Baki dövlet universiteti



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə5/179
tarix11.07.2018
ölçüsü4,84 Mb.
#54822
1   2   3   4   5   6   7   8   9   ...   179

Salman Süleymanov 

12 


VII-X  əsrlərdə  Azərbaycandan  çıxmış  şəxsiyyətlər  təkcə  ərəbdilli  poeziyanın 

inkişafında  deyil,  eyni  zamanda,  ərəb  xilafətində  gedən  ictimai-siyasi  proseslərin 

inkişafında  da  yaxından  iştirak  edir,  elmin  müxtəlif  sahələrində  gözəl  əsərlər 

yaradırdılar. Xüsusilə ilahiyyat elmləri  sahəsində Әbu  Әli Bərdəi  (vəfatı 340/951), 

Әbu  Abdullah  Maraği,  Səid  İbn  Qasım  Bərdəi  (vəfatı  360/973),  Yəqub  İbn  Musa 

Әrdəbili (vəfatı 381/991), Әbül Həsən Әli Maraği (vəfatı 416/1025), Әbu Məhəm-

məd Cəfər Әrdəbili, Hüseyn İbn Səfvan Bərdəi (vəfatı 362/972) və. s. gözəl əsərlər 

yaradaraq, Xilafətin mədəni-ictimai həyatında mühim rol oynayırdılar(1, 207).  

Bu  dövrdə  Azərbaycanda  dilçilik  elmi  də  çox  böyük  sürətlə  inkişaf  edirdi. 

Məsələn,  “İbn  un-Nədim  “əl-Fihrist”  (“Məlumat  kitabçası”)  əsərində  yazır  ki, 

Azərbaycanın  Marağa  şəhərində  doğulub  boya-başa  çatmış  Әbu  Bəkr  Məhəmməd 

İbn Әli Maraği ərəb dilinin qrammatikası sahəsində dövrünün tanınmış alimlərindən 

olmuşdur. Onun “Kitab müxtəsər fin-nəhv” (“Qrammatikaya dair yığcam kitab”) və 

“Şərh  dəvahid  Sibəveyhi  və  təfsiruha”  (“Sibəveyhinin  gətirdiyi  dəlillərin  şərhi  və 

təfsiri”) adlı iki əsərinin adı qaynaqlarda göstərilmişdir. Və Bu da artıq IX yüzillikdə 

azərbaycanlı alimlərin ərəb dilçilik elminin mürəkkəb qaydalarını tədqiq etmək üçün 

gərəyincə elmi hazırlığa, tədqiqatçılıq təcrübəsinə yiyələndiklərini göstərir” (1, 207). 

Akademik Vasim Məmmədəliyev ərəb dilçiliyinin inkişafında yaxından iştirak etmiş 

Məhəmməd  İbn  əl-Marağidən  sonra  yazıb-yaratmış  Azərbaycan  dilçilərindən 

danışarkən  daha  bir  sıra  alimin,  “Әbu  Məhəmməd  əl-Vərəndi  (1089-1146),  həm 

musiqişünas, həm də dilçi Səfiəddin əl-Urməvi (1249-1323), Mahmud əl-Arrani (? – 

1333),  Məhəmməd  əl-Bərdəi,  Mahmud  əz-Zəncani  (  ?-1258),  Məhəmməd  bin 

Әhməd  əl-Xuvəyyi  (1229-1294),  İbrahim  əş-Şəkəvi  əl-Әrəşi,  Hübeyş  ət-Tiflisi, 

Sədəddin  Sədullah  əl-Bərdəi,  Cəmaləddin  Məhəmməd  əl-Әrdəbili  (?  –  1348), 

Məhəmməd  İbn  Zeyd  əl-Bərdəi,  Әbu  Bəkr  əl-Maraği  və  başqalarının  da  adlarını 

çəkir” ( 8, 244).  

Təbii  ki,  bu  dilçilərlə  yanaşı  XI  əsrdə  Azərbaycandan  çıxmış  ən  görkəmli 

filoloqlardan  biri  də  məşhur  Nizamiyyə  mədrəsəsinin  müəllimlərindən  biri,  böyük 

Azərbaycan alimi Xətib Təbrizi (1030-1109) olmuşdur. “Orta əsr ərəb alimlərindən 

Yaqut Ruminin “ədəbiyyat, qrammatika və leksikoqrafiya elmlərinin başçısı” hesab 

etdiyi,  Bağdad  qrammatika  məktəbinin  tanınmış  nümayəndələrindən  Әbul-Bəqa  əl-

Ukbərinin  “Bütün ədiblərin  imamı” adlandırdığı Xətib  Təbrizi Bağdaddakı  məşhur 

Nizamiyyə  mədrəsəsinin  açıldığı  ilk  gündən  oraya  dəvət  olunmuş,  mədrəsədə 

filologiya  elmlərinə  tədris  işinin  rəhbərliyi  və  zəngin  kitabxananın  müdirliyi  məhz 

ona həvalə edilmişdir.  



Ərəb-Türk-Azərbaycan ədəbi əlaqələr tarixinin ilk dövlərinə qısa bir nəzər 

13 


Xətib  Təbrizi  ərəblərin  islamiyyətdən  əvvəlki  on  məşhur  şairinin  qəsidələrini 

şərh etdiyi əsərində dilçilik məsələlərinə xüsusi diqqət yetirmiş, klassik ərəb dilinin 

leksik-qrammatik xüsusiyyətlərindən ətraflı bəhs etmişdir.  

Xətib Təbrizi məşhur ərəb leksikoloqu İbn Sikkitin “İslahul-mantiq”, “Kitabul-

əlfaz” əsərlərinə, həmçinin ərəb leksikoqrafiyası tarixində qafiyə məktəbinin banisi 

olan İsmail əl-Cövhərinin “əs-Sihah” lüğətinə düzəlişlər yazmışdır. Әrəb dilçiliyində 

çox  böyük  nüfuz  sahibi  olan  bu  məşhur  alimlərin  əsərlərinə  düzəlişlər  etmək 

şübhəsiz ki, Xətib Təbrizinin dilçilik sahəsində zəngin bilik və yüksək nüfuz sahibi 

olduğunu təsdiq edir... Bağdad məktəbinin nümayəndəsi hesab edilən Xətib Təbrizi 

eyni zamanda, sırf dilçilik əsərlərinin də müəllifidir. Onun “Lumətun fin nəhv”, “əl-

Mədxəlu fin nəhv” və “İrabul-Quran” əsərləri orta əsrlərdə əldən-ələ gəzmiş, bir çox 

görkəmli ərəb qrammatikləri tərəfindən yüksək qiymətləndirilmişdir.  

Xətib  Təbrizinin  “Axırdan  oxunduqda  əvvəldən  oxunan  kimi  səslənən  sözlər” 

haqqındakı  kitabı  onun  linqvistik  maraq  dairəsinin  nə  qədər  geniş  olmasına  əyani 

sübutdur.  Әrəb  dilçiliyi  tarixində  bu  mövzuda  ilk  əsər  yazmış  Azərbaycan  alimi 

yuxarıdakı traktatında özünün etimologiya sahəsində zəngin bilik və təcrübə sahibi 

olduğunu  nümayiş  etdirmiş,  həmin  sözlərə  dair  klassik  poeziyadan  küllü  miqdarda 

misal vermişdir” (8, 244-245).  

Təbii ki, bura qədər deyilənlər yazılı ərəb dili və onun elmi dil qolu haqqında 

olan mülahizələrdən ibarət idi. Amma sözsüz ki, xilafət ərazisində şifahi ərəb dili də 

yayılır  və  bu  dil  xilafət  ərazisində  yaşayan  xalqların  şifahi  ünsiyyət  vasitəsinə  də 

çevrilirdi.  Görkəmli  ərəbşünas  A.  B.  Xalidov  şifahi  ərəb  dilinin  xilafət  ərazisində 

yayılması  problemlərindən  danışarkən  yazır  ki,    ərəb  fütuhatı  Pireneydən  tutmuş 

Hindistana  qədər  böyük  bir  dövlətin  yaranması  ilə  nəticələndi.  İşğal  olunmuş  əra-

zilərə ərəblər öz yazılı və şifahi dillərini və dinlərini gətirdilər. Amma bu o demək 

deyildir ki, islamın və ərəb dilinin yayılması ərəb orduları kimi sürətlə hərəkət etmiş 

və  xilafətin  əhalisi  avtomatik  olaraq,  eyni  bir  kütləyə  və  dil  birliyinə  çevrilmişdir. 

Fəth olunmuş ölkələrdə ərəb dilinin təsdiq olunması kifayət qədər uzun sürmüş  və 

müxtəlif  ölkələrdə  müxtəlif  sürətlə  gedərək,  heç  də  hər  yerdə  eyni  nəticəni 

verməmişdir. Әrəb dilinin ilk adaları fatehlərin hərbi hissələrindən ibarət olmuşdur. 

Bu  qarnizon,  hərəkətdə  olan  hərbi  düşərgələrdə  ilk  növbədə  hərbiçilərin  ailələri 

yaşamış, daha sonra bu ərazilər ərəblərin kompakt yaşadıqları ərazilərə çevrilmişdir. 

Doğrudur, bu ərazilərdə ərəblər yerli əhaliyə nisbətən az faiz təşkil etsələr də, amma 

onların  hərbi,  mənəvi  üstünlüyü,  özlərinə  inamı,  təşkilatçılıq  qabiliyyətləri  bu 

ərazilərdə  ərəb  dilinin  qəti  qələbəsinə  şərait  yaratmışdır.  Әrəblərə  işğal  etdiyi 



Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə