|
Bakı 2011 Fənn: Beynəlxalq İqtisadi Münasibətlər
|
səhifə | 2/6 | tarix | 23.12.2023 | ölçüsü | 17,63 Kb. | | #154452 | növü | Yazı |
| ch16-valyuta-kursu-sistemleriGiriş - Bu hissədə valyuta kursu sistemlərinin araşdırılması ilə valyuta kursu dəyişmələrini izah etməyə çalışan nəzəriyyələrə diqqət yetirməkdir.
- Valyuta kursu sistemlərinin bir ucunda sabit kurs sistemi, digər ucunda sərbəst dalğalı kurs sistemi dayanır.
- Ən qədim sabit kurs sistemi qızıl standartıdır.
- II Dünya müharibəsindən 1973-cü ilə qədər beynəlxalq valyuta sistemi kimi tətbiq edilən Bretton-Woods Sistemi də sabit kurs sistemi olmuşdur.
- Praktikada qatı sabit kurs sistemlərilə ən sərbəst dalğalı kurs sistemləri arasında çox müxtəlif qarışıq kurs sistemləri formalaşmışdır ki, bunlar da hər iki sistemin xüsusiyyətlərini daşıyır.
Sabit kurs sistemi - Əsas xüsusiyyəti valyuta kurslarının müəyyən bir səviyyədə saxlanmasıdır.
- Ən qədim sabit kurs sistemi qızıl standartıdır.
- Müasir iqtisadiyyatlarda kağız pul sistemlərində də sabit kurs sistemləri tətbiq edilir. Məsələn, Bretton-Woods Sistemi.
- Dünyada qızıl pul standartı XIX əsrin ikinci yarısından I Dünya Müharibəsinə qədər fasiləsiz tətbiq edilmişdir.
- Müharibədən sonra ölkələr yenidən bu sistemə dönsələr də bu uzun müddətli olmamışdır.
- Bu sistemdə ölkələrin valyutasının dəyəri müəyyən ağırlıqda saf qızıl formasında müəyyənləşdirilir. Bu qiymətə qızıl pariteti deyilir.
- Bu sistemdə Mərkəzi Banklar və ya xəzinə də bu paritetdən hər kəsə qızıl satmağı və almağı öz üzərinə öhdəlik kimi götürür ki, bu da paritetin sabitliyini təmin edir.
- Nəticədə, bütün ölkələrin valyutalarının bir-birilə mübadilə nisbəti də sabit qızıl paritetilə müəyyən edilir. Yəni, A ölkəsinin valyutası=1 q saf qızıl, B ölkəsinin valyutası=2 qr saf qızıl, onda A ölkəsi valyutası =1/2 B ölkəsi valyutası
- Milli valyutalar arasındakı sabit kursun saxlanılması qızıl idxal və ixracatının sabit olması şərtinə bağlıdır.
- Bretton Woods Sistemi:
- Ölkə valyutaları - ABŞ dolları – Qızıl
- Avropa Birliyinin Avrodan öncə öz valyutalarını sabit kurslardan ECU adlanan bir hesab vahidinə bağlamaları;
- Bəzi kiçik ölkələrin öz valyutalarının dəyərini BVF-nun CDR adlı hesab vahidinə bağlamaları;
- Bəzi ölkələr isə valyutalarının dəyərini əsas ticarət partnyorlarının valyutalarından təşkil olunan xüsusi valyuta səbətinə bağlamaları;
- Müasir sabit kurs sistemlərində kursun dəyişməsi bəlli hədd çərçivəsində baş verə bilir. Məsələn, Bretton-Woods sistemində bu 1% həddində idi.
- Kursun göstərilən həddi aşmamasını isə Mərkəzi Bankın valyuta bazarındakı sərbəst alqı-satqı əməliyyatları təmin edir.
Dostları ilə paylaş: |
|
|