Baki dövlet universiteti



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə14/179
tarix11.07.2018
ölçüsü4,84 Mb.
#54822
1   ...   10   11   12   13   14   15   16   17   ...   179

Nəsrulla Naib oğlu Məmmədov 

34 


Әrəb  liderlərinin  ictimai  çıxışlarında  bu  kimi  sabit  müraciət  formullarından 

istifadə  edilməsinə  tez-tez  rast  gəlmək  mümkündür:  لساوبلارصمءانبااهيا–  “Ey  (Ay) 

Misirin  qəhrəman  övladları!”,  ةبورعلاءانبااي–  “Ey  (Ay)  qəhrəman  ərəb  övladları!”, 

ملااةيردنكسلااءانبااي  –  “Ey  (Ay)  doğma  əl-İskəndəriyyə  övladları!”,  يتداسويتاديساي– 

“Xanımlar və cənablar!” və s.  

Gənclər  arasında  bir-birinə  müraciətdə  bu  formullardan  daha  çox  istifadə 

olunur: 


خيشاي– “Ey (Ay) şeyx (qoca)!”; ةعامجاي– “Ey (Ay) dostlar!”  

Diqqəti  cəlb  edən  məqamlardan  biri  də  cansız  əşyalara  edilən  müraciət 

formasıdır:  يدلبايىولح  –  “Ölkəm,  sən  necə  də  gözəlsən!” 

قتاذام

؟حيراينيلو

  –  “Ey  külək, 

sən  nədən  danışırsan  (nə  deyirsən)?”  ضرااينيلوقتاذام  –  “Ey  torpaq,  sən  nədən 

danışırsan (nə deyirsən)?” Qeyd etmək lazımdır ki, bu cür müraciət formasına digər 

dillərdə, o cümlədən, dilimizdə də rast gəlmək mümkündür.  

Bundan əlavə,  müraciət vaxtı gender  xüsusiyyətləri mütləq  nəzərə alınmalıdır. 

Halbuki, cins cəhətdən uzlaşmanın tələb olunduğu bir çox dillərdə bu qaydaya riayət 

olunmur,  məsələn:

ةريزولاةديساي  –  “Cənab  nazir  (qadın)”,  بعشلاسلجمسيئرةليكوةديساي  – 

“Cənab xalq məclisi sədrinin müavini” (qadın), ةبيبطةديساي – “Cənab həkim” (qadın), 



رسلاةنيماةديساي،ةبتاكةديساي  –  “Cənab  katib”  (qadın),  ةشتفملاةديساي  –  “Cənab  müfəttiş” 

(qadın),  ةريدملاةديساي  –  “Cənab  direktor”  (qadın)  və  s.  Bununla  yanaşı,  bəzən  əks 

tendensiya da baş verir – müraciət ədatından sonra qrammatik cəhətdən müzəkkərdə 

(kişi cinsində) olan söz işləndiyi halda məna cəhətdən müənnəsdə (qadın cinsində) 

olan sözü bildirir, məsələn: تنباي – “Ay qız”, يتخااي – “Ay bacım”, يتساي “Ayxanım” 

və  s.  Eyni  zamanda,  müraciət  ədatından  sonra  gələrək  müənnəsdə  işləndiyi  halda 

müzəkkər  sözü  bildirən  isimlərin  işlədilməsi  faktına  da  rast  gəlmək  olur,  məsələn: 

ةحكنايتناو – “Ey sən, tez-tez həyat yoldaşını dəyişən!” Bir cinsdə işlənib hər iki cinsi 

bildirən  müraciət  formalarına  da  rast  gəlmək  mümkündür,  məsələn: 



تناو

 

(

تنا

  )

ةبوذكاي  “Ey  (Ay)  yalançı”  (kişi  və  ya  qadın), 

تناو

 

(

تنا

  )

روبصاي

  –  “Ey  (Ay)  səbirli” 

(kişi və ya qadın), 



تناو

 

(

تنا

 )

ةملاعاي

 “Ey (Ay) böyük alim” (kişi və ya qadın),  تناو

 

(

تنا

 )

ةموناي

 – “Ey (Ay) çox yatan” (kişi və ya qadın).  

Әrəb  ölkələrində  cəmiyyətin  aşağı  təbəqələrinə  məxsus  adamları  arasında 

gündəlik həyatda peyorativ məzmunlu sabit müraciət formullarından istifadəyə tez-

tez rast gəlinir, məsələn: رامحاي – “Ay eşşək”, ريقحاي – “Ay alçaq, ay əclaf”, ناويحاي – 

“Ay  heyvan”,  صلاي،قارساي–  “Ay  oğru,  cibgir”,  مدآنباي–  “Ey  bəni  Adəm!”  (adətən, 

müəyyən  etinasızlıq  məqsədilə  işlənir),  بلكنباي–  “Ay  it  oğlu”  (lazım  olduqda 

transformasiya  olunaraq  – 

بلكفلانباي،بلكنيتسنباي“Ay altmış itin oğlu, ay min itin oğlu” 



Diqlossiya və onun müasir Ərəb dilinin funksional-üslubi bölgüsünə təsiri 

35 


formasında  deyilə  bilir)  və  s.  Etik  normaları  nəzərə  alaraq  yuxarıda  deyilənlərlə 

kifayətlənirik.  

Әrəb  sabit  müraciət  formullarının  heç  də  tam  olmayan  həmin  xüsusiyyətləri 

ərəb ölkələrində nitq prosesində geniş sosial-iyerarxik və funksional-üslubi diferen-

siasiyanın olduğunu bildirir.  

Qeyd etmək lazımdır ki, dialekt elementləri qədim zamanlardan bəri ədəbi dilin 

hökmranlıq etdiyi ictimai çıxışlar sahəsinə daxil olur. Lakin bu heç də o demək deyil 

ki,  burada  ədəbi  dilin  mövqeyi  zəifləyir.  Lakin  bu  qarşılıqlı  münasibətlər  ilk 

növbədə  hər  bir  ərəb  ölkəsinin  sosial-iqtisadi  və  mədəni-tarixi  şəraitindən  asılıdır. 

Burada təhsil səviyyəsi də çox mühüm rol oynayır. Bəzi ölkələrdə (məsələn, Suriya 

və Livanda) o daha yüksəkdir ki, bu da qarşılıqlı münasibətlərə təsir göstərir: ictimai 

və  dövlət  xadimlərinin  çıxışlarında  dialekt  elementləri  daha  az  istifadə  olunur.  Bir 

çox ərəb ölkələrində isə savadlılıq dərəcəsi olduqca aşağıdır və məhz buna görə də 

dialekt on milyonlarla dil daşıyıcısı üçün yeganə ünsiyyət vasitəsidir. Buna görə da 

dialektin,  demək  olar  ki,  bütün  sahələrdə  istifadə  edilməsi  çox  təbii  və  obyektiv 

qarşılanır, çünki o, həmin sahələrdə ərəb ədəbi dilini funksional olaraq tamamlayır.  

 

 

 



Nəsrulla Naib oğlu Məmmədov 

36 


 

ӘDӘBİYYAT SİYAHISI 

 

Azərbaycan dilində: 

1.

 



Dəmirçizadə Ә. , Azərbaycan dilinin üslubiyyatı, Bakı, 1962 

2.

 



Məmmədəliyev V. M. , Әrəb dilçiliyi, Bakı, 1985 

3.

 



Məmmədov Ә. C. , Әrəb dili dərsliyi, Bakı, 1998 

 

Rus dilində: 

4.

 



Ахманова О. С. , Словарь лингвистических терминов, Москва, 1969 

5.

 



Белова А. Г. , Средний язык в системе наддиалектных форм арабского 

языке, Москва, 1983 

6.

 

Белова А. Г. , история арабского языка, Москва, 1979 



7.

 

Будагов Р. А. , Литературные языки и языковые стили, Москва, 1967 



8.

 

Гранде Б. М. , Введение в сравнительное изучение семитских языков



Москва, 1972 

9.

 



Завадовский Ю. Н. , Опыт анализа сложной языковой ситуации в 

Магрибе как некоей структуры, Москва, 1970 

10.

 

Мишкуров Э. Н. , Типологическая характеристика арабского языка, 



Москва, 1977 

11.


 

Спиркин А. Л. , Стилистика арабского языка, Москва, 1978 

 

Әrəb dilində: 

12

 .



 ،ةرهاقلا ،يفحصلا ريرحتلا نف يف لخدملا ،فيطللا دبع ةزمح

0791


 

01

 .



 ،ةرهاقلا ، ةغلابلا رهاوج ،دمحا يمشاهلا

0791


 

01

 .



 ،توريب ،ةيبرعلا تاجهللا يف ،ميهاربا سينا

0770


 

09

 .



 ،ةرهاقلا ،بولسلاا ،دمحا بئاشلا

0791


 

01

 .



 ،توريب ،ةلاقملا نف ،فسوي دمحم نيدلا مجن

0711


 

 

 



 


Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə