Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   59   60   61   62   63   64   65   66   ...   81

  Bitkilərin  neft  məhsulları  ilə  çirklənmməsi  üçün  texnika  və  nəqliyyat  vasitələrinin  istismarı  və 
onlara qulluq zamanı yanacağın və sürtgü yağlarının dağılmamasına nəzarət və diqqət.  
Nəqliyyat və 
texnika 
vasitələrinin 
yuyulması 
  Nəqliyyat  vasitələrinin  yuyulması  üçün  xüsusi  maşınyuma  məntəqələrinin  xidmətindən  istifadə 
edilməsi; 
 
Texniki  vasitələr  təmizlənərkən,  yaranan  suların  xüsusi  çəndə  toplanaraq,  icazə  verilən  yerə 
daşınması
 
Sızan tullantı 
materialları 
Bitkilərin  çirklənib  məhv  olmaması  üçün  işlənmiş  sürtgü  yağları,  boya  qalıqları  hermetik  qablarda 
(konteynerlərdə) qablaşdırılmalı və təkrar emal üçün əlaqədar yerə təhvil verilməlidir. 
Toz və digər 
qazşəkilli 
tullantılar 
 
Aparılan əməliyyatlar zamanı ərazini nəmləndirməklə tozun yatırılması

 
Sement materialının örtülü tutumlarda saxlanması;
 
 
Sement qarışığının külək tutmayan yerdə hazırlanması;
 
 
Tozlanmanın qarşısını almaq üçün səpələnən materialların üzərinin örtülməsi;
 
  Dayanmış maşınların mühərriklərinin söndürülməsi;  
  İnşaat sahəsində maşınların hərəkətinin zəruri olduğu minimum həddə məhdudlaşdırılması; 
 
İstifadə  olunan  bütün  növ  nəqliyyat  vasitələrinə  məxsus  mühərrik  sisteminin    emissiya 
standartlarına uyğunluğuna müntəzəm nəzarətin təşkili.
 
Üzvi 
tullantılar və 
digər zibillər 
  Üzvi  tullantıların  qapalı  qablarda  toplanması  və  çürümə  baş  verməzdən  əvvəl  müntəzəm  olaraq 
ərazidən çıxarılması və ya zərərsizləşdirilməsi.  
  Ərazidə hər hansı  zibilin yandırılmasına yol verilməməsi. 
Yanğın 
təhlükəsizliyi 
  Yanğın təhlükəsizlik qaydalarına əməl edilməsi haqqında personalın təlimatlandırılması; 
  Yanğın təhlükəsizliyi ilə bağlı işlərin müvafiq ixtisaslı mütəxəssislər tərəfindən aparılması. 
 
7.6. FAUNAYA TƏSİRLƏR  
Zavodun  layihələndirildiyi  ərazidə  aparılan  relyef-hamarlama  işləri  zamanı  bu 
yerlərdə məskunlaşmış canlılar aşağıdakı səbəblərdən müxtəlif təsirlərə məruz qalacaqdır: 
 
  heyvanların  məskunlaşma  yerlərinin  deqradasiyaya  uğraması  və  ya  dağılması; 
nətijədə canlılar növ xüsusiyyətlərinin  imkan verdiyi tərzdə ya tələf olacaq, ya 
da başqa yerlərə  sıxışdırılacaqdır; 
  məskunlaşma  yerlərinin  dağılması  ilə  yanaşı  yem  bazasının  yox  olması, 
azalması və ya tərkibinin pisləşməsi; 
  texnogen səs-küyün, vibrasiyanın artması; 
  mühitin çirklənməsi; 
  nəqliyyatla toqquşma. 
 
7.6.1.  Faunaya təsirlərin formaları  
Canlılara  təsirlər  ya  birbaşa,  ya  da  dolayı  yolla  baş  verir.  Birbaşa  təsirlər 
aşağıdakılardır: 
  yaşayış məskənlərinin dağılması, 
  ərazidəki  təbii  qida  mənbələrinin  dağılması  və  ya  korlanması  ilə  qidadan 
məhrum edilmək. 
 
Göstərilən təsirlər aşağıdakı əməliyyatlar zamanı baş verəjəkdir: 


  sahədə hamarlanma-düzlənmə işlərinin aparılması, 
  özül hazırlama işləri, 
   ərazidə hərəkət edən nəqliyyatın çoxalması və intensivləşməsi,  
  ərazidə infrastrukturun və texnikanın yerləşdirilməsi və s.  
 
Canlılara dolayı təsirlər aşağıdakı şəraitlə əlaqədar baş verir: 
  ərazidə insanların mövjudluğu və onların istehsalat fəaliyyəti, 
  mühitin çirklənməsi,  
  səs-küy, işıq və s. 
 
7.6.1.1. 
Ərazidə insanların mövjudluğu və onların istehsalat fəaliyyəti   
Ərazidə  insan  amilinin  mövjudluğu,  üstəlik  onun  müəyyən  fəaliyyətlə  məşğul 
olmasının özü artıq canlıların narahatlığına səbəb olur. Bu zaman hərəkətli və ali qruplara 
aid  canlılar,  həmçinin,  həşəratların  uçan  və  qaçan  növləri  instiktiv  olaraq  insanın  olduğu 
ərazidən  və  ya  fəaliyyət  sahəsindən  uzaqlaşırlar.  Fəaliyyətlə  əlaqədar  baş  verən  təsirlər 
intensivliyinə görə müxtəlif olacaqdır: 
  zəif intensiv; 
  güclü intensiv. 
 
Zəif intensiv təsirə ilk növbədə ərazini tərk edən və bu yolla məhv olmaqdan xilas 
olan aşağıdakı qruplara aid canlılar məruz qalır: 
  onurğalı heyvanlar;  
  quşlar; 
  sürünənlər; 
  amfibilər; 
  uçan və qaçan həşəratlar. 
 
Güclü intensiv təsirlərə isə aşağıdakı canlılar məruz qalajaqdır: 
  məskunlaşma yerləri dağılan az hərəkətli həşəratlar və buğumayaqlılar,  
  torpaq onurğasızları. 
Torpaqda və otların arasında məskunlaşan azhərəkətli həşəratlar və buğumayaqlılar 
qruntlara mexaniki təsirlər səbəbindən tələf olacaqdır.  
 
 


7.6.1.2. 
Mühitin çirklənməsi 
Fauna  nümayəndələrinə  təsirin  digər  növü  mühitin  çirklənməsi  ilə  əlaqədar  olur. 
Araşdırılan halda canlılar üçün bu cür təsirlər atmosfer və torpaq substratının  çirklənməsi 
ilə müəyyən olunur.  
Atmosfer  çirklənmələri  canlıların  bütün  növlərinə  mənfi  təsir  edən  amillərdəndir. 
7.2.1  bölməsində  göstərildiyi  kimi  ərazi  hazırlama  və  inşaat  dövründə  atmosfer    toz, 
karbon  oksidi,  azot  oksidləri,  kükürd  2-oksid,  karbohidrogenlər  və  his  inqrediyentləri  ilə 
çirklənir.  Bura  həm  də  lak-boya  buxarları  da  aiddir.  Bu  maddələrin    neqativ  təsirləri 
canlılarda aşağıdakı kimi əks edir: 
 
  Azot  oksidləri  aqressiv  olub,  canlıların  tənəffüs  yollarında  qıjıqlanma  və 
iltihabi proseslərin  inkişafına səbəb olur, qan tərkibinin dəyişməsinə  səbəb 
olur; 
  Kükürd  anhidridinin  təsiri  ilə  qanın  tərkibi  dəyişir,  tənəffüs  yolları 
zədələnir, orqanizmdə maddələr mübadiləsi prosesləri zəifləyir; 
  Uçucu  karbohidrogenlər  canlılarda  ağ  ciyərin,  bronxların  və  plevranın 
xərçənginə,  tənəffüs  yollarının  qıjıqlanmasına,  maddələr  mübadiləsinin 
pozulmasına səbəb olur.  
  His  (və  ya  uçan  kül  hissəcikləri)  isə  canlılarda  ağ  ciyərlərin  ventilyasiya 
qabiliyyətinin  pozulmasına  və  həcminin  azalmasına,  ağ  ciyərlərin  fibroz 
dəyişikliyinə və silikozuna səbəb olur. 
  Karbon  oksidi  ümumi  zəhərlənmə,  boğulma,  sinir  sisteminin  zədələnməsi  
və s. kimi hallar yaradır.  
  Lak-boya  materialları  ilk  növbədə  tənəffüs  yollarının,  gözün  selikli 
qişasının zədələnməsinə və qanda dəyişikliklər əmələ gəlməsinə səbəb olur. 
 
Torpaq  substratının  çirklənməsi  ilə  canlılara  neqativ  təsirlər  sürtgü  və  yanacaq 
maddələrinin,  lak-boya  materiallarının  dağılıb,  torpaq  qruntunu  və  ya  bitki  örtüyünü 
çirkləndirməsi səbəbi ilə ilə baş verir. Bu təsirlər, ancaq müəyyən növ canlılara - torpaqda 
cəmləşən onurğasızlara  aid olur və bir çox hallarda onların məhvi ilə səciyyələnir.  
 
7.6.1.3. 
Mühitin səs, vibrasiya, işıq faktorlarına məruz qalması 
Ərazidə  İşləyən  və  şərəkət  edən  texniki  mexanizmlərin  səsi  və  vibrasiyası, 
həmçinin,  qaranlıqda  işıq  dalğalarının  yayılması  ilə  onurğalı  heyvanların,  quşların, 
sürünənlərin  və  amfibilərin  narahatlığı  baş  verir. Bu  faktorların təsirindən canlılar ərazini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə