Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə140/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   136   137   138   139   140   141   142   143   ...   152

 Aygün EYVAZLI 

398 


əməl kimi izah edir: «Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə 

yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu 

(bətnində) çox zəif bir halda daşımışdı». (Loğman,14). 

Hədislərin birində deyilir ki, bir gün bir adam Hz.Peyğəmbərin hüzuruna 

çıxaraq, hansı insan yaxşı davranılmağa layiq olduğunu soruşduqda Peyğəm-

bər «anan» deyə cavab verir. Həmin adam üç dəfə bu sualı təkrarlayır və hər 

dəfə də «anan» deyə cavab alır, ancaq dördüncü dəfədə «atan» cavabını eşi-

dir. Bu hədis anaya yaxşılığın atadan öncə gəldiyini qüvətli şəkildə bildirir.

22

 

Qurani-Kərim ayətləri Hz.Məhəmmədin hədisləri ailə-nikah, kəbin 



məsələlərini bütün detalları, incəlikləriylə gözdən keçirib tənzimləmişdir. 

Evlənmək, ailə qurmaq ən mühüm məsələ kimi qarşıya qoyulur: «Sizin üçün 

onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda 

(dostluq) sevgi və  mərhəmət yaratması da Onun qüdrət  əlamətlərindən-

dir».(ər-Rum,21). Hz.Məhəmməd: «Dünya faydalanılan bir maldır. Onun 

yaxşısı da salihə bir qadındır».

23

  

İslam şəriəti nikah məsələsində mənafe, maddi maraq güdmək prinsipinə 



qarşı  çıxır, mənəvi keyfiyyətə üstünlük verir. Hz.Məhəmməd bir hədisində 

evlənərkən qadının malını, soyunu, görkəmini deyil, onun din tərbiyəsini 

əsas götürməyi məsləhət görür: «Sən dindar olanını seç ki əlin bərəkətlən-

sin» deyir.

24

 

Cahiliyyə dövrü ərəb cəmiyyətində qadınlar əslində alçaldılmış durumda 



idilər. Qızın doğulması sevindirici sayılmır, çox vaxt qız uşağı diri-diri tor-

pağa gömülürdü. İslam bu dəhşətli hərəkətin qarşısını aldı. Qurani-Kərim 

ayəti bu hərəkəti belə pisləyir: «Onlardan birinə qızı olması ilə müjdə ver-

dikdə qəzəblənib üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən tay-

fasından qaçıb gizlənər. (Allah bilir!). Görəsən, onu (o körpəni) zillət içində 

saxlayacaq, yoxsa torpağa göməcək? (Diri-diri basdıracaq?). Bir görün onlar 

necə pis mühakimə yürüdürlər! «(Nəhl,58,59). 

İslam qadınla ictimai düşüncədə inqilab yaratdı, qızın dünyaya gəlməsini 

xoşbəxtlik  şərh etdi. Peyğəmbər hədisində buyururdu: «Qoruduğu, ehtiyac-

larını  təmin etdiyi və  mərhəmət göstərdiyi üç qızı olan şəxsə  şübhəsiz ki, 

Cənnət var olmuşdur».

25

 



Nikahda qadının razılığı nəzərə alınır və görüb evlənmə prinsipi irəli sü-

rülür. Belə ki, evlənən kişi və qadın nikaha qədər bir-birini görməliydi. Ev-

lənmək istəyən səhabələrindən birinin evlənəcəyi qadını görmədiyini bildik-



Gender ölçüsündə din 

399 


də Peyğəmbər ona: «Onu gör. Çünki aranızda məhəbbət və anlayışın olması 

üçün bu lazımdır» deyir.

26

 

İslam evlənən qadının maddi durumuna çox ciddi yanaşaraq onun 



təminatını başlıca  şərt kimi qarşıya qoyur. Kəbin kəsilərkən kişi tərəf 

razılaşma  əsasında gəlinə başlıq-mehr verməli, evləndikdən sonra qadının 

maddi və  mənəvi ehtiyaclarını  təmin etməlidir. Mehr qadının  şəxsi mül-

kiyyəti sayılır, qadının razılığı olmadan kişi ondan istifadə edə bilməzdi. Bo-

şanma zamanı qadın mehri özü ilə apara bilər. Bütün bunlar ailənin möh-

kəmliyinə təminat verirdi. 

İslam dünya dinləri içində qadına ilk dəfə tam varislik hüququ verən bir 

dindir. Bununla bağlı, Qurani-Kərimin Nisa surəsində buyrulur: «Əgər 

varislər qardaş  və bacılardan (bir qardaş, bir bacı  və ya bir neçə bacı-

qardaşdan) ibarət olarsa, kişiyə (qardaşa) qadına (bacıya) düşən payın iki 

misli verilir». (Nisa,176). İlk baxışda burada qadına kişidən daha az miras 

verildiyi görünür. Ancaq kişinin müxtəlif vergiləri, təsərrüfatın idarə 

edilməsi və s.-ni göz önündə tutsaq daha çox xərc çəkdiyi aydın olur. Buna 

görə də, cinslər arasında belə bir miras bölgüsündə ədalət vardır. 

Kişi-ər qadına əziyyət verməməli, ona qarşı zalım olmamalıdır. Kişinin 

qadınıyla, hətta onu istəməsə belə, daim gözəl davranması, ona xoş üz 

göstərməsi kişinin, ərin borcudur. Bununla İslam bir daha qadını yüksək bir 

mərtəbəyə qaldırır. Digər dünya dinlərində belə bir duruma rast gəlmək 

mümkün deyil. Qurani-Kərim ayətində buyrulur: «Ey iman gətirənlər! 

Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir 

iş görməyincə, özlərinə verdiyinizin (mehrin) bir hissəsini geri qaytarmaq 

məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) 

rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət 

doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş 

olsun» (Nisa,19). 

İslam ailə münasibətlərini, ər-arvad qarşılıqlı münasibətini çox ciddi və 

dəqiq şəkildə nizamlayır. Bu məsələdə, bu nizamda ədalətli tərbiyə, doğru-

luq uca yerdə durur. Ər və arvad bir-birinə qarşılıqlı hörmət göstərməli, diq-

qətli olmalıdır. Onların hər birinin müəyyənləşmiş  vəzifəsi var və bu vəzi-

fəni yerinə yetirməlidirlər. Onların arasında qarşılıqlı asılılıq var. Kişiyə-ərə 

bir qədər qadından irəlidə yer verilir. Qadın itaətsizlik etsə, əri onu yüngülcə 

cəzalandıra bilər. Burada qadının hüququ tapdalanmır, ailənin sağlamlığı 




 Aygün EYVAZLI 

400 


yolunda bu addım atılır: «Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara 

nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət 

etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbət-

tə, Allah ucadır, böyükdür!» (Nisa,34). Göründüyü kimi, cəzaya birbaşa  əl 

atmaq deyil, ondan əvvəl «nəsihət» tövsiyə edilir.  

İslam kişinin öz qadınına qarşı münasibətdə yüksək əxlaq və gözəl dav-

ranış modelini müəyyənləşdirir. Belə bir əxlaq və davranış  nəticəsində kişi 

qadının qəlbində yer tutacaq: bu qəlb kişininkidir. Belə olduqda qadın heç 

vaxt itaətsizlik etməyəcək, ailədə gözəl bir hava hökm sürəcək. 

Ümumiyətlə, İslam kişi və qadının qarşılıqlı hüququnun təminatını təq-

dim edir. Bu təminat qadını sosiumda hüququ, haqqı gözlənilən üzvə çevirir: 

«(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların 

da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziy-

yətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündür». (Bəqərə,228). 

Min illər boyunca həyat mübarizəsində, tarixin eniş  və yoxuşlarında 

kişilər böyük məsuliyyətlər daşımış, daha böyük çətinliklərə sinə gərmişlər. 

Ailənin, cəmiyyətin yaşamını, təhlükəsizliyini təmin etməkdə kişilərin fəa-

liyyəti nisbətən geniş olub. Gender ölçüsündə bu patriarxat həyat tərzi və 

qadınların «sıxışdırılması» sayıla bilər. «Bir dərəcə üstün»lük də belə görünə 

bilər. ancaq ilk baxışda belədir. Əslində, Qurani-Kərimin ayəti kişi və qadın 

arasındakı bio-fizioloji fərqləri sosiomədəni baxımdan tarazlaşdırır, «üs-

tünlük» isə «əziyyət» təyini ilə birlikdə təqdim edilir. 

Burada  İslama qarşı  bəzi haqsız tənqidlər (başlıca olaraq başqa dini və 

mədəniyyəti təmsil edənlər tərəfindən) ilə bağlı fikir bildirmək istəyirik. 

Çoxarvadlılığı İslam təsdiq etmir və heç vaxt etməyib. Belə evlənmənin 

İslamdan öncə başqa din daşıyıcıları olan bir sıra xalqlarda mövcudluğu ger-

çəkdir.  İslam  ən çox «dörd qadın»la evlənməyin mümkünlüyünü irəli sür-

məklə qadınların sayına məhdudiyyət qoymuş, bu zaman çox ciddi şərtlər 

müəyyənləşdirərək belə evlənməyə yalnız maddi imkanları, fiziki sağlamlığı 

olan, bir sözlə, qadınların hər birini maddi və mənəvi baxımdan eyni səviy-

yədə və tam şəkildə təmin edə biləcək kişilərə izin verir. 

İslamı bir-birindən fərqli coğrafi-tarixi  şəraiti, etnik-milli psixoloji xü-

susiyyətləri,  ənənələri-gələnəkləri olan xalqlar qəbul etdi. İslamın qəbulun-

dan sonra da ayrı-ayrı  gələnəklərdən bəziləri aradan qalxmadı, din örtüyü 

altında yaşadı. Ona görə də, həmin ənənələrdən irəli gələn normaları, davra-



Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə