Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə59/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   55   56   57   58   59   60   61   62   ...   77

178
yaxşı hazırlaş. Bu dünyanın şirinliyinə uyub əbədiyyətə qovuşan 
səfərinə əliboş çıxma. Kainat böyük səbəblərin bir-birinə təsirinin 
nəticəsində təkamülə doğru inkişafdadır. İnsanın yaranışı da böyük 
bir səbəbin nəticəsidir və daha böyük bir səbəbə ən axırıncı zəmin-
lərdən biridir. İnsanın yaradılışında haradasa çox böyük bir məqsəd 
var. Bu yaradılış ən ali varlığın düşüncəsinin məhsuludur. Ey insan, 
öz yaradanının ədalətli qanunlarına riayət et, yalnız o zaman daha 
böyük səbəbdən digər daha böyük səbəbə keçmək imkanına malik 
olarsan və böyük təkamül prosesində bir pillə də irəliləyərsən. 
Xoşbəxtliyimiz bəşəriyyətin xoşbəxtliyi ilə birdir. İnsan harada 
olsa insandır. İnsan kimi yaşamaq hər bir kəsin ruhunun istəyidir. 
Bəşəriyyətin hər bir üzvünün öz firavan və rahat yaşayışını təmin 
etmək  üçün  mübarizə  aparmağa  hüququ  var.  Bəşəriyyətin  təka-
mülə doğru inkişafının ən düzgün yolu onun ayrı-ayrı üzvlərinin 
öz fəaliyyətlərində yalnız ədalət prinsiplərinə arxalanmasındadır. 
Həyat nisbilik prinsipi üzərində qurulmuşdur. Yaxşıdan daha yaxşı 
axtarmaq həmişə insanları özünə cəlb etmişdir. Bəzən xoşbəxtliyin 
içində də xoşbəxtlik axtarır insan. Yalnız ən ali varlıq yaxşıların 
içərisində ən yaxşısıdır və o, bütün xüsusiyyətlərinə görə kamil-
lik,  yəni  tamamlanmış  gözəllik  səviyyəsinə  çatmışdır.  Haradasa 
tamamlanmış  gözəlliyə  nəyisə  əlavə  etmək  qüsura  çevrilə  bilər. 
Ona görə də ən ali varlıq haradasa şərikli olmağı sevməz. İnsan 
ən alı varlığın yaratdıqları içərisində ən sevimlisi olduğundan, o 
da gözəldir. Lakin ən ali varlıq insana öz fiziki formasından başqa 
ağıllı olmaq imkanı da vermişdir ki, bu imkanla insan həyatda ya-
şadığı müddət ərzində öz mənəviyyatını gözəlləşdirə bilər. Mənəvi 
zənginlik əldə edənləri isə ən ali varlıq özünə daha yaxın sanır. Ən 
ali varlığa daha yaxın olmaq isə insan üçün ən böyük xoşbəxtlikdir. 
Ey insan, öz əməllərinlə ən ali varlığa qovuşmağa çalış. Kədərimiz 
bəşəriyyətlə çox bağlıdır. Ey insan, bəşəriyyətin rifahı sənin də ri-
fahındır. Haradasa bir insanın ayağına toxunan daş həmin insanın 
taleyində öz izini qoymaqla yanaşı, bəşəriyyətin taleyində də öz 
izini qoyur. Taleyini sıxıntılara salmaqdan çəkin. Əsil insan kimi 
yaşamaq ən ali varlığa yaxın olmaq deməkdir. Əgər sən öz nəfsi-


179
nin ucbatından sıxıntılı bir hal yaşayırsansa, haradasa bəşəriyyətin, 
o cümlədən də ümumi kainatın halına zərrə qədər də olmuş olsa 
sıxıntı gətirirsən. Ey insan, bütün insanlara xoş niyyətlə yanaş və 
münasibət göstər. Kimsəyə göstərilən xoş münasibətin arxasında 
ilahi  bir  sevgi  dayanır.  Kimin  daxilində  ilahi  nur  daha  çoxsa,  o, 
yaxşı əməl sahibidir. Ey insan, o parlaq nuru özün qazanırsan. Bü-
tün insanlarda öz yaxşı əməlləri ilə o parlaq nuru qazanmaq imkanı 
var. Ey insan, bir vaxt pozulmuş rahatlığına görə taleyindən giley-
lənməmək üçün yaxşı əməl sahibi ol. Sonrakı peşmançılığın təəs-
süf dolu kədəri iztirablı olur. Yalnız öz həyatlarını ədalət prinsipi 
üzərində quranlar səadət paylı olarlar. Ağılla hissin mübarizəsində 
həmişə  ağıla  üstünlük  ver. Ağılla  görülən  işin  sonu  faydalı  olar. 
Ən ali varlıq ağılla hərəkət edənlərin mükafatını ləngitməz. Ağılla 
hərəkət edən kəs ən əli varlığın ən yaxın dostu səviyyəsinə qədər 
yüksələr. Ağılla atılan addımın arxasında peşmançılıq hissi dayan-
maz. Ey insan öz gündəlik fəaliyyətində ən yaxşı məsləhətçin yenə 
də  öz  ağlındır.  Hissiyyata  uymadan  ağılın  hökmünə  qulaq  asan 
uduzmaz.  Ey  insan,  yalnız  özünü  düşünmə,  bəşəriyyətə  xidmət 
et. Bəşəriyyətə xidmət edənlər ən böyük şəxsiyyətlərdir və dahilik 
həddinə qədər yüksələ bilərlər. Xüsusilə ekstrasenslər bəşəriyyətə 
xidmət etməlidirlər. Ekstrasenslər ona müraciət edənlərdə ən təmiz 
və pak duyğular oyatmaqla insanları təmizliyə, saflığa istiqamət-
ləndirməlidirlər. O cümlədən hər bir ekstrasens, birinci növbədə, 
öz təmizliyini və saflığını gözləməlidir. Ən ali varlıq bütün varlıq-
lara eyni münasibət göstərir, bir şərtlə ki, onlar ədalət qanunlarına 
riayət etsinlər, öz səviyyələrində ən yaxşı ola biləcəkləri halı yaşa-
sınlar. Lakin ekstrasenslərə xüsusi etimad göstərildiyindən, onların 
öz əməllərinə görə cəzası və mükafatı daha böyük olur. Təkamülə 
doğru gedən yol ən ali varlıq tərəfindən nizamlı və məqsədli apa-
rılır. Bu yola düzgün əməl edənlər bu yolun hər hansı forma və 
məzmunda davamçıları olurlar. Bu yola düzgün əməl etməyənlər 
lüzumsuz bir anomaliya kimi nə vaxtsa məhvə labüddürlər. Ən ali 
varlıq ən böyük səbəbdir. Ən ali varlığın qanunları hökmdür. Ən ali 
varlıq onun qanunlarına əməl edənləri özünə qovuşdurur. 


180
II FƏSİL. 
Başlanğıcdan başlanğıca və 
ya ruhun keçdiyi yol
Böyük  yaradan  doğulmur,  törəmir  və  yox  olmur.  O  əzəlidir, 
əbədidir. Kainatın təbii xüsusiyyəti ilk başlanğıcda tərkiblərə bö-
lünməyən mövcudluqlar kimi var olmasındadır. Bəzən belə bir sual 
edilə bilər, ilk başlanğıcdakı tərkiblərə bölünməyən mövcudluqlar 
bəs özləri hardan yaranıb? 
Tərkiblərə bölünməyən mövcudluqlar kainatın özü, əbədiyyətin 
özü, heç nədən yaranmayan və heç vaxt da yox olmayan əzəli, əbə-
di və təbii bir durumdur. Bu təbii durumun mövcudluğu üçün heç 
bir şərt lazım deyil. 
Lakin varlıq kimi, yəni tərkiblərə bölünən sistemli quruluşların 
olması  üçün  hökmən  hərəkətin  mənbəyi  olan  ilk  təkan  lazımdır. 
Yenə də sual oluna bilər ki, bəs bu ilk təkan hardan yarandı? 
İlk təkan təbii durum olan tərkiblərə bölünməyən mövcudluqla-
rın ən müxtəliflərinin ən müxtəlif şəkildə bir-birinə qarşı cazibəsi-
nin nəticəsidir. İlk təkan ən müxtəlif zaman ölçüsü daxilində həm 
də ilk səbəbdir ki, səbəb-nəticə ardıcıllığı ilə ibtidaidən aliyə doğru 
təkamül prosesinin başlanğıcıdır. İlk səbəb elə kainatın özüdür. 
Təbii durum olan tərkiblərə bölünməyən mövcudluqlar sonsuz 
saydadırlar, lakin iki qrupa bölünürlər. Birinci qrupda yalnız tər-
kiblərə bölünməyən bir mövcudluq dayanır ki, o, yerdə qalan tər-
kiblərə bölünməyən sonsuz sayda mövcudluqların heç biri ilə bir-
ləşmək imkanına malik deyildir, lakin istədiyi an onlara nüfuz edir. 
Digər qrupda isə birinci qrupdakından başqa yerdə qalan bütün tər-
kiblərə bölünməyən mövcudluqlar dayanır ki, onlar da ən müxtə-
lif şəkildə bir-biri ilə birləşmək imkanına malikdirlər. Lakin ikinci 
qrupdan  olan  birləşmələr  bir-biri  ilə  təbii  bir  istəklə  ən  müxtəlif 
şəkildə birləşsələr də öz hal yaşantılarını duymurlar. Əgər duysay-
dılar, bu birləşmələrin xoş və ya ağrılı olduğunu hiss edərdilər. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə