Baki dövlet universiteti



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə22/179
tarix11.07.2018
ölçüsü4,84 Mb.
#54822
1   ...   18   19   20   21   22   23   24   25   ...   179

Dini tolerantlıq mədəniyyəti müasir dövrün tələbi kimi: Azərbaycan nümunəsi 

55 


7.

 

"Sivilizasiyaların  dialoqu:  siyasi  partiyaların  rolu"  mövzusunda  beynəlxalq 



elmi-praktik konfrans (27-28 sentyabr 2007).  

8.

 



"Mədəniyyətlərarası dialoq – Avropa və onun qonşu regionlarında davamlı 

inkişafın  və  sülhün  əsasıdır"  mövzusunda  beynəlxalq  elmi-praktik  konfrans  (2-3 

dekabr 2008).  

9.

 



"Dinlərarası  dialoq:  qarşılıqlı  anlaşmadan  birgə  əməkdaşlığa  doğru" 

mövzusunda beynəlxalq elmi-praktik konfrans (6 noyabr 2009).  

10.

 

"İslam  mədəniyyəti  və  müasir  dünyada  dialoq"  mövzusunda  beynəlxalq 



elmi-praktik konfrans (30 aprel 2009).  

11.


 

QMİ-nin təşəbbüsü ilə Moskva şəhərində "MDB müsəlmanları millətlərarası 

həmrəylik uğrunda" adlı beynəlxalq konfrans (18 iyun 2009).  

12.


 

Dünya dini liderlərinin Bakı sammiti (26 aprel 2010).  

13.

 

"Azərbaycan:  Sivilizasiyalararası  dialoqun  keçmişi  və  bu  günü" 



mövzusunda beynəlxalq elmi-praktik konfrans (19 aprel 2006).  

14.


 

"Mədəniyyətlərarası  dialoqda  qadınların  rolunun  genişləndirilməsi" 

mövzusunda beynəlxalq Forum (10 iyun 2008).  

15.


 

"İslamda  mədəniyyət  və  gözəllik  amili"  mövzusunda  beynəlxalq  elmi-

praktik konfrans (9-10 noyabr 2009).  

16.


 

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (7-9 aprel 2011).  

17.  "Dəyişən  dünyada  tolerantlığın  gücləndirilməsi"  mövzusunda  I  Beynəlxalq 

Bakı Forumu (19-21 dekab 2012).  

Sonuncu  forumda  iştirak  edən  Misirin  tanınmış  “Әl-Әhram  Әl-Arabi”  adlı 

həftəlik  jurnalının  baş  redaktor  müavini  Süzi  Әl-Qineydi  Bakıdan  Misirə 

qayıtdıqdan  sonra  Azərbaycanda  mövcud  olan  dini  tolerantlıq  vəziyyətini 

işıqlandırmaq  üçün  çalışdığı  jurnalda  “Bakı  tolerantlıq  və  günəş  şəhəridir”  adlı 

məqalə  çap  etdirmişdir.  Süzi  Әl-Qineydi  Bakıda  olduğu  müddətdə  Azərbaycanda 

mövcud  olan  dini  durumla  şəxsən  tanış  olmuş,  xalqımızın  tarixi,  mədəniyyəti  və 

iqtisadi  inkişafı  ilə  maraqlanmış,  eyni  zamanda  torpaqlarımızın  Ermənistan 

tərəfindən  işğal  olunduğunu  önə  çəkmiş,  lakin  bütün  bunlara  rəğmən,  hazırkı 

şəraitdə  Azərbaycanın  dini  tolerantlığa  örnək  olan  bir  ölkə  olduğunu  çalışdığı 

jurnalda  aşağıdakı  kimi  qeyd  etmişdir:  “Azərbaycan  kimi  ölkədən  yaxşı  örnək 

götürə  bilərik.  Azərbaycan  xalqı  1990-cı  illərdə  daxili  parçalanmalarla  dolu  ağır 

mərhələni uğurla qət etməyə müvəffəq olmuşdur. Eyni zamanda, həmin mərhələdə 

Azərbaycanın 20% torpaqları Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistanın 

separatçı  rejimi  Dağlıq  Qarabağ  regionunun  müstəqilliyini  elan  etmişdir.  Buna 




 Sakit Hüseynov 

56 


baxmayaraq,  bu  müstəqillik  heç  bir  dövlət  tərəfindən  tanınmamış  və  həmin  region 

beynəlxalq  hüquqa  görə  Azərbaycanın  ayrılmaz  hissəsi  hesab  olunur.  Bu  regionun 

erməni silahlı qüvvələri tərəfindən işğalı hələ də davam edir. Bütün bunlara rəğmən, 

Azərbaycan dini və irqi tolerantlığın nümunəsi olmağı bacarmışdır. ”(8) 

Yuxarıda  deyilənləri  ümumiləşdirsək,  aparılan  araşdırmalar  aşağıdakı  elmi 

nəticələrin irəli sürülməsinə imkan yaradır:  

1.

 

İslam  dinində  tolerantlığın  əsası  Qurani-Kərimin  surə  və  ayələrində  irəli 



sürülmüş  və  Məhəmməd  (s)  Peyğəmbərlə  bağlı  hədislərdə  öz  ifadəsini  tapmışdır 

(Bax:  Әl-Bəqərə,  256;  Әnam,  108  və  s.  ).  Digər  tərəfdən  tarixi  mənbələrə  görə, 

İslam  dininin  Azərbaycanda  yayıldığı  dövrdə  müsəlmanlar  bu  ərazidə  yaşayan 

yəhudilik,  xristianlıq  və  zərdüştlüyün  tərəfdarlarına  qarşı  ehtiram  və  dözümlülük 

göstərmişlər.  

2.

 



Tarixi  araşdırmalar  göstərir  ki,  Azərbaycan  ərazisində  yaşayan  çoxsaylı 

etnik  və  dini  qruplar  arasında  həmişə  yüksək  tolerantlıq  mühiti  hökm  sürmüş,  heç 

vaxt milli və dini zəmində qarşıdurma olmamışdır. Azərbaycan ərazisində  yaşayan 

xalqlar  arasında  tolerant  münasibətlərin  formalaşmasında  onların  tale  ümumiliyi 

amili də mühüm rol oynamışdır. Belə ki, tarix boyu Azərbaycanda yaşayan xalqlar 

dəfələrlə böyük dövlətlərdən asılı vəziyyətə düşmüş və yaranmış vəziyyət milli-dini 

fərqlərinə  baxmayaraq  onları  bir-birinə  yaxınlaşmağa  vadar  etmişdir.  Lakin 

Azərbaycanda  milli-dini  tolerantlığa  təhlükə  yaradan  erməni  şovinistləri  olmuşdur. 

Qeyd  edək  ki,  Dağlıq  Qarabağ  münaqişəsi  dini  zəmində  baş  verməsə  də,  Erməni-

Qriqoryan  kilsəsi  azərbaycanlılara  qarşı  tarixən  düşmənçilik  toxumu  səpən  dini-

ideoloji mərkəz rolu oynamış və indi də bunu davam etdirməkdədir.  

3.

 



Azərbaycana gələn dünya dini liderləri (xüsusən, qeyri-islam dini liderləri) 

birmənalı  şəkildə  təsdiq  edirlər  ki,  Azərbaycan  cəmiyyəti  digər  müsəlman  ölkələri 

ilə müqayisədə daha tolerant və dünyəvi bir ölkədir.  

4.

 



Müstəqillik  dövründə  Azərbaycanda  dini  tolerantlıq  mədəniyyətinin 

yüksəldilməsində ulu öndər H. Әliyevin rolu geniş işıqlandırılmış və konkret faktiki 

materiallar  əsasında  şərh  edilmişdir.  Bu  baxımdan  Azərbaycanda  dövlət-din 

münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının həyata keçirilməsi və qeyri-

islam  dini  konfessiyalarının  azad  fəaliyyət  göstərməsində  Azərbaycan 

hakimiyyətinin mövqeyinin xüsusi tədqiqat obyekti kimi araşdırılması zəruridir.  

5.

 

Hazırda  Azərbaycanda  formalaşmış  dini  tolerantlıq  mühitinin  qorunub 



saxlanması və onun daha da möhkəmləndirilməsində mühüm rol oynayan prezident 


Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə