164
insan bədənindən azad olan ruh bir insan ömrü daxilində qazanıl-
mış həyat təcrübəsinə və yaddaşa malik olur. Ruh qazanılmış həyat
təcrübəsi və yaddaşla bədəni tərk edəndə parlaq nuru çoxsa ən ali
varlığa qovuşmağa bir xeyli də yaxınlaşır, qaranlığı-zülməti çoxsa,
daha aşağı pillələrə enir. Parlaq nuru
ilə qara zülməti təxminən bə-
rabərdirsə, bir daha sınağa çəkilmək üçün təkrar insan kimi həyata
qayıdır. Üçüncü hal az-az baş verir. Çox maraqlıdır ki, üçüncü hala
malik olan ruh başqa bir bədəndə həyata qayıdanda öz əvvəlki yad-
daşını və həyat təcrübəsini özündə saxlayır. O, əvvəllər kim oldu-
ğunu, harada yaşadığını, nə vaxt vasitə kimi istifadə etdiyi bədəni
tərk etdiyini çox yaxşı xatırlayır. İkinci halda, yəni ruh aşağı pil-
lələrə düşəndə, daha çox qaralıq ruhu sıxıb ona əzab verir. Ya ruh
əbədi bu əzablara dözməlidir, ya da xilas olmağın yeganə yolu hər
hansı bitkinin, heyvanın bədənində dünyaya gəlib yaşamaqdır. Bu
yaşamaq ağrılı olur. Ona görə ki, hissiyyatla bağlı olan bu varlıqla-
rın quruluşu o dərəcədə mükəmməl deyildir ki, onlar şüurlu olmaq
imkanına malik olsunlar və həyat təcrübəsi əldə edib özləri üçün
ən yaxşı rahatlıq halı yaratsınlar. Özü də qəribə burasıdır ki, ruhun
yaddaşı bu yaşantıda özündə qalsa da o öz bədəninin daha mükəm-
məl olmaması nəticəsində heç bir şey aydınlaşdıra bilmir. Nəhayət,
çəkilən əzablar qaralığı ruhdan ayırır və sonda sərbəstləşən ruh iti-
rilmiş pis həyat təcrübəsindən xilas olub təzədən insan bədənində
yenidən sınağa çəkilir. Birinci halda isə parlaq nuru daha çox olan
ruh ən ali varlığa bir qədər də yaxınlaşır. Belə olan təqdirdə insan
bədəni bizi əhatə edən maddiliklə bağlı bəzən ruhun son məkanı
olur. İnsan kimi yaşayarkən isə əsil insan olmaq üçün öz hərəkət-
lərinə cavabdeh olmalısan. Bu, xüsusilə ekstrasenslərə aiddir. Eks-
trasens xalqın hörmət və inamını doğrultmaq və qazanmaq üçün öz
hərəkətlərinin hər birinə xüsusi diqqət etməlidir ki, kiçik yanlışlığa
yol verməsin. Öz hərəkətlərinə xüsusi diqqət edən ekstrasens ən
ali varlıq tərəfindən də xüsusi diqqət və ehtirama layiq görülər ki,
bundan gözəl insan həyatı təsəvvür etmək olmaz. Nöqsansız şəxs
yoxdur həyatda, yalnız öz yaxşı və pis əməllərinə görə bir-birin-
dən fərqlənən insanlar var həyatda . Həyata insan kimi gəlmisənsə,