Baki dövlet universiteti



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə4/179
tarix11.07.2018
ölçüsü4,84 Mb.
#54822
1   2   3   4   5   6   7   8   9   ...   179

Salman Süleymanov 

10 


Әrəbmehdibəy,  Әrəbşahverdi;  Salyan  –  Әrəbbəbirxan,  Әrəbqardaşxan;  Lənkəran  – 

Әrəb; Ağdaş – Әrəb, Әrəbkukel, Әrəbbəsrə, Әrəbocaq, Әrəbşəkil, Әrəbşeyx; Laçın 

– Әrəb, Әrəbli; Gədəbəy – Әrəbli və bir çox başqaları” (2, 167-168).  

Beləliklə,  ərəblərin  Azərbaycanı  işğal  etməsi  və  Azərbaycan  torpaqlarında  

məskunlaşması  Azərbaycanda  da  ərəb  mədəniyyətinin,  ərəb  dininin  yayılmasına 

səbəb  olur.  Azərbaycanda  yerləşdirilən  ərəb  tayfalarının  münasibətləri  hətta  o 

səviyyəyə  çatır  ki,  onlar  Quranın  tərtib  edilməsində  belə  həlledici  rol  oynayırlar. 

Akademik  V.  Məmmədəliyev  bu  tarixi  hadisədən  danışarkən  yazır:  “Məşhur 

sərkərdə  Hüzeyfə  bin  əl-Yaman  hicrətin  35-ci  ilində  Suriya  və  İraqlı  əsgərlərdən 

ibarət  ordunun  başında  Azərbaycanda  döyüşən  zaman  şamlılar  Übeyy  ibn  Kəbin, 

kufəlilər  Abdullah  bin  Məsudun,  bəsrəlilər  isə  Әbu  Musa  əl-Әşərinin  tərtib  etdiyi 

Quranı  oxuyur,  hərə  öz  nüsxəsinin,  öz  qiraətinin  düzgün  olduğunu  iddia  edirdi. 

Hüzeyfə  Mədinəyə  qayıtdıqdan  sonra  Azərbaycanda  baş  vermiş  hadisəni  Osmana 

danışıb,  bu  sahədə  təcili  bir  iş  görməyin  vacib  olduğunu  ona  demişdi”  (9,  YIII). 

Qeyd edək ki, Azərbaycanda baş vermiş bu hadisə məhz Quranın vahid nüsxəsinin 

tərtib olunmasında əsas səbəblərdən birinə çevrilmişdi.  

Beləliklə, bütün xilafət ərazisində olduğu kimi, Azərbaycanda da ərəb mədəniy-

yəti, islam dini, müqəddəs Qurani-Kərim, ərəb dili yayılır və Azərbaycandan çıxmış 

görkəmli  şəxsiyyətlər  də  bu  mədəniyyətin  inkişafında  yaxından  iştirak  edirdilər.  “ 

Azərbaycan  elm  və  mədəniyyətinin  ərəblərlə  tanışlıq  və  yaxınlıq  tarixi  VII 

yüzillikdən  qabaqlara  gedib  çıxır.  Xilafət  dövründə  isə  bu  mədəni  əlaqələr  daha 

intensiv, qırılmaz şəkillər alır. Və burada ilk növbədə dil amili ön plana çəkilməlidir. 

VII-X  əsrlərdə  Azərbaycanda  ərəb  dilinə  ehtiyac  getdikcə  artıb  çoxalır.  İlk  öncə 

dinlə,  ticarətlə,  dini  elmlərlə  bağlı  bu  dili  öyrənmək  vacib  idi.  İslam  dini  hakim 

etiqada  çevrildikcə,  müddəalarının,  ehkam  və  ayinlərinin  hamı  tərəfindən  icrasını 

məcbur etdiyi kimi, mahiyyətinin, qanunlar silsiləsinin, əxlaqi prinsiplərinin, hüququ 

əsaslarının dərindən öyrənilməsini də zəruri edirdi. Azərbaycan alim və ədibləri ərəb 

dilində  yazıb-yaratmağa  başladılar.  Bu,  təsadüfi  olmayıb,  tarixi  şəraitin  sözsüz 

tələbinin  ifadəsi  kimi  meydana  çıxmışdır”  (1,  206  ).  Bu  mənada,  hələ  VIII-IX 

əsrlərdə Azərbaycan şairləri ərəb dilində gözəl şeirlər yazır, ərəb ədəbiyyatında, ərəb 

poeziyasında mənşəcə ərəb olan şairlərdən heç də geri qalmırdılar. Maraqlıdır ki, IX 

əsrin müəllifi İbn Qüteybə Dinəvəri özündən əvvəl mövcud olan mötəbər mənbələrə 

söykənərək “Mədinədəki bütün məvali şairlər azərbaycanlılardır” fikrini söyləyir (1, 

204).  Sonra  o,  azərbaycanlı  şairlərdən  İsmayıl  İbn  Yasarın,  onun  qardaşının,  Musa 

Şəhəvvatın  və  Әbül  Abbasın  adlarını  çəkir  (1,  204).  Qeyd  edək  ki,  “azərbaycanlı 




Ərəb-Türk-Azərbaycan ədəbi əlaqələr tarixinin ilk dövlərinə qısa bir nəzər 

11 


məvali  şairlər  içərisində  İsmayıl  İbn  Yasar  ən  görkəmlisi  olmuş,  onun  poeziyası 

təkcə  bədii  yetkinliyi,  məzmun  dərinliyi  baxımından  deyil,  siyasi  mündəricəsinə, 

döyüşkənliyinə,  vətəndaşlıq  duyğularının  coşqun  tərənnümünə  görə  də  maraq 

doğurmuşdur. İsmayıl İbn Yəsarın həyatı barədə məlumatlar, şeirlərindən nümunələr 

Әbül  Fərəc  əl-İsfahaninin  “əl-Әğani”  və  Әbu  Ubeydullah  Mərzubaninin  “Mucəm 

uş-şüəra”  kitablarında  verilmişdir.  Bu  filoloqların  hər  ikisi  X  əsrdə  yaşamış,  şair 

haqqında  öz  məlumatlarını  isə  VIII-IX  yüzilliyin  müəlliflərindən  götürmüşlər”  (1, 

210).  İsmayıl  İbn  Yəsardan  danışarkən  “İsfahani  yazır:  “İsmayıl  Әcəm 

təəssübkeşliyi  və  Әcəmlərlə  fəxr  etmək  azarına  tutulmuşdu.  Buna  görə  də  daim 

söyülmüş, döyülmüş və təhqir olunmuşdur” (1, 211).  

Azərbaycandan  uzaqda  yaşayıb-yaradan  məvali  şairlərdən  biri  də  Musa 

Şəhəvatdır.  Tarixi  mənbələrin  verdiyi  məlumatlara  görə  Musa  Şəhavat  qürbətdəki 

həmvətənlərinə nisbətən doğma yurdu ilə daha sıx əlaqə saxlamış, Mədinədə yaşasa 

da,  tez-tez  doğma  yurdu,  Azərbaycana  səfər  etmişdir  (1,  216).  Әbülfərəc  İsfahani 

Musa  Şəhavatdan  danışarkən  yazır:  “Musa  Azərbaycan  əhlindən  olub  Mədinədə 

boya-başa  çatmışdır.  Ona  öz  vətənindən  tez-tez  qənd  və  şirniyyat  göndərirdilər. 

Musanın  elindən  olan  bir  qadın  ona  demişdir:  “Musa  bizə  daim  şirniyyat  gətirir”. 

“Şirniyyat” – Şəhabat ləqəbi də buradan doğmuşdur”. Әbdülqadir Bağdadi bu fikri 

bir  az  da  dəqiqləşdirir:  “Musa  Azərbaycandan  Mədinəyə  qənd  və  şirniyyat  gətirib 

satardı”.  Xatırladaq ki, Azərbaycan o dövrdə xilafətin ticarət həyatında çox böyük 

rol  oynayırdı.  Musa  Şəhavatın  vətəni  ilə  Mədinə  arasında  ticarət  etməsi  və 

“Şəhavat” ləqəbinin bununla bağlı olması gerçəkliyə uyğun görünür” (1, 217). Orta 

əsr  müəlliflərindən  Әbdül  Fərəc  İsfahani  və  Yaqut  Həməvi  Musa  Şəhavatdan 

danışarkən  yazırlar:  “Әməvi  xəlifələri  ona  rəğbət  bəsləyir,  bəxşişlər  verirdilər”. 

“Musa Әməvilərin şöhrətli şairlərindən sayılırdı... ” (1, 218)  

Azərbaycan  məvali  şairləri  arasında  özünün  fərdi  cəhətləri,  yaradıcılığı  ilə 

tanınan  şairlərdən  biri  də  Әbül  Abbas  əl-Әma  olmuşdur.  Mənbələrin  verdiyi 

məlumata görə onun şeirlərində ərəb poetik ənənələrinin təsiri aydın duyulmaqdadır. 

Әbül  Fərəc  İsfahani  onun  haqqında  yazır:  “Әbül  Abbas  əl-Әma  Üməyyə 

oğlanlarının  tanınmış,  irəlidə  gedən  şairlərindən  idi.  Onlara  rəğbəti,  təəssübkeşliyi 

və sədaqəti ilə fərqlənirdi” (1, 222).  

Qeyd edək ki, mənbələr qeyd olunan dövrdə ərəb dilində yazıb-yaradan daha bir 

sıra  şairlərin  adlarını  çəkirlər  ki,  onların  da  sırasında  Әbu  Bəkr  Məhəmməd  İbn 

Yəhya İbn Hilal Bərdəi, Әbül Həsən Әli Maraği, Әdib Әbuəli, Muğləsi Marağayi və 

Bərəkəveyh Zəncaninin və başqalarını qeyd etmək olar.  




Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə