Baki dövlet universiteti



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə18/179
tarix11.07.2018
ölçüsü4,84 Mb.
#54822
1   ...   14   15   16   17   18   19   20   21   ...   179

i.f.d., dos. Mübariz Camalov 

46 


XÜLASӘ 

 

XX əsr mütəfəkkirlərindən Fəzlur Rəhmana görə İslam təhsil sistemi ilə İslam 



düşüncəsi  bir-biri  ilə  yaxından  əlaqəlidir.  Çünki  təhsilin  keyfiyyəti  təhsil 

proqramından  deyil,  düşüncənin  azadlığından  asılıdır.  Fazlur  Rəhmanın  əsərləri 

tədqiq  edildikdə  onun  diqqət  mərkəzində  İslam  düşüncəsinin  olduğu  görülür. 

Beləliklə  İslam  təhsil  sistemini  gücləndirmək  üçün  əvvəlcə  İslam  düşüncəsində 

islahat  aparılmalıdır.  Bundan  əlavə  dini  təhsilin  inkişafı  üçün  İslam  mədəniyyətini 

yaxşı bilməklə yanaşı, qərb mədəniyyəti də ciddi tədqiq edilməlidir. Bu məqalənin 

mövzusu da  Fəzlur  Rəhmana  görə klassik  İslam  təhsil  sisteminin nöqsanları və  bu 

nöqsanların aradan qaldırılması üçün lazım olan islahatlardır.  



 

RESUME 

 

According to Fazlur Rahman Islamic thought and the Islamic educational system 



is  closely  associated  with  each  other.  Because  the  quality  of  education  is  not 

dependent  on  the  training  program,  but  the  freedom  of  thought.  When  we  analyze 

Fazlur  Rahman's  studies  we,  recognize  that  his  focal  point  is  the  Islamic  thought. 

Thus, firstly the reform of Islamic thought should be  done to strengthen the Islamic 

education system. Furthermore western civilization should be seriously examined, as 

we should aware of the Islamic civilization for the development of religious education. 

The subject of this article is Fazlur Rahman's opinion about the problems of the classic 

Islamic educational system and to carry out reforms to solve those problems.  

 

РЕЗЮМЕ 

 

Помнению  Фазлур  Рахмана  исламская  философия  и  исламская  система 



образования тесно связаны между собой. Потому что качество образования зависит 

не  от  учебной  программы,  а  от  свободы  мышления.  Когда  мы  анализируем 

исследования  Фазлур  Рахмана  мы  видим,  что  в  центре  его  внимания  исламская 

философия. Таким образом, чтобы укрепить Исламскую систему образования, нужно 

сначала  реформировать  Исламскую  мысль.  Помимо  этого,  для  прогрессирования 

религиозного  образования,  вместе  с  Исламской  культурой,  нужно  исследовать  и 

западную  культуру.  Темой  этой  статьи  по  Фазлур  Рахману,  является  проблема 

классической Исламской системы образования и реформирование этих проблем.  



 

Çapa tövsiyə etdi: i.f.d. N. G. Abuzərov 


Dini tolerantlıq mədəniyyəti müasir dövrün tələbi kimi: Azərbaycan nümunəsi 

47 


 

 

DİNİ TOLERANTLIQ MӘDӘNİYYӘTİ MÜASİR DÖVRÜN TӘLӘBİ KİMİ: 



AZӘRBAYCAN NÜMUNӘSİ 

 

Sakit Hüseynov 

AMEA Fəlsəfə və Hüquq İnstitutunun  

“Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri”  

şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru 

 

 

Açar  sözlər:  tolerantlıq,  mədəniyyət,  islam,  xristianlıq,  mədəni  müxtəliflik, 

dilərarası dialoq.  

Ключевые  слова:  толерантность,  култура,  ислам,  христианство, 

мультикультурализм, межцивлизационный диалог.  

Keywords:  toleration,  culture,  Islam,  Christianity,  multiculturalism,  dialogue 

between religions.  

 

Tolerantlıq problemi ilk dəfə Qərbdə Orta əsərlərdə yaranmış və əxlaqi fəzilət, 



qeyri-xristian, və yaxud bidətçi ehkam, ayin, inancların etirafı kimi nəzərdən keçiril-

mişdir.  Dini  tolerantlığın  geniş  şəkildə  şərh  edilməsinə  məşhur  xristian  ilahiyyat 

alimi Foma Akvinalının “Teologiyaların külliyatı” əsərində rast gəlmək olar.  

Yeni  dövrdə  tolerantlıq  problemini  ilk  tədqiq  edən  ingilis  filosofu  Con  Lokk 

(1632-1704)  olmuşdur.  O, 

“Tolerantlıq  haqqında  öyüdnamə”  (“Epistola  de 

tolerancia”) əsərində tolerantlığı əsl, həqiqi kilsənin mühüm səciyyəsi kimi əsaslan-

dırmağa  cəhd  göstərmişdir.  C.  Lokk  hesab  edir  ki,  əgər  dində  məhəbbət,  iltifat  və 

mərhəmət  yoxdursa,  o  həqiqi  sayıla  bilməz.  İsa  Məsih  naminə  başqasını  təqib 

edənlər  Onun  təlimini  eybəcərləşdirirlər.  Səmimi  və  namuslu  insanlar  müxtəlif 

dinlərə  itaət  edə  bilərlər,  və  yalnız  dini  müxtəlifliyə  dözümlülük,  cəmiyyətə  sülh 

bəxş edə bilər.  

Qərbi Avropada tolerantlıq probleminə Nikolay Kuzanlı, Piko dela Mirandola, 

Erazm  Rotterdamlı  kimi  mütəfəkkirlər  də  xüsusi  diqqət  yetirmişlər.  Protestant 

Reformasiyası da tolerantlığı dəstəkləmişdir. Tolerantlığın sonrakı tədqiqi T. Hobbs, 

Y.  Bentam,  A.  de  Tokvil,  Volter  D.  Didro,  A.  Smit,  C.  S.  Mill,  XX  əsrdə  isə  G. 

Zimmel, T. Nükom və Frankfurt məktəbinin nümayəndələrinin adı ilə bağlıdır.  




 Sakit Hüseynov 

48 


Dini tolerantlıq təzahür etdiyi cəmiyyətdən asılı olaraq bir neçə növdə ola bilər. 

Bunlar aşağıdakılardır: 

1.

 

Başqa  din  mənsubuna  qarşı  tolerantlıq  (xristian-müsəlman,  müsəlman-



buddist, xristian-buddist və s. ) 

2.

 



Başqa  təriqət  nümayəndələrinə  qarşı  tolerantlıq  (katolik-protestant, 

protestant-pravoslav, sünni-şiə) 

3.

 

Sektant hərəkatlarına qarşı tolerantlıq 



4.

 

İnanclı ilə inancsız, mömin ilə ateist arasındakı tolerantlıq və s.  



Azərbaycanda  dini  və  milli  tolerantlığın  tarixən  mövcud  olduğunu  və  bu 

tolerantlığın  indiyə  kimi  qorunub  saxlanılmasında  Azərbaycan  xalqının  və  islam 

dininin misilsiz rol oynadığını vurğulayan Azərbaycan Respublikasının prezidenti İ. 

Әliyev  bu  fikri  aşağıdakı  kimi  şərh  edərək  demişdir:  “Tarixən  dünya  dinlərinin 

yayıldığı  və  dinc  yanaşı  fəaliyyət  göstərdiyi  qədim  Azərbaycan  torpağında  yüz 

illərlə  qarşılıqlı  etimada  və  hörmətə  əsaslanan  mütərəqqi  milli-mədəni  və  dini 

münasibətlər  sistemi  formalaşmışdır.  Diqqətəlayiq  faktdır  ki,  ölkəmizdə  həmişə 

yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik 

və  qarşıdurma  halları  baş  verməmişdir.  Ayrı-ayrı  etiqad  və  inanclara  malik 

etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin 

günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqının və İslam dininin misilsiz 

tarixi rolu danılmazdır. ” (1, s. 3-4)  

Azərbaycanda  tarixən  dini  tolerantlıq  mədəniyyətinin  yüksək  olduğunu 

dəfələrlə, həm dinşünas alimlər, həm də digər dinlərin nümayəndələri etiraf etmişlər. 

Belə ki, dinlərarası dialoqla bağlı Bakıda keçirilən beynəlxalq konfransların birində 

iştirak  edən  Moskvanın  və  bütün  Rusiyanın  Patriarxı  Kirill  öz  çıxışında  tarixdən 

misal  gətirərək  Azərbaycanda  bütün  dinlərin  nümayəndələrinə,  eləcə  də 

pravoslavlara  qarşı  heç  vaxt  ayrı-seçkilik  edilmədiyini  qeyd  edərək  demişdir: 

“Azərbaycanda  provaslav  xristianlar  heç  vaxt  təqib  edilməmişdir.  Buradakı  ruslar 

heç vaxt həyati təhlükə ilə üzləşib öz evlərini tərk etməmişlər. Tarixi vərəqləyəndə 

məlum  olur  ki,  əcdadlarımız  ümumi  təhlükələrə  qarşı  çiyin-çiyinə  vuruşmuşlar. 

1905-ci  ildə  müsəlman  və  provaslav  ruhaniləri  millətlərarası  və  dinlərarası  ayrı-

seçkiliyin qızışdırılmasına qarşı birgə çıxış etmişdilər.” (2, s. 36) 

Azərbaycanın tarixən tolerant bir ölkə olduğunu ölkəmizdə yaşayan başqa dinin 

rəhbərləri  də  dəfələrlə  qeyd  etmişlər.  Məsələn,  Rus  Povaslav  Kilsəsinin  Bakı  və 

Xəzəryanı  Yeparxiyasının  yepiskopu  Aleksandr  İşein  Bakıda  keçirilən  beynəlxalq 

konfransların  birində  1913-cü  ildə  Bakı  şəhərində  yaşayan  əhalinin  statistikasına 



Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə