387
Vüsalə AĞAYEVA / Akademik Tofiq Hacıyevın Elmi Yaradıcılığında Türkdilli Xalqlar Üçün “Ortaq
Tofiq Hacıyev türkoloji araşdırmalarında Birinci Türkoloji Qurultaya (Bakı, 1926) dair tədqiqatları,
elmi mülahizələri də türkologiya elmində xüsüsi mövqe tutur. “Türk xalqlarının tarixi, mədəniyyəti,
maarifi ilə bağlı zəngin problemlər proqramı olan Birinci Türkoloji Qurultay, adətən, ən çox dil
məsələləri ilə xatırlanır”. [Hacıyev: 2006, s.18] Müəllif, İsmayıl Bəy Qaspiralı və V. Radlovun şərəfinə
keçirilən 131 nəfər nümayəndənin iştirak etdiyi, yeddi böyük problemin həlli istiqamətində keçirilən 17
iclas və 38 məruzədən ibarət olan, Türkdilli xalqların həyatında mühüm əhəmiyyət kəsb edən, tarixi
hadisə sayılan Birinci Türkoloji Qurultayla bağlı elmi mülahizələrində beş iclası əhatə edən əlifba
məsələsindən qısa söz açaraq Türkiyənin görkəmli professoru Mehmet Fuad Körpülüzadənin “I Türkoloji
Qurultay” zamanı söylədiyi “Türk xalqlarında ədəbi dilin inkişafı” adlı məruzəsinin müzakirəsinə dair
dəyərli fikirləri və bu mövzu ətrafında söylənilən elmi mülahizələrdən geniş bəhs edir. Görkəmli türkoloq
Bəkir Çobanzadənin təbirincə desək, “ədəbi dil ilə xalq dili bir-birinin eyni deyildir. Dil daima dəyişən,
bir hal üzərində durmayan bir şey olduğundan böyükcə bir ölkədə hər vadinin, hər guşə və rayonun
özünəməxsus bir şivəsi, danışıq surəti olar”. [Çobanzadə: 2007, s.192] “Türk ləhcələrindən bəziləri ədəbi
dillər sayıla bilər”-deyən Fuad Körpülüzadə və qurultay məruzəçilərin sonda gəldiyi qənaətə akademik öz
mövqeyini elmi mülahizələri ilə bildirir: “Ümumi ortaq türk ədəbi dili yaratmaq əsla mümkün deyil.
Müxtəlif coğrafiyalarda formalaşmış yerli milli dillər şəklinə düşmüş türkcələri bir yana qoyub, yeni dil
hazırlamaq olmaz”. [Hacıyev: 2013, s. 107]
2001-ci ildə akademik Tofiq Hacıyevin “Ulus” qəzetinə verdiyi müsahibəsində jurnalistin “Neçə
ildir ki, vahid türk dili ideyası atılıb ortalığa. Bunun reallaşması nə dərəcədə həqiqətə uyğundur?” sualını
alim belə cavablandırır: “Ümumi türk dili formalaşa bilməz. Kimsə ana dilindən əl çəkib, təzə dil
yaratmaz. Sadəcə müasir türk dillərindən birini (alim Türkiyə türkcəsi nəzərdə tutulur- A.V.) ümumi
ünsiyyət dili kimi qəbul etmək olar”. [Hacıyev: 2013, s. 6] Akademik Tofiq Hacıyev ortaq türk dili kimi
Türkiyə türkcəsini hesab edir, alimin təbirincə desək, “bu gün tarixi əlaqələndirici rolunu Türkiyə türkcəsi
yerinə yetirə bilər”[Hacıyev: 2013, s. 170 ] Lakin müəllif Türkiyə türkcəsində bəzi nöqsanların olduğunu
da vurğulayır. Eyni zamanda Türkiyə türkcəsində “yetərsay”, “bilgisayar” kimi yeni yaranmış bəzi
sözlərin Azərbaycan türkcəsinə keçidini tədqirəlayiq hesab edir. Türkiyənin tanınmış alimi Dr. Yavuz
Donatın Tofiq Hacıyev haqqında qələmə aldığı “Hocalar hocası” məqaləsində Dr.Yavuz Professor Dr.
Tofiq Hacıyevlə bağlı xatirələrindən söz açarkən akademikin Türkiyə türkcəsində bəzi sözlərin düzgün
olmadığı haqqında fikirləri alqışa layiqdir: “...Dedi ki, (Tofiq Hacıyev - A.V.): - Atatürk`ün Türkçesi,
Aşık Veysel`in, Mehmet Akif`in, Nazim Himet`in Türkçesi, özümün çok kolay anladığı Türkçe... Ama
siz sonradan Türçeyi bozdunuz. “Nasıl bozduk” diye sorduk. Prof. Hacıyev: - Randevu diyorsunuz. Görüş
varken, randevuyu nereden çıkartıyorsunuz?.. Yüz yüze dururken, direk demeniz şartmı?...sıkıntı
demiyor, depresiyon diyorsunuz...”[Hacıyev, Biblioqrafiya: 2006, s.126]
Müəllif Türkiyə türkcəsinin inkişafında digər türkcələrin də nəzərə alınmasını zəruri hesab edir.
Çünki belə olan halda, həmin türkcələr də inkişaf etmiş olar. Bu yolla, alim türkcələrin daxili inkişaf
qanunlarının, xüsusən, subyektiv şərtlərlə bağlı olan faktorların-terminlərin dəyişməyəcəyi qənaətindədir.
[Hacıyev; 2013, s.170] Türkiyə türkcənin digər türkcələrə daha da yaxınlaşması üçün on iki maddə
təqdim edir: “Türkiyə türkcəsinin ilətişim dili imkanlarını təmin etmək üçün nələr gərəkdir.
1.
Vahid əlifbaya nail olmalıyıq və eyni səsin eyni hərflə işarələnməsini mühüm şərtdir.
2.
Bütün türklərin imlası uyğun prinsiplər əsasında qurulmalıdır. Əcnəbi sözlər türkcə necə tələffüz
edilirsə, elə də yazılmalıdır.
3.
Bütün türkcələrdə ortaq terminlər hazırlanmalıdır. Bunun üçün müxtəlif türkcələri təmsil edən dil
alimlərindən ibarət ümumi, müştərək komissiya qurulmalıdır. Yeni yaradılan türkcə və ya yabancı
dillərdən alınan terminləri həmin komissiya təhlil və qəbul etdikdən sonra, hər türkcə həmin terminləri öz
fonetik bazasında məcburi işlətməlidir.
4.
Bütün türk cümhuriyyətlərində Türkiyə türkcəsi azacıq saatlarla orta məktəblərdə tədris
olunmalıdır.
5.
Türkiyənin televiziya verilişlərində spiker məsələsinə diqqət yetirilməli, aydın tələffüzlü şəxslər
seçilməlidir.Türk dövlətlərinə yayımlanan televiziya kanallarında Türkiyə türkcəsi ilə yerli türkcələrin
arasındakı sözləri parallel işlətmək olar.
6.
Türkiyə türkcəsi də o biri türkcələrə doğru bir addım atmalıdır. Bu gün Azərbaycan türkcəsində
işlənən bilgisayar, yetərsay, öndər, dəstəkləmək, baxım (əvvəl “nöqteyi-nəzər”) kimi sözlər Türkiyə
türkcəsindən götürülüb. Türkiyə türkcəsi də başqa türkcələrdən daha uğurlu sözləri alıb işlədə bilər.
Qulaqlarımızı cırmaqlayan anahtar, randevu, direkt, kalite qəbilindən əcnəbi sözləri lüğətindən
çıxarmalıyıq.