Baki dövlet universiteti



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə15/179
tarix11.07.2018
ölçüsü4,84 Mb.
#54822
1   ...   11   12   13   14   15   16   17   18   ...   179

Diqlossiya və onun müasir Ərəb dilinin funksional-üslubi bölgüsünə təsiri 

37 


 

РЕЗЮМЕ 

 

Диглосси́я и её влияние на функционально стилистическую 

стратификацию современного арабского языка 

 

В  статье  говорится  о  наличии  в  современном  арабском  языке  двух 

различных  по  структуре  и  функциональности  форм-художественно 

литературная  и  разговорная.  Сообщается,  что  то  языковое  явление  широко 

распространённая в арабских странах называется диглоссией. Отмечается, что 

в нынешних условиях ни литературный языке, ни диалекты в отдельности не 

способны полностью удовлетворить социально-языковые нужды тех или иных 

коллективов.  

 

 

SUMMARY 

 

Diglossia and its impact on functional-stylistic division of modern  

Arabic language 

 

According  to  the  article,  Arabic  embraces  two  different-colloquial  and  literary 

varieties, those are differ from each other for structural and functional aspects. This 

widespread  language  phenomenon  is  called  diglossia.  It  is  also  noted  that,  in  the 

current situation neither literary language nor dialects are separately able to cover all 

social-language needs of any society.  

 




Fəzlur Rəhmana görə klassik İslam təhsil sistemi: xüsusiyyətləri, problemləri və islahat zərurəti  39 

UOT-28 

 

FӘZLUR RӘHMANA GÖRӘ KLASSİK İSLAM TӘHSİL SİSTEMİ: 

XÜSUSİYYӘTLӘRİ, PROBLEMLӘRİ VӘ İSLAHAT ZӘRURӘTİ 

 

i.f.d., dos. Mübariz Camalov 

BDU İlahiyyat fakültəsi 

İslam elmləri kafedrasının müdiri 

mubarizcamal@hotmail.com 

 

 

Açar sözlər: Fəzlur Rəhman, dini təhsil, mədrəsə, islahat 

Keywords: Fazlur Rahman, religious education, madrasah, reform 

Ключевые  слова:  Фазлур  Рахман,  религиозное  образование,  медресе, 

реформа 

 

İslam təhsil sisteminin hədəfi insanın yaradılış məqsədinə uyğun biliklərin öyrənilmə-



sidir. Bu biliklər Allahın Peyğəmbər vasitəsi ilə bildirdiyi ilahi əsaslardır. İslamın ilk dövr-

lərində  təhsil  sisteminin  əsasını  Qur`anı  öyrənmək  və  təbliğ  etmək  olmuşdur.  İslamın 

Məkkə dövründə dinin təbliği məhdud və gizli idi. Müsəlmanları adətən Әrqamın evində 

toplaşardılar. Buna görə də sistemli təhsil fəaliyyəti Mədinəyə hicrətdən sonra başlamışdır. 

O  dövrün  təhsil  mərkəzləri  məscidlər  idi.  İslam  tarixində  ilk  təhsil  mərkəzi  hesab  olun 

əshabı-süffə də Mədinədəki məscidi-nəbəvidə açılmışdır. Әslində əshabı-süffə əksəriyyəti 

mühacirlərdən meydana gələn, ev-eşiyi olmayan və maddi vəziyyəti ağır  olan səhabələr 

üçün  sığınacaq  məqsədi  ilə  hazırlanmış  kölgəlik  sakinləri  deməkdir.  Məscidi-nəbəviyə 

bitişik  olan  bu  məkan  bir  müddət  sonra  təhsil  mərkəzinə  çevrilmişdir.  Burada  yaşayan 

səhabələr  bütün  vaxtlarını  Peyğəmbərin  yanında  keçirdiklərinə  görə  dini  bilikləri 

öyrənmək  üçün  xüsusi  fürsətə  sahib  olmuşdurlar.  Hətta  Mədinədə  ev-eşiyi olan  bir çox 

insan bu fürsətdən istifadə etmək üçün əshabı-süffəyə qoşulmuşdur. Nəticədə İslamın ilk 

təhsil  müəssisəsi  meydana  gəlmişdir.  Mənbələrdə  əshabı-süffədə  təhsil  alan  səhabələrin 

sayının  yüzdən  artıq  olduğuna  dair  qeydlərə  rast  gəlmək  mümkündır.  Hətta  İslamın 

yayılmasında  və  sonrakı  nəsillərin yetişməsində  əshabı-süffədən  çıxan  İslam  alimlərinin 

xüsusi rolu olmuşdur. Bu günə qədər İslam dünyasının müxtəlif yerlərindəki mədrəsələrin 

əsasını  buradan  aldığı  düşünülür.  Sonrakı  dövrlərdə  şəraitə  uyğun  olaraq  beytul-ilm, 



i.f.d., dos. Mübariz Camalov 

40 


beytul-hikmə ve darul-ilm kimi adlandırılan təhsil qurumları bunun davamını və inkişafını 

təmsil etmişdir.

1

 

İslam  dini  hicrətdən  sonra  sürətlə  yayılmağa  başladı.  Həzrət  Peyğəmbər  də 



İslamı  qəbul  edib,  ancaq  Mədinədən  uzaqda  yaşayanlara  dinlərini  öyrətmək  üçün 

müəllimlər  göndərirdi.  Raşidi  xəlifələr  dövründə  də  davam  edən  bu  ənənə  ilə 

məscid-mədrəsə  şəklindəki  təhsil  sistemi  İslam  dünyasının  hər  yerinə  yayılmış  və 

günümüzə qədər İslam dünyasının bir çox yerində də mövcudiyytəini davam etdirir.

2

 

İslamın  ilk  dövrlərində  məscidə  bağlı  olan  mədrəsələr  zaman  keçdikcə 



məsciddən ayrılaraq müstəqil təhsil müəssisəsi olmuşdur. Çünki İslam torpaqlarının 

genişləməsi və buna bağlı olaraq müsəlmanların yeni elm sahələri ilə tanış olmaları 

nəticəsində mədrəsələrin dərs proqramları da dəyişmiş və inkişaf etmişdir. X əsrdə 

ən parlaq dövrünü yaşayan mədrəsələr Səlcuqlu dövlətinin məşhur siyasi xadimi və 

elm  adamı  Nizamülmülk  tərəfindən  dövlətin  xüsusi  nəzarətinə  alınaraq 

sistemləşdirilmişdir.  Bu  dövrdə  mədrəsənin  ən  mühüm  xüsusiyyəti  tədris 

proqramının  müəyyən  qəliblərə  salınmaması  və  müəllim  mərkəzli  olmasıdır.  Yəni 

mədrəsələrdə  sinif  anlayış  deyil,  dərs  anlayışı  vardı.  Beləliklə,  bir  mədrsədə  təhsil 

almaq  istəyən  tələbə  istədiyi  müəllimi  seçmə  haqqına  sahibdir.  Bundan  əlavə  bir 

mədrəsədə təhsil alan tələbə istərsə başqa bir mədrəsədə təhsilinə dabam edə bilirdi. 

Mədrəsələrdə  dini  elmlərlə  yanaşı  əqli  elmlər  də  tədirs  olunurdu.  Adətən  dini 

elmlərə keçmədən əvvəl məntiq, bəlağat, dilçilik, həndəsə, riyaziyyat, fəlsəfə, tarix 

və coğrafya kimi fənlər öyrənilirdi.

3

 



İslam  cəmiyyətində  mərkəzi  xüsusiyyətə  sahib  olan  və  sistemli  bir  şəkildə 

çalışan mədrəsələrdə XVI əsrdən etibarən tədris keyfiyyətinin azaldığı, mədrəsələrin 

əvvəlki  gücünü  itirdiyi  müşahidə  olunur.  Bunun  ilk  ağla  gələn  səbəbi  İslam 

dünyasının  zəifləməsi  və  mədəniyyətin  çökməyə  başlamasıdır.  Çünki,  bütün 

mədəniyyətlərin  inkişafı  təhsil  sistemlərinin  vəziyyəti  ilə  sıx  əlaqəlidir.  Ancaq 

                                                 

1

 İslam Ansiklopedisi: 44 cilddə, XXXVII c. , İstanbul, 2009, s. 469; Kırkız M.  Medreseler 



ve Ezher’de İslami İlimler (Medrese Müfredatıyla Ezher’in Müfredatının Karşılaştırılması) 

/ Medrese ve İlahiyat Kavşağında İslami İlimler, Bingöl, 2013, s. 60; Söylemez M. İslam'ın 

Erken Döneminde Eğitimve ÖğretimFaaliyetleri // Dini Araştırmalar, 2002, №13, s. 59-60; 

Ayhan H. İslam Tarihindeki ilk Eğitimve Öğretim Müesseseleri // İslam Medeniyeti, 1973, 

№ 30, s. 8.  

2

 Dündar M. Erken Dönem İslamii Eğitim // Uluslararası Sosyal Araştırmalar Dergisi, № 32, 



s. 293-294.  

3

  Hızlı  M.  Osmanlı  Medreselerinde  Okutulan  Dersler  ve  Eserler  //  Uludağ  Üniversitesi 



İlahiyyat Fakültesi Dergisi, 2008, № 1, s. 29.  


Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə