Baki dövlet universiteti



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə13/179
tarix11.07.2018
ölçüsü4,84 Mb.
#54822
1   ...   9   10   11   12   13   14   15   16   ...   179

Nəsrulla Naib oğlu Məmmədov 

32 


Bütün  yuxarıda  deyilənləri  həm  ərəb  ədəbi  dilində,  həm  də  ərəb  regional  dialekt 

dilində misallar əsasında göstərməyə çalışacağıq.  

Məlum  olduğu  kimi,  ərəb  dilində  müraciət  ədatlarının  sayı  səkkizdir:  اي  və اهيا 

(daha  çox  işlənənlər),  او،،آ،يا،ايه،اياأ.  Bu  ədatların  qrammatik  xüsusiyyətləri  istər 

ənənəvi  ərəbşünaslıqda,  istər  post  sovet  məkanında,  istərsə  də  ölkə  ərəbşünas-

lığımızda  kifayət  qədər  araşdırılmışdır.  Bütün  müraciət  ədatları  müraciət  olunan 

şəxsi  bildirən  ismin  qarşısında  işlənir.  Məsələn:  دمحماي–  “Ey  (Ay)  Məhəmməd!”. 

İzafət  tərkibindəki  sözə  müraciət  olunduqda  tərkibdəki  birinci  söz  təsirlik  halda 

işlənir, məsələn: نسحابااي– “Ey (Ay) Həsənin atası!”. Müraciət olunan ismin sifətdən 

ibarət  təyini  və  ya  təsirlik  halda  işlənən  tamamlığı  varsa,  o,  qeyri-müəyyənlikdə 

təsirlik halda işlənir, məsələn:  اميكحلاجراي– “Ey (Ay) müdrik insan!”; لبجلااعلاطاي– “Ey 

(Ay)  dağa  qalxan!”  [8,  413].   



اهياədatına  gəlincə,  o,  adətən  auditoriyaya  müraciət 

üçün  işlədilir  və  bu  zaman  sözün  adlıq  halı  və  müəyyənlik  artikli  saxlanılır: 



ءاقدصلاااهيا–  “Dostlar!”  İndi  də  digər  konstruksiyalar  əsasında  bu  qəbildən  olan 

misallara  müraciət  edək:  !لايوطايندلايفشاعنماي  ا  “Ey  (Ay)  bu  dünyada  uzun  (ömür) 

yaşayan!”;دحاانثيدحعمسيلاىتحكتوصعفرتلادمحاأ–  “Ay  (Ey)  Әhməd,  yavaş  danış  ki,  söh-

bətimizi heç kəs eşitməsin”; كلهتلقاميلعدعاينبايياOğlum, sənə dediklərimi mənə qaytar 

(təkrar  et).  Bəzən  də  müraciət  ədatından  sonra  şəxs  əvəzliyi  gələ  bilər: 

كللأميامبتكااذهايا“Ey sən, sənə diktə olunanı yaz!” Bəzən də müraciət ədatlarının qoşa 

işlədilməsinə rast gəlinir:  ميقلانمكللهايندلااهيااي– “Ey dünya, sənin bir dəyərin varmı?!” 

və s.  

SMF rəsmi və qeyri-rəsmi olmasından asılı olaraq kompliment leksikası rolunda 



çıxış  edən  arxaizmlərdən  də  istifadə  edə  bilər.  Müqayisə  edək:  ومسلابحاصاي– 

“Alihəzrət”;  ةماخفاي–  “Zati-aliləri”;  ةللاجاي–  “Әlahəzrət”; 

  ،

ىلاعملابحاصايىلاعماي  ،ةداعساي – 

“Zati-aliləri”  (baş  nazir  istisna  olmaqla  bütün  nazirlərin  titulu).  SMF-nin  vacib 

atributunu  vəzifələrin  və  s.  nomenklatur  adları  təşkil  edir:

ةدايساي،'>ةدايساي،

  ،


،ءارزولاسلجمسيئرءارزولاسيئرىلاعملابحاصايديساي–“zati-aliləri baş nazir” və s. Bunu müxtəlif 

ərəb ölkələrində dövlət xadimlərinə müraciət formalarında görmək olar:  سيئرلاةدايساي



– “Cənab prezident” (Misir, Liviya, Suriya, İraq, Tunis), سيئرلاةماخفاي – “Zati-aliləri 

Prezident” (Livan, Yəmən, Әlcəzair, Sudan, Cibuti, Fələstin), كلملاةللاجلابحاصةرضحاي –

“Әlahəzrət kral” (İordaniya, Bəhreyn, Mərakeş), ناطلسلاةللاجلابحاصةرضحاي– “Әlahəzrət 

Sultan” (Oman) və s.  

Vəzifə,  sosial  vəziyyət,  yaş  və  s.  baxımından  daha  yüksəkdə  olan  adama 

müraciət  zamanı  ةدايسsözündən  istifadə  olunur,  məsələn:  ديقعلاةدايساي“Cənab 

polkovnik”.  Bəzi  hallarda  bu  sözdən  daha  yüksək  vəzifəli  şəxslərə  müraciət  üçün 



Diqlossiya və onun müasir Ərəb dilinin funksional-üslubi bölgüsünə təsiri 

33 


istifadə  olunur:  ريزولاةدايساي  –  “Cənab  nazir”  (bu  cür  müraciət  monarxiya  rejimi 

olmayan  ölkələr  üçün  xarakterik  sayılır).  Bütün  bu  nomenklatur  adlar  və  vəzifə 

adları  bu  və  ya  digər  ərəb  ölkəsinin  müəyyən  inkişaf  dövrü  ilə  bağlıdır  və  siyasi, 

ictimai xadimlərə, dövlət qulluqçularına, hərbi qüvvələrin zabitlərinə və s. müraciət 

üçün vacib sayılır.  

Dini liderlərə müraciət üçün istifadə olunan sabit müraciət formullarına xüsusi 

diqqət yetirilməsi tələb olunur: ماملااةدايساي– “İmam həzrətləri”.  

Yaş,  cəmiyyətdəki  hörmət  və  elm  aləmindəki  mövqeyi  ilə  bağlı  olaraq  həmin 

adamlara müraciət zamanı ذاتسا(hörmətli, möhtərəm, professor) kəlməsindən istifadə 

olunur və həmin söz bu vəziyyətdə ya tək, ya da adla yanaşı işlənir: دمحمذاتسااي – “Ey 

(Ay)  hörmətli  (möhtərəm),  professor    Məhəmməd!”  Həkimə  müraciət  etmək  üçün 

روتكداي – “Ey (ay) həkim” – ifadəsindən istifadə olunur.  

Әrəb  ölkələrində  əhalinin  digər  təbəqələrinə  müraciət  zamanı  bu  kimi  SMF 

istifadə  olunur:  سيئراي(konduktor,  tramvay,  sürücüsü  və  s.  üçün).  Azərbaycan 

dilindən  fərqli  olaraq  bir  qrup  adama  müraciət  edərkən  ةعامجايifadəsindən  istifadə 

olunur  ki,  bu  da  dilimizdəki  “Dostlar!”  müraciət  formasına  uyğun  gəlir.  Taksi 

sürsücüsü, təmir sexindəki çilingər və s. üçün – ىطسااي– ifadəsindən istifadə olunur 

və  bu  ifadə  dilimizdə  də  “usta”  kəlməsinin  ifadə  etdiyi  mənanı  bildirir.  Bundan 

əlavə,  müxtəlif  ərəb ölkələrinin dialekt  xüsusiyyətləri nəzərə alınmaqla  cəmiyyətin 

müxtəlif 

təbəqələrinə 

müraciətdə 

سدنهماي

،

 



،رتسماي،سدنهمشاباي

ةديساي،ديساي،مناهاي،تس  اي،يدنفااي،كترضحاي،يخااي،مادماي  ifadələrindən  yeri  gəldikcə  istifadə 

edilir.  

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan,  rus  və  digər  dillərdən  fərqli  olaraq  ərəb 

dilində  müraciət  zamanı  təkdə  olan  şəxsə  ehtiram  məqsədi  ilə  cəmdə  müraciət 

edilmir  və  bu  hal  özünü  həm  şəxs  əvəzliklərində,  həm  də  feil  formasında  büruzə 

verir: 


كباتككترضحايذخ-  “Cənab,  kitabı  götür”.  Belə  bir  hal  ciddi  şəkildə 

subordinasiyanın qorunduğu hərbi sahədə də özünü göstərir: كناكمىلا - hərfi mənada: 

öz yerini tut. Azərbaycan dilinə tərcümədə isə belə məna verir: “Farağat!” 

Әrəb ölkəsində dükana (mağazaya) daxil olarkən, hər şeydən əvvəl - مكيلعملاسلا – 

salam,   

ريخلاحابص  və  s.  kimi  ifadələrdən  istifadə  etməkləonun  sahibini  salamlamaq 

lazımdır. Mağaza sahibi ilə əvvəlcədən tanışlıq onu salamlamaq üçün – ابحرم – salam 

(daha səmimi salamlaşmaq) kəlməsindən istifadə etmək imkanı verir [14, 93].  

Müasir  ərəb  danışıq  dilində   ينباي[yə  buneyyə]–  “Oğlum!”  şəklində  müraciətin 

əzizləmə  mənasında işlədilməsi də  diqqəti cəlb edir  (müqayisə et: ədəbi kitab-yazı 

dilində - ينباي ! [yə bni]) 




Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə