Məhəmməd Peyğəmbərin (s) təhsil metodları
345
Rəsulallahın (s) diqqəti cəlb etmək üçün verdiyi suallar təsadüfi
seçilmirdi. Bunlar həmsöhbəti xəbərdar edən, zehni mövzuya hazırlayan,
yönləndirən suallar idi. Mühüm mövzuları öyrətmək istədikdə sualı üç dəfə
təkrar edər, hər sual arasında bir qədər gözləyər, onlarda öyrənmək marağını
bir da alovlandırar, diqqətləri bir nöqtəyə toplayardı.
15
Nəticə olaraq demək olar ki, Rəsulallahın (s) bu metodu yunan alimi
Sokratın metoduna bənzər kimi xarakterizə edilə bilər. Amma Məhəmməd
Peyğəmbərin (s) bu metodu daha ciddi, daha cəlbedici və pedaqoji yöndən
də daha praktikdir. Çünki, O, öncə maraq yaradır, diqqət çəkərək öyrənmə
arzusunu yaradır, öyrənmə marağı içində qıvrınanlara cavabı verərək
mövzunu aydınladır.
16
3) Təkrar Metodu
Həzrəti Peyğəmbərin (s) öyrətmək metodlarından biri də hərəkəti təkrar
etdirmə üsuludur.
O, minbərə çıxıb, orada namaz qılıb, səhabələr də onun hərəkətlərini
təkrar edərək və ona uyğun olaraq namaz qılıblar. Sonra O, : “mən bunu
mənə uymanız və namazı mənim qıldığım formada öyrənməyiniz üçün
etdim”, buyurmuşdur.
Bu mövzuda Əbu Hureyrədən rəvayət edilən bir hədisin məzmunu
belədir: “Məscidə bir nəfər girdi. Rəsulallah (s) da məscidin bir küncündə
oturmuşdu. Həmin şəxs namazını qıldı və Onun yanına gedərək salam verdi.
Həzrəti Peyğəmbər (s) onun salamını aldı və dedi: “Geri dön və namazını
yenidən qıl, çünki, sən namaz qılmadın”. O şəxs namazını təkrar qılaraq
onun yanına qayıtdı. Həzrəti Məhəmməd (s) ona namazı yenidən qılmağı
əmr etdi. O, üçüncü dəfə namazı qıldıqdan sonra Rəsulallaha (s) dönərək:
“Ey Allahın elçisi, mənə namaz qılmağı öyrət, mən ancaq bu qədərini
bilirəm”, dedi. Peyğəmbərimiz (s) bu sözdən sonra belə buyurdu: “Namaza
başladığın zaman əvvəlcə dəstəmaz al. Sonra qibləyə dön və təkbir gətir.
Sonra Qurandan bildiyin qədəri ilə sənə asan gələni oxu, sonra rükuya əyil,
15
Bayraktar, a.k.ə. 68
16
Bayraktar, a.k.ə. 68
Xəqani ABASOV
346
sonra səcdəyə get, daha sonra səcdədən başını qaldır və otur. Bax, bütün
namazlarını belə qıl”.
17
Rəsulallahın (s) dəstəmaz almağını səhabənin öyrənməsi, Onun gördüyü
nöqsanları düzəltməsi və ya səhabədən birinin digərinin nöqsanını düzəlt-
məsi, hərəkətlə və təkrar etdirməklə öyrətməkdir. Hədis kitablarında buna
dair misallara rast gəlmək mümkündür: Məsələn, xəlifə Osman bir gün su
gətirilməsini istədi və dəstəmaz aldı. Sonra güldü və yanındakı yoldaşlarına:
“Məndən nə üçün güldüyümü niyə soruşmadınız?”, dedi. Gülməyinin səbə-
bini soruşduqda belə cavab verdi: “Mən Rəsulallahın dəstəmaz alarkən
eynilə mənim kimi güldüyünün şahidi olmuşdum və bunun səbəbini soruş-
duqda belə buyurmuşdu: “Qul dəstəmazını alarkən üzünü yuduqda Allah
üzünə isabət edən bütün xətaları əfv edir. Qollarını və ayaqlarını yuduqda da
belədir”.
18
Bu hədisdə ifadə edilən “Rəsulallahın eynilə mənim kimi dəstəmaz aldı-
ğını gördüm” sözündə tabe olmaq yolu və təkrarla öyrənmək üsulu vardır.
Burada öyrədən şəxs üçün, müəllim üçün alınması lazım olan ibrətlər
çoxdur. Müəllim tələbə üçün nümunədir. Müəllim tələbənin önündə qüsur-
suz olmalıdır. Ən azından ona görə ki, öyrənən, başqa sözlə, tələbə
müəllimin hər hərəkətini izləyir və təkrar edir. Çox vaxt ona bənzəməyə
çalışır. Tələbəyə düzgün olanı öyrətmək üçün müəllimdən də biliklə yanaşı,
öyrətmək bacarığı, dürüstlük, və səmimiyyət tələb olunur.
Rəsulallah (s) səhəbələri bilgini praktikada tətbiq etməklə öyrədirdi.
Əvəzində də səhabə ona verilən məlumatı, elmi bilgini Onun hüzurunda
nöqsanlarını aradan qaldırmaq məqsədi ilə səsli olaraq təkrar edərdi. Bu
barədəki rəvayətlərdən birini, məsələn, yatmazdan öncə oxunan duanın
öyrənilməsi barəsində varid olan hədisi qeyd etmək yerinə düşərdi:
Səhabədən Əl-Bəra bin Azib belə rəvayət edib: “Rəsulallah (s) buyurdu
ki: Yatmağa gedəndə namaz dəstəmazı kimi dəstəmaz al, yatağına gir və sağ
yanağı üstə yat, sonra da belə dua et: Ey Allahım, nəfisimi sənə təslim etdim.
Üzümü sənə yönəltdim. İşlərimi sənə həvalə etdim. Ümid və qorxu sənədir.
Səndən başqa bir sığınağım da yoxdur. Göndərdiyin Nəbinə, endirdiyin
17
Buxari , a.k.ə. eyman, 15
18
Əl-Munzir, ət-Təğrir və Tərhib, I, 152-153
Məhəmməd Peyğəmbərin (s) təhsil metodları
347
kitaba iman etdim. Belə dua etdiyin bir gecədə ölsən tərtəmiz Allaha
qovuşarsan”.
Əl-Bəra deyir ki, Rəsulallahın söylədiyini mən Ona təkrar etdim. Amma
“endirdiyin kitaba və Rəsuluna inandım” dedim. Bunu eşidən Rəsulallah (s):
“Olmadı, göndərdiyin Nəbinə de”, buyurdu.
19
Peyğəmbərin həyatından yazan tarix kitablarında bəhs edildiyinə görə,
hər il ramazan ayında Rəsulallah (s) Quranı Cəbrayılla təkrar edirdi. Bu,
Peyğəmbərin (s) həyatda olduğu son ramazanda iki dəfə edilib. Günümüzdə
ramazan ayında məscidlərdə Quranın təkrarlanması məhz Peyğəmbərin
sünnətinin davamıdır.
20
Ümumiyyətlə, elm öyrənmədə təkrarın əhəmiyyəti böyükdür. Bu yerdə
“təkrar biliyin anasıdır” deyimi bu fikri daha da qüvvətləndirir. Tələbənin,
hər-hansı bir elmi öyrənən şəxsin təkrar etməsi, bunu bacarması vacibdir.
Təkrar metodunun tətbiqi nəticəsində diqqət təkrar həmin sahəyə toplanır,
keçmişdə oxunanlar təkrar gözdən keçirilərək və analiz edilərək dolğun
nəticəyə gəlinir.
Təkrar metodu tələbənin öyrəndiyi şeyə əhəmiyyət verməsi baxımından
da önəmlidir. Bu da İslam tərbiyə metodunun diqqət, etina və doğru əda
etmə üzərində qurulduğunu göstərir.
Təkrar metodunun mütəvazilik, işə sevgi ilə yanaşma, tənbəllikdən vaz
keçmək kimi xüsusiyyətləri vardır. Bu barədə maraqlı bir hədis rəvayət edi-
lir. Rəsulallah (s) ruzi qazanmaq üçün səhabəyə dilənçiliklə məşğul olmağın
heç də yaxşı variant olmadığını göstərmək üçün əyani dərs vermişdir.
Səhabə Ənəsdən belə rəvayət edilir: Ənsardan olan bir nəfər Rəsulallahın
(s) yanına gəldi və ondan bir şey istədi. Həzrəti Peyğəmbər (s): “Evində bir
şeyin varmı?” dedi. Həmin şəxs: “Bəli, yerə sərdiyimiz bir həsir və su içmək
üçün qab vardır” dedi. Həzrəti Peyğəmbər (s) : “Onları buraya gətir” buyur-
du. O, evindəki sadalanan şeyləri gətirərək Rəsulallaha (s) verdi. Peyğəmbər
(s) “bunları almaq istəyən varmı?” deyə soruşdu. Yanındakı səhabələrdən
biri onları iki dirhəmə satın aldı. Həzrəti Peyğəmbər (s) iki dirhəmi ona verdi
və dedi: “Bir dirhəmə evə ərzaq al, qalan bir dirhəmə də balta alıb yanıma
gəl”. Həmin şəxs baltanı alaraq Rəsulallahın (s) yanına gəldi. Peyğəmbər (s)
19
Müslüm, , a.k.ə. əz-zikr, 17
20
Bayraktar, , a.k.ə. 71
Dostları ilə paylaş: |