Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə145/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   141   142   143   144   145   146   147   148   ...   152

 Aslan HƏBİBOV 

414 


bənzəri" deyirlər. O da, subhanəllah, Allahın bənzəri yoxdur. Çünki Allah

"Allah üçün nümunələr göstərməyin" deyə buyurmaqdadır. (5, II, 103) 

III. Rəvayət 

Qummi öz sənədiylə Abdullah b. Cundəb kanalıyla İmam Rızadan belə 

nəql etməkdədir: 

İmam Rıza  Əhl-i Beyt İmamlarından bəhs etdikdən sonra belə demək-

dədir: 

Biz Allahın Kitabındakı "içində lampa olan şam"a bənzərik. Biz içində 



lampa olan şamıq. Lampa Rəsulullahdır; (lampa şüşə içindədir) pak bir 

maddədəndir, (şüşə, sanki incidən bir ulduz. Nə  şərqə  nə  də  qərbə  mənsub 

olmayan bir zeytun ağacından yandırılar) nə yalançı  nə  də inkarçıdır (ki, 

haradasa atəş  dəyməsə  də yağı  işıq verər) yəni, Quran (nur üstünə nurdur. 

Allah dilədiyi kimsəni nuruna çatdırar. Allah insanlara misallar verər. Allah 

hər  şeyi bilər) Nur Əli (ə)dir. Allah sevdiyi kəsləri bizim vəlayətimizə 

çatdırar. (5, II, 104-105) 

Yuxarıda təqdim etdiyimiz nümunələrlə birlikdə son üç rəvayətdə  də 

görüldüyü kimi ilk dövr Şiə  təfsirçilərin bütün mübhəmləri eyni şəkildə 

açıqladığını söyləmək doğru deyildir. İlk dövr Şiə müfəssirləri bir qisim 

mübhəmləri  Əhl-i Sünnə müfəssirlərinin də etdikləri bir metodla təfsir 

etmişlərdir. Bu qisim ayrıca dəyərləndirilməlidir. 

Diğər qisim mübhəmlər vardır ki, məzhəbi tərəfkeşliklə təfsir edilmişdir. 

Bizcə bunun əsas səbəbkarı  Şiə içərisindəki  Ğulatdır.  İlk dövrdə  Cərh və 

Tədil metodunu işlətməyən təfsirçilər  əllərinə keçən bütün rəvayətləri 

əsərlərinə  nəql etdikləri üçün, çox sayda zəif və uydurma rəvayət ilk dövr 

Şiə  təfsirlərində yer almışdır. Ancaq orta dövrdə başlayan tənqid mədə-

niyyəti bu cür rəvayətlərin böyük əksəriyyətini Şiə təfsirlərindən dəf etmiş-

dir. Ancaq İkinci Rəvayətçilər təkrar bu kimi rəvayətləri əsərlərində nəql et-

mişlər. Müasir dövrdə isə bənzəri rəvayətlərin bir qismi "tətbiqi təfsir" şək-

lində bir təfsir metodu ilə açıqlanmış, digərləri isə  təfsirlərə alınmamaqla 

rədd edilmişdir. 

Umumilikdə baxdığımızda ilk dövr Şiə  təfsirçilərin bu metodu, “tətbiqi 

təfsir” vəya İbn Teymiyyənin ifadəsiylə “örnəkləmə” metodudur. Bu metod 

məzhəbi və subyektiv olduğu səbəbiylə  tənqid oluna bilər. Ancaq bütün 

Quran təfsirlərinin subyektiv yanının olduğunu bir həqiqətdir. Eyni zamanda 

məzhəb, qrup və firqələrin bir birlərinə hücum etmələri üçün əsasa çevrilə 



İlk dövr İmamiyyə şiəsi müfəssirlərinə görə Qurandakı mübhəmlər 

415 


biləcəyi təhlükəsi olduğu üçün qarşı  çıxılabilər. Yenə tarixdə olduğundan 

daha dar mənada cərəyanlara, reqyonlara, zamana xas təfsirlər ortaya çıxa-

cağı və Müsəlmanların birliyinə daha çox zərər verəcəyi üçün də tənqidə mə-

ruz qala bilər. Quranı endiyi nüzul mühitindən çıxararaq çağlar ötəsinə daşı-

ma mənasına gələn bu metod, yuxarıdakı etirazlar diqqətə alnaraq sağlam bir 

“təfsir üsulu” tərtib edilmək surətiylə tərəfsiz bir şəkildə ortaya qoyula bilsə, 

fikrimizcə təfsir elminə yeni bir çöhrə qazandıracaqdır. 

 



 Aslan HƏBİBOV 

416 


 

QAYNAQLAR 

 

1. ATEŞ, Süleyman, “İmamiye  Şîasının Tefsir Anlayışı,”  Ankara 



Üniversitesi İlahiyat Fakültesi Dergisi, yıl 1975, sayı XX. 

2. AYOUB, Mahmoud, “The Speaking Qur’an and Silent Qur’an: A 

Study of the Principles and Development of Imami Shi’i Tafsir”, Ap-

proaches to the History of the Interpretation of the Qur’an, (Edited by An-

drew Rippin), Oxford 1988. 

3. ÇALIŞKAN, İsmail, Siyasal Tefsirin Oluşum Süreci, Ankara 2003, 

s. 90. 


4. ƏYYÂŞÎ, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Beyrut 1991. 

5. QUMMİ, Əli b. İbrahim b. Haşim, Təfsirul-Qummi, Qum 1404. 

6.  İBN TEYMİYYE, Ahmed b. Abdilhalîm, Tefsir Usûlüne Giriş

(çev. Yusuf Işıcık), İstanbul 1997. 

7. NƏCAŞİ,  Əbu’l-Abbas  Əhməd ibn Əli ibn Əhməd,  Rical, Qum 

1424. 


8. NEYSABURİ,  Əbu Abdillah Hakim, əl-Mustədrək  ələs-Səhiheyn

Beyrut trs. 

9. ÖZTÜRK, Mustafa, “Mübhemâtü’l-Kur’ân ve İmâmiyye  Şîası,” 

Ondokuz Mayıs Üniversitesi İlahiyat Fakültesi Dergisi, Yıl 2001, Sayı 

XII-XIII. 

10. RAZİ, Fəxruddin, ət-Təfsirul-Kəbir, Tehran trs. 

11. SERİNSU, Ahmet Nedim, Kur’ân’ın Anlaşılmasında Esbâb-ı 



Nüzûl’ün Rolü, İstanbul 1994. 

12. SUYUTİ, Cəlaluddin  Əbdürrəhman ibn Əbi Bəkr,  əl-İtqan fi 



Uluml-Quran, Beyrut trs. 

13. TƏBƏRİ,  Əbu Cəfər Məhəmməd ibn Cərir,  Camiul-Bəyan  ən 



Təvili Ayil-Quran, Misir 1954. 

14. ZƏRKƏŞİ, Bədruddin Məhəmməd ibn Abdillah, əl-Bürhan fi Ulumil-



Quran, y.y. 1972.  

15. CƏRRAHOĞLU, İsmail, Tefsir Usûlü, Ankara 1991.

 



Quranın Quranla təfsiri 

417 


 

QURANIN QURANLA TƏFSİRİ 

 

Əliyev Elnur 

Bakı Dövlət Universiteti 

İlahiyyat fakültəsinin aspirantı 

 

“Təfsirul-Quran bil-Quran” adlanan bu növ, başqa təfsirlərdən fərqli ola-

raq Qurani-Kərimin ayələrini hədis, rəvayət və lüğətlərə əsasən deyil, Qura-

nın digər ayələrinə əsaslanaraq yazılan təfsirlərdir. 

Doğrudan da maraqlıdır, görəsən, Qurani-Kərimin bir ayəsini digər bir 

ayə ilə açıqlamaq, bəyan (təfsir) etmək mümkündürmü? Bu barədə yaxşı olar 

ki, Qurani-Kərimin özünə müraciət edək. Allah təala Qurani-Kərimdə buyu-

rur: 


"

ﻪَﻧﺎَﻴَﺑ ﺎَﻨْﻴﻠَﻋ ّنإ ّﻢﺛ

"

 

Summə innə aləyna bəyanəh 

“Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir.”

1

 



Bir çox alim və müfəssirlər Mütəal Allahın nazil etdiyi məhz bu ayəyə 

istinad edərək Qurani-Kərimin bəzi ayələrinin digər ayələrini təfsir (izah) 

etdiyini söyləyirlər.

2

 Müfəssirlər təfsirin bu növündə mütəşabih ayələri möh-



kəm ayələrlə izah etməyə çalışırlar. Yəni, müəllif Qurani-Kərimin çətin başa 

düşülən ayələrini (mütəşabih ayələri), mənası  aşkar olan ayələrlə (möhkəm 

ayələrlə) izah edir. Məsələn, Allah Təala Qurani-kərimdə buyurur: 

"

 ﻢﻳﺮَِآ ٌنﺁْﺮﻘﻟ ُﻪّﻧإ



 نُﻮﻨْﻜَﻣ ٍبﺎَﺘِآ ﻰِﻓ 



نوُﺮﱠﻬﻄُﻤْﻟا ﻻإ ُﻪّﺴَﻤَﻳ ﻻ 

"

 

İnnəhu ləQuranun Kərim. Fi kitabin məknun. La yəməssuhu illəl-

mutahhərun

 

“Həqiqətən bu şərəfli, hörmətli bir Qurandır. Qorunmuş bir kitabdadır. 

Pak olanlardan başqa bir kimsə ona toxuna bilməz.” 

3

 



Mütəal Allah burada Qurani-Kərimin şərəfli bir kitab olmasından, onun 

“lövhi-məhfuzda” (qorunmuş bir kitabda) yer almasından xəbər verir və 

                                                 

1

 “Qiyamət” surəsi, ayə:19 



2

 “Təfsir tarixi”, Dos. dr. Möhsün Dəmirçi, səh.128 

3

 “Vaqiə” surəsi, ayə:77-79 




Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə