Baki dövlet universiteti



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə12/179
tarix11.07.2018
ölçüsü4,84 Mb.
#54822
1   ...   8   9   10   11   12   13   14   15   ...   179

Nəsrulla Naib oğlu Məmmədov 

30 


ərəb regional dialekt dilinin funksional-sosial statusunun yüksəlməsinə və müəyyən 

mənada onun ərəb ədəbi dilinə “yaxınlaşmasına” səbəb olur.  

Әdəbi  dil  və  dialektlər  tipoloji  cəhətdən  bir-birinə  uyğun  gəlmir,  onlar  fərqli 

mahiyyətə  və  fərqli  ifadəyə  əsaslanır  və  öz  növbəsində  sintaktik  və  analitik 

sistemləri təşkil edir [10, 3-4].  

Hazırda  bir  çox  ərəb  linqvistləri  bu  deyilənlərlə  razılaşırlar.  Bunadan  əlavə, 

dialektlərin  müstəqil  danışıq-dialekt  dilləri  kimi  qəbul  olunması  hazırda  elmi 

cəhətdən də əsaslandırılmış və təcrübədə aprobasiya olunmuşdur.  

Bundan başqa, artıq dəqiqləşdirilmişdir ki, hazırki durumda nə ədəbi dil, nə də 

dialektlər ayrı-ayrılıqda bu və ya digər ərəb kollektivinin sosial-dil ehtiyaclarını tam 

şəkildə  ödəmə  imkanına  malik  deyildir.  Artıq  yuxarıda  qeyd  olunduğu  kimi, 

ünsiyyətin hər bir sahəsində onlar bir-birini tamamlayır. Məsələn, kitab-yazı dilində 

əsasən  ədəbi  dildən  istifadə  olunursa  da,  digər  bir-çox  sahələrdə  ünsiyyət  vasitəsi 

kimi məhz ərəb regional dialekt formalarından istifadə olunur.  

Lakin bu halda onların nisbəti və qarşılıqlı əlaqə prosesinin özü ekstralinqvistik 

və dildaxili xarakter kimi müxtəlif şərtlərdən asılıdır. Məhz bu faktorların təsiri ilə 

danışıq-dialekt dillərində نييملااةيماعونيرونتملاةيماعونيفقثملاةيماعkimi nitq müxtəlifliyinə 

sosial diferensiasiya prosesi baş verir.  

Müəyyən  ərəb  ölkəsinin  konkret  sosial-iqtisadi  şəraiti  və  həmçinin  ictimai 

istehsalın,  mədəniyyətin  inkişafı,  insanlar  arasında  iqtisadi  əlaqələrin  güclənməsi 

onun  əhalisinin  bir  yerə  toplanmasına  imkan  yaradır:  kənd  əhalisinin  şəhərlərə 

miqrasiyası  artır,  şəhərlərlə  kəndlər  arasında  əlaqələr  genişlənir,  şəhər  əhalisi  ilə 

yaxın  qəsəbə  və  kəndlərdə  yaşayanlar  arasında  kontaktlar  artır  və  tezləşir.  Bütün 

bunların  nəticəsində  də  həmin  ölkənin  iqtisadi  həyatında  şəhər  və  kənd  əhalisi 

timsalında möhkəm qarşılıqlı əlaqələr formalaşır. Bu da ümumi ünsiyyətə, millətin 

ümumi  psixoloji  xarakterinin  formalaşmasına  səbəb  olur  və  milli  dərketmə  inkişaf 

edir. Hər bir ölkədə milli şüurun inkişaf etməsi isə bilavasitə milli dilin yaranmasına 

və inkişaf etməsinə gətirib çıxarır [9, 74].  

Qeyd etmək lazımdır ki, müəyyən ərəb ölkəsində şifahi-danışıq (dialekt) dili ilə 

kitab-yazı  (ədəbi)  dilinin  bir-biri  ilə  qarışması  və  ya  birləşməsi  tendensiyasını 

müşahidə etmək olar. Belə bir hal sonda yeganə milli danışıq-yazı dilinin yaranması 

ilə nəticələnir və belə demək mümkünsə, dialektlə ədəbi dilin hibridi olan orta və ya 

üçüncü  bir  dil  meydana  gəlir  [11,  36].  Bir  ərəb  regionu  daxilində  həmin  dil 

müxtəlifliyi normaya çevrilir və ünsiyyət vasitələrinin tam unifikasiyasını öz üzərinə 

götürməyə cəhd edir. Bu dil insan fəaliyyətinin bütün sahələrini əhatə etməyə çalışır 



Diqlossiya və onun müasir Ərəb dilinin funksional-üslubi bölgüsünə təsiri 

31 


və  zaman  keçdikcə  həmin  region  daxilində  milli  normaya  çevrilə  bilər.  Lakin  bu 

inkişafın sürətlə artmasına şərait yarada biləcək və onu təmin edə biləcək iki faktor 

vardır  ki,  daim  buna  maneə  yaradır.  Bu  faktorlar:  demək  olar  ki,  bütün  ərəbləri 

birləşdirən  islam  dini  və  cəmiyyət  həyatının  bütün  sahələrinə,  o  cümlədən  müasir 

ərəb dilinə nüfuz edən Quarani-Kərimdir. Onu da qeyd etmək lazımdır ki, “üçüncü” 

dilin  sistemləşdirilmiş  forması  və  məhz  ona  aid  olan  struktur  və  semantik 

xüsusiyyətləri  mövcud  deyildir.  Bu  məsələ  ilə  bağlı  rus  şərqşünaslıq  məktəbinin 

nümayəndəsi A. Q. Belova qeyd edir ki, “orta dilin” nə yazılı, nə də şifahi ünsiyyət 

formasının yeganə və möhkəm forması vardır [5, 193]. Burada müasir ərəb dilinin 

yalnız  şifahi  şəkildə  istifadəsinin  bəzi  xüsusiyyətlərindən  və  onun  normalarından 

geniş şəkildə yayılmış tipik sapıntılardan söhbət gedə bilər.  

Digər tərəfdən, demək olar ki, bütün ərəb ölkələrində məktəb, radio, mətbuat və 

s.  vasitəsilə  ərəb  ədəbi  dilinin  funksiyasının  artırılması  və  onun  ünsiyyətin  yeni 

sahələrinə, o cümlədən məişət sahəsinə də nüfuz etməsi üçün şərait yaradılır. Әrəb 

ölkələrində savadlılığın artması ərəb ədəbi dilindən istifadə dərəcəsini yüksəltsə də, 

bununla  belə,  ərəb  regional  dialekt  dilinin  funksional-sosial  statusuna,  demək  olar 

ki,  heç  bir  təsir  göstərə  bilmir.  Müasir  ərəb  dilindən  isə  estetik,  siyasi,  hüquqi  və 

sakral xarakterli kommunikativ vəzifələrin yerinə yetirilməsi üçün istifadə olunur.  

Belə güman edirik ki, həm nəzəri, həm də praktik cəhətdən sosial linqvistikanın 

predmeti  haqqında  geniş  təsəvvür  əldə  etmək  məqsədəuyğundur. Dilin  cəmiyyətdə 

işlək olması problemləri arasında aşağıdakıları vacib hesab edirik: a) sosiumun dilə 

və  dilin  cəmiyyətə  təsiri;  b)  ünsiyyət  sahəsinin  və  dilin  mövcud  formasının  dəqiq-

ləşdirilməsi: ədəbi və ədəbi olmayan idiomlar; c) dilin sosial stratifikasiyası: sosial 

dialektlər, arqo, dilin başqa mövcud formaları; dilin diferensiasiyasının əsas növləri: 

sosial,  funksional-üslubi,  ərazi;  ç)  dil  variantlılığı  və  onun  sosial  situasiyadan, 

ərəbdilli əhalinin sosial əlamətlərindən (yaşı, təhsil səviyyəsi, sənəti və s. ) asılılığı.  

Qeyd  olunan  həmin  problemlər  ərəb  dilinin  funksional  üslubunun 

stratifikasiyası və hər şeydən əvvəl onun rəsmi-işgüzar, danışıq-işgüzar, məişət və s. 

funksional-üslubi  müxtəlifliyi  nəzərə  alınmaqla  həll  olunur.  Әgər  biz  Azərbaycan 

dilinə müraciət etsək, orada bu cür sərhədlərə rast gəlinmədiyinin şahidi olarıq.  

Әrəbdilli  əhali  yüksək  rütbəli  adamlara  və  bir-birinə  müraciətdə  müxtəlif  ərəb 

regionlarında  bir-birindən  fərqlənən  və  həmçinin  sosial-yaş  və  gender  faktorlarını 

nəzərə almaqla sabit müraciət formullarından (SMF) istifadə edir.  

Struktur  cəhətdən  SMF  iki  komponentə  bölünür:  a)  ərəb  dilində  işlədilməsi 

vacib olan müraciət ədatları; b) insanın adı, onun vəzifəsinin və peşəsinin adı və s. 



Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə