Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə149/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   144   145   146   147   148   149   150   151   152

Qızoğlu kimdir? 

427 


 

QIZOĞLU KİMDİR? 

 

Könül Quliyeva



 



 

Həyatı 

Sibt İbnu-l Cövzi (ibnu-l Cövzinin nəvəsi) ləqəbi ilə tanınan Şəmsuddin 

Əbu-l Müzəffər Yusif b. Qızoğlu b. Abdullah 582/1186-ci ildə Bağdad 

şəhərində anadan olmuşdur. Atası, Abbasi xəlifələrindən  əl-Müktəfi (1096-

1160) və  əl-Müstəncidin vəzirlərindən olmuş Aynuddin Əbu-l Müzəffər 

Yahya b. Hübeyrinin (1096/97-1165) köləsi olan Hüsaməddin Qızoğlu idi. 

Əsli türk olan bu köləni sonralar Ibn Hübeyrə azad etmiş  və bir övlad 

nəzəriylə böyüdüb yetişdirərək dövrünün məşhur din xadimi və vaizlərindən 

biri olan Cəmalüddin Əbu-l Fərəc b. əl-Cövzinin (1116-1200) qızı Rəbiə ilə 

evləndirmişdir. Bu evlilikdən də Sibt İbnu-l Cövzi dünyaya gəlmişdir. Lakin 

Sibt hələ kiçik yaşlarından atasını itirdiyi üçün onu babası  İbnu-l Cövzi 

böyütmüşdür, tarix və bir çox islam elmlərini də o, babasından öyrənmişdir. 

Beləcə elmi tərbiyəni ilk dəfə babsından alan Sibt, dövrünün ən məşhur 

alimlərindən Bağdadda və Mosulda təhsil almışdır. O, babasının ölümündən 

sonra (1200) təxminən 18-20 yaşı olanda, Bağdadı  tərk edərək Eyyubilərin 

hakimiyyəti altında olan Dəməşqə köçmüşdür. Bu şəhərdə  də  təhsilini 

davam etdirən Sibt, Şeyxülislam Muvaffakuddin Əbu Muhamməd b. Ku-

damə,  Əbu-l Yumn Zeyd b. əl-Kindi və başqa bu kimi müdərrislərin dərs-

lərində iştirak etmişdir. Beləliklə də, İran və Suriyanın tanınmış alimlərindən 

elmi biliklər  əxz edən Sibt İbnu-l Cövzi təhsilini mükəmməl  şəkildə 

tamamlayaraq həm islami elmlərdə, həm də tarix elmində dövrünün dəyərli 

şəxslərindən biri olmuşdur. Bunun bir nəticəsi olaraq Sibt, Əyyubi məliklə-

rinin, xüsusilə də alimləri sevib himayə edən Məlikü-l Muazzam Şərəfuddin 

İsanın (1180-1227) hörmətini qazanmışdır. 

Cövzi həmçinin bəlağətli nitqi ilə  də xalq arasında sevilirdi. Beləki o, 

Dəməşqin müxtəlif mədrəsələrində ( Şibliyyə, Bədriyyə, Mustansıriyyə  və 

b.) dərslər keçərək tələbələr yetişdirməklə yanaşı, həm də  şəhər məscid-

                                                 

 Əlyazmalar İnstitutunun aspirantı 




 

Könül QULİYEVA 

428 


lərində vaizlik edərək xalqı maarifləndirirdi. Onun söylədiyi xütbələr o qədər 

bəlağətli olurdu ki, onu dinləməyə hətta, əmirlər, vəzirlər də gəlirdi. 

O, özünə ikinci vətən olaraq seçdiyi Dəməşqdə, öz evində vəfat etmişdir. 

Zilhiccə ayının 21-i 654-cü ildə (21 yanvar 1257-ci il) orada da dəfn edil-

mişdir. Cənazəsində böyük xalq izdihamıyla yanaşı,  Əyyubi hökmdarların-

dan  əl-Məlikün-Nasir Salahuddin Yusifin də (1230-1260) iştirak etməsi

onun həm xalq, həm də hökumət yanında necə böyük bir hörmət qazandığı-

nın dəlilidir.

1

 

 



Yaradıcılığı  

Sibt ibn Cövzinin dövrümüzə  qədər gəlib çatan altı böyük əsəri vardır. 

Bunlar aşağıdakılardır: 

1.

 



“Təzkirat havas əl-umma bi zikri Xasais’is al-`imma”. Bu kitab on iki 

imam haqqındadır. 

2.

 

“Əl-calis  əs-salih və-l-amma an-nash”. Bu kitab Dəməşq hökmdarı 



Musa ibn Əbu Bəkr ibn Eyyubi haqqındadır.  

3.

 



 “Kənz əl-muluk fi keyfiyyət əs-suluk”. Bu əlyazma dini söhbətləri və 

xütbələri əhatə edir. 

4.

 

“Şərh əl-Qur’an”. Bu əsər 29 cilddən ibarətdir. 



5.

 

Şərh əl-cami əl-kəbir”. Hədislər haqqındadır. 



6.

 

 “Mir’atuz-zaman fi təvarixi əl-‘ayan”. Yazıçı bu əsər vasitəsi ilə ərəb 

dilli tarixçilər arasında tanınmışdır.

2

 



Mir’atuz-zaman fi təvarixi  əl-`ayan” (“Ə`yanlar tarixində zamanın 

güzgüsü”) əsərinin əlyazması orta əsr şərq tarixini öyrənmək baxımından ən 

qiymətli mənbələrdən biri hesab edilir. İbn Hallikan (1211-1282) yazır ki, o, 

“Dəməşqdə Sibt ibn Cövzinin 40 cilddən ibarət olan və  hər birində  də 

müəllifin imzası olan “Mir’atuz-zaman fi təvarixi əl-`ayan” adlı əsərini gör-

müşdür”.


3

 Lakin təssüflər olsun ki, əsərin əksər cildləri itmiş, dövrümüzə qə-

                                                 

1

 Ali Sevim, Sibt ibn əl- Cövzi “ Mir`atüz-zaman fi tarixi`l-ayan”,  Ankara,1968, s.65 



 

2

 M.A.Pirimova, “Miratüz-zaman” о двух историках, Əlyazmalar xəzinəsində, c.VIII,1987, 



s.125 

3

 Ali Sevim, eyni əsər, s. 




Qızoğlu kimdir? 

429 


dər ancaq iki cildi gəlib çatmışdır - I və VIII cildləri. Bunlardan da 495- 

654/1101-1256-cı illəri əhatə edən VIII cildi nəşr edilmişdir

4



Mir’atuz-zaman fi təvarixi  əl-`ayan” (“Ə`yanlar tarixində zamanın 



güzgüsü”)  əsərinin I cildinin əlyazması AMEA-nın  Əlyazmalar  İnistitunda 

D-23 şifrəsi altında mühafizə olunmaqdadır. 

5

 

Əsər özü-özlüyündə böyük bir tarixi salnaməni əks etdirir və bəşər tarixi 



başlayandan, müəllifin ölümünə  qədər (654/1256) cərəyan edən bütün 

hadisələri  əhatə edir. Bu baxımdan Sibt, əsərin özündən  əvvəlki dövrləri 

əhatə edən qismlərini yazmaq üçün həmin dövrlərdə yazılmış bir çox 

əsərlərdən də istifadə etmişdir. Bunlardan müəllifin  ən çox istifadə etdiyi 

əsər, Muhamməd b. Hilal əbu`l-Hasən Garsu`n-ni`mə  əs-Sabinin “Uyunüt-

təvarix” adlı  əsəri olmuşdur. Garsu`n-ni`mə bu əsərini atası Hilalın h.360-

448-ci illəri  əhatə edən tarixi əsərinə zeyl olaraq qələmə almış  və onu 

h.479(1086/1087)-cu ilə  qədər davam etdirmişdir. XI əsrdə Bağdadda 

qələmə alındığı bilinən Uyunüt-təvarix”-i Sibt Dəməşqə  gətirərək istifadə 

etmişdir, lakin əsərin sonrakı taleyi barəsində qaynaqlarda heç bir məlumat 

yoxdur.  

Beləliklə Sibt ibn Cövzi əsərinin XI əsri əhatə edən bölmələrini Garsu`n-

ni`mədən, XIII əsr hadisələrini  əhatə edən bölmələrini isə,  İbnu`l-Kalanisi, 

İbnu`l-Əzraq,  əl-İmadu`l Katib Muhamməd  əl-İsfahani (əl-Bərkuş-Şami və 

Haridatu`l-Kasr adlı əsərləri), İbnu`l-Əsir, İbn Asakir, İbnu`ş-Şəddad, Səm`-

ani və Dubeysi kimi müəlliflərin əsərlərindən faydalanaraq yazmışdır. 

6

 

Sibtin bu böyük əsəri, sonralar Kutubiddin Musa b. Muhamməd əl-Yuni-



ni  əl-Ba`albəki (ölm.1326) tərəfindən qısaldılaraq yenidən qələmə alınmış-

dır. Yununi həmçinin h.654-cü il hadisələri ilə sona çatan Mir’atuz-zamana 

bir zeyl də yazmış və onu h. 713-cü ilə qədər davam etdirmişdir.

7

 



                                                 

4

 Z. Bünyadov, “Azərbaycan Atabəyləri dövləti”, Bakı 2007 



5

 M.A.Pirimova, eyni məqalə, s. 

6

 Ali Sevim, eyni əsər, s.



 

7

 



Li Guo, Early mamluk Syrian historiography  al-Yunini`s Dhayl Miràt al-zaman

Chicago, 1997 



 

 



Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə