Bakı Dövlət Universiteti



Yüklə 226,49 Kb.
səhifə2/2
tarix07.04.2022
ölçüsü226,49 Kb.
#85148
1   2
ABŞ-ın müasir ərazisinin kəşfi və tədqiqində Portuqaliya səyyahlarının rolu

“Terra Brasilis”, gah da “Santa Kruz do Brasil” adlandırılırdı. Xalq arasında isə ora başqa cür də adlandırılırdı – “Tutuquşular ölkəsi” və ya “Braziliya torpağı”.
Pedru Kabral saraydan kənarlaşdırılır və 1502-ci ildə təşkil olunan növbəti ekspedisiyanın komandoru yenidən Vasko da Qama təyin olunur, Kabrala ikinci kapitan vəzifəsi verilsə də o, həmin səyahətdə iştirak etməkdən boyun qaçırır.
Tamamilə gözdən düşən keçmiş komandor 1509-cu ildə Beyra-Bayşa vilayətinə gedir və ömrünün sonuna kimi orada qalır. Lakin gec də olsa I Manuel 1515-ci ildə, “Vera Kruz” torpaqlarını “kəşf” etdiyi üçün Kabrala illik məvacib ayırır. Hamıdan təcrid olunan və sakit həyat tərzi sürən keçmiş komandor 1526-cı ildə vəfat edir və bir səyahətə dörd qitənin sahillərində - Avropa, Cənubi Amerika, Afrika və Asiyada olmuş onu “İgreja da Graca” adlı qotik kilsənin ümumi qəbristanlığında dəfn edirlər. Onun yaşadığı bağdan nadir ağac növü tapılır. Həmin ağaclar qırmızı-bənövşəyi boya əldə etmək üçün xammal kimi Avropaya gətirilməyə başlayır və onun adı (pau-brasil) ilə bütün ərazi Braziliya adlandırılır.
XIX əsrdə tapılan sadə qəbir daşından müəyyən etmək olur ki, XVI əsrdə “Böyük kəşfin” sahibin şəxsiyyətinə o qədər də önəm vermirdilər. Əksinə həyat yoldaşını İzabell Kaştrunun qəbr daşının üstündəki yazıda, onun Portuqal kralı III Juanın qızlarının birinin kameristka olması bildirilir.               
         
 
1848-ci ildə braziliyalı tarixçi Fridrix Adolfo Varnhagen uzun müddət baxımsız qalan Pedru Kabralın qəbrini identifikasiya edir. 1968-ci ildə Braziliya və Portuqaliya tamtəraqla Kabralın anadan olmasının 500 ilini qeyd edir. Braziliya kimi qiymətli xəzinəni Portuqal taxt-tacına bəxş etdiyinə görə Kabralın xatirəsini əbədiləşdirmək üçün həm Lissabonda, həm də Rio-de-Janeyroda ona heykəl qoyublar. Maraqlıdır Braziliyanı əsl aşkarlayan adamın adı bəlli olandan sonra ona da həmin ölkələrdə heykəl ucaldacaqlar, ya yox? Mənim əminəm ki, yaxın gələcəkdə həqiqət bütün bəşəriyyət qarşısında acıqlanacaq.
XVI əsr başlayana qədər bir neçə dünya miqyaslı kəşflər vardısa, onların hər birisi ayrı-ayrılıqda dünya ictimaiyyətində müəmma doğurur. Öz varisləri üçün böyük bir qitəni əldə etmək istəyən Xristofor Kolumb Seviliyanın Kafedral məbədində uyuyur, “İgreja da Graca” qəbristanlığında dəfn olunan sirr gizlətməkdə kral I Manuelə sadiqliyini nümayiş etdirən Pedro Alvareş Kabral, böyük ambisiyalarla yaşamış və hiyləgər fəndləri ilə dünya ictimaiyyətini aldatmış Ameriqo Vespuççi və böyük kəşfi daxilində dövlət maraqları naminə qurban edən Duari Paşeku Pireyra Lissabonda şəhər qəbristanlığında adi vətəndaşlar kimi dəfn edilmiş və heç bir şübhə doğurmadan əsl həqiqəti gizlətməyə çalışıblar. Bununla onlar, daha doğrusu portuqal monarxları nəyə nail olmaq istəyiblər? Arada silahlı münaqişə baş verməsin deyə, ispanları uşaq kimi aldatmaq? Onlar demək olar ki, buna nail ola bilmişdilər. Faktiki olaraq Vatikanda Müqəddəs Pyotrun taxt-tacında əyləşmiş müqəddəs ataların vasitəsilə portuqallar ispanları aldatmağa müvəffəq olmuşdular. Özü də bunu elə həyata keçirmişdilər ki, heç kimi ruhu da incimir.
Əlbəttə, ən yaxşı üsul hər şeyi səhlənkarlığın boynuna yıxmaqdır. Necə ki, bunu 1500-cü ildə Pedru Kabral edir və istər-istəməz Braziliya kimi nəhəng ərazini Portuqal taxt-tacının mülkünə qatır. Kolumbun birinci səyahətindən sonra eyforiya içərisində olan sadəlövh ispanlar, hələ XV əsrin sonlarında uydurulan belə bir cəfəngiyyata inanmağa məcbur olmuşdular. Onlar Karib dənizi akvatoriyasında yerləşən əraziləri Braziliyadan üstün tutdular.

İstifadə olunmuş ədəbiyyat siyahısı

  1. Mustafazadə T. Ümumi tarix. I cild. Bakı, 2009

  2. Orucov T. Ümumdünya tarixi. II kitab. Bakı, 2010

  3. Orucov T..Zamanların mozaikası.Bakı.2013

  4. Veysəlova V. R. Orta əsrlər tarixi.Gəncə,2012

  5. Taptıq Həsənov Əbdürrəhim Hacızadə Coğrafiya tarixi.Bakı-2011

Yüklə 226,49 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə