Bakı Avrasiya Universiteti


Seçki sisteminin sosial-siyasi və hüquqi mahiyyəti



Yüklə 75,65 Kb.
səhifə2/5
tarix30.12.2023
ölçüsü75,65 Kb.
#165688
1   2   3   4   5
Bədəlova Şölə Konstitusiya

1. Seçki sisteminin sosial-siyasi və hüquqi mahiyyəti
Seçkilərin son məqsədi dövlət hakimiyətini əldə etmək və onu təşkil et­mək­dir. Kökü Fransa maarifçiliyinə gedib çıxan xalq suverenliyi nəzə­riy­yəsinə görə, ha­ki­miyyətin yeganə mənbəyi xalqdır. Seçkilər xalq hakimiy­yə­tinin birbaşa təza­hürünün hüquqi formasıdır. Seçkilərdə qalib gələn subyekt xalqdan könüllü şə­kildə haki­miyyəti realizə etmək üçün mandat alır. Seçkilər dövlət hakimiyyətinin le­gitimləş­dirilməsinin formal əsasıdır. Seçkilərdə qalib olanlar xalqın səsini qazanırlar. Deməli, xalq onları seçib və onlardan başqa heç kimin dövlət hakimiyyətini təşkil etməyə haqqı yoxdur.
Seçki sisteminin hüquqi mahiyyəti. Hakimiyyətin təşkili və realizə edilməsi, onunla cəmiyyət, şəxsiyyət və müxtəlif növ kollektivlər arasında olan ən əsas münasibətlər konstitusiya hüququ ilə nizam­landığına görə bu institut da konstitusiya hüququ ilə nizama salınır. Seçki sistemi dövlət tərəfmdən müəyyən edilmiş, dövlət hakimiy­yətinin ilkin təşkilinin, forma­laşdırılmasının hamı üçün məcburi olan mexanizmi, qaydasıdır. Seçki sistemi hüquqi institut kimi həm maddi, həm də prosessual institutdur. Seçki sistemi bir-birindən dəqiq və kəskin fərqlən­dirilən nisbi-müstəqil mər­hə­lələr şəklində qurulur və həyata keçirilir. Bu mərhələlərdən hər hansı birinin düzgün realizə olunmaması bütövlükdə seçkilərə mənfi təsir edir, bir çox hallarda isə onun nəticələrinin ləğvinə gətirib çıxarır. Seçki sistemi insanların dövlət hakimiyyətini təşkil etmədə real iştirakına imkan verən və dövlətin qəbul etdiyi yeganə hüquqi mexanizmdir. Bu mexanizmin əsası, vətəndaşların Azərbaycan Respublikası Konstitusiya­sının 56-cı maddəsində əks olunan seçki hüququdur. Bütün seçki sistemi bu hüququn realizə edilməsinə yönəlib və bu hüquq olmadan seçki sistemi əsassızdır. Seçki sistemi cəmiyyətin və dövlətin fərdə verdiyi və öz siyasi marağını realizə etməyin üsulu, prosedurasıdır. Əlbəttə, yalnız seçkidə səs verməklə şəxsin siyasi maraqları, dövlət orqanlarının işində maraqlılığı bitmir. Daha çox iddialı olanlar başqa vasitədən - siyasi fəaliy­yət­dən istifadə edə bilərlər. Seçki sisteminin əsasları həmişə konsti­tusi­ya­larda təsbitlənir. Bütün başqa məsələlər digər qanunvericilik aktlarında nəzərdə tutulur. Seçki sistemi aşağıdakı funksiyalara malikdir:
Hakimiyyətin formalaşdırılmasının və legitimləşdirilməsinin formal-hüquqi əsası kimi çıxış edir;
Siyasi qüvvələrin ölkənin inkişafında irəli sürdükləri proqramları və siyasi əhval-ruhiyyəni aşkara çıxarır;
Xalqa bilavasitə dövlət hakimiyyətinə təsir etmək imkanı verir.


Yüklə 75,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə