Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə50/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   46   47   48   49   50   51   52   53   ...   77

151
uyğundur və qanun çərçivəsindədir. Lakin materiyanın elə növləri 
mövcuddur ki, onlar bizim materiya qanunlarına tabe olmur və sər-
bəst bizi əhatə edən aləmdən keçib gedə bilir. Lakin bizə məlum-
dur ki, haradasa kütlə olan yerdə hökmən cazibə də mövcuddur. 
Burada hər hansı bir qanun sabitliyi pozulmurmu və belə bir nəticə 
çıxarmağa əsas olmurmu ki, haradasa cazibə sahəsinin keçilməsi 
üçün  daha  böyük  güclə  yaranan  sürətdən  başqa  ayrı  bir  üsul  da 
var. Bizim materiyanın qanunlarına tabe olmayan mövcudluqlar-
dan söhbət gedəndə orada ruh, bir-biri ilə birləşə bilən bəsitliklərin 
yalnız özü ilə birləşib yekcins şəkil alanı, insanların öz yaxşı əməl-
ləri ilə öz ruhlarının rahatlığını yaradan parlaq nur nəzərdə tutulur. 
Buradan belə bir sual verilə bilər axı biz o sadalanan varlıqların 
mövcudluğunu nə cür təsdiqləyə bilərik ki, onlar bizim materiya 
qanunlarına tabe deyillər. Bu suala cavab vermək üçün hamının hər 
an rastlaşdığı bir vəziyyəti aydınlaşdıraq. Hər bir insana çox yaxşı 
məlumdur ki, hər bir insan hər an üçün müəyyən bir hal yaşayır. Bu 
halı yaradan səbəblər, əsasən, bizi əhatə edən aləmin mövcudluqla-
rının ən müxtəlif şəkildə bizə olan təsirləridir. Bizim bədənimiz də 
materiyadan təşkil olunduğundan belə demək mümkündür ki, bizi 
əhatə  edən  aləmdəki  mövcudluqların  bədənimizə  təsiri  müəyyən 
hal  yaradır. Yəni  əslində  materiyanın  materiyaya  təsiri  müəyyən 
hal yaradır. Hər bir kəsdən onun halının necəliyini soruşsan, əslin-
də bu insanlar arasında bir adətdir, o kəs öz halına uyğun bir cavab 
verəcək. Deməli, hal bizi əhatə edən materiya qanunlarının müəy-
yən obyektə təsirindən doğan bir yaşantıdır. Yəni hal yaşantıdırsa, 
deməli, mövcudluqdur, lakin bizim materiya qanunlarına tabe de-
yil. İnsanın özünün çox yaxşı hiss etdiyi, hər an üçün yaşanan halı-
nı nə tərəzidə çəkmək, nə də bir qaba yığıb saxlamaq olar. Deməli, 
hal bizi əhatə edən aləmin materiya qanunlarına tabe deyil, ancaq 
mövcudluqdur.  Əslində  hal  bizim  materiya  qanunlarına  birbaşa 
bağlı olmayan materiya növləri ilə bizi əhatə edən aləmin materiya 
növlərini əlaqələndirən bir vasitədir. Halın halını yaşayan isə ruh-
dur. Nə hal bizi əhatə edən materiya qanunlarına tabedir, nə də ruh. 
Ancaq hər halda mövcudluqdurlarsa, kütləyə malikdirlər. Deməli, 


152
buradan belə nəticə çıxır ki, kütlənin, bizi əhatə edən materiyanın 
cazibə qanunlarına tabe olmayan mümkün halı var. Lakin əslində 
kütlə cazibəyə malikdir, lakin materiyanın qanunlarından asılı ola-
raq kütlələr arasında cazibə məsələsində ümumi təkamül xətti bo-
yunca haradasa müəyyən mərhələlər, yəni müəyyən sərhədlər var. 
Bu  sərhədlər  arasında  əlaqə  yaradan  mövcudluq  materiyanın 
bir növündən, o cümlədən bir halından digərinə doğuşdur. Bütün 
bu deyilənlərin ümumi şüur səviyyəsində ona görə izaha ehtiyacı 
var ki, ümumi şüur səviyyəsi haradasa özündən kənar olan bir şeyi 
qəbul etsin. Ümumi şüur səviyyəsi nəsillərin varisliyidir. Ümumi 
şüurun qəbul etmədiyi şeylər səviyyəsindən asılı olmayaraq müba-
hisə doğurur. Həyatda hər kəsin müəyyən qabiliyyəti var, lakin əsil 
insanın xalqına fayda verən bir peşəsi hökmən olmalıdır. Həyata 
insan kimi gəlmisənsə, başqalarına yük olmamağa çalış, əks təqdir-
də kimlərinsə taleyinə düşən kədərdə sənin də payın var. Dünyaya 
insan kimi gəlmisənsə, insanları sev, sevgi ilə yaşanan ömür səadət 
paylıdır. Çalış həyatda sevib seçdiyin peşə haradasa qabiliyyətinlə 
üst-üstə düşsün, əgər belə olarsa, sən öz sənətinin daha yaxşı ustası 
olarsan. Heç də hökm deyil ki, qazandığın peşəyə görə müəyyən 
mövqe tutmağa səy edəsən, sən öz sənətini sev, görəcəyin yaxşı iş 
sənə müəyyən mövqe qazandıracaq. Əgər sən öz peşənin əsil bili-
cisisənsə, görəcəyin işdən bütün xalq faydalanacaq, xalqına fayda 
verən hər bir kəs isə özünü həyatda xoşbəxt sayır. Mənalı ömür 
həyatda düzgün mövqe tutanların qismətidir. Əgər sən doğru yol 
sahibi olmağına daxilən inanırsansa, o zaman hər bir kəsin yanında 
hörmətin  olacaq.  İnsanın  özünə  qarşı  daxili  inamı  onu  müəyyən 
məqsəd üçün fəaliyyətləndirən başlıca təsir vasitəsidir. Əgər kim 
müəyyən  bir  iş  görməyə  daxilində  qüvvə  tapırsa,  deməli,  həmin 
şəxs özü-özünü təhrik etməyi bacarır. Özü-özünü təhrik edən hər 
bir  kəs  isə  başqalarının  halına  təsir  edə  bilən  işlər  görməyə  qa-
dirdir. Əgər sənin gördüyün iş haradasa başqalarının halına təsir 
edirsə, deməli, sən öz işinin ustasısan. Lakin bir şərt xüsusi nəzərə 
alınmalıdır, hər bir kəs yalnız müsbət bir zəmində öz fəaliyyətini 
qurmağa çalışmalıdır. Çalış sevdiyin peşə könlünə yatsın, o zaman 


153
öz  işinə  ürəyincə  yanaşarsan.  Könül  rahatlığı  ilə  görülməyən  iş 
haradasa ədalət qanunlarını tam dərk etməyən düşüncə sahibinin 
təfəkkürünün məhsuludur. Əgər insan öz görəcəyi işin son nəticə-
sində bir faydalılıq görmürsə və o işlə məşğul olursa, deməli, onun 
təfəkkürü haradasa çox aşağı səviyyədədir. Könlünə yatan iş hara-
dasa ürəyincə görüldüyü üçün başqalarında da xoş hal yaradacaq-
dır. Başqalarında xoş hal yaradan iş haradasa gözəllik baxımından 
müəyyən  üstünlüyə  malikdir.  Çünki  yalnız  gözəl  görülən  şeylər 
qəlbi oxşayır. Gözəlliyin özündə bir təmizlik, paklıq var. Gözəllik 
haradasa ədalətli bir qəlb yaşantısının məhsuludur. Gözəl görünən 
şey haradasa onu yaradanın daxili hal yaşantısıdır. Ən ideal gözəl-
lik  ən  ali  varlığa  məxsusdur.  Bütün  kainatda  baş  verən  nizamlı, 
məqsədli  və  təkamülə  doğru  gedən  yol  haradasa  təmizlik,  saflıq 
və gözəllik prinsipi üzərində qurulub. Hər şey təkamülə doğru get-
dikcə daha gözəl olur. Ən ali varlığa qovuşmağa çalışan hər şey 
haradasa ən ideal gözəlliyə can atır. Haradasa ən ali varlığa qovuş-
mağa can atanlar təkamül prosesində özlərini həm də təmizləşdirib 
saflaşdırırlar. Onsuz da həyat hər şeyin qiymətini yerində verir. Öz 
taleyinlə  bağlı  nə  varsa,  əsasən,  özün  qazanmısan,  ey  insan!  Öz 
taleyinlə bağlı işlərdə başqalarını günahkar sanma. Sənətə ona görə 
vurğun olma ki, o sənə daha çox maddi qazanc gətirir, müəyyən 
hədd çərçivəsində bu da lazımdır, lakin sənətinə daha çox vurğun 
ol ki, sən onun daha dərin incəliklərinə yiyələnə biləsən. Haradasa 
öz sənətini sevən kəs sevgi ilə xatırlanmağa layiqdir. Əgər kimsə-
nin sevgi ilə xatırlanmağa ləyaqəti çatırsa, deməli, o şəxs ədalə-
tin yolçusu, təmiz və saf qəlb sahibidir. Düzdür, həyatda hökmən 
müəyyən sənət sahibi olmaq lazımdır ki, öz zəruri maddi ehtiyacla-
rını ödəmək üçün kimsəyə yük olmayasan. Lakin hissiyyata qapılıb 
bütün həyatını maddiliklə bağlasan, haradasa itirdiklərin qazandıq-
larından çox olacaq. Onsuz da bir vaxt maddiliklə bağlı qazandığın 
nə varsa bu həyatda qalacaq, hissiyyata bağlandığın üçün isə ruhu-
na rahatlıq vəziyyəti gətirən bir halı da itirəcəksən. İtirilən şeylər 
isə olduğu kimi heç vaxt geri qaytarılmır. Ey insan, bir yaşamlıq 
həyatında ruhunun əbədi rahatlığı üçün çalış. Bunun üçün isə ən 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə