Vəhdəti-vücudla vəhdəti-şühudun fərqi
7
VƏHDƏTİ-VÜCUDLA VƏHDƏTİ-ŞÜHUDUN FƏRQİ
V.M.MƏMMƏDƏLİYEV
1
İslam aləmində vəhdəti-vücud (varlığın birliyi) bir təlim kimi Mühyiddin
İbnül-Ərəbiyə (1165-1240), vəhdəti-şühud (görmənin, müşahidənin birliyi,
bir görmə) isə İmam Rəbbaniyə (1564-1634)
aid edilsə də, onların hər ikisi
bu və ya digər şəkildə özünü onlardan əvvəl yaşamış mütəsəvviflərin
sözlərində, fikirlərində biruzə verməkdədir.
Cüneyd Bağdadidən (v.909) tövhid haqqında soruşduqda o, “Tövhid
qulun Allahın hüzurunda bir qaraltı, bir kölgə kimi olmasıdır” deyə cavab
vermişdi. Cüneyd başqa bir yerdə də tövhidi anladarkən “O, qədimi
mühdəsdən (sonradan olandan, sonradan yaradılandan) ayırmaqdır” demişdi.
Bu sözlərin əsl mənası Allahdan
başqa hər şeyi yox bilmək, yalnız Allahı var
görməkdir. Onun digər bir adı isə “fəna fillah”- Allahda fani olmaq, yox
olmaqdır (1,282).
Mühəmməd bin Vasi (v.744) “Heç bir şey görmədim ki, onda Allahı
görmüş olmayam” demiş, başqa bir sufi isə “Heç bir şey görmədim ki, ondan
öncə Allahı görmüş olmayam” demişdi. Bu sözlərdən Cüneydə aid olanlar
vəhdəti-vücuda, Mühəmməd bin Vasiyə və adı çəkilməyən
həmin sufiyə aid
olanlar isə vəhdəti-vücuda dəlalət edir (1,238).
Vəhdəti-şühud görünüşü formalaşdırıb sistemləşdirən Əbül-Bərəkat
Əhməd bin Əbdüləhəd bin Zeynülabidin əl-Faruqi əs-Sirhindi (Sərhindi)
1564-cü ildə Şərqi Pəncabda yerləşən Sirhind (Sərhind) şəhərində dünyaya
gəlmişdir. Dehli ilə Lahur arasında olan Sirhind (Sərhind) “aslanlar ormanı”
deməkdir. Vaxtı ilə bu şəhərdə çoxlu şir yaşadığı üçün ona bu ad
verilmişdir. Əhməd bin Əbüləhəd Nəqşbəndiyyə təriqəti mənsubları arasında
“İmam Rəbbani” (ilahi biliklərə sahib olan imam, rəhbər) və “mücəddidi-
əlfi-sani” (hicrətin ikinci minilliyinin yenilikcisi) adları ilə məşhurdur. Ömər
bin Xəttabın (r.a) nəslindən olduğu üçün ona Faruqi də deyilir. Atası
1
BDU-nun İlahiyyat fakültəsinin dekanı,
akademik
V.M.MƏMMƏDƏLİYEV
8
Çiştiyyə və Qadiri şeyxi idi. Onun təsəvvüfə, xüsusilə vəhdəti-vücuda dair
bir neçə risaləsi mövcuddur (2,194-195).
İmam Rəbbani ilk təhsilini atasından almış, onun yanında Kələbazibnin
“ət-Təarüf”, Sührəvərdinin “Avarifül-məarif” və Mühyiddin İbnül Ərəbinin
“Füsusul-hikəm” kuitablarını oxuyub öyrənmiş, sonralar dövrünün məşhur
alimlərinin dərslərinə gedib onlardan fiqh, kəlam, hədis və təfsir elmlərini
əxz etmişdir.
Hənəfi məzhəbinə mənsub olan İmam Rəbbani təsəvvüfdə Nəqşbəndiyyə
təriqətinin Mücəddidiyyə şöbəsinin banisidir (3,332).
Doğma şəhərində ilk təhsilini başa vuran İmam Rəbbani
biliyini daha da
artırmaq məqsədi ilə Siyalkut şəhərinə səfər edib orada Kəmaləddin
Kəşmiridən dərs almışdır.
Bir rəvayətə görə, İmam Rəbbani atasının vəfatından sonra həcc niyyəti
ilə Sirhindi tərk edib Məkkəyə yollanmış, səfər əsnasında Dehliyə gedib
orada məşhur Nəqşbəndiyyə şeyxi
Baqi Billahla görüşmüş, onu özünə təriqət
piri qəbul etmişdir. Baqi Billah İmam Rəbbaninin böyük fitri qabiliyyətə
malik olduğunu duyaraq var qüvvəsini özündəki mənəvi feyzi ona
yönəltməyə sərf etmişdir (7,14).
Peyğəmbərimiz (s.ə.s) hər əsrdə bir mücəddidin (yenilikçinin) gəlib dini
xürafat və bidətlərdən qoruyacağını, onun təmizliyini
təmin edəcəyini xəbər
vermişdir (4;5,I,243).
İmam Rəbbani belə hesab edir ki, əsrin mücəddidi başqa, minilliyin
mücəddidi başqadır. Onların arasındakı fərq yüzlə min arasındakı fərq
kimidir, hətta daha böyükdür (6,II,21). Əvvəlki ümmətlərdə minilliyin
keçməsi ilə növbəti peyğəmbərin (nəbinin) deyil, ülul-əzm bir peyğəmbərin
göndərilməsi lazım gəlirdi. İndi isə öncə olan ümmətlərdəki ülul-əzm
peyğəmbərin yerini tutacaq tam mərifət sahibi
bir alim və arifə ehtiyac
duyulur (6,I,390). Mücəddidin vəzifəsi sadəcə olaraq zamanın keçməsi
nəticəsində aşınmış, köhnəlmiş və pozulmuş şeyləri düzəltmək, təshih etmək
deyil, eyni zamanda daha öncə bilinməyən məsələləri yalnız özünə xas olan
həqiqətdən, peyğəmbər bilgisindən istifadə yolu ilə izah etməkdir.
Bu cür
elmlərə və mərifətə sahib olan kimsə ikinci minilliyin mücəddididir (6,II,21).
İmam Rəbbaninin dünyaya gəldiyi vaxtlarda Hindistanda siyasi və dini
duyum çox mürəkkəb idi. XIII əsrdə Türküstan, Xarəzm və Mavərənnəhri
darmadağın edib kiçik ərazilər halına salmış Moğol istilası Hindistana