Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   60   61   62   63   64   65   66   67   ...   81

tərk  etmək  məcburiyyətində  qarır.  Nəticədə  isə  bu  canlılar  üçün  xarakter  olan  həyat 
ritminin pozulması baş verir.   
 
7.6.2.  Faunaya təsirlərin prioritetliyi  
Aparılacaq əməliyyatlar zamanı göstərilən təsirlərin  hər biri  canlılara  münasibətdə 
ciddi  sayıla  bilər.  Lakin  bunların  arasında  yaşayış  məskəninin  dağılması,  həmçinin,  yem 
bazasının yox olması, azalması və ya tərkibinin pisləşməsi canlıların  məhvi və ya ərazidən 
sıxışdırılması  ilə  nətijələnən daha ciddi  faktorlardan sayılır. İstənilən  fəaliyyət zamanı  bu 
faktorların nəzərə alınması çox vajibdir.  
5-ci  fəsildə  göstərildiyi  kimi  əraziyə  xas  həşəratların  Megacephalus  euphraticus 
(Fərat  çapağanı),    Manduja  atropos  (kəllə  şəkilli  haf)  və    Daphnis  nerii  (Oleandr  hafı) 
ekoloji həssas növlərdən olub, xüsusi qorunma statusuna malikdirlər. 
Uçan  həşəratlara  aid  bu  növlər  insanların  fəaliyyət  göstərdiyi  ərazidən  instiktiv 
olaraq  uzaqlaşacaqdır.  Bundan  daşqa  ərazidə  tikinti  –  quraşdırma  işlərinə  avqust  ayından 
başlanajaqdır. Bu dövrdə  isə efemer  bitkilər artıq birinji  vegetasiya dövrünü  başa  vurmuş 
olurlar. Bununla əlaqədar bir çox həşəratların, o cümlədən, yuxarıda göstərilən növlərə aid  
həşəratların  qidalanmaq  üçün  istifadə  etdikləri  bitki  substratları  qurumuş  və  yayın  istisi 
təsirindən  yanmış olacaqdır. Ona görə də həşəratların  bu dövrdə  ərazidə  olması ehtimalı 
azdır.  
Abşeron  yarımadasında  yayılmış  sürünənlərdən  Testudo  graeca  -  Aralıq  dənizi 
tısbağası  Avropa  regionu  üçün  nadir    sürünən  növü  olduğundan,  Beynəlxalq  Təbiəti 
Mühafizə  Cəmiyyətinin  Siyahısına  və  Azərbaycanın  Qırmızı  Kitabına  daxil  edilməklə, 
qorunma statusuna malikdir. Ərazidə relyef hazırlama işləri aparlarkən, bu növ rast gələrsə 
(lakin  ərazidə  onlara  rast  gəlmək  ehtimalı  çox  azdır),  onların  tutulub  təhlükəsiz  yerə 
köçürdülməsi zərurəti  işçi personalın diqqətinə çatdırılmalıdır.  
7.6.3. Faunaya təsirin qiymətləndirilməsi 
 Yuxarıda  göstərilənlər  əsasında,  inşaat  işləri  aparılacaq  sahədə  torpaq  örtüyünün 
və  ot  bitkilərinin  dağılması  və  məhv  edilməsi  səbəbindən  burada  məskunlaşmış  canlılara 
təsirlər  lokal  ərazidə,  müvəqqəti  zaman  çərçivəsində  baş  verəjəkdir.  Canlılar  arasında 
onurğasızların  az  hərəkətli  növləri  güclü  neqativ  təsirə  məruz  qalajaqdır.  Amfibilərə, 
sürünənlərə, quşlara və məməlilərə təsir isə zəif olacaqdır.   
7.6.3.1. Canlılara təsirlərin idarəolunması 
    Zibil  emalı  zavodunun  yerləşdirilməsi  və  tikintisi  zamanı  canlılar  aləminə 
gözlənilən təsirləri azaltmaq üçün 7.7 saylı cədvəldə göstərilən tədbirlər nəzərə alınmalıdır: 
 


Cədvəl 7.7. Canlılara təsirlərin azaldılması tədbirləri 
 
Mənbə  
İnşaat mərhələsində təsirin azaldılması tədbirləri 
Yanacaq və sürtgü 
materialları 
  Yanacaq və sürtgü materiallarının, eləcə də istifadə olunan digər təhlükəli maddələrin 
təlimata uyğun yerləşdirilməsi və istifadəsi  
  Yanacaq və sürtgü yağları saxlanan tutumların sazlığına mütəmadi nəzarətin təşkili ilə 
aşkar olunan nasazlıqların dərhal və operativ ləğvinin təşkli. 
 
Yanacağın və sürtgü yağlarının dağılmasına yol verilməməsi.
 
 
Yanacaq, lak-boya materiallarının ağzıaçıq qalmamasına nəzarət edilməsi
 
 
Yanacaq, lak-boya materiallarının saxlanmasının monitorinqinin təşkili
 
 
Nəqliyyat 
vasitələri və 
texniki avadanlıq 
  Nəqliyyat vasitələrinin hərəkətinin zəruri minimum həddə qədər məhdudlaşdırılması;  
  Maşınların sürəti məhdudlaşdırılması; 
  çox səs-küy yaradan qurğulardan istifadə zamanı səs boğujuların tətbiqi; 
 
Xarab, yanğın törədə bilən maşın və mexanizmlərdən istifadə edilməməsi
 
 
Gecə saatlarında səsin məhdudlaşdırılması tədbirləri
 
 
Gecə saatlarında işığın yönəldilməsi taktikası
 
 
Nəqliyyatın 
yuyulması 
Nəqliyyat  vasitələrinin  yuyulması  üçün  xüsusi  maşınyuma  məntəqələrinin  xidmətindən 
istifadə edilməlidir 
 
Sızan tullantı 
materialları 
  İşlənmiş sürtgü yağlarının hermetik qablarda (konteynerlərdə) qablaşdırılması və təkrar 
emal üçün verilməsi. 
 
Toz və digər 
qazşəkilli 
tullantılar 
  Quraq və isti vaxtlarda ərazini nəmləndirməklə tozun yatırılması; 
  Sement materialının örtülü tutumlarda saxlanması; 
  Sement qarışığının külək tutmayan yerdə hazırlanması; 
  Tozlanmanın qarşısını almaq üçün səpələnən materiallarının üzərinin örtülməsi; 
  Dayanmış maşınların mühərriklərinin söndürülməsi;  
  İnşaat 
sahəsində 
maşınların 
hərəkətinin 
zəruri 
olduğu 
minimum 
həddə 
məhdudlaşdırılması; 
  İstifadə olunan bütün növ nəqliyyat vasitələrinə məxsus mühərrik sisteminin  emissiya 
standartlarına uyğunluğuna müntəzəm nəzarətin təşkili. 
 
Narahatlıq 
faktorları 
  Canlılara göstərilən təsirlərin azaldılması üçün səs –  işıq kimi narahatedici faktorların 
təsirini  azaltmaq  üzrə  qəbul  edilmiş  standartlara  müvafiq  məhdudiyyətlərə  əməl 
olunması;  
  Nəqliyyat və texniki vasitələrin sazlığına nəzarətin, yağların vaxtında dəyişdirilməsinin 
təşkili; 
  İşçi  personalın  təlimatlandırılmasının  təşkili  və  səs-küyü  azaltma  istiqamətində 
tədbirlərin təlimi 
 
Yanğın 
təhlükəsizliyi 
  Yanğın 
təhlükəsizlik 
qaydalarına 
əməl 
edilməsi 
haqqında 
personalın 
təlimatlandırılması; 
  Yanğın  təhlükəsizliyi  ilə  bağlı  işlərin  müvafiq  ixtisaslı  mütəxəssislər  tərəfindən 
aparılması. 
 
Ərazi-hamarlama 
işləri 
  İnşaatçılarda və fəhlələrdə ekoloji mədəniyyətin təbliğ olunması 
  Ərazidə xüsusi mühafizə statusu olan Aralıq dənizi tısbağası (Testudo graeca) təsadüf 
edilərsə, tutulub təhlükəsiz sahələrə uzaqlaşdırılması; 
  Ehtimal  az  olsa  da,  ərazidə  xüsusi  mühafizə  statusu  olan  Megacephalus  euphraticus 
(Fərat çapağanı),  Manduca atropos (kəllə şəkilli haf) və  Daphnis nerii (Oleandr hafı) 
təsadüf edilərsə, onların məhv edilməməsi, uçub uzaqlaşmasına imkan verməli 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə