Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə57/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   53   54   55   56   57   58   59   60   ...   77

172
belə qəbul et ki, çox şey itirmisən, lap çox. Onsuz da insanın həyat-
da yaşadığı müddət ərzində itirdikləri qazandıqları ilə müqayisədə 
ölçüyəgəlməz dərəcədə fərqlidir. Haradasa müəyyən peşə və sənət 
sahibi deyilsənsə bu fərq daha da artmış olur. Sənət insan əməyinin 
açan çiçəyi, gülən üzüdür. Heç bir peşə və sənətə yiyələnmədən 
səadət haqqında düşüncələr boş bir xülyadır. Ey insan, heç olmasa 
öz gözündə nüfuzunu və hörmətini itirməmək üçün müəyyən peşə 
və sənətə sahib ol. Xüsusilə ekstrasenslər ona müraciət edənlərdə 
belə bir fikir aşılanmasında fəallıq göstərməlidirlər ona görə ki, hər 
hansı  peşə  və  sənətlə  məşğul  olmaq  insan  həyatını  rövnəqləndi-
rir. İnsanlara isə əsasən gözəl və sakit həyat, bir də könül rahatlığı 
lazımdır. Hər hansı peşə və sənətə sahib olmaqla öz ehtiyacların-
dan doğan qayğılarını özün ödəyə bilirsənsə və hiss edirsənsə ki, 
kimsələrinsə  qayğılarını  çəkmək  iqtidarındasan,  onda  yaşadığın 
həyat sənə ləzzət verəcək. Deməli, sənət və peşə insan həyatının 
xoşbəxtlik rəmzidir. Ən ali varlıq insana daha mükəmməl quruluşa 
malik olmaq imkanı vermişdir ki, insan özü də yaradıcı olsun. İn-
san yaradıcıdır. Onun əməlləri dünyanı bəzəyir. Ən böyük yaradıcı 
isə ən ali varlıqdır. Ey insan, ən ali varlıqdan nümunə götür. Onun 
yaradıcılığına qibtə hissi ilə bax. Faydasız məşğuliyyət sahibi bar-
sız ağac kimidir. Ey insan, öz məşğuliyyətinlə bəşəriyyətə fayda 
verməyə  çalış.  Faydasız  məşğuliyyət  sahibi  cəmiyyət  içərisində 
heç bir mövqeyə malik ola bilməz. Faydasız məşğuliyyət vaxt it-
kisi və özü-özünü aldatmaqdan başqa bir şey deyildir. Ona görə 
də hər bir kəs müəyyən bir işə başlamamışdan qabaq görəcəyi işin 
nəticəsini əvvəlcədən düşünməlidir. İnsanın görəcəyi işin nəticəsi 
o vaxt maraq doğurar ki, kimsə ondan bir fayda götürsün. Faydası 
olmayan bir məşğuliyyət sahibi olmaq haradasa şəxsiyyət və nü-
fuzuna xələl gətirər. Ona görə də insanın görəcəyi hər bir iş ağılla 
nizamlanmalıdır. Yetkin ağıl sahibləri öz işlərinin bəhrəsindən hə-
mişə qidalanarlar. Yetkin ağıl sahibi olmaq həm də bir insan kimi 
öz şəxsiyyətinə sahib olmaq deməkdir. Ola bilsin ki, sənə faydalı 
görünən bir iş başqaları üçün faydasız olsun. Daha çox insan kütlə-
si tərəfindən dəyəri qiymətləndirilən iş faydalı hesab olunur. Yalnız 


173
özü üçün çalışanlar cəmiyyətdən ayrılmışlardır ki, belə insanların 
aqibəti son nəticədə mənəviyyatca tənhalıqla bitən bir ömür olur. 
Həyatda mənəvi tənhalıqdan ağır dərd yoxdur. Kimsə üçün lazım-
sız olduğunu hiss etmək ən böyük iztirabdır. Lakin insan unutma-
malıdır ki, o yalnız özü-özünü cəmiyyətdən təcrid edərək gələcək 
mənəvi tənhalığı üçün zəmin hazırlayır. Qoy həyatın qayğılar içə-
risində keçsin, qoy hansısa bir əlçatmaz istək ümidi ilə yaşayasan, 
təki özünü tənhalıq bəlasına düçar etmə, insan. Həyat hər kəsə öz 
yaşayışını onun əməllərinə görə öz əməlləri ilə verir. Hər bir işə 
düşünülmüş yanaşaraq öz taleyini öz əməllərində yarana biləcək 
bəlalardan  qoru,  insan.  Gördüyün  hər  bir  işdə  ürək  yanğısı  hiss 
olunsun. Gördüyün hər bir iş qoy insanlara fayda gətirsin. İnsan 
öz həyatından o zaman razı qalır ki, o öz əməlləri ilə kimsələrinsə 
səadətini bir qətrə də artırmış olduğunu hiss edir. Ey insan başqala-
rının xoşbəxtliyinə öz xeyirxah əməllərinlə sən də sevinc payı ver. 
Ən ali varlıq başqalarına sevinc bəxş edənə daha artıq sevinc bəxş 
edər. Öz yaxşı qismətini özü yaradanlara yaşadıqları xoşbəxt və ra-
hat həyat ən ali varlıq tərəfindən layiq görülmüşlərdir. Hər bir insan 
öz həyatı boyu ən müxtəlif hal yaşantıları yaşayır. Hallar keçici ol-
duğu üçün başqaları ilə təmasda olarkən sənin onlara, qarşı tərəfin 
də sənə sirayətedici təsiri olacaqdır. Odur ki, hər bir kəs öz həya-
tını yaxşı mənada qurmağa çalışmalıdır. Başqalarına bəd niyyət-
lə yanaşanlar, başqalarına və özünə zülm edənlərdir. Ən ali varlıq 
başqalarına və özünə zülm edənləri heç vaxt sevməz. Xüsusilə eks-
trasenslər ona müraciət edənlərdə gələcəyə inam və xoş bir rahatlıq 
halı yaratmağa çalışmalıdırlar. Əks təqdirdə ən ali varlıq tərəfindən 
cəzalandırılarlar. İnsanları sevmək, insanların dərdinə şərik olmaq 
hər bir insanın borcudur. Çünki həyata insan kimi gələn hər bir var-
lıq öz xoşbəxtliyini yalnız insanların xoşbəxtliyi içərisində tapır. 
Həyatda obyektiv və subyektiv səbəblər var və insan talelərindəki 
yaşantılardan bir çoxu subyektivliklə bağlıdır. 
Deməli, daha çox mümkündür ki, öz xoşbəxtliyini özün qaza-
nasan. Haradasa hər bir insanın həyatda tutduğu mövqe dərk səviy-
yəsindən asılıdır. Dərk səviyyəsi isə həyat təcrübəsi və müəyyən 


174
biliklər toplusu əldə etməklə təkamülə doğru gedər. Həm də həyat 
təcrübəsinin və biliklər toplusunun hansı istiqamətdə əldə olunma-
sı insanın doğulduğu ilkin mühitdən və düşdüyü şəraitdən asılıdır. 
Lakin müəyyən yaş həddində artıq pislə yaxşının arasındakı fərqi 
aydınlaşdıra bilən insan öz hərəkətlərinə cavabdeh olmalıdır. Öz 
hərəkətlərinə cavabdehliyi bacaranlar öz gələcək həyatının rahat-
lığına  zəmin  hazırlayır.  Obyektiv  səbəblərdən  qaçmaq  mümkün 
deyil. Obyektiv səbəblər insan üçün daha böyük səbəblər qrupuna 
daxildir.  Lakin  subyektiv  səbəblər,  əsasən,  insanın  özündən  asılı 
olan  səbəblərdir.  İnsan  doğumla  ölüm  arasında  yaşadığı  müddət 
ərzində  hər  an  ən  müxtəlif  səbəblərlə  qarşılaşır  və  hər  an  da  öz 
dərkinə və bədəninin istək və tələbatına uyğun iradi və qeyri-iradi 
hərəkətlərlə bu səbəblər çoxluğundan birini seçir və öz həyatının 
o anını bu səbəb üzərində qurur. Beləliklə, insanın həyatı bir növ 
onun dərk səviyyəsi və xarakterindən yaranan təbii istəklər üzərin-
də qurulur. İnsanın öz həyatını daha rahat qurması üçün ondan asılı 
olan cəhət hər an qarşılaşdığı və insanın gündəlik və ya bütün ömrü 
boyu həyatında rola malik olan səbəblərdən ağılla ən lazımlısını 
seçməkdir. Ona görə də belə demək mümkündür ki, daha böyük 
səbəblər bütün insanların taleyində qarşısıalınmaz bir faktor kimi 
izini qoyur, lakin daha kiçik səbəbləri seçməkdə ixtiyar insanın öz 
əlində olduğu üçün hər kəs öz həyatını öz dərk səviyyəsində qu-
rur. Ey insan, hər hansı bir məşğuliyyət öz faydasına görə sənin 
həyatda yerini müəyyənləşdirir. Faydalı məşğuliyyət sahibi ol ki, 
öz həyatını daha rahat və firavan qura biləsən. Öz dərk səviyyənin 
azlığı və ya haradasa qarşılaşdığı müəyyən çətinliklər ucbatından 
öz rahat həyatını qura bilməyənlərə yardım et. Ən ali varlıq başqa-
larının ehtiyacını ödəməyə səy göstərənlərə, başqalarının dərdinə 
şərik  olanlara  öz  kömək  əlini  uzadar  və  yardımçı  olar.  Xüsusilə 
ekstrasenslər müəyyən sıxıntıya məruz qalanlara, müəyyən mənə-
vi yardıma ehtiyacı olanlara öz köməyini əsirgəməməlidirlər. Ən 
ali varlıq başqalarına hər cür köməklik göstərənləri özünə yaxın 
sanır. İnsan haradasa zərrəsi belə görünən ümid işığının yaşantı-
sında öz taleyinin xoş çağlarını axtarmaq arzusu ilə yaşayır. Bəzən 
insan həyatda qarşılaşdığı müəyyən çətinliklərdən yaranan haldan 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə