Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə143/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   139   140   141   142   143   144   145   146   ...   152

 Aslan HƏBİBOV 

408 


bu kimsələrin unutduqları bir xüsus vardır ki, Şiə sadəcə ilk dövrdən ibarət 

deyildir. Hər zaman özünü yeniləyən Şiə haqqında danışmaq üçün 14 əsrlik 

bir zamana diqqət yetirmək lazımdır. Biz bu məqaləmizdə ilk dövr Şiə 

təfsirlərindən nümunələr təqdim edərək, bu dövrdəki  İmamiyyə  Şiəsi 

müfəssirlərinə görə mübhəmat məsələsini  ələ almağa çalışacağıq. Ancaq 

bunu edərkən bu müfəssirlərin səhvlərini göz ardı etməyəcəyik. 

İmamiyyə  Şiəsinə görə  bəzi Quran ayələri hər nə  qədər müəyyən 

şəxslərlə əlaqədar enmiş olsa da, sonrakı dövrə aid hadisə və şəxslərə rahat 

bir şəkildə tətbiq edilə bilər. Bu mövzuda İmam Sadiqdən nəql edilən bir rə-

vayətə görə, Quranda bir ayə bir qrup haqqında vəhy edilmiş olsa və onların 

ölümləriylə  də ortadan qalxmış olsa, bu təqdirdə Quranın heç bir şeyi hə-

yatda qalmaz. Əksinə, Quranın başı da eynilə sonu kimi davamlı olaraq, sə-

malar və yer üzü var olduğu müddətcə tətbiq ediləcək. Daha da sonrası, bü-

tün insanlar üçün tilavət etdikləri bir vəhy parçası tapılmaqda və xoşbəxtlik 

ya da iztirab içindəki həyatlarına görə özləriylə əlaqədar ola bilməkdədir. (4, 

I, 21) Bir başqa rəvayətdə isə bu vəziyyət daha diqqətə çarpan bir şəkildədir. 

Əbdürrəhim b. Qasir belə deməkdədir: 

"Bir gün Əbu Cəfər Məhəmməd  əl-Baqir (ə)in yanındaydım. Mənə ey 

Əbdürrəhim, deyə səsləndi. Mən buyur, dedim. İmam, Allahın "Sən tək bir 

xəbərdarlıqçısan və hər qövmün bir hidayət edicisi vardır" (Rad, 13/7) sözü 

ilə  əlaqədar olaraq Rəsulullah, "Mən xəbərdarlıqçıyam və  Əli hidayətə 

çatdırandır" buyurmuşdur. Yaxşı bu gün hidayətə çatdıran kimdir? deyə 

soruşdu. Mən uzun bir müddət səssiz qaldım. Daha sonra başımı qaldıraraq, 

sənə fəda olum, bu sizinlə əlaqədardır. Siz onu bir-birinizdən miras almısı-

nız. Sonunda sizə çatmışdır. Sənsən, sənə fəda olum, hidayətə çatdıran" de-

dim. Bunun üzərinə İmam belə dedi: 

"Doğru söylədin ey Abdurrahim. Quran diridir, ölməz. Ayə  də diridir

ölməz. Əgər bir ayə müəyyən qövmlərlə əlaqədar ensə, o qövmlər öldükdən 

sonra ayə  də ölərmi? Halbuki o ayə keçmişdəkilər üçün olduğu kimi gələ-

cəkdəkilər üçün də caridir. "(4, II, 218-219) 

Beləcə İmam Baqir (ə), ayədə mübhəm buraxılan şəxsin İmam Əli oldu-

ğunu söyləməklə ilk olaraq ayənin nüzul dövründəki mənasını ortaya qoy-

maqdadır. Quranın hər daim canlı olduğunu, buna görə ayələrin hər dövrdə 

misdak və müxatəblərinin tapıldığını, bir ayəni öz üzərində  tətbiq edərək 

açıqlamaqdadır. Bu anlayış da Şiə təfsirinə cari və adaptasiya xüsusiyyətini 



İlk dövr İmamiyyə şiəsi müfəssirlərinə görə Qurandakı mübhəmlər 

409 


verməkdədir. (2, 187-188) Əslində Hz. Peyğəmbərdən nəql edilən bu hədisə 

Sünni təfsirlərdə  də rast gəlinməkdədir. (13, XIII, 108; 8, II, 129-130; 10, 

XIX, 14) 

Ən çox tənqid alan ilk dövr Şiə  təfsirçilər, mübhəm ayələri iki şəkildə 

açıqlamışlar. Bunlardan ilki Əhl-i Sünnə  təfsirlərində  də olan nümunələr 

kimidir. İkinci qrup isə məzhəbi anlayışa uyğun olaraq açıqlananlardır. 

İlk dövr Şiə təfsirçilər xüsusilə keçmiş ümmətlərlə əlaqədar bir çox ayə-

də mübhəm buraxılan yerləri  Əhl-i Sünnə  təfsirçiləri ilə eyni şəkildə  şərhə 

çalışmışlar. Məsələn Qummi, "şəhərin uzaq nöqtəsindən bir adam qaçaraq 

gəldi"(Yasin, 36/20) ayəsində  bəhs edilən kimsənin Həbib  ən-Nəccar 

olduğunu bəyan etməkdədir. (5, II, 214) Burada məzhəbi ayırıma getmədən 

həm Əhl-i Sünnə həm də Şiə müfəssirləri İsrailiyatdan istifadə etdikləri üçün 

tənqid oluna bilər. Bu da əsl mövzumuz olmadığı üçün bu haqda daha çox 

söz söyləməyəcəyik. 

Digər tərəfdən Quranın endiyi zaman ərzində yaşanan bir sıra hadisələri 

əks etdirən ayələrlə əlaqədar olaraq da eyni rəftarı davam etdirməkdədirlər. 

Məsələn "və dedilər ki, bu Quran iki şəhərdən, böyük bir adama endirilməli 

deyil idimi? "(Zuhruf, 43/31) ayəsində iki şəhərin Məkkə  və Taif, böyük 

adamın isə Urvə ibn Məsud olduğunu açıqlamaqdadır. (5, II, 283) Yenə 

"Kitab əhlindən elələri vardır ki, Allaha inanarlar, sizə endirilənə və özlərinə 

endirilənə inanırlar..."(Al-i  İmran, 3/199) ayəsindəki Kitab əhlinin  İslama 

girən bir qrup Yəhudi və Xristian olduğunu, Nəcaşi və yoldaşlarının da bu 

qrup içərisində olduğunu söyləməkdədir. (5, I, 129) Ayrıca "geri buraxılan o 

üç adamın da tövbəsini qəbul etdi"(Tövbə, 9/118) ayəsində  bəhsi keçən üç 

adamın Kəb, Murare ibn ər-Rəbi və Hilal ibn Ümeyyə olduğunu açıqlamaq-

dadırlar. (4, II, 121) 

Bu qrup mübhemat mövzusunda ilk dövr İmamiyyə Şiəsənin Əhl-i Sün-

nədən fərqli düşünmədiyi ortaya çıxmaqdadır. Bu kimi nümunələrin Şiə təf-

sirində bol miqdarda olmasını göz ardı edərək, "İmamiyyə məzhəbi, Quran-

dakı mübhəm kəlmələrin tamamını subyektiv qəbulları istiqamətində  şərh 

etməyi sanki təfsirdə üsul halına gətirmişdir" şəklində bir ifadənin, (9, 449) 

əskik araşdırmanın nəticəsi olduğunu düşünürük. 

Bir qrup mübhəmlər də vardır ki xüsusən ilk dövr Şiə  təfsirçilər bu 

ayələri bəzi  şəxslərə  tətbiq etmək surətiylə  şərh etmə yoluna getmişlər. Bu 

cür mübhəmlərin bir qisimini Əhl-i Beyt və onların tərəfdarlarına, digər 



 Aslan HƏBİBOV 

410 


qisimini isə onların müxaliflərinə tətbiq etmişlər. Burada edilən şey, əslində 

ümumi məna ifadə edən ayənin, təfsirçi tərəfindən yaşadığı xüsusi şərtlərə 

tətbiq olunmasıdır. Qısacası ümum ifadə edən ayə xüsusiləşdirilmişdir. Əsas 

mübahisə də bu cür örnəklərdə ortaya çıxmaqdadır. 

Məsələn "o kəslərə Allah da lənət edər lənət edənlər də  lənət edər" 

(Bəqərə 2/159) ayəsindəki lənət edənləri, İmam Sadiqin "onlar bizik" şəklin-

də açıqladığı xəbər verilməkdədir. (4, I, 91)" Yenə ümumi məna ifadə edən 

"yaxşı niyyətlə yönələni özünə çatdırar"(Şura, 42/13) ayəsindəki "yaxşı niy-

yətlə yönələn"in İmamlar olduğunu açıqlamaqdadır. (5, II, 273; Ayrıca bxn: 

I, 141, 303). 

Bu mövzu ilə  əlaqədar verəcəyimiz bir nümunə  əslində ilk dövr Şiə 

təfsirçilərin bir ayənin mənasını xüsusiləşdirərkən onun ümumi olduğunu 

inkar etmədiklərini göstərməkdədir. Qummi, "Mömin kişiləri və mömin 

qadınları etmədikləri bir şeylə (günahlandırıb) incidənlər, bir böhtan və açıq 

bir günah yüklənmişlər"(Əhzab, 33/58) ayəsindəki mömin kişi və mömin 

qadından məqsədin  İmam  Əli və Hz. Fatimə olduğunu, ancaq bu ayənin 

bütün insanlar üçün etibarlı olduğunu söyləməkdədir. (5, II; 196) 

İbn Teymiyyə bu təfsir tərzini "örnəkləmə" olaraq adlandırmaqda və 

sələf alimləri tərəfindən də istifadə edildiyini ifadə etməkdədir.  İbn 

Teymiyyənin bildirdiyinə görə, (Əhl-i Sünnənin) sələf üləması bəzən ümumi 

bir ismin bəzi növlərinə, izah edilmək istənən şeyin ümumi və xüsusi bütün 

xüsusiyyətlərini içinə alacaq tam bir tərif şəklində deyil də, dinləyiciyə növ 

haqqında fikir verəcək bir misal şəklində işarə etmişlər. Məsələn "Sonra biz, 

qullarımızdan seçdiklərimizi Kitaba varis etdik. Deyərkən onlardan kimi 

özünə zülmeden (zalım), kimi ortada gedən (muktesid) kimi də xeyrlərdə 

qabaqda gedən (sabiq) oldu"(Fatır, 35/32) ayəsindəki zalım, muktesid və 

sabiq sözlərini sələf alimləri namazı ilk vaxtında edən (sabiq), namazı vaxtı 

içində əda edən (muktesid) və əsr namazını günəşin qızarma zamanına qədər 

gecikdirən (zalım) olaraq təfsir etmişlər. (6, 44) 

İbn Teymiyyənin təqdim etmiş olduğu nümunədə  də görüldüyü kimi, 

ümumi olan bu kəlmələr xüsusiləşdirilmişdir. Yuxarıda ilk dövr Şiə  təfsir-

lərindən təqdim etdiyimiz nümunələrdə də vəziyyət bu şəkildədir. Məsələn " 

o kəslərə Allah da lənət edər lənət edənlər də  lənət edər"(Bəqərə, 2/159) 

ayəsindəki lənət edənlər, ümumi olduğu halda, İmam Sadiq " onlar bizik" 

şəklində açıqlamaqdadır. Yenə "Mömin kişiləri və mömin qadınları etmədik-



Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə