V.M.MƏMMƏDƏLİYEV
12
deyildir. Çünki mümkün Allah-Təalanın isim və sifətlərinin surətləri üzrə
yaradılmışdır.
İmam Rəbbani belə hesab edir ki, isim və sifətlər Allahı məhəlli və
məzhəri-görünmə yerləri və görüntüləridir. Əgər mümkün olan varlıqlarda
həyat varsa, o həyat da Haqqın güzgüsüdür. Elm, qüdrət və s.də Allahın
qüdrətinin güzgüsüdür. Allahın isə aləmdə görünmə yeri və güzgüsü mövcud
deyildir, çünki Allah-Təalanın zatının aləmlə heç bir münasibəti yoxdur
(3,337).
İmam Rəbbani göstərir ki, sufilər hər nə qədər aləmi xaricdə yox
(mədum) bilsələr də, yenə onun vəhmi (xəyali) bir vücud olduğuna inanırlar.
Onlar xəyali çoxluğu inkar etməzlər. Bütün bunlara baxmayaraq onlar bu
xəyali vücudun (varlığın) xaricdə göründüyünü xəyalın keçməsi ilə keçib
getmədiyini, bəlkə xəyali bir vücud, xəyali bir görüş olduğunu söyləyirlər.
Çünki bu xəyali vücud Allahın qüdrəti ilə mövcuddur. O, zavaldan (yox
olmaqdan) və pozulmaqdan qorunmuşdur (9,II,50).
İmam Rəbbani filosofların panteizm haqqındakı görüşlərindən bəhs
edərkən göstərir ki, panteist filosoflar da aləmin xəyaldan ibarət olduğunu
qəbul edirlər. Əşyanın aradan qalxmasını təsəvvür və xəyalın aradan
qalxması ilə izah edirlər. Onlar belə hesab edirlər ki, əşyanın varlığı
insanların inanclarına bağlıdır. Panteist filosoflar Allahın icadını
(yaratmasını) inkar edir və əşyanı Allaha dəlil qəbul etmirlər. Alimlərə
gəldikdə isə, onlar əşyanı xaricdə qəbul edib, onun vücudunu Haqqın
vücudu qatında zəif təsəvvür edir və Allahın vücuduna nisbətlə mümkün
olan vücudu yox bilirlər (9, II 50).
İmam Rəbbani sufilərin əşyanı haqqın zühurları (görüntüləri)
bildiklərini, isim və sifətləri Allahın tənəzzülü (enişi) zənn etdiklərini
söylədikdən sonra özünün bu fikirdə olmadığını bəyan edib belə deyir:
“...Məsələn, bir insanın kölgəsinə, bu kölgə insanla ittihad (birləşmə)
halındadır, onunla eyniyyət nisbəti vardır demək doğru deyildir. İnsan öz
əsliyyəti üzrədir, kölgə isə ondan meydana gəlmişdir, demək olar. Zaman-
zaman mütəsəvviflər Allaha olan ifrat sevgidən dolayı Haqqın kölgəsi
durumunda olan mümkünatın varlığını Allah-Təaladan başqa bir şey
görməzlər (fəna fit-tövhid). Sufilər bu hallarında davam etdikləri müddət
boyu “zilli (kölgəni) Haqqın eyni” zənn edərlər. Bu durum belə izah edilə
Vəhdəti-vücudla vəhdəti-şühudun fərqi
13
bilər: kölgə yoxdur (mədumdur), mövcud olan o kölgənin sahibidir (3, 153;
9, II, 50).
İmam Rəbbani bu misalı verdikdən sonra əşyanın da sufilərin nəzərində
Allah-Təalanın isim və sifətlərinin təcəlli surətləri olduğunu, Onun eyni
olmadığını “Həme ust” cümləsinin “Həme əz ust” (Hər şey ondandır) kimi
dəyərləndirilməsinin (ifadə edilməsinin-V.M.) lazım olduğu fikrini irəli
sürür.
İmam Rəbbani həmçinin belə hesab edir ki, əgər bir kimsə əşyanın
Haqqın eyni olduğunu qəbul edib “Həme ust” (Hər şey Odur) deyə hökm
edərsə və əşyanın Allah Təala ilə birləşmiş olduğunu, vacibin mümkündə,
sorumsuzun sorumluda qeyb olduğunu iddia edərsə, şübhəsiz ki, o, inkara,
ilahada (allahsızlığa), zəlalətə və zındıqlığa (azğınlığa) düşər.
İmam Rəbbani vəhdəti-vücud məqamında ittihad (birləşmə), eyniyyət,
tənəzzül (enmə) və təşbih (bənzəmə, bənzəyiş) olmadığını, Haqqın zatıyla və
sifətləri ilə dəyişmədiyini, sonradan olanlarla əlaqəsi bulunmadığını
bildirdikdən sonra, alimlərin hülul (həll olma, təcəssüm) və ittihad (birləşmə)
əndişəsindən dolayı “Əşya Haqqın zühurlarıdır” cümləsini işlətməkdən
çəkindiklərini bildirir (3, 339; 9, II, 50).
İmam Rəbbani kəşfi xətanın da ictihad xətası ilə eyni sayıldığını,
kəşfində xətası olan vəlinin də bir müctəhid kimi savad qazandığını bildirir.
Lakin müctəhidin təqlidçiləri müctəhid hökmündə olduqları (bir savab
qazandıqları) halda, kəşf sahibinin təqlidçiləri kəşfi xətanı təqlid
etdiklərindən dolayı sorumlu olurlar. Çünki ilham və kəşf başqaları üçün
dəlil olmadığı halda, müctəhidin sözləri qeyriləri üçün dəlil sayılır (9, II, 50).
İmam Rəbbani tövhidi vücudi və şühudi olmaqla iki qismə ayırır. Onun
fikrincə, şühudi tövhid bir görmək (müşahidə anında birdən başqasını
görməmək), vücudi tövhid isə tək mövcud bilmək, ondan kənarda (xaricdə)
olanları yox qəbul etməkdir.
Vücudi tövhid sahibi Haqqın zatından başqa mövcud bilməz, isim və
sifətləri elmi bir etibar zənn edər. Vücudi tövhid sahiblərinin fikrincə,
mümkünün (mümkün olan varlığın) həqiqətlərinə vücud qoxusu
yetişməmişdir.
İmam Rəbbani belə hesab edir ki, fəna (yoxluq, yox olma) ancaq şühudi
tövhidlə gerçəkləşir. Salik eynül-yəqin (yəqin görmə) halında sadəcə biri
görür ki, bu həmin yolun zərurətindəndir. Bu məqamda bir olanı müşahidə
V.M.MƏMMƏDƏLİYEV
14
etmək o anda masivanın (Ondan başqasının) görünməsinə imkan verməz.
Vücudi tövhid isə belə deyildir, başqa sözlə zəruri deyildir. Çünki elmül-
yəqin mərifətsiz (biliksiz) meydana gəlir və masivanın (xarici aləmin)
yoxluğunu ifadə etməz. İmam Rəbbani bunu günəşin işığını görən kimsənin
ulduzları görə bilməməsi misalı ilə izah edir. Günəş doğduqca ulduzlar
görünməz, lakin bu onların yox olması demək deyildir. Sadəcə daha üstün,
daha parlaq bir işıq ulduzların işığının görünməsinə mane olmuşdur. Həmin
kəs bütün bunlara baxmayaraq, bilir ki, ulduzlar yox deyildir. Onlar günəşin
parlaq işığından dolayı görünməzlər. Əgər bunda bir kimsə ulduzların
varlığını inkar edərsə, səhv etmiş olar. Belə bir məqamda olan salik Allahın
zatından başqasını inkar edirsə, belə bir hal ağıla və şəriətə ziddir. Lakin
şühud məqamında birdən başqasını görməməkdə heç bir təhlükə yoxdur.
Çünki günəş doğduqdan sonra ulduzları yox bilmək başqa, o anda onları
görməmək isə tamam başqadır (1,296;3,340).
İmam Rəbbaninin fikrincə, Mənsur Həllacın “Ənəl-Həqq” (Haqq
mənəm) sözü ilə Bayəzid Bistaminin “Sübhani” (Mən pakam, bütün eyb və
nöqsanlardan, naqis sifətlərdən xaliyəm) sözü şühudi tövhidin nəticəsidir.
Çünki bu cür sözləri söyləyən kimsələrin nəzərində masiva (Allahdan
başqası) görünməz. Necə deyərlər: “Sən çıxınca aradan, qalır səni yaradan!”
(1,296;3,341).
Onu qeyd etmək lazımdır ki, vəhdəti-şühud görüşünün dərki və izahı
vəhdəti-vücuddan daha asan, daha ağılabatan olduğu üçün onun əleyhinə
vəhdəti-vücud qədər çıxılmamışdır (1,297).
Oxuculara təqdim etdiyimiz icmal xarakterli bu məqaləyə yekun vuraraq
onu qeyd etmək istəyirik ki, vəhdəti-vücudçular kainatda olan hər şeyi
Allah-Təalanın isim və sifətlərinin təcəlliləri (görüntüləri, zühuru, kölgəsi)
qəbul edib onları bir yox, bir xəyal kimi təsəvvür edirlər ki, bu da əslində
xarici aləmi inkar etmək deməkdir. Vəhdəti şühudçular isə xarici aləmi inkar
etməyib onu var bilir, yalnız müşahidə zamanı Allaha olan ifrat sevgidən
dolayı Ondan başqasını görmürlər. Belə bir müşahidə, belə bir görmə
həqiqətə daha uyğundur. Çünki bu halda xarici aləm öz varlığında qalır,
amma salikin Allaha hədsiz sevgisi səbəbindən görünməz olur.
Dostları ilə paylaş: |