Bakı Avrasiya Universiteti



Yüklə 75,65 Kb.
səhifə3/5
tarix30.12.2023
ölçüsü75,65 Kb.
#165688
1   2   3   4   5
Bədəlova Şölə Konstitusiya

2. Seçki sistemi anlayışı
«Seçki sistemi» anlayışı ikili məna daşıyır. Geniş mənada seçki sistemi hər hansı bir ölkədə seçkilərin hazırlanması və keçirilməsi mexanizmini bildirir və həmin ölkənin seçki sistemini təşkil edən qanunvericilikdən iba­rət olur. Bu baxımdan hər bir ölkənin müxtəlif qanunlarla tənzimlənən öz seç­ki sistemi vardır. Dar mənada seçki sistemi deyildikdə seçkidə qaza­nıl­mış səs­lə­rin (mandat­la­rın) namizədlər arasında bölünməsi qaydası, üsulu anlaşılır. Bu mənada iki əsas və bir neçə əlavə seçki sistemləri vardır. Dün­yanın bir çox ölkələrində dar mənada seçki sistemi müxtəlif konfiqu­ra­si­yalarda bir-birini təkrarlayır. Seçki qanunvericiliyi hər bir ölkənin kons­ti­tu­siyasından, qanunla­rından və digər normativ hüquqi aktların dan ibarətdir. Konstitusi­yalarda, adətən, seçki sisteminin ən əsas əlamətləri, parametrləri müəyyən edilir. Qa­nun­lar isə öz növbəsində bu parametrlərin realizə yollarmı, formalarını və qaydalarmı tənzim­ləyən normalan müəyyən edir. Hər bir ölkədə seçki sistemi həmin ölkənin siyasi rejiminə, onun demok­ratik­liyi səviyyəsinə uyğun olaraq qurulur.
Seçkinin sistemliyi ondan irəli gəlir ki, bu mexanizmin daxili ünsürləri bir-biri ilə sıx şəkildə bağlıdır və onlardan birinin dəyişməsi, sadəcə, seçkinin özünə deyil, seçki əsasında formalaşdırılan dövlət orqanlarına, onların fəaliyyətinə belə təsir edir. Məsələn, Prezidentin dolayı yolla seçilməsi onu bir­başa xalqdan mandat almaq və beləliklə, qanunverici hakimiyyətə qarşı duran güclü orqan olmaqdan məhrum edir. Qanunverici hakimiyyətin mojaritar sistem əsasında formalaşdırılması siyasi partiyaların fəaliyyətini seçki sistemində arxa plana keçirir və yalnız konkret aktiv fərdləri irəli çəkir. Bir neçə seçicinin bir neçə səsə malik olması mütləq digərlərində də bir neçə səsin olmasını tələb edir, çünki əks tərəfdə seçki demokratik olmayacaqdır. Seçki mərhələlərindən birinin düzgün keçirilməməsi və ya nədəsə sui-istifadə halları sonrakı mərhələlərdə mütləq özü­nü büruzə verməlidir. Təbliğat zamanı sui-istifadə səsverməyə birbaşa təsir gös­tə­rəcəkdir. Səslərin düzgün hesablan­maması ikinci tur mexanizmini işə salacaqdır və s.
Seçkidə, səsvermədə iştirak edən şəxslərin məcmusu - elektorat adlanır. Elektorat seçkilərdə iştirak etmək imkanına malik bu və ya digər siyasi qüvvəyə münasibətini ifadə edə bilən əhali hissəsidir. Elektoratın seçkilərdə iştirakına və qeydiyyatına görə üç növü vardır:
Potensial elektorat- seçkilərdə iştirak etmək hüququna malik olan, seçkilərdə iştirak etməsindən asılı olmayaraq qanunla müəyyən edilən şərtləri ödəyən bütün şəxslərin məcmusu;
Hüquqi (yuridik) elektorat - seçici kimi dövlət orqanları tərəfindən qeydiyyata alınmış şəxslərin məcmusu;
Faktik elektorat - seçkilərdə gəlib iştirak etmiş, səs vermis şəxslərin məcmusu.
Hər bir dövlətdə müxtəlif orqanlar, sosial təsisatlar seçkilərlə formalaşdırılır. Ali dövlət orqanları və yerli özünüidarəetmə orqanları da bir qayda olaraq, seçkilərlə yaradılır. Azərbaycan Respublikasında da belədir. Azərbaycan Respub­likasında seçkilər yolu ilə qanunverici orqan, ali icra hakimiyyəti başçısı, yerli özünüidarəetmə orqanları formalaşdırılır. Hər üç orqanın seçkiləri xüsusiyyətlər nəzərə alınmaqla anolojidir. Bəzi ölkələrdə (məsələn, ABŞ-m bir sıra ştatlarında) məhkəmə hakimiyyəti orqanları da seçkilərlə yaradılır, ancaq bu üsul çox yayılmayıb.


Yüklə 75,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə