Bakı Avrasiya Universiteti



Yüklə 75,65 Kb.
səhifə5/5
tarix30.12.2023
ölçüsü75,65 Kb.
#165688
1   2   3   4   5
Bədəlova Şölə Konstitusiya

4. Seçki sisteminin növləri
Seçki sisteminin iki əsas növü vardır: majoritar seçki sistemi, pro­porsional seçki sistemi.
Majoritar sözü fransız sözüdür və «çoxluq» mənasını verir. Adından da göründüyü kimi, bu sistemdə kim çoxluğun səsini qazanarsa, о da seçilir. Majoritar sistemin özünün də aşağıdakı növləri vardır:
İxtisaslaşdırılmış majoritar sistem;
Mütləq majoritar sistem;
3) Nisbi majoritar sistem.
İxtisaslaşdırılmış majoritar sistem mütləq və nisbi majoritar sistemlə müqayisədə seçicilərin daha böyük səs çoxluğunu tələb edir.
Mütləq majoritar sistemdə seçicilərin ümumi sayının yarıdan çoxunun səsini qazanan şəxs seçilir. Burada da ümumi sayın yarıdan çoxu anlayışı müxtəlif ölkələrin qanunvericiliyində bir-birindən fərqlənir. Bu, bir qayda olaraq, birincisi, qeydə alınan seçicilərin ümumi sayının yarıdan çoxu; ikincisi, verilən səslərin ümu­mi sayının yarıdan çoxu; üçüncüsü, verilmiş və etibarlı sayılan səslərin yarı­dan çoxu deməkdir. Məsələn, Azərbaycan Res­publikası Konstitusiyasının 101-ci maddəsinin II hissəsinə əsasən, Azər­baycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarı­sından çoxunun səs çoxluğu ilə seçilir.
Mütləq majoritar sistemdə adətən, bir dəfəyə seçicilərin yarıdan çoxunun səsini almaq çox çətin olduğundan bir çox hallarda bu mümkün olmur və yenidən ikinci tur adlanan seçkilər keçirilir. İkinci turda artıq birinci turda ən çox səs toplayan iki namizəd iştirak edir və bu dəfə seçki nisbi mayoritar sistem üzrə həyata keçirilir.
Nisbi mayoritar seçki sistemində isə seçkidə iştirak edən digər nami­zəd­lərə nisbətən səs çoxluğu qazanan şəxs seçilmiş sayılır. Burada seçkidə iştirak edənlərin yarıdan çoxunun səsini qazanmaq təbb olunmur. Qazanılan səslər ümumi verilən səslər içərisində çox az da ola bibr. Mütləq majoritar seçkilərdə şəxs 50 %-dən çox səs qazanmalıdır (50%+1). Nisbi majoritar seçkidə əgər A-50 min, B-30 min, S isə 40 min səs toplayarsa, bu halda A seçilmiş sayıla­caqdır. Burada A seçkidə iştirak edənlərin yarıdan çoxunun səsini toplaya bilməyib (mütləq majoritar sistemdə əsas şərt). Lakin о ayrı-ayrılıqda B-dən və S-dən daha çox səs toplayıb. Baxmayaraq ki, В və S-nin birgə səsləri (40 min + 30 min = 70 min) A-nm topladığı səslərdən çoxdur (A -50 min səs yığıb), yenə də A seçibcək, çünki o, digər namizədlərə görə çox səs yığıb.
Majoritar sistemdə ölkə birmandatlı dairələrə bölünür. Yəni ölkə ərazisi müxtəlif hissələrə bölünür və hər bir hissədən (sahədən) ancaq bir şəxs seçilə bilər (hər bir sahəyə ancaq bir mandat ayrılır). Majoritar sistemdə çoxmandatlı dairələr də yaradıla bilər, lakin bu, bir qayda olaraq, çox nadir hallarda tətbiq edilir. Majoritar sistemin əsas, həm də ümumi xarakterli mənfi cəhəti odur ki, burada seçicilərin azlıqda qalan hissəsinin səsi itir və ümumiyyətlə, təmsil olunmur. Bu sistemin müsbət cəhəti budur ki, burada seçici ilə namizəd arasında birbaşa əlaqə olur, seçici tanıdığı şəxsə səs verir.
Mütləq majoritar sistemin müsbət cəhəti isə ondan ibarətdir ki, burada seçilən şəxsin arxasında həqiqi sosial baza olur və о çoxluğa söykənir. Onun mənfi cəhəti budur ki, seçkilərə daha çox xərc çəkilir və birinci turda heç də dərhal nəticə əldə olunmur. İkinci turda isə, bir qayda olaraq, birinci tura nisbətən daha az adam iştirak edir. Odur ki, ikinci turda, adətən, nisbi majoritor sistem tətbiq olunur. Nisbi majoritor sistemin müsbət cəhəti ondan ibarətdir ki, burada birinci turda nəticə əldə edilir. Mənfi cəhəti isə odur ki, seçilən şəxs bir çox hallarda azlığa söykənir, çoxluğun iradəsini təmsil edə bilmir, yəni sosial bazası zəif olur. Buna görə də bir çox ölkələr qarışıq sistemi tətbiq edir, yəni hər iki sistemi müxtəlif konfıqurasiyalarda realizə edirlər.
Azərbaycan Respublikası Konstitusiyasının 83-cü maddəsinə görə, Azərbaycan Respublikasının Milli məclisi majoritar seçkilərlə forma­laş­dı­rı­lır. Konstitusiyamıza 24 avqust 2002-ci ildə edilmiş dəyişikliklərdən əvvəl Milli Məclisə deputatlar qarışıq majoritar və proporsional seçkilər vasitəsilə seçilir­dilər. Qanunvericiliyə görə, 125 deputatın 100-ü majoritar, 25 isə proporsional seçki sistemi üzrə seçilirdi.
Proporsional seçki sistemi ilk dəfə olaraq 1889-cu ildə Belçikada tətbiq edilib. Bu sistemdə seçicilər ayrı-ayrı şəxslərə deyil, partiyalara onların müəyyən etdikləri siyahılar vasitəsilə səs verir. Burada hər bir partiya ona verilmiş səslərin sayına proporsional olaraq parlamentdə yer götürür, partiyaların topladığı səs mühüm rol oynayır, lakin bundan da əhəmiyyətli seçki kvotasıdır. Seçki kvotası partiyanın bir namizədinin seçilməsi üçün tələb olunan minimum səs miqdarıdır. Seçki kvotasının müəyyən edilməsi mandatların bölüşdürülməsinə birbaşa təsir edir. Proporsional seçki sis­te­min­də kiçik partiyalar seçkilərdə iştirak edib yer götürmək imkanı əldə edirlər. Proporsional seçki sistemində bütün ölkə, bir qayda olaraq, vahid çoxmandatlı dairədən ibarət olur. Yəni ölkə tək bir dairə hesab olunur və bu dairədən seçilmək üçün müvafiq sayda mandat müəyyənləşir. Hər bir partiya topladığı səsdən və daha çox da seçki kvotasından asılı olaraq, müxtəlif sayda mandat əldə edə bilər.
Proporsional sistemdə səslərin çox bölünməməsi üçün iri partiyaların mənafeyini güdən seçki baryeri müəyyən edilir. Seçki baryeri isə elə səs faizidir ki, bu faizdən az səs toplayan partiya sonradan səslərin bölüş­dü­rülməsinə buraxılmır. Seçki baryeri həm də qanunverici orqanın daxilində fraksiyalaşmanı zəiflədir.
Partiyalar və onların blokları arasında mandatlar kvota və qalıq metodu tətbiq edilməklə hər bir siyasi partiyanın, onların blokunun topladığı səslərin sayına proporsional surətdə bölünür. Bundan ötrü əvvəlcə etibarlı sayılan bülletenlər vasitəsilə səs vermis seçicilərin ümumi sayını çoxmandatlı seçki dairəsi üzrə mandatların sayına bölmək yolu ilə seçki kvotası, yəni mandatın verilməsi üçün tələb olunan səslərin sayı müəy­yən­ləş­dirilir (Her seçki kvotası). Sonra siyasi partiyaların, onların bloklarının hər bir vahid namizədlər siyahısının topladığı səslərin sayı seçki kvotasına bölünür, alınan rəqəm onun payına düşən mandatların sayını göstərir. Qalan mandatlar ən böyük qalıq metodu əsasında bölüşdürülür, yəni ardıcıl olaraq əvvəlki bölgüdən sonra səs qalığı daha çox olan namizəd siyahıları arasında bölüşdürülür.
Şərh edilənlərlə yanaşı, başqa seçki sistemləri var və bunlara aşağıdakılar aiddir:
1) Kumilyativ seçki sistemi. Bu sistemdə seçici bir neçə səsə malik olur və bu səsləri istəsə bir namizədə verə bilər, istəsə bir neçə namizədin arasında bölüşdürə bilər.
Yarıproporsional sistem. Bu sistemdə vahid çoxmandatlı seçki dairəsi üzrə seçici partiya siyahısına deyil, hər hansı bir partiyadan olan bir namizədə səs verir. Ən çox səs toplayan namizəd seçilmiş sayılır.
Preferensial sistem. Burada seçici vahid çoxmandatlı seçki dairəsində, sadəcə, siyahıya səs vermir, həm də siyahıda ən çox kimə üstünlük verdiyini qeyd edir (preferensiya). Sonradan səslər hesablanarkən ilk olaraq ən çox preferensiyaya malik olan namizədlər arasında bölünür.
Seçki sistemi müəyyən mərhələlər şəklində realizə olunur. Seçki pro­sesi seçki mərhələlərinin məcmusundan ibarətdir. Seçki prosesi de­yil­dikdə qanunla dəqiq şəkildə tənzim olunan müxtəlif sosial təsisatlara, dövlət or­qanlarına seçkilərin hazırlanması və keçirilməsi qaydalarının məcmusu başa düşülür. Seçki prosesi mərhələlər üzrə hərəkət edir. Bu mərhələlər aşağıdakılardır:

  1. Seçkilərin təyin edilməsi;

  2. Seçki dairələrinin və məntəqələrinin yaradılması;

  3. Seçki orqanlarının yaradılması;

  4. Seçicilərin qeydiyyatı;

  5. Namizədlərin irəli sürülməsi;

  6. Təbliğat kompaniyası;

  7. Səsvermə;

  8. Səslərin hesablanması və nəticələrin müəyyənləşdirilməsi;

  9. İkinci tur;

  10. Seçkilərin nəticələrinin elan edilməsi.

Bu mərhələlər həm Milli Məclis, həm də prezident və bələdiyyə seçki­lə­rində eynidir. İkinci tur mərhələsi həmişə olmur. Əgər birinci turda seç­ki­lər baş tutarsa, ikinci tura ehtiyac aradan qalxır. Seçki qanunvericiliyi onun hansı orqana aid olmasından aşılı olmasına baxmayaraq, yuxarıda göstərilən mərhə­lələri tənzimləyir və bir sıra digər təşkilati problemləri nizama salır.
Azərbaycan Respublikasınm Milli Məclisinə seçkiləri Azərbaycan Respubli­kasının Prezidenti təyin edir. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər hər 5 ildən bir noyabr ayının birinci bazar günü təyin edilir. Prezident seçkiləri də hər 5 ildən bir keçirilir. Seçki günü prezidentin səlahiyyətlərinin icrası müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü hesab olunur. Seçkilərin keçirilməsi günü seçki gününə ən azı 100 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Əgər prezidentin səlahiyyəti müəyyən olunmuş müddətdən əvvəl başa çatarsa, növbədənkənar seçkilər keçirilir. Bu halda seçkilər 3 ay müddətində keçirilir. Azərbaycan Respublikası Milli Məclisinə seçkilər səsvermə gününə azı 120 gün qalmış elan edilir. Seçkilər haqqında qərar onun qəbul olunduğu gündən ən azı 5 gün ərzində dərc edilməlidir.
Seçki prosesinə start verildikdən sonra daimi dövlət orqanı statusuna malik olan MSK seçkilər gününə azı 110 gün qalmış birmandatlı seçki dairələrinin sxemini müəyyənləşdirir və onu təsdiq edir. MSK seçkilərin həyata keçirilməsini təşkil edən və ona rəhbərlik edən müstəqil dövlət orqanıdır. O, namizədləri qeydə alır, seçkilərə nəzarət edir, seçki komissiya­larına hüquqi, metodiki yardım göstərir, təkrar seçki keçirilməsini təmin edir və s. səlahiyyətləri həyata keçirir. «Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında» 15 may 1998-ci il tarixli qanuna, 2005-ci ildə qüvvəyə minmiş Seçki Məcəlləsinə görə, MSK 18 üzvdən ibarətdir. MSK-nın üzvlərinin 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputat­ları, 6 üzvü isə vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edirlər. MSK üzvləri Milli Məclis tərəfindən seçilirlər.

NƏTİCƏ
Beləliklə, hər bir dövlətdə müxtəlif orqanlar, sosial təsisatlar seçkilərlə formalaşdırılır. Ali dövlət orqanları və yerli özünüidarəetmə orqanları da bir qayda olaraq, seçkilərlə yaradılır. Azərbaycan Respublikasında da belədir. Azərbaycan Respub­likasında seçkilər yolu ilə qanunverici orqan, ali icra hakimiyyəti başçısı, yerli özünüidarəetmə orqanları formalaşdırılır. Hər üç orqanın seçkiləri xüsusiyyətlər nəzərə alınmaqla anolojidir. Bəzi ölkələrdə (məsələn, ABŞ-ın bir sıra ştatlarında) məhkəmə hakimiyyəti orqanları da seçkilərlə yaradılır, ancaq bu üsul çox yayılmayıb.
Xalqın iradəsinin bilavasitə və ən yüksək ifadəsi dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına azad, demokratik seçkilərin keçirilməsi, habelə dövlət həyatının ən mühüm məsələlərinə dair öz rəyini referendum yolu ilə bildirməsidir. Seçkilər və referendum demək olar ki, bütün dünyada vətəndaşların cəmiyyətin ictimai həyatında və dövlət işlərində iştirakının ən kütləvi formasıdır.
Vətəndaşların seçki hüququ 2003-cü il 27 may tarixli «Azərbaycan Respublikasının Seçki Məcəlləsi» ilə tənzimlənir. Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları üçün aktiv seçki hüququ 18 yaş müəyyən edilmişdir. Məcəlləyə uyğun olaraq seçkilər günü 18 yaşı tamam olan vətəndaşların seçmək və referendumda səs vermək hüququ vardır.


ƏDƏBİYYAT
1. Z. Əsgərov «Konstitusiya hüququ». Dərslik. Bakı, 2016. 199s.
2. İ. Cəfərov Azərbaycan Respublikası Konstitusiyasının şərhi. Bakı, 2010. 245s.
3. Azərbaycan Respublikasının Seçki Məcəlləsi. Bakı, 2003.
4. İ. Cəfərov Azərbaycan Respublikası Konstitusiya hüququnun əsasları. Bakı, 2002. 282s.
5. Konstitusiya hüququ (Mühazirə mətnləri). Fəxrəddin Nağıyev. Qanun-2009. 118s.
6. V. Çirkin «Xarici ölkələrin Konstitusiya hüququ». Bakı, 2000. 724s.
7. Əliyev R.Ə. “Seçki hüququ: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq standartlar”. Bakı-2019. 126s.


Yüklə 75,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə