Baki dövlet universiteti



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə3/179
tarix11.07.2018
ölçüsü4,84 Mb.
#54822
1   2   3   4   5   6   7   8   9   ...   179

Salman Süleymanov 

orduları  Çaç,  Fərqanə  və  Kaşğara  qədər  irəliləyir.  Beləliklə,  artıq  715-ci  ilə  qədər 



xilafət ərazilərinə qatılan bu torpaqlarda artıq Әrəb xilafəti bütün öz dövlətçilik üsul-

idarəsilə kök salmağa başlayır. Təbii ki, bu dövlətçiliyin tərkibinə mədəniyyət, elm, 

təhsil  də  daxil  idi  və  xilafət  siyasətinin  bir  qolu  kimi  inkişaf  edirdi.  Lakin  tarixi 

mənbələr ərəblərin xilafətin başqa yerlərində olduğu kimi, bu ərazilərə də Әrəbistan 

yarımadasından  ərəblərin  köçürüldüyünü  qeyd  etməkdədirlər.  Beləliklə,  bu 

ərazilərdə  də  ərəb  mədəniyyəti,  müqəddəs  Qurani-Kərim  yayılır,  mədrəsələr, 

məscidlər tikilir, ərəb dünyasından gətirilən kitablar əl-əl gəzir və ərəb mədəniyyəti, 

ərəbdilli  mədəniyyət,  müsəlman  mədəniyyəti  bütün  genişliyi  ilə  inkişaf  edirdi.  Bu 

mənada,  təbiidir  ki,  bu  mədəniyyətin  yayılması  və  inkişafı  nəticəsində  sonralar  bu 

xalqlar  arasından  əl-Farabi,  əl-Biruni,  İbn  Sina,  əl-Xarəzmi  və  s.  kimi  görkəmli 

şəxsiyyətlər  çıxmış  və  nəinki  ərəb  mədəniyyətinə,  Şərq  mədəniyyətinə, 

ümumiyyətlə,  dünya  mədəniyyətinə  əvəzsiz  xidmətlər  göstərmişlər.  Maraqlıdır  ki, 

bu  dahi  şəxsiyyətlərin  böyük  əksəriyyəti  türkdilli  xalqlara  mənsub  olmuşdur.  Bu 

mənada,  bir  qədər  sonra,  XI  əsrdə  yaşayıb-yaratmış,  böyük  türkoloq  Mahmud 

Kaşğarini  də  xüsusi  qeyd  etmək  lazımdır.  Belə  ki,  tarixi  mənbələrin  verdiyi 

məlumata  görə  Mahmud  Kaşğari  XI  yüzilliyin  əvvəllərində  Әrəb  xilafətinin  ən 

ucqar nöqtələrindən biri olan, Çinlə sərhəddə yerləşən Kaşğarda doğulub, böyüyüb 

boya-başa  çatmış,  ilk  təhsilini  burda  almış,  ərəb  dilinə  burda  yiyələnmiş,  eyni 

zamanda, ərəb mədəniyyətinin ilk xüsusiyyətləri ilə burda tanış olmuşdur. Mahmud 

Kaşğarinin  ərəb  dilini,  ərəb  dilçilik  tarixini,  ərəb  mədəniyyətini  mükəmməl 

bilməsinin nəticəsi idi ki, öz əsərlərini ərəb dilində, ərəb dilçi alimlərinin üslubunda 

yazmış,  xüsusilə,  bizə  gəlib  çatan,  türkoloji  elmin  başında  duran  “Divanü  lüğat-it-

türk”  əsərini  dahi  ərəb  alimi  Xəlil  İbn  Әhmədin  “Kitabul-ayn”  əsərinə  oxşadaraq 

qələmə  almışdır.  O,  özü  bu  barədə  kitabının  girişində  belə  yazır:  “Türk  və  ərəb 

dillərinin  atbaşı  bərabər  yürüdükləri  bilinsin  deyə  Xəlilin  “Kitab  ül-əyn”də  elədiyi 

kimi,  mən  də işlək  sözlərlə arxaik kəlmələri bu kitabda birlikdə vermək niyyətində 

idim...  Xəlilin  tutduğu  yolun  türk  dili  üçün  dəxi  məqbul  olduğunu  göstərə  bilmək 

məqsədilə  aşağıda  işlədilən  və  işlədilməyən  misalları  yazdım”  (5,  57).  Doğrudur, 

tədqiqatçılar sonralar Mahmud Kaşğarinin Bağdada getdiyini, orada yaşadığını və öz 

kitabını xəlifəyə təqdim etdiyini qeyd etsələr də, hər halda bu faktın özü xilafətin ən 

ucqar  nöqtələrində  belə,  ərəb  dilinin  yayıldığını  və  ərəb  dilində  yazılmış  elmi 

əsərlərin  belə  ucqarlara  gedib  çıxaraq,  ərəbdilli  mədəniyyətin  inkişafına  xidmət 

etdiyini  göstərməkdədir.  Təbii  ki,  ərəb  mədəniyyətinin,  ərəb  dilinin  ucqarlarda  və 

xüsusilə  türkdilli  xalqlar  arasında  yayılmasını  göstərən  daha  bir  sıra  amilləri  misal 




Ərəb-Türk-Azərbaycan ədəbi əlaqələr tarixinin ilk dövlərinə qısa bir nəzər 

gətirmək olar. Belə ki, türkdilli xalqlar ədəbiyyatında əruz vəznində yazılmış Yusif 



Xas  Hacib  Balasaqunlunun  “Qutatgu  bilik”  əsəri  də  bilavasitə  ərəb,  islam 

mədəniyyətinin  təsirinin  nəticəsi  idi.  Belə  ki,  mənşə  etibarilə  ərəb  vəzni  olan  əruz 

vəznində  yazıb-yaratmaq  əslində  o  qədər  də  asan  məsələ  deyildi  və  müəllifdən 

yüksək  bilik  və  Şərq  poeziyasına,  ərəb  ədəbiyyatına  dərindən  bələd  olmağı  tələb 

edirdi.  Bu  mənada,  XI  əsrdə  bu  poemanın  yaranması  da  ərəb  mədəniyyətinin, 

xilafətin  ən  ucqar  nöqtələrində  yayılmasının  bariz  göstəricisidir.  Lakin  bu  faktları 

qeyd  edərkən,  bir  məsələni  də  söyləmək  lazımdır.  Belə  ki,  ərəb  dilinin,  ərəb 

mədəniyyətinin  Orta  Asiya  xalqlarının,  xüsusilə  türkdilli  xalqlar  arasında 

yayılmasının  əsas  səbəbı,  əsas  mənbəyi  bu  zaman  ərzində  Orta  Asiyada  mövcud 

olmuş  Qaraxanilər dövləti (840-1212) idi. Qaraxanilər dövləti isə Orta Asiyada ilk 

türk islam dövləti kimi məşhurdur.   

Qeyd  etdiyimiz  kimi,  ərəblər  hələ  Türküstana,  Orta  Asiyaya,  Kaşğara  gedib 

çıxmazdan əvvəl xilafətin mərkəzinin qonşuluğunda, Azərbaycanda türk xalqları ilə 

qarşılaşmış, onlarla siyasi, iqtisadi, mədəni, elmi əlaqələr qurmuşlar. Rəvayətə görə, 

Әməvi xəlifəsi Müaviyə bir dəfə, qədim tarixə bələd olan yəmənli Abid ibn Şariyəyə 

belə  sual  verir:  “Türklər  və  Azərbaycan  nə  deməkdir?”  Abid  cavab  verir: 

“Azərbaycan – qədimdən türklərin yaşadığı ölkədir” (2, 174).  

Әrəb qoşunlarının Azərbaycana ilk yürüşü 639-cu ilə təsadüf edir. 654-cü ildə 

isə  Salman  İbn  Rabiənin  komandanlığı  ilə  Azərbaycana  göndərilən  ərəb  ordusu 

xalqın müqavimətini qıraraq Təbriz, Naxçıvan, Beyləqan və Bərdəni işğal edir. VIII 

əsrin 30-cu illərində Mərvan İbn Məhəmmədin başçılığı ilə bu ölkəyə təqribən 150 

minlik  ərəb  ordusu  göndərilir  və  Azərbaycan  ərazisində  ərəb  tayfaları 

yerləşdirilməyə başlayır. Akademik Ziya Bünyadov bu prosesdən danışarkən yazır: 

“Tez  bir  zamanda  istər  Azərbaycanda,  istərsə  Arranda  məskən  salanların  demək 

olar, hamısı həm şimaldakı, həm də cənubdakı ərəb tayfaları idi... Vaxtilə ərəblərin 

məskən  saldıqları  yaşayış  məntəqələrinin  adında  indiyədək  “ərəb”  sözü  qalmışdır.  

Həmin  kəndlərin  əhalisi  indi  də  özünü  “ərəb”  adlandırır  və  bunlar  antropoloji 

cəhətdən başqalarından aydın fərqlənirlər... Həmin kəndlərdə yaşayanların dediyinə 

görə,  keçən  əsrin  ortalarınadək  onların bir hissəsi korlanmış ərəb  dilində  danışırdı. 

Bu  kəndlər  xilafətin  məhz  şimal  sərhədləri  boyunca,  əsas  orta  əsr  ticarət  yolları 

üzərində  yerləşirdi.  Şərqdən  qərbə  doğru  həmin  kəndlər  Azərbaycan  SSR-in 

aşağıdakı  rayonlarındadır:  Quba  -  Әrəbli,  Әrəbkeymuraz,  Әrəbdəhnə,  Әrəbhacı; 

Şamaxı  –  Әrəblər,  Әrəbuşağı,  Әrəbqədim,  Әrəbşamlı,  Әrəbşahverdi;  Kürdəmir  – 

Әrəbqiyaslı,  Әrəbçəltikçi,  Әrəbsarvan;  Göyçay  –  Әrəbcəbirli,  Әrəbxana, 




Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə