdirir. 
İnsan haradasa təkamülə doğru can atdığından haradasa öz firavan 


176
və rahat yaşayışı üçün ən müxtəlif sahələrdə irəliləyişə meyilli ol-
muşdur İnsanın haradasa təkamülə doğru inkişafı onun cismani və 
ruhi tələbatından yaranan bir haldır. 
Deməli,  haradasa  insanın  şəxsiyyət  kimi  yetkinləşmə  prose-
si şəxsi istəklərdən tutmuş bəşəriyyətin təkamülünə doğru gedən 
bir  yolda  kamilləşir.  Daha  böyük  şəxsiyyət  –  haradasa  müəyyən 
sahədə daha böyük dərkə malik şəxsin, daha böyük səbəbləri daha 
böyük  insan  kütləsinin  rahatlığına,  mənəvi  təkamülünə  ədalətlə 
yönəltməsidir və yaxud da bunun əksini mənfilik kimi götürmək 
olar. Buradan belə bir fikrə rəvac vermək olar ki, şəxsiyyətlər hara-
dasa tarixə öz izlərini yazırlar. Ümumiyyətlə, tarixi insanlar yara-
dır. Ey insan, çalış tarixdə qoyduğun hər bir işdə sonrakı nəsillərə 
fayda verə biləcək bir hal olsun. Əks təqdirdə öz bəd əməllərinin 
damğası lənətə çevrilib ruhunu əbədi sıxıntıda saxlar. Hər kəs hə-
yatda özünə bab şəxslərlə əlaqə yaradır. Çünki hər kəs öz xarakte-
rinə yaxın bir insanın istəklərində öz istəklərinə uyğun bir yaxınlıq 
görür və hər şey öz cinsinə oxşara daha meyilli olur. Cəmiyyət-
də insanlar ən müxtəlif qruplarda bir-biri ilə münasibətdə olurlar. 
Lakin bu qruplar içərisində daha yüksək dərk səviyyəsinə malik 
olanlar haradasa üstün mövqe tuturlar. Ola bilsin ki, müvəqqəti bir 
hal kimi kobud mədənini üstələsin, lakin son nəhayətdə daha böyü 
dərkə  malik  olan  üstünlük  əldə  etməlidir.  Cəmiyyətin  ayrı-ayrı 
üzvləri kimi tək-tək şəxsiyyətlər, eləcə də, hər bir kəs ən müxtəlif 
şəkildə özünə bab şəxslərilə əlaqə yaratmağa çalışır. Bütün bunlar 
insanların bir-birinə münasibəti və cəmiyyətdə şəxsiyyətlər arasın-
dakı əlaqələrdir. Lakin insan həmişə çalışmalıdır ki, daha çox həyat 
təcrübəsi və biliklər əldə etmək yolu ilə öz ağıllı olmaq imkanlarını 
daha da genişləndirsin və o qəbildən də daha ağıllı kəslərlə mü-
nasibətdə olsun. Belə olan təqdirdə hər bir insan öz şəxsiyyətini 
daha da kamilləşdirən bir yolun yolçusu olar. Həyat heç kəsə heç 
nəyi bağışlamır. Həyatdan mübarizəylə öz iradən və zəhmətin he-
sabına istədiklərini ala bilərsən. Ey insan, həyatda əldə edə biləcə-
yin nə varsa öz əməllərinin bəhrəsidir. Rahat və xoşbəxt yaşamaq 
istəyirsənsə yaxşı əməl sahibi ol. Ən ali varlıq yalnız yaxşı əməl 
sahiblərinə rahat və xoşbəxt həyat bəxş edər. Ən ali varlıq ədalətə 


177
riayət edənləri özünə yaxın sanar. Ey insan, məşğul olduğun işin 
faydalılığına xüsusi diqqət et. Hər hansı bir işlə məşğul olan kəsin 
şəxsiyyəti o işin faydalılığından çox asılıdır. Xüsusilə ekstrasenslər 
öz işlərini o səviyyədə qurmalıdırlar ki, haradasa onların da işin-
dən  fayda  götürən  tapılsın.  Ekstrasenslər  ona  müraciət  edənlərə 
həm nəzəri, həm də təcrübi cəhətcə sübut etməlidirlər ki, onlar ona 
müraciət ediləcək nəyisə etməyə qadirdirlər. Əks təqdirdə ekstra-
senslər  öz  faydası  görünməyən  işləri  ilə  cəmiyyətin  ən  yararsız 
üzvləri hesab edilərlər. Bir şeyi də qeyd etmək lazımdır ki, hər bir 
kəsin şəxsiyyəti ilə onun sənəti arasında haradasa bir bağlılıq var. 
Ey insan, öz sənətini sev ki, o sənin şəxsiyyətinin nüfuzuna daha 
da böyüklük gətirsin. Böyük nüfuz sahibləri haradasa öz işlərinin 
böyük  sənətkarı  olurlar.  Ən  böyük  nüfuz  sahibi  ən  ali  varlıqdır. 
Ən ali varlıq ən böyük yaradıcıdır. Ey insan, öz böyük yaradıcına, 
ən ali varlığa oxşamağa çalış. Ən ali varlıq özünü ona oxşatmaq 
istəyənləri  özünə  yaxın  sanar.  Bu  xüsusilə  ekstrasenslərə  aiddir. 
Çünki onlar ən ali varlığın etimadına layiq görülmüşlərdir. Ən ali 
varlığın etimadını doğruldanları isə ən ali varlıq daha böyük mü-
kafatları ilə sevindirir. Taleyimizin bəşəriyyətin taleyi ilə bağlılığı 
daha çoxdur. Ey insan, əgər sən öz xoşbəxtliyini istəyirsənsə, birin-
ci növbədə bəşəriyyətin xoşbəxtliyini istə. Haradasa bəşəriyyətin 
ümumi inkişafında sənin də rolun var. Öz təkamülünlə bəşəriyyətin 
təkamülünə xidmət et. Bəşəriyyətin ümumi inkişafından doğan hal 
yaşantısı, sənin hal yaşantına təsir edən ən böyük səbəblərdən bi-
ridir. Hər bir insan taleyi bəşəriyyətin taleyi ilə bağlı olduğu kimi, 
bəşəriyyətin də taleyi onun ayrı-ayrı üzvlərinin yaratdığı ümumi 
hal yaşantısı ilə çox bağlıdır. Ey insan, öz tale yolunu yalnız ağılla 
seç, nəticəsi sənə şübhəli görünən işlə məşğul olma. Ədalətsiz iş-
lərə kömək edənlərə yardımçı olma, belə kəsləri imkanın daxilində 
ədalətli olmağa istiqamətləndir. Haradasa insan daha böyük səbə-
bə keçid ərəfəsindədir. Bu böyük təkamül yolunda əbədi ruhunun 
gələcək rahatlığını təmin etməyə çalış. Biz insan kimi müvəqqəti 
bir həyat yaşayırıq Ruhumuzun gələcək həyatı üçün bu bir hazırlıq 
mərhələsidir. Bu hazırlıq mərhələsində əbədi bir həyat üçün səfərə 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə