i.e.n. Mübariz CAMALOV
30
Bu, Allahın yanında sizin üçün daha təmiz bir davranışdır. Allah nə
etdiklərinizi biləndir!”
13
“(Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa
sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq
üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən)
döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi
artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!”
14
“Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha
qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə
söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. Sonra onlar
Rəbbinin hüzuruna qayıdacaqlar. (Allah isə) onlara etdikləri əməllər
barəsində xəbər verəcəkdir!”
15
“Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da Şeytan
əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapa-
sınız! - Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan
və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”
16
Nəticə olarak demək olar ki, Qurandakı hökmlərin illətlərə bağlı olaraq
qoyulduğu açıqdır. Bu illətlərin təyin olunması yollarından biri olan nəslə
təyin etmə metodu ən güvənilir hesab olunur. Qurandakı hökmələrə
baxdığımız zaman bu illətlərin müxtəlif yollarla bildirildiyini görərik. Bunlar
əsas etibarilə önqoşmaların vasitəsi ilə bildirilir. Hökmlərin illətləri
əksəriyyətlə hökmlərlə birgə qeyd olunur və vasitəsizdir. Yəni Quran
hökmlərinin illətləri dolaylı yollarla deyil, birbaşa bildirilmişdir.
13
Nur, 24/27-28.
14
Ənfal, 8/60.
15
Ənam, 6/108.
16
Maidə, 5/90-91.
Qurani-Kərimdə hökmlərin illətinin nəslə təyin olunması
31
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
Candan, Abdurrahman, İslam hukukunda illeti tesbit yolları, doktora
tezi, Konya, 2005.
Deniz, Abdülbaki, İslam hukukunda illet ve faizin illeti, yüksek lisans
tezi, Bursa, 2006.
İbrahim Kafi Dönmez, “İllet”, DİA, İstanbul, 2000.
İci, Əbül-Fəzl Ədududdin Əbdurrəhman, Şərhu müxtəsəril-müntəha li-
İbnil-Hacib, yy. ty.
Pəzdəvi, Kənzul-vusul ilə mərifətil-usul, İstanbul, 1307.
Şatibi, Müvafaqat, İstanbul, 1990.
Sədi, Abdulhakim Abdurrahman Əsəd, Məbahisul-illə fil-qiyas indəl-
usuliyyin, Beyrut, 2000.
Selvi, Abdulkadir, İslam hukuk metodolojisinde illet kavramı ve bilinme
yolları, Sivas, 2006.
Səraxsi, Usulus-Seraxsi, Darul-kutubil-ilmiyyə, I-II, Beyrut, 1995.
Sövqani, İrşadul-Fuhul ilə təhqiqil-haqq min ilmil-usul, Beyrut, 1992.
V.M.Məmmədəliyev, Qurani-Kərim məalı, Bakı, 2007.
Wael B. Hallaq, The Development of Logical Sturucture in Suni Legal
Theory, Der Islam, 64/42-67, 1987.
Zərkesi, əl-Bəhrul-muhit fi usulil-fiqh, Küveyt, 1992.
i.e.n. Mübariz CAMALOV
32
RESUME
This work deals with one of the concepts which burning question in
recent years. It focuses on the theoretical bases of this concept. Its clear that
The Qoranic judgements have cause (illa). There are many ways for
explanation of causes. The securest way of explanation for causes is the
Qoranic text, namely the Qoran itself explaines causes of judgements. Most
important element of causes is the pronounes. The causes in the Qoran are
explaining with judgements. In other words causes of judgements are clear
and directly.
Ərəb ədəbi dilində kəmiyyət kateqoriyasının özünəməxsus
formalarından olan təsniyənin şəkilçiləri və leksik-semantik xüsusiyyətləri
33
ƏRƏB ƏDƏBİ DİLİNDƏ KƏMİYYƏT KATEQORİYASININ
ÖZÜNƏMƏXSUS FORMALARINDAN OLAN TƏSNİYƏNİN
ŞƏKİLÇİLƏRİ VƏ LEKSİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ
Aslanova Süsən Yusif qızı
∗
Dilçilərimizin kəmiyyət kateqoriyası barəsində fikirlərinə əsaslanaraq ilk
öncə onu deyə bilərik ki, insanın əşya haqqındakı əlavə anlayışlarından biri
olan kəmiyyət kateqoriyası əşyanı hərtərəfli dərk etmək üçün onun azlığı və
ya çoxluğuna dair məlumat verən vasitələrin bu və ya digər dildə öz ifadəsini
necə tapmasında özünü göstərir. Nitq hissələrindən olan saylar elə bu
zərurətdən yaranmışdır. Saylar və məlumatın maddi daşıyıcısı olan ad, bu
adın məfhumla əlaqəsi - bütün bu münasibətlər dünya dillərində müxtəlif
şəkildə öz əksini tapmışdır və hər bir dildə də özünəməxsus xüsusiyyətlər
kəsb edir.
Digər dünya dillərindən fərqli olaraq, ərəb dilində kəmiyyət kateqoriyası
tək, təsniyə və cəm olmaqla üç növə ayrılır.
Təsniyə forması ikilik bildirən bir kəmiyyət formasıdır, hər hansı bir
əşyanın və ya varlığın sayca iki olmasını bildirir. Ərəb dilində ىنثم və ya ةينثت
adlanan bu forma eyni cinsli əşyanın sayca iki olmasını bildirməklə yanaşı,
həm də ərəb əlifbasının iki nöqtə ilə yazılan samitlərini ifadə edir.
Ərəb dilində isimlərin qrammatik kəmiyyət kateqoriyası, yuxarıda qeyd
etdiyimiz kimi, tək, təsniyə və cəm şəkillərində təmsil olunur. Əşyanın sayca
iki olduğu və ya iki müxtəlif şeyi əhatə etdiyi leksik və morfoloji yolla ifadə
edilə bilir.
Leksik vasitəyə özlüyündə heç bir şəkilçi qəbul etmədən çütlük və ya
qoşalıq bildirən isimlər daxildir. Məsələn: جوز - cüt; qoşa; iki, عفش - cüt;
qoşa; iki,
اكزلا
/
اكز
- cüt.
∗
BDU, İlahiyyat fakültəsi
Dostları ilə paylaş: |