Бакалавр щazırlыьы цчцн “marketinq təDQİqatlari” фяннинин т я д р и с п р о г р а м ы



Yüklə 121 Kb.
səhifə5/9
tarix07.04.2023
ölçüsü121 Kb.
#104518
1   2   3   4   5   6   7   8   9
Market.-tedqiqat.

Mювзу 7. Mялуматларын тящлили


Marketinq tədqiqatları məqsədi ilə toplanmış məlumatların təhlilə hazırlan-ması.
Marketinq tədqiqatlarında istifadə edilən təhlil növləri: deskriptiv (təsviri təhlil); nəticələrin çıxarılması üzrə təhlili; müxtəlifliklərin(fərqlənmələrin) təhlili; əlaqələrin təhlili; öncəgörmələr üzrə təhlil.
Deskriptiv təhlilin zamanı istifadə olunan göstəricilər: orta kəmiyyət, orta kvadratik kənarlaşma, variasiya genişliyi, variasiya əmsalı, asimmetriya, moda, mediana və s.
Statistik nəticələrin çıxarılması üzrə təhlil: baş məcmunun prametrlərinin qiymətləndirilməsi; hipotezlərin yoxlanması.
Hipotezlərin yoxlanması prosesi: baş məcmunun xarakteristikası haqqında hipotezin irəli sürülməsi; təsadüfi seçmənin aparılması; seçmənin statistik göstə-ricilərinin müəyyənləşdirilməsi; tədqiq olunan xarakteristikanın statistik və hipotetik qiymətlərinin müqayisəsi; seçmə tədqiqatının nəticələrinin irəli sürülmüş hipotezə uygun olub-olmamasının yoxlanması; yenidən seçmənin aparılmasının zəruriлийинин dəqiqləşdirilməsi.
Marketinq tədqiqatlarında müxtəlifliklərin(fərqlənmələrin) təhlili.
Dəyişənlər arasnda əlaqələrin müəyyənləşdirilməsi və interpretasiyası.
Marketinq tədqiqatlarına dair hesabatın tərtibi. Hesabatın qiymətləndirilməsi meyarları: tamlıq, dəqiqlik, aydınlıq, ifadəlilik və s. Yazılı hesabatın strukturu. Şifahi hesabatın tərtibi.
Bюlmя II. Tяtbiqi marketinq tяdqiqatlarы
Mювзу 8. İстещлакчыларын юйрянилмяси
İstehlakçıların öyrənilməsinin əsas prinsipləri: istehlakçı sərbəstdir; istehlakçı davranışı tədqiqatların köməyi ilə başa düşülür; istehlakçı davranışı təsirə məruz qalır; istehlakçı davranışı sosial baxımdan qanunidir.
İstehlakçıların öyrənilməsinin əsas istiqamətləri: istehlakçıların müəssisəyə münasibətinin öyrənilməsi; istehlakçıların marketinq kompleksinin elementlərinə münasibətinin öyrənilməsi; istehlakçıların istəklərinin öyrənilməsi; istehlakçıların tələblərinin ödənilmə səviyyəsinin öyrənilməsi; istehlakçıların davranışının öyrənil-məsi; istehlakçıların motivasiyasının öyrəniməsi və s.
Son istehlakçıların davranışına təsir edən amillər: iqtisadi; sosial; demoqrafik; təbii; milli-tarixi; şəxsi-psixoloji amillər və s.
Son istehlakçının davranışının modelləşdirilməsi prosesi: tələbatın dərk olun-ması; informasiyanın axtarışı və qiymətləndirilməsi; əmtəənin alınması haqqında qərar qəbulu; seçimin qiymətləndirilməsi.
Son istehlakçıların əmtəələri əldə etmələri üzrə qərar qəbulunun modeli.
İstehlakçı-müəssisələrin davranışının modelləşdirilməsi: tələbatın dərk olun-ması; ehtiyacların ümumi şəkildə təsviri; əmtəənin xarakteristikasının qiymətlən-dirilməsi; malgöndərənlərin axtarışı; təkliflərin alınması; malgöndərənlərin seçilmə-si; sifarişlərin verilməsi; malgöndərənin işinin qiymətləndirilməsi.
Tədarük mərkəzinin strukturunun öyrənilməsi. İstehlakçıların istəklərinin və tələblərinin ödənilmə səviyyəsinin təhlili. İstehlakçıların motivasiyasının təhlili
İstehlakçıların ABC təhlili.

Yüklə 121 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə