Baki dövlet universiteti



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə9/179
tarix11.07.2018
ölçüsü4,84 Mb.
#54822
1   ...   5   6   7   8   9   10   11   12   ...   179

 Nigar İsmayılzadə 

22 


mürşidin  bu  görüşlərinə  mərifətullah  deyilir.  Mərifət  nəzəriyyəsinin  mərkəzində 

tövhid (Allahın birliyi) və vəhdət-i vücud (varlığın birliyi) nəzəriyyəsi dayanır.  Bu 

nəzəriyyəyə əsasən görünən və görünməyən bütün aləm təkdir, təkdən var olmuşdur. 

Çoxluq  aləminin  vücudunu  Allahın  təcəllisi  (sifətləri)  olaraq  görmək  olar.  Varlıq 

aləmi Allahın uca qüdrəti ilə yaradılıb yenidən mütləq varlığa dönəcəkdir (1, 3).  

Yunus Әmrə və bir çox mütəsəvvüf şairdə təsvir olunan vəhdət-vücut anlayışını 

Molla Caminin “Dər sinə-i tu nihan büdəi vü mən qafil” misrası ilə başlayan məşhur 

rübaisinin türk dilinə tərcüməsi aşağıdakı misrada belə ifadə olunmuşdur: 

Bən bilməz idim gizli əyan həp sən imişsin 

Canlarda vü tənlərdə nihan həp sən imişsin 

Səndən bu cihan içrə nişan istər idim bən 

Ahir bunu bildim ki cihan həp sən imişsin (2, 34).  

Bu rübai Nəvinin divanında da vardır: 

Bən qafil idim gizli iyan həp sən imişsin 

Səndən bu cihan içrə nişan istər idüm bən 

Ahir bunu bildim ki cihan həp sən imişsin (20, 583).  

Sufilər  yaradılışı  bu  şəkildə  təsvir  etdikləri  üçün  fani  aləmdən  mütləq  varlığa 

qovuşmaq  üçün  çalışmışlar.  Allaha  qovuşma  (vüslat),  ruhun  ölümsüzlük  şüurunu 

dərk etməsi və ilahi bir həyatı tapması deməkdir.  

Gözəl əməllər edən, ibadət və zikrlə məşğul olan insanın könlündə bir müddət 

sonra ilahi təcəllilər zühur edər. Sufi özünün saydığı vücudu Allahın birliyində yox 

edər və beləcə fənafillaha çatar. Bu, ilahi eşq sayəsində Allaha çatmaq üçün ən uca 

yerdir.  Nəfsi  yenib  iradəsini  Allahın  iradəsində  əridən  sufinin  fənafillahı  həm  də 

sufinin tövhididir. Kamil insan bu nəfs pərdələrini yırtıb mücərrəd ruh halına çatan-

dır. İlahi eşq insandakı qüsurları qaldıraraq onu kamil insan mərtəbəsinə çatdırır.  

İnsanın  vəzifəsi  Haqqın  vüsalına  çataraq  “Haqq  ilə  Haqq  olmaq”  fənafillahın 

mərtəbəsidir (10, 148).  Mütəsəvvüf şairlər fənafillaha qovuşmaq üçün keçirdikləri 

bu təcəllini və zühuru şeirlərində əks etdirmişlər.  

Türk  təsəvvüf  ədəbiyyatında  yaradılış,  Allahın  varlığı  və  birliyi,  varlığın 

həqiqəti, Hz. Peyğəmbərə və səhabələrə duyulan sevgi, təriqət ədəb və ərkanı, ilahi 

eşq,  vəcd,  insana  verilən  dəyər,  kamil  insan  təsviri,  dünyanın  faniliyi,  nəfsin 

tərbiyəsi, gözəl əxlaq, kəramət, zikr kimi mövzular onun əsasını təşkil edir. Xüsusən 

də  Tanrı-dünya  münasibəti,  biat,  isim,  sifət,  təfəkkür,  nəfsin  mərtəbələri,  eşq, 

dünyanın  müvəqqəti  olması,  şəriət,  təriqət,  mərifət  və  həqiqət  kimi  mövzular 

təsəvvüf ədəbiyyatda tez-tez müraciət edilən mövzulardır (1, 4).  



Türk təsəvvüf ədəbiyyatının əsas xüsusiyyətləri 

23 


Təsəvvüf  ədəbiyyatının  həm  divan,  həm  də  xalq  ədəbiyyatına  təsiri  çox  güclü 

olmuşdur. Türk ədəbiyyat tarixçisi Nihat Sami Banarlı yazmışdır: “Türk ədəbiyyatı-

nı ortaya çıxaran, inkişaf etdirən və kamilləşdirən təsəvvüfdür” (21, 9) Cumhuriyyət 

dövrü yazıçı və tədqiqatçısı Ali Canip Yöntəm isə “Divan şeiri tam sufi olan təkkə 

şairindən  bütünlüklə  fərqlidir.  Әsasən  hökmdar  saraylarına  mənsub  olan  vəzirlərin 

himayəsi  ilə  yaşayan  bu  adamlar,  ömürlərini  dünya  nemətlərindən  məhrum  edərək 

izdivaya  çəkilən  dərvişlər  kimi  könüllərində  alovlu  “mistik”  hisslər  bəsləyə 

bilməzlər.  Tədqiqatçı  təkkə  şeirində  təsəvvüf  bir  iman,  divan  şeirində  bir  fanta-

ziyadır” deyərək təkkə ədəbiyyatında təsəvvüfün bu ünsürlərini vurğulamışdır (7, 4).  

Türklər  arasında  təsəvvüfi  düşüncənin  yayılması  İslam  dininin  yayılması  ilə 

paralel  olaraq  inkişaf  etmişdir.  Həmin  dövrdən  etibarən  mütəsəvvüflər  yetişməyə 

başlamış  və  təkkə  ədəbiyyatının  əsası  qoyulmuşdur.  Təkkə  şeirinin  Türk 

ədəbiyyatında  ilk  qaynaqları  XII  əsrdə  Xorasanda  Әhməd  Yəsəvinin  “Divan-ı 

Hikmət”  ində  artıq  duyulurdu.  Təkkə  şeirinin  ilk  və  gözəl  örnəkləri  XIII  əsrdə 

meydana gəlmişdir. Yunus Әmrə kimi böyük şair XIII əsrdə yetişmişdir. XIII, XIV 

və XV əsrdə ən parlaq dövrünü yaşayan təkkə şeiri XX əsrə qədər ədəbiyyata gözəl 

əsərlər bəxş etmişdir (6, 153).  

Təsəvvüf  ədəbiyyatında  təsvir  olunanlar  sənətdən  daha  çox  insanın  yaşadığı 

halın, keçirdiyi hisslərin və zövqün şeirdə əks olunmasıdır. Təsəvvüf ədəbiyyatının 

meydana  gəlməsinə  təkkələrdə  icra  edilən  zikr,  söhbətlər,  səma  ayini  zəmin 

yaratmışdır. Şeyx və təriqət başçılarının təkkələrdə yaşadıqları daxili vəziyyəti (halı) 

ədəbiyyatda  da  özünü  biruzə  vermişdir.  Onlar  yaşadıqları  halı  şeirlə  dilə  gətirmək 

istədiklərində  şübhəsiz  ki,  ədəbi  və  mədəni  təcrübələrindən  istifadə  etmişlər. 

Mədrəsələr şeiri qadağan etdiyi halda təkkələr insanları vəcdə gətirəcək hər vasitəni, 

yəni musiqiyi, rəqsi və təbbi ki, şeiri məqbul saymışlar (1, 4).  

Yunus  Әmrə  söylədiklərinin  öz  təxəyyülündən  irəli  gəlmədiyini,  Haqqdan 

gəldiyini bu şəkildə ifadə etmişdir: 

İy sözlərin aslın bilən gəl di bu söz kandan gəlür 

Söz aslını anlamayan sanur bu söz bəndən gəlür (1, 5).  

Təsəvvüf ədəbiyyatının əsas mövzularından biri də ilahi eşqdir. İlahi eşqi bəşəri 

eşqdən ayırmaq üçün ədəbiyyatda bir çox termin, məcazlardan istifadə edilir. Çətin 

qavranılan təsəvvüf düşüncəsini, eşq, həyəcan və təcəllini izah etmək üçün bir sıra 

terminlərə və məcazlara müraciət etmək lazımdır. Türk təsəvvüf ədəbiyyatında çox 

zəngin  təsəvvüf  terminologiyası  da  mövcuddur.  X  əsrdən  etibarən  inkişaf  edən 

təsəvvüf ədəbiyyatının əsas qayəsi Tanrıya qovuşmaq və Ondan ayrılmamaqdır.   



Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə