Baki dövlet universiteti



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə6/179
tarix11.07.2018
ölçüsü4,84 Mb.
#54822
1   2   3   4   5   6   7   8   9   ...   179

Salman Süleymanov 

14 


ölkələrdə yerli əhalinin sosial, siyasi, dil xüsusiyyətlərinə uyğunlaşmalarına ehtiyac 

qalmamışdır. Onların düşərgələri, qarnizonları və  məskunlaşmaları  istər dil, istərsə 

də  məskunlaşma  baxımından  xüsusi  olmuşdur.  Onların  gündəlik  və  rəsmi  dilləri, 

idarəetmələri, məhkəmələri, dini ayinləri yerinə yetirmə dilləri, mərkəzlə, paytaxtla 

yazışmaları  ancaq  və  ancaq  ərəb  dilində  olmuşdur.  Xilafətin  mərkəzindən  daima 

yeni hərbi qüvvələrlə bərabər, dil yenilikləri də bu qarnizonlara daxil olmuşdur.  

Yerli  əhali,  ən  azından  onun  fatehlərlə  müxtəlif  əlaqələr  quran  hissəsi,  eyni 

zamanda,  onlarla  dil  əlaqəsi  qurmağa  da  məcbur  idi.  Bu  ilk  növbədə  əsirlərə  aid 

olmuşdur.    Onlar  ərəblərin  hərbi  düşərgələrində  yaşayır  və  ya  xilafətin  mərkəzinə 

göndərilirdilər.  Eyni  zamanda,  ərəblərlə  müxtəlif  danışıqlar  aparan  və  onların 

ordularına daxil olaraq, ərəblərlə birlikdə döyüşən və onlarla ticarət edənlər də ərəb 

dilini  öyrənirdilər.  Eyni  zamanda,  yerli  əhalinin  islamı  qəbul  edən  hissəsi  də  ərəb 

dilini öyrənməyə məcbur idi .  

Bununla bərabər, demək olmaz ki, ərəb dili zorla, repressiv qaydalar əsasında,  

yuxarının  göstərişi  ilə  dil  siyasəti  nəticəsində  yayılırdı.  Sadəcə  olaraq,  ərəb  dilinin 

yayılması  yaranmış  sosial-siyasi  vəziyyətdən  asılı  olaraq,  olduqca  rahat  şəkildə 

intişar tapırdı. Әrəb dilinin islam dili, din dili olması, fatehlərin yeni üsul-idarələri 

ərəb dilinin yayılmasına olduqca yaxından kömək edirdi. Eyni zamanda, ərəb dilini 

mənimsəmək,  bilmək  hər  bir  şəxsi  yeni  cəmiyyətin  üzvünə  çevirirdi  ki,  bu  da 

bütövlükdə ərəb dilinin yayılmasına olduqca böyük təsir göstərirdi (11, 48-52).  

Әrəb  dilinin  xilafət  ərazisinə  yayılması  bir  sıra  canlı  və  ədəbi  dillərin 

sıxışdırılmasına  gətirib  çıxartdı.  Məsələn,  tədqiqatçılar  ərəb  dilinin  sıxışdırıb 

çıxartdığı dillər sırasına Ön Asiyada arami dilini, Şimali Afrikada isə qibti və bərbər 

dillərini aid edirlər (3, 175).  Nəticədə Yaxın Şərq, Şimali Afrika, Cənubi Avropanın 

bir  hissəsi,  İran,  Zaqafqaziya,  Orta  Asiyanın  dil  xəritəsində  müəyyən  dəyişikliklər 

əmələ  gəldi.  Beləliklə,  demək  olar  ki,  iki  əsr  ərzində  mərkəzi  xilafət  dövləti  var 

olduqca  bu  regionun  linqvistik,  dil  vəziyyəti  yenidən  təşkil  olunaraq,  ərəb  dili  bu 

regionda alternativsiz dilə çevrildi.  

Lakin bu sosial-tarixi proseslər eyni zamanda, ərəb dilində də öz əksini tapmaya 

bilməzdi.  Nəhayət,  onun  bölgələrdə  əhatə  olunduğu  canlı  dillərlə  qaynayıb-

qarışması  da  nəticə  verdi.  İlk  növbədə,  ərəb  ordusunun  özündə  müxtəlif  qəbilələrə 

mənsub  olan  tayfa  dillərinin  bir-birinə  qaynayıb-qarışması  nəticəsində  ərəb  dilində 

müxtəlif  xüsusiyyətlər  meydana  çıxmağa  başladı.  Daha  sonra  ərəb  dilini  öyrənən 

yerli  xalqların  dilində  də  ərəb  dili  müxtəlif  xarakter  alır,  ərəb  dilində  danışmağı 

öyrənən insanlar öz dillərinin xüsusiyyətlərini də ərəb dilinə qatırdılar. Belə ki, İran, 



Ərəb-Türk-Azərbaycan ədəbi əlaqələr tarixinin ilk dövlərinə qısa bir nəzər 

15 


Orta Asiya və Әfqanıstanda yaşayan insanların ərəb dilinin q-k, x-h, s (sin), s (se) və 

s  (sad)  kimi  hərflərini  fərqləndirməmələri,  adlıq  halla,  yiyəlik  halı  qarışdırmaları, 

mübtəda ilə xəbəri uzlaşdıra bilməmələri, ərəb dilinə çox sayda yerli dillərdən leksik 

tərkiblər artırmaları, hətta, bəzən ərəblərin özlərinin də yerli dillərin təsirinə məruz 

qalaraq, şifahi ərəb dilində danışarkən çox sayda qüsurlara yol vermələri ərəb dilinin 

fonetik,    sintaktik  və  morfoloji  normalarının  dəyişilməsinə  qədər  gətirib  çıxardı.  

Belə  ki,    nəticə  etibarilə  bu  dəyişikliklər  sözlərin  sonunda  fleksiyanın  itməsinə, 

sözün  sonundan  qısa  saitlərin  düşməsinə  və  sonda  yeni  fonemlərin  yaranmasına, 

sözdə vurğunun rolunun artmasına, bəzi samitlərin öz ənənəvi rollarını itirməsinə və 

bütövlükdə  ərəb  dilinin flektiv quruluşdan  analitik quruluşa keçməsinə  qədər gəldi 

(11,  48-52).  Lakin  bütün  bunlara  baxmayaraq,  ərəb  dili  bütün  xilafət  ərazisində 

yayılır  və  öz  tarixi  missiyasını  yerinə  yetirirdi.  Әrəb  dilinin  xilafət  ərazisində 

yayıldığı məkanlardan biri isə türk dünyası, o cümlədən Azərbaycan idi.  

Beləliklə,  bütün  xilafətin  ərazisində  olduğu  kimi  Azərbaycanda  da  Azərbay-

candan çıxmış ziyalılar ərəb mədəniyyətinin, elminin inkişafında yaxından iştirak edir, 

bu  mədəniyyətin  ayrı-ayrı  sahələri  haqqında  gözəl  əsərlər  yazdıqları  kimi,  eyni 

zamanda, ərəb dilinin özünə də mükəmməl şəkildə - bu dildə gözəl əsərlər yaratmaq 

imkanına  malik  şəkildə  yiyələnirdilər.  Lakin  bu  proses  ərəb  dilinin  Azərbaycanda 

yayılmasının  üst tərəfi, daha doğrusu görünən tərəfi idi. Әrəb dili,  ərəb  mədəniyyəti 

Azərbaycanda geniş xalq kütlələri arasında da yayılır və bu və ya digər mənada Azər-

baycanda türkdilli mədəniyyətin, türkdilli ədəbiyyatın inkişafına və nəhayət, Azərbay-

can dilinin inkişafına və zənginləşməsinə də öz təsirini göstərirdi. Təbii ki, biz bu fikri 

söyləyərkən,  ilk  növbədə,  Azərbaycan  xalqının,  Azərbaycan  oğuzlarının  ən  qədim 

şifahi  xalq  ədəbiyyatı  abidəsi  olan,  Azərbaycan  oğuzlarının,  Azərbaycan  türklərinin 

milli-mənəvi  dəyərlərini  əks  etdirən,  ulu  əcdadlarımız  tərəfindən  şübhəsiz  ki,  ilk 

növbədə  şifahi  şəkildə  yaranan  “Kitabi  -Dədə  Qorqud”  dastanlarını  nəzərdə  tuturuq. 

Maraqlıdır  ki,  təkcə  Azərbaycan  oğuzlarının  deyil,  bütövlükdə  türk  xalqlarının  ən 

qədim  abidələrindən  biri  olan  “Kitabi-Dədə  Qorqud”  dastanlarında  biz  hələ  ilk  dəfə 

islam  dininin,  ərəb  mədəniyyətinin,  ərəb  dilinin  ən  böyük  abidəsi  olan  müqəddəs 

Qurani-Kərimin  ayələrinin  tərcüməsi  ilə  rastlaşırıq.  Bu  tərcümənin  özü  ərəb-

Azərbaycan,  ərəb-oğuz  münasibətlərinin  hələ  ən  qədim  zamanlara  gedib  çıxdığını 

göstərir. Tədqiqatlardan məlum olur ki, bu əlaqələrin tarixi bəlkə də Xətib Təbrizilər-

dən, Marağilərdən, hətta VII-VIII əsrlərdə ərəb dilində yazıb-yaratmış Musa Şəhvat, 

İsmail İbn Yəssar, Әbul Abbas əl-Әma kimi şairlərin tarixindən də qədimdir. Belə ki, 

“Dədə-Qorqud”  dastanlarının  müqəddiməsinin  birinci  cümləsi  olan  “Rəsul  əleyhüs-



Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə