Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə11/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   7   8   9   10   11   12   13   14   ...   114

 
 Aslanova Süsən Yusif qızı 
34 
Morfoloji vasitə isə ikilik bildirən  əsas vasitə olub, isimlərin sonuna 
qoşulan təsniyə şəkilçiləri  
نا ـــ
ِ َ
 )
 ني ـــ
ِ ْ َ
(
 
 
ilə düzəlir. 
Naqis kökdən olan üçsamitli sözlərdə sonuncu zəif samit təsniyə şəkilçisi 
qəbul edərkən bərpa olunur. Məsələn:  
ىجح
ً ِ
 /
 ىجحلا
--
 نايجح 
 /
 نايجحلا
ağıl - iki 
ağıl;  
اصع
ً
َ
 /
 اصعلا
َ َ
--
 ناوصع 
 /
 ناوصعلا
əsa - iki əsa və s. 
Burada bir şeyi də qeyd etmək lazımdır ki, təsniyə  şəkilçisi həm 
müəyyənlik, həm də qeyri-müəyyənlik bildirdikdə eyni şəkildə yazılır. 
Ümumiyyətlə isə, təsniyə forması əvəzliklər və fellərə də aiddir. 
Morfoloji vasitə ilə düzələn təsniyə forması  həqiqi və qeyri-həqiqi 
(formal, təsniyəyə qoşulmuş - قحلم ) olmaq üzrə iki məna qrupuna bölünür. 
Birincilərə samitləri, saitlər və  mənası, yəni tamamilə eyni olan əşyanın 
ikiliyini göstərən təsniyə formasını aid edirlər. Təsniyənin bu növü həm də 
qiyasi model adlanır. Bu təsniyə forması həqiqi təsniyəyə aid olub sözlərin 
böyük  əksəriyyətindən sabit qaydalar üzrə düzəlir. Təsniyənin həm qiyasi, 
həm də səmai növü eyni şəkilçi ilə düzəlir.  
Qeyri-həqiqi (səmai) təsniyə məhdud isimlərdən, xüsusən xüsusi isimlər 
və sifətlərdən düzəlir, iki müxtəlif əşyanın əmələ gətirdiyi yeni bir məfhum 
ifadə edir, yəni  əhatə etdiyi isim mənalarının sadəcə  məcmusundan ibarət 
olmayıb yeni leksik vahid əmələ  gətirir. Məcazi mənalarda işlədilən bəzi 
səmai təsniyələrdə forma ilə  məzmun arasındakı  əlaqə çox çətinliklə ayırd 
edilir. Məsələn:  ناوبا - iki ata; ata-ana, valideyn; 
ا
نارمقل  iki ay, iki peyk; 
Günəş və Ay (bu ifadə həm də نابكوكلا iki səma cismi, Günəş və Ay ifadəsi 
ilə rast gəlinir),  نادفارلا iki qol (çayın), Dəclə  və  Fərat (halbuki bu ifadəni 
ayrı-ayrı leksik ifadələrlə, yəni ةلجد Dəclə və تارفلا Fərat (yəni "içməli su") 
toponimləri ilə ifadə etmək mümkündür). 
Bir-birinə ümumi şəkildə yaxın olan iki məfhumu bir təsniyə çərçivəsinə 
salmaq üçün həmin məfhumları ifadə edən bu və ya digər ismin mənasına 
üstünlük verilir. Məsələn: ناقرشلا Şərq və Qərb (hərfən: iki Şərq). 
Üstünlük daha çox qısa formaya verilir, məs.: نارفصلا məhərrəm və səfər 
ayları (hərfən: iki səfər ayı). Bu ifadədə  məna adı  çəkilmiş iki ay ərzində 
səma cismi olan Ayın daha sarı rəngdə olması ilə əlaqədardır. 
Məcazi mənalarda işlədilən səmai təsniyələrdə isə ikilik bildirən forma 
ilə ifadə olunmuş iki ayrı-ayrı  məfhumun mənasını aydınlaşdırmaq daha 
çətindir. Maddi baxımdan izahı başa düşülən səmai təsniyələrdən fərqli 


Ərəb ədəbi dilində kəmiyyət kateqoriyasının özünəməxsus 
formalarından olan təsniyənin şəkilçiləri və leksik-semantik xüsusiyyətləri 
35 
olaraq, məcazi mənalarda işlədilən səmai təsniyələrin ifadə etdiyi mənalar 
açıqlanır. Bu kimi ifadələr bədii ədəbiyyatda çox geniş istifadə olunur.  
Təsniyə forması yalnız  ərəb dilində geniş inkişaf tapmışdır. Kəmiyyət 
kateqoriyasının bu növü bu dildə bütün ad qruplu sözlərə - isim, sifət və 
əvəzliklərə aiddir. Təsniyədə  işlədilmiş ismin təyinləri də eyni kəmiyyət 
şəkilçiləri qəbul edərək onunla uzlaşır. Təsniyə şəkilçisinə fel formalarında 
da rast gəlinir. 
Digər sami dillərində təsniyə forması nisbətən az işlənir. 
Məşhur  şərqşünas B.M.Qrande təsniyə formasının mənşəyinə dair 
əsərlərindən birində belə yazır: "Qədim yəhudi dilində fellər,  əvəzliklər və 
uzlaşan təyinlər bu kəmiyyət şəkilçisini qəbul etmir, ancaq isimlərin məhdud 
bir qrupu, o cümlədən bədənin cüt üzvləri, iki hissədən ibarət olub təkdə 
işlənməyən  əşyalar, bəzi ölçü vahidləri (uzunluq, həcm, ölçü), ikilik 
bildirməyən, lakin təkdə  işlənən bəzi sözlər (məs.: su, səma, içalat, arxa 
tərəf, günorta)."
1
 
İlkin qədim dövrə aid olan bəzi arami mənşəli sözlərdə  qədim yəhudi 
dilinə xas "mim" ilə bitən təsniyədən fərqli olaraq onun "nun"lu variantına 
rast gəlinir, lakin cəm mənasını bildirir. Təsniyənin bu növü ةظوحلم adlanır. 
Təsniyənin cəm formasını bildirməsi xüsusiyyəti əkkəd dilində yazılmış 
qədim mətnlərdə, assuri dilində bu şəkilçinin felin əmr formasını 
bildirməsinə, həbəş dilində təsniyə şəkilçisinin qalıqlarına məhdud bir qrup 
isimlərdə rast gəlinir. 
Müəllif təsniyə şəkilçisinin sami dillərdə mövcud olmasını nəzərə alaraq 
belə mülahizə irəli sürür ki, bu şəkilçi sami dillərə qədərki dillərdə mövcud 
olmamışdır. Bu forma sami dillərdən yalnız  ərəb dilində geniş inkişaf 
tapmışdır. 
Ərəb dili qrammatikasına aid dilçilik mənbələrində  təsniyə formasının 
morfoloji-qrammatik xüsusiyyətləri baxımından olduqca maraqlı yazılara 
rast gəlirik. 
Əş-Şeyx Mustafa əl-Ğaləyininin  əsərlərindən birində  təsniyə  şəkilçisini 
xüsusi isimlərə,  əsasən də  nəhv yolu ilə  əmələ  gələn məzci və cümlə 
şəklində olan isnədi formalarına  əlavə etmək mümkün olmadığını izah 
                                                 
1
 Qrande V.M., Курс  арабской  грамматики  в  сравнительно-историческом  освещении, 
Издательство Восточной Литературы, Москва, 1963, стр.308-310. 


 
 Aslanova Süsən Yusif qızı 
36 
edərək göstərir ki, əgər izafət  şəklində olan xüsusi adların birinci tərəfi 
təsniyə  şəkilçisi qəbul edə bilirsə, xüsusi adların yuxarıda adlarını qeyd 
etdiyimiz növləri isə özündən  əvvəl adlıq halda اوذ
َ َ  , yiyəlik və  təsirlik 
hallarda يوذَ sözünün işlədilməsini tələb edir.
2
 Məs.: هيوبيس اوذ iki Sibəveyhi; 
ارش طبأت اوذ
ً
 iki Təabbataşərran, نيسح اوذ iki Hüseyn və s. 
Qadın cinsi üçün اتاذ və ya اتاوذ kəlmələrindən istifadə olunur. Məs.:  اوذ رم
َ َ ﱠ َ
 لامجلا داز يتاذب هيوبيس
ُ َ َ ْ َ َ
 iki Sibəveyhi iki Zədəcamalın yanından ötdü. 
İnsan adları bildirən xüsusi isimlər içərisində  رمع
ُ َ ُ  Ömər, ديز
ٌ ْ َ  Zeyd kimi 
adlar təsniyə şəkilçisi qəbul edir. Məs.:  
نارمعلا
ِ
َ ُ
 :
 ماشھ نب ورمعو باطخلا نب رمع
)
 لھج نباب فورعملا وھ
 . (
 
Müəllif toplu isimlərin də təsniyə şəkilçisi ilə işlədilməsini məqbul hesab 
edir və  نلابا iki dəvə sürüsü, نلاامج iki dəvə,  نامنغ
َ َ  iki qoyun, نادلاب iki ölkə 
nümunələrini örnək olaraə göstərir.
3
 Belə bir hədis vardır:  ةاشلاك  قفانملا  لثم
نيمنغلا  نيب  ةرئاعلا - Münafiqin məsəli iki erkək arasında qalan dişi qoyuna 
bənzər. 
Digər bir mənbədə  kəmiyyət kateqoriyasının təsniyə forması barəsində 
eyni sözün eyni mənada ikilikdə  işlənərək hər hansi bir əşyanın sayca cüt 
olmasını bildirməsi fikri irəli sürülür və bu da səkkiz şərtlə əsaslandırılır:
4
 
a) ismin formasının mövcud olması; 
b) ismin hallana bilməsi (məbni isimlər təsniyə şəkilçisi qəbul etmir); 
c) ismin qeyri-müəyyənlik formasının olması; 
ç) ismin eyni əşyanı və ya məfhumu bildirməsi; 
d) ismin daşıdığı mənanın eyni olması (məna həqiqi olmalıdır); 
e) mənanın daşıyıcısının tək deyil, iki və ya daha artıq olması; 
ə) təsniyə şəkilçisinin adlıq halda نا ـــَ , yiyəlik və təsirlik hallarda ني ـــ
ِ ْ َ  
olması; 
f) təsniyənin qeyri-həqiqi və ya formal xarakteri daşıması. 
Qeyri-həqiqi təsniyə formasında işlədilmiş sözlərdə  təsniyə  şəkilçisi 
qəbul etmiş sözlə yanaşı onunla ifadə olunması nəzərdə tutulan iki ayrı-ayrı 
məfhum işlədilir. Bu ayrı-ayrı məfhumları bildirən sözlər məzmun etibarilə 
                                                 
2
 
 ينييلاغلا ىفطصم خيشلا
 ءازجأ ةثلاث يف ةيبرعلا سوردلا عماج ،
،
 اديص ، يناثلا ءزجلا ، ةيرصعلا ةبتكملا 

 ، توريب 
1995
 ص ، 
:
13
.  
 
3
 Yenə orada. 
4
 
 ، بوقعي عيدب ليمأ روتكدلا
لاو وحنلا ةعوسوم
 بارعلإاو فرص
 ،
 ص ، نارھط ، لابقتسا تاراشتنا
 :
611
-
612

 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə