Baki dövlet universiteti



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə17/179
tarix11.07.2018
ölçüsü4,84 Mb.
#54822
1   ...   13   14   15   16   17   18   19   20   ...   179

Fəzlur Rəhmana görə klassik İslam təhsil sistemi: xüsusiyyətləri, problemləri və islahat zərurəti  43 

da  elm  anlayışının  təhlil,  qavrama,  tənqid  metodundan  uzaqlaşaraq  əzbərçi  üsula 

doğru  meyl  etməsinə  gətirib  çıxarmışdır.  Prosesin  bu  şəkildə  davam  etməsi  əsər 

təlifində  də  özünü  göstərmişdir.  Fəzlur  Rəhmana  görə  həm  təhsilin,  həm  də  elmin 

durğunluğu nəticəsində yeni əsərlər yazma işi şərh və haşiyələrlə əvəz olunmuşdur. 

9

 



İslam  dünyasının  qərblə  üzləşməsinin  təsiri  nəticəsində  İslam  dünyasının 

müxtəlif yerlərində bir çox sahədə olduğu kimi təhsil sahəsində də yenilik arayışları 

başladı.  Fəzlur  Rəhmana  görə  bu  arayışlar  nəticəsində  yeni  təhsil  formuna  iki  cür 

yanaşma  meydana  gəldi.  Bunlardan  birincisinə  görə  müsəlmanların  qərbdən 

öyrənməsi lazım olan sadəcə texnologiyadır. Әnənəvi İslam düşüncəsi müsəlmanlara 

yetərli  olub,  qərb  fəlsəfəsi  ilə  bağlı  yeniliklərə  müsəlmanların  ehtiyacı  yoxdur  və 

hətta bunlar müsəlmanlar üçün təhlükəlidir. İkinci yanaşma tərzi isə texnologiya ilə 

birlikdə  hər  növ  biliyin  faydalı  və  alınmalı  olduğunu  müdafiə  edirdi.  Fəzlur 

Rəhmana  görə  XIX  əsrin  ikinci  yarısında  rəvacda  olan  bu  anlayışı  beş  mütəfəkkir 

güclü  bir  şəkildə  müdafiə  etmişdir.  Bunlar  Seyid  Әhməd  Xan,  Seyyid  Әmir  Әli, 

Cəmaləddin  Әfqani,  Namiq  Kamal  və  Məhəmməd  Әbduhdur.  Bu  mütəfəkkirlər 

İslam  dünyasının  müxtəlif  yerlərinə  səpələndikləri  və  çoxu  bir-birini  heç  vaxt 

görmədikləri  halda  eyni  düşüncələri  müdafiə  etmələri  çox  maraqlıdır.  Fəzlur 

Rəhman İslam dünyasının müasir təhsil sisteminə müştərək yanaşması kimi gördüyü 

bu düşüncələri aşağıdakı kimi sistemləşdirmişdir:  

1.

 



IX  əsrdən  XIII  əsrə  qədər  elmin  və  elm  anlayışının  müsəlmanlar  arasında 

inkişaf etməsi Qur`anın təkidlə Allahın sənəti olan  və  insanın istifadə  etməsi  üçün 

yaradılan kainatı araşdırmağa təşviq etməsinin nəticəsidir.  

2.

 



Orta  əsrlərin  sonlarında  araşdırma  və  tədqiqat  ruhunun  müsəlmanlar 

arasında  dəhşətli  şəkildə  yox  olması  ilə  İslam  aləmi  durğunlaşaraq  tənəzzülə 

başlamışdır.  

3.

 



Әksəriyyəti  İslam  dünyasından  alınan  elmi  tədqiqatlar  Qərbə  çəkilmiş  və 

beləliklə  qərb  ölkələri  sürətlə  inkişaf  edərək  İslam  ölkələrini  belə  müstəmləkəyə 

çevirmişdir.  

4.

 



O halda müsəlmanlar öz malları olan elmi, inkişaf etmiş qərbdən təkrar alıb, 

görkəmli  keçmişlərini  yenidən  əldə  edə  bilər  və  beləliklə  Qur`anın,  indiyə  qədər 

laqeyd qanaşdıqları əmrlərini də yerinə yetirmiş olarlar.  

Burada  texnologiyanın  əldə  edilməsindən  daha  çox  elmin  zərurili 

vurğulanmışdır.  Elmi  tədqiqatların  zəruriliyinin  Qur`anın  əmri  olduğuna  diqqət 

                                                 

9

Çelikel B. Fazlur Rahman`da Eğitimin Tanımı ve Hedefleri, s. 135-136.  




i.f.d., dos. Mübariz Camalov 

44 


çəkilməsi  isə  xüsusi  əhəmiyyət  kəsb  edir.

10

  Fəzlur  Rəhmana  görə  bu  arayışlar 



müsbət  hal  kimi  qarşılansa  da  vəziyyətdən  çıxış  yolu  üçün  yetərli  deyil.  Təhsil 

sisteminin  yenilənməsi  üçün  dərslərin  və  dərslərin  məzmunun  dəyişdirilməsi 

məsələni  həll  etmir.  Bunun  yeganə  yolu  İslam  düşüncəsini  yenidən  inşa  etməkdir. 

Beləliklə,  Fəzlur  Rəhmana  görə  məhsuldar  təhsil  sistemini  qurmaq  üçün  yeni  bir 

İslam teologiyasına ehtiyac var. Başqa sözlə desək, İslam təhsil sisteminin nailiyyəti 

özünü həqiqi  və  azad  İslam  düşüncəsini yaratmaqda  göstərməlidir.

11

  Buna  görə  də 



Fəzlur  Rəhmana  görə  təhsil  sistemində  islahatın  ilkin  addımı  dini  elmlərin 

canlandırılması  olmalıdır.  İslam  elmləri  təkrarçı,  əzbərləyici  xüsusiyyətini  tərk 

edərək yenidən canlılıq qazanmalıdır. Buna bağlı olaraq təhsilin vəhdətini müdafiə 

edən  Fəzlur  Rəhman  əqli  və  ictimai  elmlərin  İslam  təhsil  sistemində  öz  yerini 

tutmasını təkidlə vurğulayır. Beləliklə, ənənəvi anlayışda olduğu kimi təhsilin dini-

dünyəvi təsnifi yerinə vahid təhsil sistemi olmalıdır.

12

 

 



 

 

                                                 

10

  Rahman  F.  İslam  ve  Çağdaşlık:  Fikri  Bir  Geleneğin  Değişimi,  (tərcümə:  Açıkgenç  A.  , 



Kırbaşoğlu M. H. ), Ankara: Ankara Okulu Yayınları, 2002, s. 107-108.  

11

  Çelikel  B.  Fazlur  Rahman`da  Eğitimin  Tanımı  ve  Hedefleri  //  Dokuz  Eylül  Üniversitesi 



İlahiyat  Fakültesi  Dergisi,  2008,  №  27,  s.  71;  Çelikel  B.  Fazlur  Rahman`ın  Geleneksel 

İslami Eğitim Eleştirisi // Dokuz Eylül Üniversitesi İlahiyat Fakültesi Dergisi, 2008, № 27, 

s. 134.  

12

 Çelikel B. Fazlur Rahman`ın Geleneksel İslami Eğitim Eleştirisi, s. 145.  




Fəzlur Rəhmana görə klassik İslam təhsil sistemi: xüsusiyyətləri, problemləri və islahat zərurəti  45 

 

İSTİFADӘ OLUNMUŞ ӘDӘBİYYAT 

 

Akşit  B.  İslam,  Çagdaşlık  ve  Eğitim:  Fazlur  Rahman'ın  Katkıları  /  İslam  ve 

Modernizm:  Fazlur  Rahman  tecrübesi,  İstanbul:  İstanbul  Büyükşehir  Belediyesi 

Kültür İşleri Daire Başkanlığı Yayınları, 1997.  

Atay H. Medreselerin Islahatı // Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi, 

1981, c. XXV.  

Aydın  Şevki  M.  Medreselerin  Gerileyiş  Sebepleri  Üzerine  //  Erciyes 

Üniversitesi İlahiyyat Fakültesi Dergisi, Kayseri: 1987, № 4.  

Ayhan  H.  İslam  Tarihindeki  ilk  Eğitim  ve  Öğretim  Müesseseleri  //  İslam 

Medeniyeti, 1973, № 30.  

Çelikel  B.  Fazlur  Rahman`da  Eğitimin  Tanımı  ve  Hedefleri  //  Dokuz  Eylül 

Üniversitesi İlahiyat Fakültesi Dergisi, 2008, № 27.  

Çelikel  B.  Fazlur  Rahman`da  Eğitimin  Tanımı  ve  Hedefleri  //  Dokuz  Eylül 

Üniversitesi İlahiyat Fakültesi Dergisi, 2008, № 27.  

Dündar  M.  Erken  Dönem  İslami  Eğitim  //  Uluslararası  Sosyal  Araştırmalar 

Dergisi, № 32.  

Hızlı  M.  Osmanlı  Medreselerinde  Okutulan  Dersler  ve  Eserler  //  Uludağ 

Üniversitesi İlahiyyat Fakültesi Dergisi, 2008, № 1.  

Kırkız  M.  Medreseler  ve  Ezher’de  İslami  İlimler  (Medrese  Müfredatıyla 

Ezher’in  Müfredatının  Karşılaştırılması)  /  Medrese  ve  İlahiyat  Kavşağında  İslami 

İlimler, Bingöl, 2013.  

Rahman  F.  İslam  ve  Çağdaşlık:  Fikri  Bir  Geleneğin  Değişimi,  (tərcümə: 

Açıkgenç A. , Kırbaşoğlu M. H. ), Ankara: Ankara Okulu Yayınları, 2002.  

Rahman F. İslam, Ankara: Ankara Okulu Yayınları, 2008.  

Söylemez M. İslam'ın Erken Döneminde Eğitim ve Öğretim Faaliyetleri // Dini 

Araştırmalar, 2002, № 13.  

 

 

 




Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə