Baki avrasiya universiteti NİĞde üNİversitesi



Yüklə 4,88 Mb.
Pdf görüntüsü
səhifə59/204
tarix23.01.2018
ölçüsü4,88 Mb.
#22347
1   ...   55   56   57   58   59   60   61   62   ...   204

112 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

Prezident  S.Dəmirəl  isə  Cənubi  Qafqazda  etnik  münaqişələrin  nizamlanması  ilə  Avropa  döv-

lətlərini və ATƏT kimi Qərb institutlarını bu məsələdə əməli fəaliyyət göstərməyə çağırdı. Onun fikrincə, 

əgər Rusiya regionda etnik münaqişələrin qəti olaraq nizamlanmasında pozitiv rol oynamaq istəyirsə, o, 

öz  davranış  modelini  dəyişməlidir.  Əgər  Rusiya  buraya  kənardan  müdaxilə  üçün  qapalı  olan  öz  yepar-

xiyası kimi baxırsa, o zaman o, sülhün bərqərar olmasında maraqlı deyil. Əgər Rusiya hesab edirsə ki, 

region dövlətlərini Rusiyanın bir hissəsinə çevirmədən Qafqazda sabitliyi bərqərar etmək mümkün deyil, 

onda hazırkı durum onun üçün çox sərfəlidir.   

Türkiyə cəmiyyətinə assimilyasiya olunmuş, öz mənşəyini Şimali Qafqazdan götürən türk və qeyri-

türk qrupları (25, 33) SSRİ dağılana qədər onlar özlərini ümumiləşdirilmiş halda “çərkəz” adlandırırdılar. 

Onlar gələcəkdə müstəqil və vahid Şimali Qafqaz yaradılacağını arzulayırdılar. Sovet sisteminin iflası bu 

qrupların  bəzilərinin  aşkar  siyasiləşməsinə  səbəb  oldu.  Belə  ki,  uğurlu  lobbiçilik  nəticəsində  Qafqaz 

Abxaz  Həmrəyliyi  Komitəsi  Türkiyənin  müxtəlif  siyasi  partiyalarını  təmsil  edən  bir  sıra  deputatların 

dəstəyini  əldə  etdi.  1992-ci  ilin  oktyabrında  TBMM-də  abxazları  dəstəkləyənlərlə  Tbilisi  hakimiyyətini 

dəstəkləyənlər  arasında  gərgin  debatlar  baş  verdi.  Gürcüstanın  ərazi  bütövlüyünə  hörmət  edilməsi 

əsasında  kompromissə  gəlmək  mümkün  oldu.  Abxazlara  və  gürcülərə  humanitar  yardım  eyni  ölçüdə 

göstərilirdi.  Nümunə  göstərdiyimiz  hal  haqqında  onu  demək  olar  ki,  Türkiyədə  mütəşəkkil  etnik  qrup 

parlament-lobbiçilik fəaliyyəti yolu ilə Türkiyənin Qafqaz siyasətinə təsir göstərmək iqtidarında olduğunu 

sübut etdi.( 25,33) 

1996-cı  ilin  sentyabrında  Türkiyə  abxazları  Gürcüstanda  yaşayan  abxazların  bundan  sonra 

Suxuminin  verdiyi  pasportlar  əsasında  Türkiyəyə  buraxılmayacağı  ilə  bağlı  Türkiyə  XİN-in  qərarına 

etirazlarını  bildirdilər.  Belə  ki,  həmin  qərara  əsasən,  bu  sənədlər  yalnız  mərkəzi  Gürcüstan 

hakimiyyətindən  alınmalı  idi  (Monitor,  The  Jamestown  Foundation).  Bu  dövrdə  Gürcüstanın  potensial 

nəqliyyat-energetik dəhliz kimi artmaqda olan əhəmiyyətini dərk edən Türkiyə hökuməti bu ölkə ilə sıx 

münasibətlər qurmaq arzusunda idi.  

Türkiyənin  sayı  250  min  nəfərə  çatan  çox  güclü  çeçen  icması  1994-1996-cı  illərdə  Rusiyanın 

Çeçenistana  hərbi  müdaxiləsi  nəticəsində  kifayət  qədər  siyasiləşmişdi.  Çox  yüksək  səviyyədə  təşkil 

olunmuş  Çeçen  Komitəsi  ianələr  toplayaraq  Şimali  Qafqaza  könüllülər  və  silah  göndərirdi.  Antirus 

ovqatlarını  bölüşən  Türkiyənin  müəyyən  islamçı  qrupları,  həmçinin    pantürkist  birliklər    çeçenlərə  - 

müsəlmanlara,  yardım  təklif  edirdilər  (25,34).  İkinci  çeçen  müharibəsi  zamanı  Qafqaz  Çeçenləri 

Həmrəyliyi  Komitəsinin  prezidenti  Əli  Yandar  Türkiyə  hökuməti  Çeçenistana  humanitar  yardım 

göndərməyə və Ankaradan çeçen xalqına qarşı Rusiyanın soyqırım törətməsi faktının beynəlxalq birliklər 

tərəfindən  tanınması  haqqında  bəyanat  vermələrini  tələb  etməyə  çağırırdı  (25,  34)

.

.  İslamçı  Fəzilət 



Partiyasından,  milliyyətcə  çeçen  olan  Abdullətif  Şener  1999-cu  ilin  dekabrında  parlament  debatları 

zamanı  Türkiyə  hökumətini  Çeçenistanla  əlaqədar  kəskin  tənqid  etmişdi.  O,  hökuməti  Türkiyənin 

“Rusiya  lobbisi”  adlanan  və  Rusiya  iqtisadiyyatına  böyük  sərmayələr  yatıran  işgüzar  dairələrin 

maraqlarının təmin edilməsinə yönəldilmiş Rusiyapərəsət xətt yeritməkdə ittiham edirdi. Çeçen lobbisinin 

təzyiqinə  baxmayaraq,  TBMM  birgə  Bəyannamədə  Çeçenistandakı  vəziyyəti  “soyqırım”  kimi  deyil, 

“humanitar faciə” kimi müəyyən etdi. 1999-cu ilin dekabrında və 2000-ci ilin yanvarında İstanbulda və 

Bursada ictimaiyyətin çeçen xalqına dəstəklərini ifadə edən kütləvi mitinqləri keçirildi. (24) 

Bütövlükdə, lobbi və ictimai nümayişlər Türkiyə XİN-in Çeçenistana münasibətdə siyasətini dəyişə 

bilmədi.  XİN  Moskvaya  “kürd  kartı”ndan  istifadə  etmək  üçün  bəhanə  vermək  arzusunda  olmayaraq, 

çeçen  məsələsinə  etinasız  yanaşdı  (26,4).  Bununla  belə,  etnik  lobbinin  abxaz  münaqişəsinə,  həmçinin 

Dağlıq Qarabağdakı vəziyyətə münasibətdə təkcə ictimai rəyə deyil, eləcə də Türkiyənin xarici siyasətinə 

təsir göstərməsi baxımından aşkar uğurları vardı.  



4.Türkiyənin Cənubi Qafqaz siyasətində iqtisadi istiqamətlər 

Türkiyə  ilə  Cənubi  Qafqaz  arasındakı  işgüzar  və  ticarət  əməliyyatlarına  gəlincə,  bu,  Türkiyə-

Rusiya  kommersiya  layihələri  ilə  müqayisə  oluna  bilməz.  1998-ci  ilin  yanvarında  dövlət  naziri  Əhəd 

Əndican bildirirdi ki, Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollar vəsait qoymuşlar. 

(8)  Gürcüstan  Ticarət  və  Xarici  İqtisadi  Əlaqələr  Nazirliyinin  məlumatına  görə,  Türkiyənin  Gürcüstan 

iqtisadiyyatında iştirakı 1998-ci ildə Gürcüstana olan ümumi xarici investisiya axınının cəmi 4,7 faizini 

təşkil edirdi (23). Son illərdə Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşı olmuşdur. 2013-cü ildə 1,52 

milyard ABŞ dolları olan ticarət dövriyyəsi 23.5% artaraq 2014-ci ildə 1.96 milyard təşkil etmişdir. Eyni 

ildə  Türkiyədən  idxalatın  həcmi  22,6  %  artaraq  1.72  milyard,  Türkiyəyə  gürcü  mallarının  ixracatı  isə 

30.8%  artaraq  239.3  milyon  dollar  səviyyəsinə  yüksəlmişdir.  Ölkə  idxalatında  Türkiyənin  payı  17%-ə 

bərabərdir  [19].  Bütün  bu  rəqəmlər  onu  deməyə  əsas  verir  ki,  nəticə  etibariylə  Rusiyanın  Gürcüstanla 



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə