Baki döVLƏt universiteti


Azərbaycan 20-30-cu illərdə



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə74/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   ...   137

Azərbaycan 20-30-cu illərdə 
 
 
287
istiqamətindən ermənilər bolşeviklərlə birləşərək  şəhərə hü-
cuma keçdilər. Ancaq onların hücumları  dəf edildi. Belə bir 
vəziyyətdə bolşeviklər Gəncəyə M.Q.Yefremovun 
komandanlığı ilə zirehli qatarlar qrupunu. P.V.Kurıvşkonun 18-
ci süvari diviziyasını, M.D.Velikanovun komandanlıq etdiyi 
hərbi birləşmələri göndərdi. 
Bolşeviklər Azərbaycanın istiqlal günü – mayın 28-də 
üsyançılara divan tutmaq qərarına gəlmişdilər. 
Səhər tezdən  Şəmkir tərəfdən ciddi hücum olacağı 
xəbərini alan C.Kazımbəyov, alman əsilli polkovnik Hauzen ilə 
kəşfıyyatdan sonra vəziyyətin gərgin olduğunu görüb əsas 
qüvvələri Qərb istiqamətlərinə  cəmləşdirdi. Üsyançılar səhər 
saat 8-də başlanan hücümu 22 pulemyot, 6 topun köməyi ilə dəf 
edə bildilər. Saat 10-da növbəti həmlə başladı. Elə bu vaxt 
ermənilərin yenə Yelenendorf istiqamətindən hücuma 
keçdikləri barədə  xəbər alındı. Qərb cəbhəsindən Yelenendorf 
mövqeyinə yardım göndərildikdən sonra ermənilər xeyli itki 
verərək geri çəkildilər. Günortadan sonra şəhər bir neçə 
istiqamətdən ağır toplardan atəşə tutuldu və  şəhərin yarısı 
artilleriya zərbəsindən dağılsa da üsyançıları  məğlub edə 
bilmədilər. General C.Şıxlinski bombardman zamanı 
yaralandığından onun yerini əslən polyak olan Stankeviç 
tutmuşdu. 
Mayın 29-da XI Ordu şimal və  şimal-qərb 
istiqamətlərindən  şəhərin ucqar məhəllələrinə girə bildi. 
Əhalinin köməyi ilə üsyançılar həm bu, həm də  cənub və 
cənub-qərb istiqamətlərindəki həmlələri dəf etdilər. 
Ayın 30-u nisbətən sakit şəraitdə keçdi. XI Orduya yenə 
hərbi yardım gətirilmişdi.  İndi onların ixtiyarında 5 atıcı, 6 
süvari polk, 7 əlahiddə hərbi hissə, 57 top, 2 zirehli maşın, bir 
neçə zirehli qatar var idi. Lakin hər tərəfdən mühasirəyə 
alınmış  Gəncəyə heç yerdən yardım gəlmədi, Qarabağdan və 
Gürcüstandan isə heç bir xəbər yox idi. Qarabağa göndərilən 
IX mühazirə 
 
 
288
zabitlər Gəncə-Yevlax yolunda qırmızı  əsgərlər tərəfindən 
saxlanılıb gülllənmişdilər. Gürcüstan isə Rusiya ilə müqavilə 
imzalamışdı və bu xəbər üsyançılara mayın 28-i axşam çatdı. 
Mayın 31-də XI Ordunun əsgərləri  şimal istiqamətindən 
şəhərə şıddətli hücuma keçdilər. Üsyançılar demək olar ki, hər 
ev uğrunda mübarizə aparır, düşmən tərəf isə atəş gələn evləri 
top mərmiləri ilə yerlə-yeksan edirdilər. Ermənilər daha da 
fəallaşaraq dağıntı  və  tələfat törədir, fürsətdən istifadə edib 
müsəlman əhalisini qırırdılar. Onlar Ozan camesinə xeyli adam 
dolduraraq yandırmışdılar. 
Üsyançılar mərdliklə vuruşsa da mayın 31 -i axşama 
yaxın şəhər XI Ordunun nəzarətinə keçdi. 
C.Kazımbəyov başda olmaqla hərbçilərdən kiçik bir hissə 
mühasirəni yararaq Bərdə istiqamətinə, oradan da Qarabağın 
içərilərinə irəliləyərək Nuru paşanın hərbi birləşmələrinə 
qoşuldu. 
Yadelli işğalçılara qarşı üsyanda Azərbaycanın görkəmli 
alimi Firudin bəy Köçərli, o cümlədən qadın, qoca, uşaq, habelə 
minlərlə  vətənpərvər  şəhid oldular. Ələ keçmiş üsyançılara və 
yerli dinc sakinlərə divan tutuldu. Bu işdə Daxili İşlər 
Komissarı, habelə  Hərbi  İnqilab Komitəsinin Gəncə üzrə 
fövqəladə komissarı  Həmid Sultanov xüsusi qəddarlığı ilə 
fərqləndi. Gəncədəki «xidmətlərinə» görə M.Q.Yefremov 
“Qırmızı Bayraq” ordeni ilə təltif edildi. 
Bir qədər sonra Vətənimizdə  işğalçı rejimi amansızlıqla 
bərqərar etməkdə göstərdiyi xidmətə görə, Azərbaycan SSR 
Mərkəzi  İcraiyyə Komitəsi tərəfindən ikinci dəfə «Qırmızı 
bayraq» ordeninə layiq görüldü. Azərbaycan SSR adından ona 
qiymətli daş-qaşla bəzədilmiş qılınc bağışlandı. 
Gəncə üsyanı  və sonrakı «təmizləmə» vaxtı 13 min 
nəfərdən çox vətənpərvər şəhid oldu. Üsyan yatırıldıqdan sonra 
başlanan repressiyada 6 general, 6 polkovnik, 3 mayor və 7 
kapitan qətlə yetirildi, ümumi sayı 76 nəfərə çatan hərbçi 


Azərbaycan 20-30-cu illərdə 
 
 
289
Narginə aparılaraq orada güllələndi. Düşmən də 8500 nəfərdən 
çox itki vermişdi. Üsyan yatırıldıqdan sonra ermənilər rus 
əsgərləri ilə birlikdə qan içinda inləyən  şəhəri 3 gün qarət 
etdilər.  Əslində yeni sovet rejiminin XI Qırmızı Ordunun 
köməyi ilə  Gəncə  əhalisinə son dərəcə  qəddarcasına divan 
tutmaqda məqsədi Azərbaycan  əhalisinə sovet hakimiyyətini 
qəbul etməyənlərin aqibətinin necə olacağı barədə dərs vermək 
və xalqın azadlıq uğrunda mübarizə ruhunu qırmaq idi. 
Qeyd edək ki, Gəncə silahlı üsyanı başlayana qədər 
Qarabağda XI Qırmızı Ordu hissələri ilə Azərbaycan ordusunun 
əsgərləri arasında bir neçə lokal toqquşmalar baş vermişdi. Hələ 
mayın 21-də Tərtərdə yerləşən 32-ci piyada diviziyasının 282-
ci alayının yerinə yeni gələn Qırmızı Ordu hissələrinə verən 
zaman özləri ilə bərabər 3-cü süvari Şəki alayının (Milli ordu) 
atlarını da aparmağa cəhd etdikdə  əsgərlər silahlı müqavimət 
göstərmişdilər,  əks tərəf öz növbəsində top atəşləri ilə cavab 
verdikdə  Şəki suvariləri hücuma keçərək 282-ci alayın 
əsgərlərinin demək olar ki, hamısını  qırmışdılar. Yeni hərbi 
birləşmələrlə  Tərtərə  gələn Çingiz İldırım və Dadaş 
Bünyadzadə 
həlak olanların dəfn mərasimində 
«müsavatçılardan intiqam alacaqlarını» bildirmişdilər. 
Həqiqətən hadisənin ertəsi gün Tərtər əhalisinə divan tutuldu. 
Şəki alayını  tələyə salmaq məqsədilə XI Ordunun 
Yevlaxdakı komandanlığı ona Bərdədən Yevlax istiqamətinə 
hərəkət etmək  əmri verdi. Süvarilər Yevlaxa hərəkətdə ikən 
Gəncə üsyanı barədə  xəbərlər eşitdilər. Bu xəbəri 
dəqiqləşdirmək üçün Yevlaxa yola düşən alayın komandanı 
Ehsan xan Naxçıvanski onu müşayiət edən bir neçə  hərbçi ilə 
birlikdə XI Ordu qərargahına gətirilərək dərhal güllələndi. Əs-
gərlərin  əksəriyyəti isə evlərinə getmək qərarına gəldilər. 
Ancaq 28 nəfər  əsgər, 4 nəfər zabit axıradək döyüşmək üçün 
Qarabağa tərəf hərəkət etdilər. Bu hadisə xalq içərisində  və 
tarixi  ədəbiyyatda «32-lərin dastanı» kimi qalmışdır. Onlar 
IX mühazirə 
 
 
290
Bərdənin sağ sahilinə keçərək sayı 1200-1500-ə yaxın olan 
yerli partizanlarla birləşdilər. «32»lər partizanları  səfərbərliyə 
alaraq Bərdənin sağ sahilindəki qüvvələri  şəhərin kənarına 
sıxışdırıb, Qarabağa hərəkət üçün ciddi strateji əhəmiyyət kəsb 
edən bu mövqeni bir həftəyə  qədər nəzarət altında saxlaya 
bildilər. Üsyançılar XI Ordu hissələri ilə üç gün qanlı döyüşlər 
apardıqdan sonra məğlub oldular. 
Milli Ordunun 6 minə qədər əsgər və zabit heyəti - Nuxa, 
Cavanşir, Ağdam, Tərtər süvari alayları, habelə Bakı piyada 
alayı və iki topçu divizionu Qarabağ bölgələrinə nəzarət edirdi. 
Qırmızı ordunun iki diviziyasına bu milli ordu hissələrini 
tərksilah etmək tapşırılmışdı.  İyunun 5-də  Tərtərdə, Ağdamda 
və  Şuşada istilaçılara qarşı üsyanlar baş verdi. Tərtər 
üsyançıları rus ordusunun böyük bir alayını darmadağın etdilər. 
Ağdamda da ruslar böyük təlafat verdilər. Yuxarı Qarabağda 
daşnaklar rus ordusu ilə  əlbir hərəkət edirdilər. Onlar 
vəziyyətdən istifadə edib əzəli Azərbaycan torpağı olan 
Qarabağı  ələ keçirmək istəyirdilər.  Şuşa  əhalisini üsyana 
qaldıran səbəblərdən biri də bu idi. 
Bu zaman Şimali və  Cənubi Qafqazda Qırmızı 
imperiyaya qarşı mübarizə aparan qüvvələri birləşdirməyə 
cəhdlər göstərilirdi. Dağıstandan bir qrup türk zabiti və  əsgəri 
general Nuru paşanın rəhbərliyi ilə  Şuşaya üsyan etmiş xalqa 
köməyə gəldi. Üsyançılar Qarabağda sovet hökumətini devirib 
Qarabağ inqilab komitəsinin üzvlərini həbs etdilər. Nuru paşa 
Qarabağın hakimi elan edildi. Onun ətrafında Azərbaycan 
ordusunun zabitlərindən Zeynalov, Səfiyev, sabiq pristav 
Kərimbəy Qalabəyov və başqaları var idi. İyunun 6-da yeni 
hakimin sərəncamı ilə  Şuşa  İnqilab Komitəsinin sədri 
B.Vəliyev, Türkiyə kommunisti Süleyman Nuru, qırmızı molla 
ləqəbli C.Hüseynov güllələndilər. Ancaq XI Ordunun əlavə 
kömək almış hissələri ermənilərin yaxından iştirakı ilə azadlıq 
uğrunda mübarizəyə qalxmış  əliyalın  əhalini qırmağa başladı. 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə